Elçin Əlibəyli



Yüklə 55,53 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü55,53 Kb.
#77665


Elçin Əlibəyli 

 

AMEA-nın Memarlıq və İncəsənət  



 

İnstitutunun aspirantı 

 

Televiziyada rejissor sənəti 



 

Televiziya özünün təşəkkül dönəmində konkret konsepsyia və 

estetik mahiyyətini müəyyən etmədiyindən kinematoqrafın 

doğuluşunda ona qarşı olan münasibətlə üzləşməli, yalnızca 

informasiya vasitəsi kimi xəbərvermə işinə yaradığı barədə 

mülahizələr irəli sürülməyə başlandı. Getdikcə televiziyanın ictimai 

vəzifələri müəyyən olundunqca, onun yayımında çeşidli proqramlar 

özünə yer aldıqca, həmçinin incəsənət nümunələrinin yayımına yer 

verdikcə televiziya estetik prinsiplərini müəyyən etməyə başladı. 

«Artıq  kütləvi informasiya vasitəsi kimi TV-də və onun texniki 

bazasında televiziya sənəti fenomeni biçimlənir» (S.Freylix. Teoriə 

kino: ot Gyzenşteyna do Tarkovskoqo. Moskva, 2002, str.17) və 

televiziya sintetik sənət növü kimi özünün yaradıcı məziyyətlərini, 

müxtəlif sənət növləri ilə birgə konseptual əsaslara söykənən fərdi 

xüsusiyyətlərini ortaya qoydu. 

Getdikcə televiziya təkcə bədii filmləri, teatr tamaşalarını 

yayımlamaqla kifayətlənməyib, özünün texniki bazasında 

teletamaşalar, bədii və sənədli, elmi-kütləvi filmlər, seriallar, 

telekonsertlər istehsal etməyə başladı. Bundan başqa teleşəbəkənin 

genişlənməsi və rəqabətin tamaşaçıda kanal seçimi etmək imkanı 

yaratdıqca daha informasiyanın, məlumatın quru, məntiqsiz təsvir 

ardıcıllığı ilə verilməsi arxada qalmış bir mərhələ kimi 

dəyərləndirilməyə və yaradıcı axtarışları: kadrların ifadəli montajı, 

quraşdırılması, dinamikanın müəyyən olunması, çəkiliş texnikasına 

kinematoqrafdan gələn bədiiliklə televiziya tələblərinin simbiozunu 

tətbiq etmək, məzmun, janrından asılı olmayaraq hər bir verilişin 




estetik həllinin baxımlı, templi, zövqlü və dəyişkən zaman ruhuna 

uyğunlaşdırmaq və digər elementləri cəsarətlə tətbiq etmək vəzifə 

kimi meydana çıxdı. Hələ televiziyanın ilk yaranış dönəmində 

peşəkar kino rejissorlarının bu yeni sənətin işinə cəlb olunması 

getdikcə yuxarıda deyimiz yaradıcı prosesi idarə edən telerejissor 

sənətinin yaranmasını və özünün poetikasnın, estetik əsaslarının 

meydana gəlməsini qaçılmaz zərurət kimi ortaya qoydu. 

  Televiziya texnikasnın sürətlə mükəmməlləşməsi yeni 

texnologiyaların ortaya çıxması televiziya sənəti qarşısında üfüqlər 

açdı və ötən əsrin 60-cı illərindən TV-lər arasında yaradıcı 

yenilikçilik, uğurlar naminə rəqabət artmağa başladı. Artıq televiziya 

kinematoqrafı təqlid etmək və ya onun əsasında yeni forma 

yaratmaq deyil, özünün yaradıcı axtarışlarını ortaya qoydu. Çəkiliş 

prosesinin ifadəli, bədii elementlərlə zənginləşməsindən başlamış, 

montaj masası arxasında effektlərin, tapıntıların geniş işlənməsi ilə 

məzmunlu, estetik cəhətdən təsirli görüntünün yaranması hər bir 

verilişin səviyyəsini, kamillik göstəricəsini müəyyən etməyə başladı. 

Xarakter və məzmunca eyni olan verilişləri məhz bu meyarlar 

fərqlənidirir, baxımı edir, reytinq yığır, yayımlandığı kanala reklam 

gətirmək, sponsor cəlb etmək yolu ilə kommersiya tələbini ödəmiş 

olur. 

Televiziyada rejissor ideyanı gerçəkləşdirilmə işinə rəhbərlik 



edən, onun estetik, bədii həllini, ekran dilinin ifadə elementləri 

vasitəsi ilə çatdırılmasına rəhbərlik edərək, ideya-məzmundan irəli 

gələn formanın tapılmasına, operatorun, rəssamın, montajçının və 

digər yaradıcı heyətin işini istiqamətləndirərək yekunda məzmunla, 

ədəbi materialla uzlaşan, onun ideyasını çatdıran, mükəmməl 

görüntü həlli olan, ümumi kompozisiyaya malik audiovuzual 

məhsulu ortaya çıxaran başlıca yaradıcı simadır. Rejissor ideya-bədii 

cəhətdən yüksək səviyyədə verilişin yaranmasında yaradıcı-

istehsalat prosesinə rəhbərlik etməklə yenilikçi axtarışları, yeni 

metodları öyrənərək onun tətbiq olunmasına çalışmalıdır. Ədəbi 

materialın görüntü həllinin özünün müəyyən etdiyi bitkin estetik 



formaya uyğun olması üçün studiyanın dizaynı, verilişin başlığı, 

arakəsməsi, səs və işıq-rəng həlli, montaj, qrafika işi kimi mühüm 

komponetlərin keyfiyyət etibarı ilə yüksək olmasına, yaradıcı 

cəhətdən mükəmməliyə nail olmağa çalışaraq ekran qarşısındı 

verilişi izləyəcək tamaşaçının bədii-estetik zövqünün 

yüksəlməsində, onun dünyagörüşündə, həyat tərzində, düşüncə 

tərzində TV-nin oynadığı başlıca istiqamətverici, rəyyaradıcı rolunu 

düzgün dəyərləndirərməli və yaradıcı meyyarlara uyğun zövqlü 

ekran məhsulunun yayımına çalışmalıdır. Rejissor çəkiliş və sonrakı 

istehsalat proesində yaradıcı almosferin biçimlənməsində, bütün 

heyətin bədii cəhətdən, psixoloji baxımdan hazırlıqlı olmasında 

oyanadığı başlıca rolla bərabər, verilişin ekran qarşısında oturan 

tamaşaçıya olan təsirini, yaratdığı ab-havanı, etdiyi təsiri bilməli, 

bundan istifadə edərək özünün yaradıcı və vətəndaşlıq borcunu 

ləyaqətlə yerinə yetirməlidir.   

Həmçinin, televiziya yaradıcılığında olan axtarışları, dünya 

ekranlarında gedən prosesləri düzgün dəyərləndirməklə, onların 

ideya-məzmuna uyğun formaya tətbiqi rejissorun qarşısında duran 

başlıca tələbdir. Rejissor texniki vərdişlərə məharətlə yiyələnərək 

ideyanın bədii təqdimatında ondan səmərəli istifadə etməlidir. 

   ABŞ rejissoru Alen Rezental rejissor qarşısında 6 başlıca 

texniki tələbi qoyur. İlk əvvəl kameranın hərəkətini- mənzərə 

planlarını, şaquli hərəkəti, operator arabası və onun hərəkəti önə 

çəkən müəllif sonrakı tələb kimi eksplikasiya-kadrlar və epizodların 

düzgün, bədii cəhətdən birləşdirilməsini qoyur. Həmçinin, onun 

fikrincə tamaşaçının motivləşdirilməsi, yəni hadisənin bir nöqtədən 

deyil, bütün rakurslardan verilərək bitkin rəyin yaradılmasına imkan 

vermək əsas qayda sayılmalıdır. Zamanın daha effektiv istifadə 

olunması və mürəkkəb epizodun fokuslaşmasında böyük əhəmiyyəti 

olan ara planların yetərincə çəkilməsi, rakurs seçimi yolu ilə 

emosional effektin əldə olunması və görüntünün düzgün optik həllə 

nail olunması müəllifin qoyduğu əsas tələblərdir. 



 

Yüklə 55,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə