Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə1/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
  1   2   3   4   5   6   7   8   9   ...   118


 

ƏL-MURACİAT 
 
(MƏKTUBLAR) 
 
 
İMAMƏT - VİLAYƏT - XİLAFƏT 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ƏLLAMƏ 
SEYYİD ƏBDÜL-HÜSEYN ŞƏRƏFÜDDİN 
MUSƏVİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitabın adı:................................................................Əl-Muraciat 
Müəllif:...................Seyyid Əbdül-Hüseyn Şərəfüddin Musəvi 
Nəşr edən:............................................................................Şəhriyar 
Çap növbəsi:.............................................................................İkinci 
Çap tarixi:.....................................................................................2007 
Tiraj:.............................................................................................3000 
 
 
 
 
........................................:باتک مان
.......
...........
....
..
..
تاعجارملا
 
..:فلوم
..
................
..
..
....
......
....
نیدلا فرش نیسحلادبع دیس هملاع
 
......................:رشان
.
...........
....
......................................
رایرهش
 
رات
ی
............................:پاچ خ
...
....................................
..
8316
 
..............................:پاچ تبون
...
........................................
مود
 
.......................................................ژاریت
.
....................
3333
 
964-5934-48-6
 
 
 
 
 


 

EY KİTABIM!  
 
Müəllif dolğun mənalı şeri ilə kitaba xitabən deyir: 
“Ey mənim kitabım, yer üzündə seyr et və istədiyin yerə ayaq bas! Qoy oxucuların həmişə 
səni  sevərək  oxusunlar.  Səndə  məni  qorxudan  nə  bir  yalan,  nə  də  heysiyyətinə  nöqsan 
gətirəcək bihudə, dəlilsiz bir məsələ yoxdur.” 
KİTABIN MƏŞHUR MÜƏLLİFİNİ TANIYAQ 
Hər  şəxsiyyət  onda  olan  müəyyən  tipik  xüsusiyyətlərlə  xarakterizə  olunur.  Başqasının 
şərhi-halını  yazan  şəxs  isə  onun  bu  kimi  keyfiyyətlərini  və  elmi  səviyyəsini  göstərməklə 
şəxsiyyətini  oxucuya  tanıtdırır.  Əgər  onun  əsərləri  şəxsiyyətini  aydınlaşdırırsa,  artıq 
tərcümeyi-halını yazmaq maraqsız olar və o vaxt maraqlı ola bilər ki, onun haqqında bir sıra 
yeni, deyilməmiş maraqlı incəliklər verilsin. 
“Əl-Müraciat”  kitabı,  demək  olar,  o  yazıçı  və  böyük  alimin  tərcümeyi-halı  və 
xasiyyətnaməsini əks etdirə bilən bir kitabdır. Bu kitab oxucuya İslam tarixi ilə bağlı müxtəlif 
bəhslərə  aid  geniş  məlumat  verməklə  yanaşı  müəllifin,  fəsahət,  bəlağət,  qələmin  səlisliyi, 
mübahisə  vaxtı  alicənablıq  və  ehtiramı  gözləmək,  diqqət,  mübahisədə  mətanət,  xitab  olunan 
və  bəhs  edən  şəxsə  tam  ehtiram,  mübahisələrin  tənzimi  və  başqa  xarakterik  cəhətlərini 
aşılayır.  Hər  halda  müəllifin  başqa  kitablarını  da  oxumaqla  yuxarıda  deyilənləri  daha  yaxşı 
duyacaqsınız. 
Etiraf  edirəm  ki,  bu  böyük  alimin  şəxsiyyətində  aradıqlarımı  bu  neçə  səhifədə  yazmaq 
çətindir. Çünki onun dünya görüşü, əxlaqı və insani dəyərləri bir dərya qədər geniş, kitabları, 
xüsusən bu kitabı ruhun dərinliklərinə vəsf olunmaz nur saçır. 
*  *  * 
HƏYATI 
Bu  böyük  alimin  adı  Seyyid  Əbdül-Hüseyn  Şərəfüddindir.  Adı  necə  də  şəxsiyyətinə 
münasibdir  –  Əbdül-Hüseyn.  Çünki  bütün  ömrünü  İslama,  müsəlmanlara  və  onların 
düşmənləri  ilə  mübarizəyə  sərf  etmişdir.  Şərəfüddindir,  çünki  dinə  xüsusi  şərəf  gətirmişdir. 
Belə nümunəvi insanlara İslam aləmində az rast gəlinir.  
Atası  Şərif  Yusif  ibn  Şərif  Cavad  ibn  Şərif  İsmayıl,  anası  Zəhra,  Seyyid  Hadi  ibn  Seyyid 
Məhəmməd  Əlinin  qızıdır  ki,  hər  ikisi  “Şərəfüddin”  sülaləsinin  böyüklərindən  birinə 
mənsubdur.  
O,  1290-cı    hicri-qəməri  (1869)  ilində  Kazimeyn  şəhərində,  elm  və  bilik  üçün  lazımı 
vasitələrin  olduğu  bir  ailədə  doğulmuş  və  mövcud  imkan  onun  ixtiyarına  bir  müsəlman,  bir 
İslam  təbliğatçısı  və  aliminə  lazım  təminat  və  şəraiti  ərməğan  vermişdir.  Nəcəf-Əşrəfdə 
məşhur  alimlərin  hüzurunda  fiqh  (şəriət  əhkamları  elmi)  və  üsul  elmlərini  öyrənmiş,  habelə 
mərhum  Seyyid  Kazim  Təbatəbai,  Axund  Xorasani,  Fəthullah  İsfahani,  Şeyx  Məhəmməd 
Taha Nəcəfi və Şeyx Həsən Kərbəlayidən lazımınca bəhrələnmişdir.  
Bu böyük alim ilə fiqh və üsul elmini öyrənən başqa tələbələr arasındakı fərq bundan ibarət 
idi ki, o, yalnız elm öyrənməklə kifayətlənməmiş, dövrün ictimai-siyasi vəziyyətindən, İslam 
ümmətində baş verən hadisələrdən də xəbərsiz olmamışdır. Müsəlmanların çətinliklərinə şərik 
olmaq,  onların  aradan  qaldırılması  barədə  daim  düşünmək  (bu  kitab  özü  bir  nümunədir), 
müəllifi  narahat  etdiyi  məsələlərdən  olmuş  və  özü  müqəddimədə  bu  həqiqətə  toxunmuşdur: 
“Şiə  və  sünni  ixtilafları  elə  cavanlığımdan  məni  kədərləndirirdi  və  həmişə  bir  çarə  ardınca 
idim.” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə