«Əl-məHDİ (əc)» İslam maarif məDRƏSƏSİ MÜQƏDDƏs qum şƏHƏRİ



Yüklə 110,57 Kb.
Pdf görüntüsü
tarix02.12.2017
ölçüsü110,57 Kb.
#13561


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

12 



 

 

 

 

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ 

MÜQƏDDƏS QUM ŞƏHƏRİ 

2016 - 2017 

 

 



İSLAM MƏZHƏBLƏRİ 

və TƏRİQƏTLƏRİ 

XƏYAL TOFİQOĞLU 


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  1 

 

 



 

 

 



Giriş 

Qeyd edildiyi kimi Əşərilər məktəbi 4-cü yüzilliyin əvvəllərində meydana 

qədəm  qoydu.  İraqda  əşəri  hərəkatı  ilə  yanaşı  biri  Səmərqənddə  və  digəri 

Misirdə olmaqla, metod, hədəf və etiqad baxımından Əşairəyə bənzər digər 

iki  kəlami  hərəkat  ərsəyə  gəldi.  Bu  iki  hərəkatdan  birinin  təsisçisi  Əbu 

Mənsur  Maturidi  (vəfatı:  333  h.q.),  digərinin  banisi  isə  Əbu  Cəfər  Təhavi 

(vəfatı: 321 h.q.) idi. Hər üç hərəkat dini etiqadları qorumaq, Mötəziləni inkar 

etmək,  bir  də  Əhlul-hədis  və  Mötəziləyə  əməldə  orta  yol  göstərmək 

məqsədilə meydana qədəm qoydu. 

Əşəri  fiqhdə  Şafii,  Maturidi  və  Təhavi  isə  Hənəfi  tərəfdarları  idi.  Etiqad 

xüsusunda da Əbu Hənifənin etiqad prinsiplərini bəyan və şərh etmək iddiası 

edirdilər.  İslam  dünyasında  təsir  və  əhəmiyyət  baxımından  Əşəri  yuxarı 

pillədə, Maturidi ondan sonra, Təhavi də son pillədə qərarlaşır.  

Maturidi  ilə  Təhavinin  fərqi  ondan  çox  ictihad  və  əqli  nəticələrə  vaxt 

ayırmasıdır. Təhavinin hədəfi Əbu Hənifənin nəzərlərini xülasələşdirmək və 

onun  əql  və  nəqlə  müvafiqliyini  bəyan  etmək  olduğu  halda,  Maturidi  Əbu 

Hənifənin  prinsip  və  qaydaları  əsasında  etiqadlardan  çıxarış  etməyə,  yeni 

nəticələr  əldə  etməyə  çalışırdı.  Məzhəb  və  təriqət  tarixində  Təhavinin 

mühüm rolu olmadığını nəzərə alıb deyilənlərlə kifayətlənirik. Əvəzində isə 

hənəfilərin bir çoxunun etiqadda nəzərlərinə tabe olduğu Maturididən bir az 

çox danışacağıq. 

Maturidiyyənin şəxsiyyəti və əsərləri 

Bu  kəlami  məktəbin  təsisçisi  –  qeyd  edildiyi  kimi  –  Əbu  Mənsur 

Maturididir.  Tam  adı  Məhəmməd  ibn  Məhəmməd  ibn  Mahmud  Maturidi 

Səmərqəndidir. O, Səmərqəndin Maturidi kəndindəndir. Nəsəbi Əbu Əyyub 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  2 

 

 



 

 

Ənsariyə – Peyğəmbərin (s) səhabəsi və Məkkədən Mədinəyə hicrət edərkən 



ona  evində  yer  vermiş  şəxs  –  çatır.  Ardıcılları  onu  “əş-Şeyx”,  “əl-Fəqih”, 

“İlmul-huda”  və  “İmamul-mutəkəllimin”  kimi  vəfs  edirlər.  Bu  da,  ardıcılları 

arasında üstün mövqeyini göstəricisidir.  

Tarixçilər  vəfatının  hicri  tarixlə  333-cü  ilə  təsadüf  etdiyini  yazsalar  da, 

doğum  tarixi  haqda  bir  söz  deməmişlər.  Buna  rəğmən,  bəziləri  doğum 

tarixinin 238

1

, bəziləri 248-ci il



2

 olduğunu iddia ediblər.  

Əbu  Mənsur  Maturidi  təfsir,  kəlam,  usuli-fiqh  və  digər  İslam  elmləri 

sahəsində mühüm əsərlər qələmə almışdır. Həmin kitabların siyahısı belədir: 

1-

 

“Təvilatul-Quran” və ya “Təvilatu əhlus-sunnə”; 



2-

 

“Məaxizuş-şəriə” və ya “Məxəzuş-şərayi”; 



3-

 

“ət-Tövhid”; 



4-

 

“əl-Cədəlu fi usulil-fiqh”; 



5-

 

“əl-Məqalat”; 



6-

 

 “Öyüdnamə”



3

Qeyd edilən əsərlərdən nəşr edilənləri bunlardır:  



a)

 

“ət-Tövhid”: Bu kitab Maturidiyyənin ilk kəlam mənbəyi sayılır, həm 



də  daima  Maturidiyyə  məktəbinin  müəllim  və  şagirdlərinin  diqqət 

mərkəzində  olmuşdur.  Sözügedən  kitab  Dr.  Fəthullah  Xəlifin 

müqəddiməsi  və  araşdırması  ilə  “Darul-Məşriq”  tərəfindən 

Dəməşqdə çap edilmişdir

4



b)



 

“Təvilatu  əhlus-sunnə”:  Maturidi  bu  kitabda  Quran  ayələrini  təfsir 

etmişdir.  Kitabda  özünün  üsuli-fiqhi  və  məzhəbinin  imamı  Əbu 

Hənifənin nəzərlərindən istifadə etmişdir. Bu cəhətdən kitab etiqadi 

                                                      

1

 “ət-Tövhid” kitabının müqəddiməsi, səh. 2; “İslamın fəlsəfə tarixi”, c. 1, səh. 368. 



2

 “Buhusun fil-miləl vən-nihəl”, c. 3, səh. 12. 

3

 “Kəlami məzhəb və təriqətlər”, səh. 72. 



4

 Hicri-qəməri tarixlə 1390-cı ildə, 412 səhifədə. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  3 

 

 



 

 

və fiqhi rəng alıb. Kitabın ilk və son bölümü



5

 hicri tarixlə 1390-cı ildə 

Qahirədə nəşr olunmuşdur.  

c)

 



Öyüdnamə:  Bu  kitab  İrəc  Əfşarın  səyi  ilə  “İran  mədəniyyəti 

toplusu”nun 9-cu cildində çap edilmişdir. Öyüdnamə kitabı hikmət, 

möizə və əxlaq mövzularını əhatə edir

6

.  



Maturidinin  əsərlərini  mütaliə  etməklə,  elmi  məqamını  dərk 

etmək olar.  



Maturidiyyənin kəlami metodu 

Maturidi  “Tövhid”  kitabında  əvvəlcə  əqidə  və  imanda  təqlid  etməyin 

düzgün  olmadığına  toxunur,  daha  sonra  öz  əqidə  üsullarını  haqq  bilib 

sələflərə tabe olduğunu, digərlərinin əqidələrinin isə batil olduğunu deyən 

təriqətləri  tənqid  atəşinə  tutur.  O,  inanırdı  ki,  hər  hansı  bir  məzhəb 

ardıcıllarının sayca çoxluğu həmin məzhəbin haqlılığına dəlalət etmir; etiqad 

prinsipləri,  əqli  nəticələr  əsasında  araşdırılıb  təsdiq  olunmalıdır,  əks 

təqdirdə, onun heç bir elmi dəyəri olmayacaqdır. O, həmçinin dini anlayışları 

əldə  etməkdə  ağlı  yetərli  bilən  şəxsləri  tənqid  edir,  mərifətin  əldə 

olunmasının  mümkünlüyünü  aşkar  şəkildə  bəyan  etməklə  yanaşı,  bilik 

vasitələrini duyğu, xəbər və ağılda görürdü. 

1.

 

Duyğu 

İnsanın bilik əldə etməsi üçün ilk vasitə hissdir. Maturidi, bilik vasitələri 

içərisində  hissi  ən  ümumi  və  ibtidai  saymış,  hətta  heyvanlar  da  öz  hiss  və 

duyğu  orqanları  ilə  onlar  üçün  faydalı  və  ya  zərərli  olan  şeyləri  dərk  edə 

bildiklərini demişdir. Maturidi duyğu əsasında bilgini aksiom hesab edir və 

onu dananlara arqument göstərilməsini əsassız sayırdı. Sonra belə şəxsləri 

                                                      

5

 Sözügedən kitabın ilk bölümü Quranın əvvəlindən “Bəqərə” surəsinin 114-cü ayəsinədək, 



son bölümü isə “Münafiq” surəsindən Quranın sonunadək olan ayələlərin təfsiridir.  

6

 “Düşüncə fəzası”, №4, səh. 74. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  4 

 

 



 

 

yalnız əməli surətdə ədəbləndirməyin gərəkliyini vurğulayırdı. Çünki, ağrını 



dadan, duyğunu inkar etməz. 

2.

 

Xəbər 

Maturidi mötəbər xəbərləri bilikdə digər bir vasitə bilir. O, deyir: Xəbərlər 

nəsəb  elmi,  tarixi  hadisələr,  əlçatmaz  ölkə  və  ərazilər,  faydalı  və  zərərli 

şeylər,  qida  maddələri,  dərmanlar  və  sair  şeylər  haqqında  məlumat 

toplamaq üçün bir vasitədir. Xəbər iki növdür: 

1. Tarixi, yaxud mütəvatir xəbərlər

2. Elçiliyinin doğru olmasına dair aydın sübutlar göstərən peyğəmbərlərin 

xəbərləri. 

Maturidi sonra deyir: Bu iki növ xəbərin hər biri mərifət üçün bir vasitədir. 

Amma  nəbəvi  xəbərlərə  çox  diqqət  edilməlidir.  Çünki  xəbərlərin 

ötürülmləsində vasitəçilik edən ravilər məsum deyil və xətaya yol vermələri 

mümkündür. 

Maturidi  xəbərin  bilik  mənbəyi  olmasını  dananlar  barəsində  də  əməli 

tədbir  görülməsini  təklif  edərək  deyirdi  ki,  bu  kimi  şəxsləri  fiziki  tənbeh 

etmək  lazımdır.  Onlar  ağrıdan  şikayətləndikləri  zaman  deyilməlidir:  “Sizin 

şikayətiniz  də  bir  xəbərdir  və  sizə  görə  xəbər  əhəmiyyətsizdir,  çünki  bilik 

doğurmur”. 

3.

 

Ağıl 

Maturidinin nəzərinə görə, ağıl mərifətin ən mühüm mənbəyidir. Çünki 

duyğu  və  xəbər  ağlın  köməyi  olmadan  həqiqi  elmə  çevrilə  bilməz.  Fövqəl-

təbii  nəsnələrin  həqiqəti,  əxlaqi  kodeks  haqqında  elm  əldə  etmək  yalnız 

ağılla  mümkün  ola  bilər.  İnsanla  heyvan  arasındakı  ən  böyük  fərq  məhz 

Allahın  insana  bəxş  etdiyi  ağıl  qüvvəsidir.  Ağıl  qüvvəsi  həqiqətin  kəşf 

olunmasında  ən  mühüm  vasitə  olduğundan,  Qurani-kərim  insanı  daim 

təfəkkürə və ağlını işlətməyə dəvət edir. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  5 

 

 



 

 

Maturidinin  nəzərində  ağıl  bilik  kəsb  etməkdə  ən  mühüm  mövqe  və 



məqama malikdir. Bununla belə, o inanırdı ki, ağılla bütün işlər, o cümlədən 

insana  zəruri  məsələlər  barəsində  tam  bilgi  əldə  etmək  mümkünsüzdür. 

Duyğu kimi ağılın da müəyyən məhdudiyyətləri var. O cümlədən, ağıl meyl, 

məqsəd, adət və mühit kimi xarici və daxili amillərin təsirinə düşür və fərqli 

nəticələr alır. Alimlər arasında bir-birinə zidd və fərqli nəzər və etiqadların 

mövcudluğu müddəamıza şahiddir. 

Buna  əsasən  Maturidi  bildirir  ki,  ağıl  düzgün nəticə  almaq  və həqiqətin 

kəşfində mötəbər bələdçiyə möhtacdır və bu yol göstərən də məhz vəhydir

7

.  


Tədqiqatçıların nəzərini özünə cəlb edən məsələlərdən biri də budur ki, 

görəsən,  Maturidinin  metodu  Əşəri  metodundan  fəqli  idi,  ya  yox?  Əgər 

aralarında fərq varsa, nədir? Bu xüsusda iki versiya irəli sürülüb: 

1-

 



Uyğunluq fərziyyəsi 

Bəzilərinin  nəzərinə  görə,  Mötəziləyə  müxalifət  və  Əhlul-hədisə  dəstək 

prinsipində Əşəri və Maturidi müvafiq olduqları kimi metod baxımından da 

bir-birinə  uyğundurlar.  Dr.  Fəthullah  Xəlif  bu  versiyanı  belə  izah  edir: 

“Maturidi  də  Əşəri  kimi  zahirpərəst  və  ağılpərəstlər  arasında  orta  yolu 

tutmuşdu. Necə ki, bu iki şəxsiyyət Cəbriyyə və Ğali cərəyanları qarşısında 

orta və oxşar yol və mövqe tutmuşdu. Deməli, onlar məzhəbdə yekdil olduğu 

kimi, metod bəhsində də müttəfiqdirlər”

8

.  


2-

 

Fərqlilik fərziyyəsi 



Bir qrup araşdırmaçı Maturidinin metodunu Əşəri metodundan fərqli 

bilmişdir.  Nəticə  etibarı  ilə,  Maturidinin  metodu  daha  ağlabatan 

olduğuna,  Mötəzilə  ilə  Əşairə  arasında  orta  yol  saymaq  olar.  Necə  ki, 

Əşərinin metodu Mötəzilə və Əhlul-hədis arasında orta xətt idi

9

.  


                                                      

7

 “İslam məzhəbləri ilə tanışıq”, səh. 80-81. 



8

 “ət-Tövhid” kitabının müqəddiməsi, səh. 10. 

9

 Şeyx Məhəmməd Zahid Kövsəri, Əbu Zöhrə, Dr. Əli Əyyub, Dr. Mahmud Qasim və ustad 



Cəfər Sübhani bu görüşün tərəfdarlarıdır. 


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  6 

 

 



 

 

Ustad Cəfər Sübhani bu xüsusda belə deyir: “Maturidiyyənin metodu 



Əşərinin  metodundan  fərqlidir  və  onun  kəlami  məzhəbini  aşağıdakı 

xüsusiyyətlərlə vəsf etmək olar: 

a)

 

Maturidiyyə məzhəbində ağlın etibarı çoxdur; 



b)

 

Əşəridən  fərqli  olaraq  Maturidinin  metodu  “təşbih”  (bənzətmə) 



və təcəssümdən uzaq, “tənzih”ə (pak və nöqsansız saymaq) daha 

yaxındır; 

c)

 

Maturidi Mötəzilənin nəzər və etiqadlarını kəskin tənqid etsə də, 



metod baxımından onlara yaxındır

10



Maturidiyyənin kəlami etiqadları 

1.

 



İmanın həqiqəti 

İmanın  tərifi  barəsində  müxtəlif  fikirlər  səsləndirilmişdir.  Onlardan 

bəzilərinə işarə edirik: 

Kərramiyyə iki şəhadəti dilə gətirmək kimi təfsir ediblər. Cəhm ibn Səfvan, 

Əbul Həsən Əşəri və İmamiyyənin bir qismi imanı Allahı tanımaq kimi qəbul 

etmişlər.  Mötəzilənin  qədim  alimləri  ilahi  hökmlərə  əməl  etməyi  imanın 

sütunlarından saymışlar. 

Əhlul-hədis  imanı  qəlbi  etiqad,  dil  irarı  və  fizik  əməlin  tərkibi  bilmişlər. 

İmamiyyə kəlamçılarının əksəriyyəti və Əşairə imanın həqiqətini yalnız qəlbi 

təsdiqdə görmüşlər

11

. Maturidi də bu nəzəri qəbul etmişdir. O, bunu isbat 



etmək üçün əqli və nəqli dəlillər önə sürmüşdür

12



2.

 

Böyük günaha bulaşanın hökmü 



Maturidi ilk öncə bu məsələdə İslam təriqətlərinin ixtilafına işarə edir 

və xatırladır: Bəziləri böyük günaha bulaşanları kafir və müşrik sayır (Xəvaric), 

bəziləri də münafiq bilir (Həsən Bəsri və ardıcılları). Bir çoxları isə onu fasiq 

                                                      

10

 “Buhusun fil-miləl vən-nihəl”, c. 3, səh. 24. 



11

 Fazil Miqdad, “İrşadut-talibin”, səh. 438-442. 

12

 “Kitabut-tövhid”, səh. 373-380. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  7 

 

 



 

 

mömin hesab edir (İmamiyyə, Murciə və Əşairə). Və bir qrup da belələrini nə 



iman adına layiq bilir, nə də küfür (Mötəzilə). 

Sonra  o,  Xəvaric  və  Mötəzilənin  etiqadlarını  tənqid  edir;  əqli  və  nəqli 

sübutlar  gətirərək  puça  çıxarır.  Bu  məsələdə  Maturidinin  nəzəri,  əslində 

imanın təfsiri barəsindəki nəzərinin təfərrüatıdır

13

. Çünki, imanın qəlbi təsdiq 



və  etiqad  olduğunu,  hökmlərə  əməlin  imanın  əsaslarından  sayılmadığını 

nəzərə alsaq, ilahi hökmü inkar etməyən, lakin nəfsinin təsiri altında şeytana 

uyub böyük günaha mürtəkib olan günahkar şəxs yenə də mömindir (İmanın 

ilkin  dərəcəsi,  elə  zahiri  imandır)  və  zahiri  imanın  hökmləri  barəsində 

keçərlidir.  Axirət  əzabı  baxımından  da  tövbə  etmədiyi  və  şəfaət  nəsibi 

olmadığı təqdirdə əzaba düçar olacaq. Amma, əzabda əbədi qalmaq hökmü 

ona şamil deyil. 

3.

 



Mütəşabihlərdə təfviz 

Quran ayələri xüsusunda Maturidinin metodu təfvizdir, yəni zahiri dəlalət 

öhdəliyini  götürmədən  və  ayələrini  məqsədi,  təvili  haqqında  nəzər 

bildirmədən onların faydalarına etiqaddır (Mötəzilə kimi). O, “Rəhman ərşin 

üzərində qərar tutmuşdur”

14

 ayəsi haqqında demişdir: 



“Allah-taala  buyurur:  “Ona  bənzər  bir  şey  yoxdur”

15

  və  növ  bənzərliyi 



özündən kənar etmişdir. Eləcə də, Allah feil və sifətdə bənzərlikdən uzaqdır. 

Deməli,  “Rəhman  ərşin  üzərində  qərarlaşmışdır”  ayəsinin  Quranda  gəldiyi 

şəkildə  məzmununa  bağlı  olaq,  amma  təvilini  də  əmin  olmayaq.  Çünki, 

məqsədin başqa şey olma ehtimalı da var. Mütəşahib ayələrə aid olan prinsip 

Allahın görünməsi və bu kimi digər məsələlərə də aiddir. Yəni, bənzətməni 

inkar edib, Allahın iradə etdiyinə xüsusi məna axtarmadan iman gətirək”

16

.  


                                                      

13

 “Kitabut-tövhid”, səh. 329-365. 



14

 “Taha”: 5. 

15

 “Şura”: 11. 



16

 “Kitabut-tövhid”, səh. 74. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  8 

 

 



 

 

Maturidi bu məsələdə Əşəri ilə eyni mövqedədir. Əşəri də belə deyib:



17

 

Allahın üzü vardır, amma keyfiyyəti olmadan. Necə ki, buyurub: “Və əzəmətli 



və kərəm sahibi olan Rəhbbinin üzü qalacaqdır”

18

. Allahın əli də vardır, amma 



keyfiyyəti olmadan. Necə ki, buyurub: “Əlimlə yaratdım”

19

.  



Keyfiyyəti olmadan dedikdə məqsəd Allahın üz və əl xüsusiyyətlərini bizə 

bəlli  olmamasıdır.  Odur  ki,  insanın  üz  və  əl  xüsusiyyətlərini  (cismaniliyini) 

Allah  üçün  isbat  etmir,  eyni  halda  təvilindən  də  çəkinirik.  Halbuki  bu,  elə 

təfviz (Allaha həvalə etmək) deməkdir. 

Buna  rəğmən,  Maturidi  və  Əşəri  ardıcılları  təfviz  nəzəriyyəsi  xüsusunda 

yekdil  rəydə  deyillər.  Bəziləri  təvilə  əl  ataraq,  əl,  üz,  yüksəlmə  və  bu  kimi 

xüsusiyyətləri  Allahın  ayrıca  sifətləri  bilməyib,  əli  qüdrətə,  qərarlaşmanı 

ucalığa kinayə hesab etmişdir.  

Həmçinin, 

“əl-Məvaqif”in 

müəllifi 

demişdir: 

Əksər 

səhabələr 



“qərarlaşmanı” ucalıq kimi təfsir etmişlər. Şeyx Əşəri bir sözündə bunu ayrıca 

sifət  saymışdır,  amma  lehinə  sübut  göstərilməmişdir.  Bu üzdən  isbatından 

ötrü zahiri ilə kifayətlənmək olmaz. Çünki, qeyd edilən (ucalıq ehtimalı) buna 

manedir.  Şeyx  Əşəri  üzü  də  ayrıca  sifət  bilmişdir.  Amma  bu  mövzuda  da 

haqq, “qərarlaşma” barəsində deyilənlədir. Əslində belə demək lazımdır: üz 

kəlməsi  lüğətdə  xüsusi  bir  üzvdür.  Dinləyicinin  anlamadığı  mənaya  sirayət 

etdirilməsi  düzgün  deyil.  Bəs,  məqsəd  məcazi  məna  olmalıdır.  Deməli,  üz 

Allahın zatı və zati sifətindən başqa bir şey deyil, “qalıcılıq” sifəti də bunun 

kimi. Necə ki, “Əlimlə yaratdım” dedikdə, məqsəd Şeyx Əşəri və öndərlərin 

dediyi ayrıca sifət mənası deyil, - əksər səhabələrin nəzərinə əsasən - Allahın 

tam qüdrətidir

20

.  



                                                      

17

 “əl-İbanə”, səh. 18. 



18

 “Rəhman”: 27. 

19

 “Sad”: 75. 



20

 “Şərhul-məvaqif”, c. 5, səh. 110-111. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  9 

 

 



 

 

Niyə Maturidi Əşəri qədər tanınmadı? 



Maturidi elmi məqam baxımından Əşəridən geri qalmırdı. Buna rəğmən, 

Əşərinin  Əhli-sünnə  yanındakı  şöhrətini  qazanmadı.  Hətta,  Hənəfiyyə  və 

Maturidiyyə  kəlamının  rəvac  tapdığı  yerlərdə  belə  kəlami  bəhslərdə 

mütəmadi olaraq Əşəridən və ya Əşairədən söz açılır. Əşəri dedikləri zaman 

Maturidiyyəni də qəsd edirlər.  

Şübhəsiz ki, bunun bir sıra amilləri var. Bir neçəsinə işarə edirik: 

1-

 

Əşəri  İraqda  (Bəsrə  və  Bağdad)  Mötəzilə  etiqadlarına  qarşı  çıxdı. 



Mötəzilə  məktəbinin  mərkəz  və  bazası  olan  yerdə  öz  yeni 

etiqadlarının  müdafiəsinə  qalxdı.  Bu  da,  onun  tanınmasına  səbəb 

oldu.  Halbuki,  Maturidi  Mötəzilə  məktəbinin  mərkəzindən 

kilometrlərlə uzaqda idi; 

2-

 

Maturidi  bəlli  şəkildə  özünü  Hənəfi  məzhəbinin  ardıcılı  bildiyi  üçün, 



təkcə  Əbu  Hənifə  ardıcıllarının  diqqətini  cəlb  edə  bildi.  Əşəri  Şafii 

məzhəbinin  ardıcılı  kimi  tanınmasına  rəğmən  buna  israr  etmir  və 

bütün Əhli-sünnəni haqq sayırdı. Nəticədə ayrı-ayrı məzhəb ardıcılları 

ona təmayül tapdı; 

3-

 

Maturidinin metodu Əşərinin metodundan daha rasional və Mötəzilə 



- hansı ki, Əhlul-hədis və adi insanların müxalifi idi - təfəkkürünə daha 

müvafiq  idi.  Bu  sarıdan  onun  etiqadları  Əhlul-hədis  və  ümumi  Əhli-

sünnə camaatının diqqətini cəlb etmədi

21

.  



Maturidiyyənin məşhur kəlamçıları 

Əbu  Mənsur  Maturidinin  ölümündən  sonra  Maturidiyyə  məzhəbinin 

yayılmasından  ötrü  ayrı-ayrı  dövrlərdə  məşhur  alimlər  səy  göstərmişlər. 

Onların ən mühümləri aşağıdakılardır: 

                                                      

21

 “Kəlami məzhəb və təriqətlər”, səh. 79-80. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  10 

 

 



 

 

1.



 

Qazi Əbul Yusr Məhəmməd ibn Hüseyn Əbdul Kərim Bəzdəvi (421-

493  h.q.):  O,  “Usulid-din”

22

  kitabının  müəllifidir.  Kitabın 



müqəddiməsindən  anlamaq  olur  ki,  Bəzdəvi  tədqiqatçı  olmaqla 

yanaşı Mötəzilə, Əşari və filosofların nəzərlərinə vaqif imiş. Belə ki, 

deyir:  “Mən  tövhid  barəsində  yazılan  qədim  kitabları  gözdən 

keçirdim. Onlardan bəziləri İshaq Kindi və Əsəfzari kimi filosofların, 

bəziləri  Əbdul  Cabbar,  Cəbbai,  Kəbi  və  Nəzzam  kimi  mötəzililərin, 

bəziləri də Məhəmməd ibn Heysəm kimi təcəssümə inanan şəxslər 

tərəfindən  təlif  olunub.  Bu  xüsusda  Əbul  Həsən  Əşərinin  bir  çox 

kitablarına rast gəldim...”

23

.  


2.

 

Məymun  ibn  Məhəmməd  Nəsəfi  (508-418  h.q.):  Künyəsi  Əbul 



Muindir və Maturidiyyənin kəlam üzrə tanınmış kəlamçılarındandır. 

Kəlam  elmi  üzrə  yazdığını  “Təbsirətul-ədillə”  kitabı  Maturidinin 

“Tövhid”  kitabından  sonra  Maturidiyyənin  kəlami  mənbələrinin  ən 

mühümü sayılır. Bu kitab əlyazma halındadır. Amma onun “Bəhrul-

kəlam” adlı digər kitabı nəşr edilmişdir

24



3.

 

Ömər  ibn  Məhəmməd  Nəsəfi  (537-460  h.q.):  Künyəsi  Əbu  Həfs, 



ləqəbi  isə  Nəcmuddin  Nəsəfidir.  O,  kəlam  elmində  “Əqaidun-

nəsəfiyyə”  kitabının  müəllifidir.  Sözügedən  kitab  Nəsəfinin 

“Təbsirətul-ədillə”  kitabının  xülasəsidir.  Əhli-sünnə  mədrəsələrində 

bu kitabdan dərs vəsaiti kimi istifadə edildiyi üçün ona çoxlu şərhlər 

yazılmışdır və onlardan ən məhşuru Təftazaninin şərhidir. 

4.

 



Şeyx  Məsud  ibn  Ömər  Təftazani;  O,  tanınmış  İslam  alimlərindən 

biridir; ərəb dili və kəlam barəsində çoxlu kitablar yazmışdır. “Şərhul-

əqaidin-nəsəfiyyə” onun ən məşhur əsəridir. 

                                                      

22

 Bu kitab 1383 h.q. ili tarixində Qahirədə çap edilib.  



23

 “Buhusun fil-miləl vən-nihəl”, c. 3, səh. 56; “Usulid-din”ə istinadən, səh. 1-3. 

24

 “Buhusun fil-miləl vən-nihəl”, c. 3, səh. 56. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  11 

 

 



 

 

5.



 

Əllamə Kamaluddin Əhməd ibn Həsən əl-Rumi əl-Hənəfi əl-Bəyazi. O, 

hicri  tarixlə  XI  əsrin  alimlərindən  olub,  Maturidinin  mühüm 

mənbələrindən sayılan “İşaratul-məram min ibadatil-imam” kitabını 

yazmışdır. Hansı ki, Şeyx Zahid ibn Həsən Kövsərinin müqəddiməsi və 

Yusuf Əbdul Rəzzaq araşdırması ilə 1368 h.q. tarixində çap edilmişdir. 

Bu kitab Maturidinin “Tövhid”, Bəzdəvinin “Usulid-din” kitablarından 

sonra Maturidiyyənin kəlamı kitablarının ən mötəbəridir. 

   

ARDI VAR...



 

 

 



Yüklə 110,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə