Əlaqə: Yusif Abasov, İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis



Yüklə 9,57 Kb.
tarix06.02.2018
ölçüsü9,57 Kb.
#25969




Əlaqə:

Yusif Abasov, İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis


Tel: (994 12) 418 11 09
Faks: (994 12) 596 20 38


MƏTBUAT ÜÇÜN MƏLUMAT

Şəffaflıq Azərbaycan” Bakıda və regionlarda anti-korrupsiya təlimləri keçirib

08 Fevral, 2008 – “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Bakı mərkəzi cari ilin Fevralın 5-də Dövlət Yol Polisi İdarəsində, Fevralın 6-da isə Sabunçu rayon Polis İdarəsində polis əməkdaşlarının iştirakı ilə seminar keçirib. Tədbir, “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” maarifləndirmə komponenti, habelə “Şəffaflıq Azərbaycan” təşkilatının fəaliyyəti çərçivəsində həyata keçirilmişdir. Tədbir çərçivəsində polis işçilərinə korrupsiyanın anlayışı, onun səbəbləri, nəticələri və formaları haqqında, “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” Hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı, “Transparency İnternational” təşkilatı və onun yerli bölməsi sayılan “Şəffaflıq Azərbaycan” təşkilatının fəaliyyət istiqamətləri və təşkilatın həyata keçirdiyi “İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzi” Layihəsinin fəaliyyəti və xidmətləri ilə bağlı məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
Təşkilatın Şəki mərkəzi isə cari ilin Fevralın 4-də Şəki rayonunun, Fevralın 7-də isə Oğuz rayonunun kəndlərində kənd əhalisi ilə görüş keçirmişdir. Görüş ərzində mərkəzin hüquqşünasları könüllülərin köməyi ilə kənd əhalisi üçün mobil anti-korrupsiya təlimini keçirmiş və əhaliyə yerində pulsuz hüquqi yardım göstərmişlər. Kənd əhalisi daha çox hərbi kommisarlıq, səhiyyə, kommunal xidmətlər, yol problemi, prokurorluq, polis, icra orqanları, ünvanlı sosial yardım, alqı-satqı əməliyyatları, bələdiyyə, notarius, təhsil sahələrində korrupsiya halları ilə üzləşdikləri ilə bağlı şikayətlənirdilər.

2005 ci il Aprel ayının 1-dən etibarən “Transparency İnternational” Təşkilatının Azərbaycan bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi MDB ölkələri arasında ilk olaraq yeni – ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsini həyata keçirir. Layihənin Bakı, Gəncə, Lənkəran, Quba və Şəkidə mərkəzləri mövcuddur. ALAC layihəsinin məqsədi “Vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə fəal mübarizəyə cəlb etməkdir”. Layihə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), ATƏT-in Bakı ofisinin və Böyük Britaniya Xarici İşlər Nazirliyinin “Qlobal İmkanlar Fondu”nun maliyyə dəstəyi əsasında həyata keçirilir.



Şəffaflıq Azərbaycan” (www.transparency-az.org) və ALAC layihəsi haqqında (www.alac-az.org) əlavə məlumat almaq üçün göstərilən internet səhifələrinə müraciət edə bilərsiniz. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və onun həyata keçirdiyi layihə ilə bağlı əlavə məlumat almaq üçün təşkilatın icraçı direktoru xanım Rəna Səfərəliyevadan müsahibə götürə bilərsiniz.
Yüklə 9,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə