Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
  1   2   3   4   5   6   7   8   9   ...   43


 
Elbəyi CƏLALOĞLU 
 
 
 
 
 
 
 
 
 
 
MEHRALI    BƏY 
 
Dastan-poema 
 
 
 
 
 
 
 
BAKI   2010 
 
MEHRALI BƏY 



Elbəyi Cəlaloğlu 

 
 
Redaktorlar: Rüstəm Kamal 
                        Rövşən Nəsiboğlu 
 
 
 
Üz qabığında və kitabın içindəki ilüstrasiyalar 
rəssam-şair Məmməd Dəmirçioğlunundur. 
 
 
Elbəyi Cəlaloğlu. Mehralı bəy. Bakı, “Vətən” nəşriy-
yatı, 2010, –295 səh. 
 
 
Şair Elbəyi Cəlaloğlunun bu dastan-poeması XIX əsrdə rus 
şovinizminin iyrəncliklərinə qarşı qaçaqlıq etmiş, böyük igidlik-
lər göstərmiş və 1877-1878-ci illər Osmanlı-Rus savaşı zamanı 
əvəzsiz  şücaətlər  göstərmiş  Mehralı  bəyə  həsr  olunmuşdur. 
Müəllif əsərdə bir sıra  tarixi şəxsiyyətlər və dövrün ictimai-si-
yasi vəziyyəti barədə də məlumatlar verib. Əsərdə eləcə də, folk-
lor və digər milli mədəniyyət növləri də öz əksini tapıb. 
Qeyd: Əsər 2014-cü ildə müəllif tərəfindən yenidən redaktə 
edilib. 
 
 
 
2010
02
470302010

Qrifli n
əşr 
 
 
© Elb
əyi Cəlaloğlu, 2010 
Elbəyi Cəlaloğlu 



MEHRALI BƏY 

 
 
 
 
Zəlimxan YAQUB, 
Xalq şairi 
 
ELBƏYİ CƏLALOĞLUNUN “MEHRALI BƏY” 
DASTAN-POEMASI HAQQINDA 
DÜŞÜNDÜKLƏRİM 
 
Şair Elbəyi Cəlaloğlunun son dövr yaradıcılığının məh-
sulu  olan  “Mehralı  bəy”  dastan-poemasının  yaranması 
çox təbii və mənəvi bir ehtiyacdan doğulub. Müəllif Bor-
çalıda  və  bütün  türk  dünyasında  məşhur  olan  bir  tarixi 
qəhrəman haqqında əsər yazmaq cəsarətini hardan alıb? 
Cavab aydındır: Doğulduğu mühitdən, Borçalı aşıq mək-
təbinin məşhur nümayəndələrinin danışdığı qəhrəmanlıq 
dastanlarından,  boy  boyladığı,  soy  soyladığı  hadisələr-
dən, Aşıq Əmrahın “Misri”sindən, Aşıq Kamandarın Ko-
roğluyana səsindən və avazından, Hüseyn Saraçlının da-
nışdığı,  əfsanələşdirdiyi  “Səməd  ağa”  dastanından,  qa-
çaqların,  qoçaqların, mərdlərin,  sərtlərin,  ərlərin,  ərənlə-
rin bizə yadigar qoyub getdiyi kişilik, mərdanəlik sifətlə-
rindən!  Müəllifin  dünyagörüşündə, tərbiyəsində,  ruhun-
da,  körpəlikdəngəlmə  düşüncələrində  bu  duyğular  qa-
nadlanmasa heç vaxt qəhrəmanlıq haqqında əsər yazmaq 
olmaz.  Elbəyinin  xoşbəxtliyi  ondadır  ki,  o,  bu  saydığım 
proseslərin içindən keçib, bu sahədə ən saf, ən ülvi duy-
MEHRALI BƏY 



Elbəyi Cəlaloğlu 

 
ğuları öz içərisindən keçirib, əridib, süzüb, yüz ölçüb, bir 
biçib. Elbəyi Cəlaloğlunun atası Cəlal kişinin aşıq olması 
da şübhəsiz bu əsərin canlı və təbii çıxmasına öz müsbət 
təsirini göstərib. 
Ancaq xoşbəxtlikdən ciddi bir şəxsiyyət haqqında əsər 
yazmağın tarixi məsuliyyətini çox yaxşı dərk edən Elbəyi 
Cəlaloğlu təkcə müşahidələr yox, həm də zəngin mütaliə-
yə yer ayırıb, meydan verib, əqli qidalanma ona həm onu 
yetirən  mühitdən, həm  də  Mehralı  bəy  haqqında  Türki-
yədə çap olunan çoxsaylı tarixi mənbələrdən gəlib. 
Türk  tarixi  mənbələrində  “ikinci  Battal  Qazi”,  “ikinci 
Koroğlu”  kimi  dillərə  düşən  bir  şəxsiyyət  haqqında  elə 
yazmalısan  ki,  onun  Battal  Qaziliyi  və  Koroğluluğu  heç 
nə itirməsin, əksinə müəllifin bu sahədəki keyfiyyət yeni-
likləri  bu  adları  oxuculara  daha  çox  sevdirsin  və  əsil 
Mehralı bəy obrazı meydana çıxsın. Bu mənada şair dos-
tumuz Elbəyi Cəlaloğlunu oxucu sınağı, oxucu imtahanı 
gözləyir. Qalib çıxmağın bircə yolu var: Qəhrəmana layiq 
əsər yaratmaq! 
Mehralı bəyin yaşadığı dövr tarixin çox gərgin, narahat, 
həyəcanlarla  dolu  elə  bir  dövrü  idi  ki,  Rusiya-Türkiyə 
münasibətlərinin,  Rusiya-Türkiyə-İran  münasibətlərinin, 
Azərbaycanın,  xüsusən  Borçalının  elə  vaxtları  idi  ki,  ya 
qəhrəman ömrü yaşamalı, ya da məhv olub ayaqlar altın-
da qalmalı idin. 
Ancaq Mehralı bəy əsil türk oğlu türk kimi, Borçalı Qa-
rapapaqlarının ən igid oğullarından biri kimi tarixin ona 
tapşırdığı vəzifənin öhdəsindən çox ləyaqətlə gəldi. Ləya-
Elbəyi Cəlaloğlu 



MEHRALI BƏY 

 
qətlə yaşanan bu ömür onun ailəsi, atası, xalqı, milləti ilə 
bağlı  maraqlı,  əsl  dastanlara  layiq  hadisələrlə  doludur. 
Müəllif  bu  hadisələri  sadəcə  təkrarlamır,  onu  poetik  sö-
zün, poetik təfəkkürün işığında daha parlaq şəkildə oxu-
culara  çatdırır.  Dastan-poemanın  mahiyyətinə  varanda 
bir daha hiss etdim ki, Aşıq Şenliyin Səməd ağa qoçaqla-
ması müəllifə dərindən təsir edib və bu əsərin gözəl alın-
masında öz gücünü göstərib. 
“Baş divani”dən “Müxəmməs”ə, əvvəldən axıra qədər 
müəllifin öz qəhrəmanına böyük sevgisi oxucunu öz ar-
xasınca  aparır,  bir-birindən  maraqlı  hadisələrlə  qarşılaş-
dırır.  İnanıram  ki,  müəllifin  “Mehralı  bəy”  dastan-poe-
ması oxucular tərəfindən maraqla qarşılanacaq, şair dos-
tumuzu  yeni  uğurlara  doğru  aparacaq.  Uğurlar  olsun, 
ürəkdən xeyir-dua verir, müəllifə tükənməz həyat və ya-
radıcılıq eşqi arzulayıram. 
 
02.01.2010 
 
 
 
 
 
 
 
 
 
 
MEHRALI BƏY 



Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə