Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
  1   2   3   4   5   6   7   8   9   ...   22




 
 
 
Elçin 
 
 
Ədəbiyyat və cəsarət tərcümanı 

Abbas Zamanov
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – “GƏNCLİK” 2016 


 
 
 
 
 
 
Redaktor: Mirmusa Seyidov 
 
 
 
Elçin. 
“Ədəbiyyat və cəsarət tərcümanı - Abbas 
Zamanov” 
Bakı, “Gənclik” nəşriyyatı, 2016, 142 səh. 
 
 
 
Kitabda  görkəmli  xalq  yazıçımız  Elçinin 
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir 
üzvü,  əməkdar  elm  xadimi  Abbas  Zamanov 
haqqında xatirələri və məqalələri çap olunmuşdur 
Ümid  edirik  ki,  kitab  oxucular  tərəfindən 
rəğbətlə qarşılanacaqdır. 
 
 
 
 
ISBN: 5-8020-1793-7 
 
 
ELÇİN 
“Gənclik” nəşriyyatı  


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 

 
ƏDƏBİYYAT VƏ CƏSARƏT 
TƏRCÜMANI 
(Unudulmaz professor Abbas Zamanov haqqında bir 
neçə söz) 
 
 
Artıq  əlçatmaz,  ün-
yetməz  bir  uzaqlıqda 
qalmış 1960-cı ilin mart 
ayı  yadıma  gəlir.  Nov-
ruzdan  sonrakı  gün-
lərdən biri idi.  
Elmlər  Akademiyasının 
«İstiqlaliyyət»  küçəsin-
dəki  binasında  Səməd 
Vurğunun  vəfatının  be-
şinci  ildönümü  müna-
sibətilə  xatirə  gecəsi 
keçirilirdi.  
O  zaman  mən  orta  məktəbin  10-cu  sinfində 
oxuyurdum  və  bir  gənclik  həvəsi,  marağı,  hətta  hə-
risliyi ilə Bakıdakı ədəbi məclisləri izləyirdim.  
Həmin  mart  günü  Səməd  Vurğunun  xatirə  gecə-
sində  mən  də  Akademiyanın  böyük  iclas  zalında  orta 
sıralardan birində oturmuşdum.  
Xatirə gecəsini akademik Məmməd Arif aparırdı.  
Məruzəçi İlyas Əfəndiyev idi.  


Elçin
 

 
Xatirə gecəsi açıq elan olundu, məruzə oxundu, bir 
neçə çıxış oldu və növbəti söz parterdən əlini qaldırıb 
çıxış etmək istəyən Abbas Zamanova verildi.  
O  vaxta  qədər  mən  Abbas  Zamanovu  çox  gör-
müşdüm və bu alçaqboylu, dolubədənli, ağır, sanballı 
kişi  səhnəyə  qalxıb  xitabət  kürsüsünün  arxasına  ke-
çəndə  də,  mənim  heç  vəchlə  ağlıma  gəlməzdi  ki, 
indicə eşidəcəyim çıxış sovet Azərbaycanının 70 illik 
tarixində ən cəsarətli çıxışlardan biri olacaq, illər, hət-
ta onilliklər bir-birini əvəz edəcək, o çıxış isə yaddan 
çıxmayacaq.  
«Qardaş  olub  Hayastan  Azərbaycan!»  kimi  süni 
mahnıların  sədaları  altındakı  yalançı  «xalqlar  dost-
luğu»  şüarçılığı  mühitində  Abbas  Zamanovun  o  ax-
şamkı  çıxışı  sosialist  Bakısının  XX  partiya  qurul-
tayından  bir  neçə  il  keçdikdən  sonra  ətalət  içində 
mürgüləyən  ictimai  həyatında  günün  günortaçağı  ça-
xan qəfil ildırım kimi bir şey oldu. Sonralar isə məlum 
oldu ki, o çıxış Azərbaycanın taleyində də mühüm rol 
oynayıb.  
Abbas müəllim həmin odlu-alovlu çıxışında qədim 
Azərbaycan diyarı Naxçıvanın üzərini qara buludların 
almasından,  erməni  millətçilərinin  Naxçıvanı  Azər-
baycandan  qoparmaq  məqsədilə  ciddi  fəaliyyətə  baş-
lamalarından, Moskvada onların havadarlarının olma-
sından danışdı  və  rəyasət  heyətində oturub özünü  ta-
mam  itirmiş  (sabah  izahat  vermək  tələb  olunacaqdı!) 
bir vəzifəlinin:  


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 

 
-“Yoldaş  Abbas  Zamanov,  biz  bura  Səməd 
Vurğunun  xatirəsinə  toplaşmışıq!”  sözlərinə  Abbas 
Zamanovun:  
-Bəli,  biz  bura  Səməd  Vurğunun  xatirəsinə 
toplaşmışıq və Səməd Vurğun da bu gün sağ olsaydı, 
bax,  bu  xitabət  kürsüsündən  deyərdi:  «Naxçıvan  qə-
dim  Azərbaycan  torpağıdır!  Qara  niyyətlərinizdən  əl 
çəkin,  daşnaklar!  Naxçıvan  heç  zaman  ermənilərin 
olmayacaq!»  
Və  Abbas  Zamanov  xitabət  kürsüsündən  düşüb 
parterdə öz yerində oturdu.  
Elə bil ki, bütün zal hipnoz olmuşdu.  
Və  birdən  o  hipnoz  keçdi,  alqışın  hərarəti  bütün 
zalı, hətta bütün o böyük daş binanı titrətdi.  
Mülayim  bir  adam  olan  rəhmətlik  Arif  müəllim 
rəyasət heyətində ayaq üstə dayanmışdı və zalın sakit-
ləşməyini  gözləyirdi.  Zal  isə  sakitləşmək  bilmirdi. 
Nəhayət, Arif müəllimin səsi eşidildi:  
-Abbas Zamanov buradakı çıxışında hissə qapıldı. 
Mən  inanıram  ki,  o  özü  də  bu  çıxışından  peşiman 
olacaq.  
Bu zaman Abbas müəllim yerindən qışqırdı:  
-Çətin!  
Və  bu  bir  kəlmə  sözə  görə  yenidən  qopan  alqış 
yenə aləmi lərzəyə saldı.  
O gecə o, 10-cu sinif şagirdinin də daxilinə, yəqin 
ki, səbəbini heç özünün də dəqiq izah edə bilməyəcəyi 
bir qürur, fəxarət, igidlik hissiyyatı dolmuşdu.  


Elçin
 

 
 
ABBAS ZAMANOV 
 
Abbas müəllim, rahat yat! Sən bütün məhrumiyyətlərə 
dözərək  mümkün  olmayan  bir  zamanda,  quş  quşluğu 
ilə  uçaraq  sərhədləri  keçməyə  cəsarət  etmədiyi  bir 
vaxtda Şimallı-Cənublu qardaşlar arasında  körpü sal-
dın.  Onları  bir-biriləri  ilə  yaxınlaşdırdın,  qovuşdur-
dun. Buna görə hamımız sənin cənazən qarşısında baş 
əyirik.  İndi  sənin  cənazən  qarşısında  biz  onunla  təs-
kinlik tapır, çox şükür edirik ki, sən qardaşların, həqi-
qətən, qovuşduğu  günü də  gördün. Nisgilli getmədin. 
Mürşidi-kamilimiz, əziz qardaşımız, rahat yat! Qəbrin 
nurla dolsun!  
Cavad HEYƏT 
(İran) 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə