Əlavə III azərbaycanda viza üçün müraciət edənlər tərəfindən təqdim edilməli yardımçı sənədlərin siyahısı



Yüklə 51,58 Kb.
tarix04.02.2018
ölçüsü51,58 Kb.
#24132

canvas 43

ƏLAVƏ III
Azərbaycanda viza üçün müraciət edənlər tərəfindən təqdim edilməli yardımçı sənədlərin siyahısı
I. Viza üçün müraciət edənlər tərəfindən təqdim edilməli sənədlər

1.1. Uçuş və ya səfər rezervasiyaları və ya nəzərdə tutulan nəqliyyat vasitəsi ilə bağlı digər sübutlar

Müvafiq olduğu təqdirdə gediş-dönüş səfəri ilə bağlı rezervasiya. Bilet yalnız viza verildikdən sonra alınmalıdır.

Çoxdəfəli giriş vizasının alınması üçün müraciət edən zaman: ilk səfəri ilə bağlı rezervasiya (təsdiq edilmiş gediş-gəliş səfəri bileti).

1.2. Qalmaq yeri barədə sübut

Aşağıdakıların aydın şəkildə göstərilməsi şərti ilə oteldən vauçer və ya rezervasiya:

- müraciət edənin adı və soyadı;

- qalma müddəti;

- sənədin verilmə tarixi və onu verən əməkdaşın adı;

- otelin əlaqə vasitələri.

Tələbələr: müvafiq olduğu təqdirdə müraciət edənin kamp daxilində qalacağı barədə təsdiq.

Tibbi müalicə zamanı: səhiyyə müəssisəsində qalmaq barədə təsdiq

1.3. Ödəmə qabiliyyətinə dair sübut

Şagirdlər istisna olmaqla, bütün kateqoriyadan olan müraciət edənlər aşağıda göstərilənlərdən ən azı birini təqdim etməlidir:

- nağd pul, səyahət çekləri, kredit kartlar və ya kifayət qədər vəsaitə malik olmağı təsbit edən digər vasitələr.

- son 3 ay üzrə bank bəyannaməsinin əsli;

- bank hesabı olmadığı təqdirdə, iş yerindən arayış;

- mənzil və ya digər daşınmaz əmlak mülkiyyətinə dair şəhadətnamə;

- pensiya alınmasına dair sübut; və ya

- digər müntəzəm gəlir mənbələrinə dair sübut.

1.4. Sponsorluq və / və ya şəxsi yerləşmə barədə sübut

Aşağıdakı üzv ölkələr müraciət edənlərdən sponsorluq və / və ya şəxsi yerləşmə ilə bağlı yerli qanunvericiliyə uyğun qaydada verilmiş sübutun təqdim edilməsini tələb edə bilər: Avstriya, Belçika, Danimarka1, Almaniya, Yunanıstan, Fransa, Latviya, Litva, Lüksemburq, Niderland, Sloveniya, Slovakiya, İsveç və İsveçrə. Təfərrüatlı məlumat üçün üzv ölkələrin rəsmi internet saytlarına baxa bilərsiniz.

1.5. İşləyən şəxslər tərəfindən təqdim edilməli sənədlər

Rəsmi şirkət blankında, möhür və imza ilə təsdiq edilən, tarixi və aşağıdakı məlumatları aydın şəkildə göstərən işəgötürən tərəfindən məktub (ingilis dilində və ya ingilis dilinə tərcümə olunmaqla Azərbaycan dilində): işəgötürənin ünvanı, telefon və faks nömrələri; imzalayan şəxsin adı və müəssisədə vəzifəsi, işçinin adı, vəzifəsi, əməkhaqqı və işlədiyi müddət.

1.6. Şirkət sahibləri tərəfindən təqdim edilməli sənədlər

Dövlət qeydiyyatı barədə şəhadətnamənin əsli və ya qeydiyyat barədə şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti (dövlət reyestrindən çxarış) və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN).

1.7. Şagirdlər/tələbələr tərəfindən təqdim edilməli olan sənədlər

Məktəb və ya universitetə qəbul barədə sübut.

1.8. Yetkinlik yaşına çatmayan şəxslər (18 yaşına qədər) tərəfindən təqdim edilməli sənədlər:

Doğum haqqında şəhadətnamənin əsli;

Aşağıdakı hallarda valideynlərin və / və ya hüquqi qəyyumların notarial qaydada təsdiq olunmuş razılığı:

a) yetkinlik yaşına çatmayan şəxs tək və ya yalnız valideynlərindən biri ilə səyahət etdikdə.



  1. yetkinlik yaşına çatmayan şəxs hüquqi qəyyumu onu müşayiət etmədən səyahət etdikdə.

  2. yetkinlik yaşına çatmayan şəxs hüquqi qəyyumlarından biri ilə səyahət etdikdə.

Valideyninin (valideynlərinin) adı və soyadı yetkinlik yaşına çatmayan şəxsin doğum haqqında şəhadətnaməsində göstərilənlərdən fərqli olduqda valideynlər əlavə sənədlər (Nikah haqqında şəhadətnamə(lər) və ya Övladlığa götürmə barədə sənəd(lər) və ya valideyninin (valideynlərin) yetkinlik yaşına çatmayan şəxs ilə qohumluğunu təsdiq etməklə müvafiq ad və ya soyadının dəyişdirilməsini sübut edən sənədlər təqdim etməlidirlər.

1.9. Azərbaycanda yaşayan qeyri-millətlərdən olan şəxslər üçün:

Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə verilən müvəqqəti və ya daimi yaşamaq icazəsinin və Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvafiq kartın qüvvədə olma müddəti üzv ölkələrin ərazisindən çıxılması ehtimal edilən tarixdən ən azı 3 ay olmalıdır.

1.10. Müraciət edənin üzv ölkələrin ərazisini tərk edəcəyi niyyətini göstərən sənədlər

Aşağıdakı sənədlərin bir və ya bir neçəsi təqdim edilməlidir:


    • Yaşayış ərazisi üzrə bağlılığın sübutu: ailə əlaqələri, peşəkar status;

    • Müntəzəm gəlir barədə sübut (əməkhaqqı sənədləri, pensiya vəsaitləri və s.);

    • Daşınmaz əmlak mülkiyyəti, uzunmüddətli icarə və ya lizinq razılaşması barədə sübut;

    • İşəgötürən tərəfindən verilən və müvafiq işçiyə məzuniyyətin verilməsi və onun öz iş yerinə qayıdacağı barədə qeydlərin olduğu və əlaqə vasitələrinin göstərildiyi iş yerindən rəsmi arayış.

    • Özünü-məşğul şəxs olduqda: biznes lisenziyasının və vergi bəyannaməsinin surəti

2. Turizm məqsədilə edilən səyahətlər üçün

Müraciət edən birdən artıq üzv ölkəyə səfər etməyi planlaşdırdığı halda marşrut.

3. İşgüzar səfərlər üçün:

3.1. Səlahiyyətli qurumlar tərəfindən yerli qanunvericiliyə uyğun qaydada təsdiq edilən yerli müəssisənin (hüquqi şəxs və ya şirkət, bu cür hüquqi şəxsin və ya müəssisənin törəmə təşkilatı və ya bölməsi, dövlət və ya üzv ölkələrin yerli hakimiyyət orqanlarından biri və ya üzv ölkələrin hər hansı birinin ərazisində keçirilən ticarət və sənaye sərgilərinin, konfransların və simpoziumların təşkilat komitələri) yazılı sorğusu. Sorğu möhürlənməli, imzalanmalı və aşağıdakı məlumatları əks etdirməlidir:



  • müəssisinin tam adı və əlaqə üçün şəxsi;

  • dəvət məktubunu imzalayan şəxsin adı və vəzifəsi;

  • səfərin məqsədi və müddəti;

  • dəvət edən tərəf müraciət edənin səfər və yaşayış xərclərini qarşıladığı halda müvafiq xərcləri ödəyəcək şəxs və ya təşkilat.

3.2. Azərbaycanda qeydiyyatdan keçən dəvət olunmuş hüquqi şəxs tərəfindən təqdim edilməli məlumatlılar:

  • Qeydiyyat haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarış) və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) surəti.

  • Aşağıdakı məlumatlar göstərilməklə hüquqi şəxs tərəfindən möhürlənən və imzalanan rəsmi məktub:

  • tam ünvan və əlaqə üçün şəxs

  • imza edən şəxsin adı və vəzifəsi

  • müvafiq olduğu təqdirdə, işçinin adı, vəzifəsi, əməkhaqqı və işlədiyi müddət

  • əmək müqaviləsinin xarakteri

  • müraciət edənin səfər və yaşayış xərclərini qarşılayacaq şəxs və ya təşkilat.

4. Təhsil və ya təlim, eləcə də mübadilə proqramları və ya digər məktəb tədbirləri məqsədilə edilən səfərlər üçün

  • Gediləcək üzv ölkənin dəvət edən məktəbi, universiteti, institutu və s. tərəfindən yazılı sorğu və ya qəbul barədə şəhadətnamə

  • Yazılı sorğu və ya qəbul barədə şəhadətnamə ən azı aşağıdakı məlumatları əhatə etməlidir:

  • məktəbin, universitetin, institutunun və s. tam ünvanı və adı;

  • qəbul olunmuş tələbənin adı, milliyyəti və doğum tarixi;

  • səfərin məqsədi və qalma müddəti.

5. Rəsmi səfərlər (ikitərəfli və ya çoxtərəfli) üçün – rəsmi nümayəndə heyətinin üzvləri üçün:

5.1. Rəsmi dəvət məktubu

Dəvət edən qurumun və ya beynəlxalq təşkilatın rəsmi blankında, möhürlənmiş və imzalanmış və aşağıdakı məlumatları əhatə edən rəsmi dəvət məktubu:


  • qurumun və ya təşkilatın tam ünvanı və əlaqə vasitələri.

  • məktubu imzalayan əməkdaşın adı və vəzifəsi.

  • dəvət edilən şəxsin adı, milliyyəti, doğum tarixi və funksiyası.

  • səfərin məqsədi və müddəti.

5.2. Azərbaycanda müvafiq qurumun və ya təşkilatın təsdiqi

Yerli səlahiyyətli orqan və ya təşkilat tərəfindən verilən, möhürlənən və imzalanan və müraciət edənin hökumətlərarası təşkilatlar tərəfindən üzv ölkənin ərazisində təşkil edilən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də tədbirlərdə iştirak etmək üçün səfər edəcək rəsmi nümayəndə heyətinin tərkibinə daxil olduğunu təsbit edən və aşağıdakı məlumatları aydın şəkildə əhatə edən rəsmi məktub:



  • orqan və ya təşkilatın tam ünvanı və əlaqə vasitələri.

  • imza edən şəxsin adı və vəzifəsi.

  • müraciət edənin adı və vəzifəsi.

  • səfərin məqsədi və müddəti.

  1. Yaxın qohumlara – həyat yoldaşı, uşaqlar (o cümlədən övladlığa götürülmüş), valideynlər (o cümlədən qəyyumlar), nənə/baba və nəvələr – baş çəkmək məqsədilə edilən səfərlər üçün

  • Üzv ölkələrdən hər hansını birinin yerli qanunvericiliyinə uyğun olaraq qəbul edən şəxsin yazılı sorğusu.

7. 6-cı bənddə qeyd edilən yaxın qohumla istisna olmaqla, digər ailə üzvlərinə və ya dostlara baş çəkmək məqsədilə edilən səfərlər üçün

- Dəvət:


Avstriya, Belçika, Danimarka2, Almaniya, Yunanıstan, Macarıstan, Fransa, Latviya, Litva, Lüksemburq, Niderland, Norveç, Sloveniya, Slovakiya və İsveçrə kimi üzv ölkələr müraciət edənlərdən yerli qanunvericiliyə uyğun olaraq verilən sponsorluq və / və ya şəxsi yerləşmə barədə sübutun təqdim edilməsini tələb edə bilər.

- Ailə bağları və ya qohumluğun təsdiqi:

Qohumluq əlaqələri şəkillər və / və ya əvvəlki görüş və ya tədbirlər ilə bağlı yazışmalar ilə əsaslandırıla bilər.

8. Tibbi müalicə məqsədilə edilən səfərlər üçün (o cümlədən, zəruri müşayiətedici şəxslər)

8.1. Səhiyyə müəssisəsi tərəfindən verilən və müvafiq müəssisədə tibbi müalicənin zəruriliyini, müşayiət edən şəxsə ehtiyacın olduğunu təsdiq edən rəsmi sənəd və tibbi müalicənin ödənilməsi üçün kifayət qədər maliyyə vəsaitinə malik olmağın təsdiqi.

Yuxarıda qeyd edilən sənədlər ən azı aşağıdakı təfərrüatları əks etdirməlidir:



  • səhiyyə müəssisəsinin tam ünvanı və əlaqə vasitələri.

  • imza edən şəxsin adı və vəzifəsi.

  • pasientin adı, milliyyəti və doğum tarixi.

  • Müalicənin müddəti və qalma müddəti.

9. Beynəlxalq idman tədbirləri məqsədilə edilən səfərlər üçün (o cümlədən peşəkar qisimdə müşayiətedici şəxslər üçün).

9.1. Tədbir təşkilatçıları, səlahiyyəti orqanlar, üzv ölkələrin və ya Azərbaycan Respublikasının milli idman federasiyaları və ya Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və ya üzv ölkələrin Mili Olimpiya Komitələri tərəfindən verilən və aşağıdakı məlumatları əhatə edən yazılı sorğu:



  • təşkilatın tam ünvanı və adı.

  • imza edən şəxsin adı və vəzifəsi.

  • tədbirin məqsədi və Azərbaycandan olan iştirakçının (iştirakçıların) rolu.

  • qalma müddəti.

  • müraciət edənin səfər və yaşayış xərclərini qarşılayacaq şəxsin və ya təşkilatın adı.

9.2. Tamaşaçılar və ya qonaqlar tərəfindən beynəlxalq idman tədbirinə (tədbirlərinə) giriş bileti / vauçeri təqdim olunmalıdır.

10. Üzv ölkənin (ölkələrin) ərazisində təşkil edilən elmi, akademik, mədəni və ya incəsənət tədbirləri, o cümlədən universitet və digər mübadilə proqramları məqsədilə edilən səfərlər üçün.

10.1. Müvafiq tədbirlərdə iştirak ilə bağlı təşkilatçı tərəfindən aşağıdakı məlumatları əhatə edən yazılı sorğusu:

- təşkilatın tam ünvanı və adı.

- imza edən şəxsin adı və vəzifəsi.

- tədbirin məqsədi və Azərbaycandan olan iştirakçının (iştirakçıların) rolu.

- qalma müddəti.

- müraciət edənin səfər və yaşayış xərclərini qarşılayacaq şəxsin və ya təşkilatın adı.

10.2. Tamaşaçılar və ya qonaqlar tərəfindən mədəniyyət/incəsənət tədbirinə (tədbirlərinə) giriş bileti / vauçeri təqdim olunmalıdır.

11. Azərbaycan Respublikasının ərazisi ilə üzv ölkələrin əraziləri arasında üzv ölkələrdə və ya Azərbaycan Respublikasında qeydiyyata alınan nəqliyyat vasitələrində beynəlxalq yük və sərnişin daşıması xidmətlərini həyata keçirən sürücülər tərəfindən edilən səfərlər üçün:

- beynəlxalq daşıma xidmətlərini həyata keçirən Azərbaycan Respublikasının milli şirkətinin və ya kuryerlər assosiasiyasının və ya üzv ölkələrin milli kuryerlər assosiasiyalarının səfərlərin məqsədini, marşrutunu, müddətini və tezliyini göstərməklə yazılı sorğusu.

12. Jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə edilən səfərlər və peşəkar fəaliyyətini həyata keçirən jurnalisti müşayiət etmək məqsədilə akkreditasiya olunan şəxs tərəfindən edilən səfərlər üçün:

- müvafiq şəxsin ixtisaslı jurnalist olduğunu təsbit edən və səfərin jurnalist fəaliyyətinin həyata keçirilməsi məqsədini daşıdığını təsdiq edən və ya müvafiq şəxsin peşəkar fəaliyyətini həyata keçirmək üçün səfər edən texniki işçi heyətinin tərkibinə daxil olduğunu sübut edən və peşəkar təşkilat və ya müraciət edənin işəgötürəni tərəfindən verilən şəhadətnamə və ya digər sənəd.

13. Qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarında iştirak məqsədilə edilən səfərlər üçün:

- aidiyyəti üzv ölkənin müvafiq şəhərinin administrasiyasinin rəhbərinin / şəhər merinin yazılı sorğusu.

14. Üzv ölkənin ərazisində təşkil olunan beynəlxalq sərgilərdə, konfranslarda, simpoziumlarda, seminarlarda və digər bu kimi tədbirlərdə iştirak edən müvafiq peşə sahibləri tərəfindən edilən səfərlər üçün:

- Üzv ölkənin təşkilatçı qurumu tərəfindən verilən və müvafiq şəxsin tədbirdə iştirakını təsdiq edən yazılı sorğu.

15. Təhsil, təlim, seminar, konfrans, o cümlədən mübadilə proqramlarında iştirak məqsədilə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən edilən səfərlər üçün:

- təşkilatçı qurum tərəfindən yazılı sorğu, müvafiq şəxsin vətəndaş cəmiyyəti institutunu təmsil etməsinə dair təsdiq və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun qaydada verilən müvafiq vətəndaş cəmiyyəti institutunun yaradılmasına dair reyestrdən çıxarış.

16. Dəfn mərasimində iştirak məqsədilə qohumlar tərəfindən edilən səfər üçün:

- ölüm faktını təsdiq edən rəsmi sənəd, eləcə də müraciət edən ilə mərhum arasında ailə və ya digər qohumluq əlaqəsinin təsdiqi.

17. Hərbi və ya mülki dəfn yerlərinə baş çəkmək məqsədilə səfərlər üçün:



- məzarların mövcud olmasını və saxlanılmasını, eləcə də müraciət edən ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd.


1 Danimarka digər üzv ölkə tərəfindən təmsil edildiyi halda tələb oluna bilər.

2 Danimarka digər üzv ölk tərəfindən təmsil edildikdə tələb oluna bilər.

Yüklə 51,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə