ElçİNİN 65 yaşi bədii ucalıq elmi dərinlik



Yüklə 127,99 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü127,99 Kb.
#76972
növüYazı


ELÇİNİN 65 YAŞI 

Bədii ucalıq - elmi dərinlik 

 

Azərbaycan xalqının tarixi-mənəvi varlığını bədii sözün əbədiyyət aləmində inadkar inamla qo-



ru

yan, əks etdirən yazıçı və tənqidçilərdən biri çağdaş Azərbaycan ədəbiyyatının canlı klassiki 

El

çin Əfəndiyevdir. O, təkcə ədəbi-tarixi prosesdə yox, ümumiyyətlə, milli ictimai fikirdə özünə-



məxsus yeri olan əvəzolunmaz yazıçı, ictimai xadim, təəssübkeş vətəndaş, böyük ziyalı və nəcib 

insan


dır. Elçin unudulmaz İlyas Əfəndiyevin sanballı romanlar və dramlar yazmış əzəmətli əli-

nin sığalı ilə böyümüş, heç zaman bu dünya şöhrətli yazıçının müqəddəs əlinin hərarətini unut-

ma

mış, İ.Əfəndiyev və onun mənsub olduğu nəslin böyük ədəbi-tarixi ənənələrini əzmlə davam 



etdir

mişdir. Bu gün o, yazıçı,  ictimai xadim,  ədəbiyyatşünas kimi möhtəşəm  fəaliyyət  göstər-

məklə bərabər, yarım əsr İ.Əfəndiyevin çiyinlərində irəliyə getmiş, yaşayıb mövcud olmuş milli 

te

atr üçün dəyərli dram əsərləri yazır, böyük ədibin ənənələrini sozalmağa qoymur. 



 

On il əvvəl yubileylərin birində böyük alimimiz mərhum Yaşar Qarayev iclası açaraq dedi: «60-

cıların 60 yaşı tamam olur». İndi 60-cıların əksəriyyətinin 70 yaşı tamam olub, budur, artıq 60-

cıların ən cavanı da 65 yaşa çatdı... 

 

61 ya


şının tamam olduğu günün səhəri Elçin Əfəndiyevin qəbuluna getmişdim. Məni həmişəki 

kimi gü


lərüzlə qarşıladı. Əl uzadıb dedim: «Elçin müəllim, ad gününüzü təbrik edirəm». Bunun-

la  mən  50  yaşımla  bağlı  söhbətimizə  körpü salmaq istəyirdim. Elçin müəllim özünəməxsus 

tərzdə gülüb dedi: - «Ay Nizaməddin, adam heç istəmir ki, 60-dan sonra onun ad gününü yada 

sal


sınlar...». İndi də bu sətirləri yaza-yaza həmin cavab üzərində düşünürəm... Bir aydan sonra 

«Ədəbiyyat qəzeti»ndə Elçin Əfəndiyevin mənim barəmdə yazılmış «İstedad + Zəhmət» adlı bö-

yük məqaləsi çap olundu. 1979-cu ildə ilk qələm təcrübələrimdən biri, ustadım Yaşar Qarayevin 

«Poezi


ya və nəsr» kitabı haqqında «Azərbaycan» jurnalında resenziyam çap olunmuşdu. O za-

man Ya


zıçılar  İttifaqının  katibi olan Elçin bu yazıda  təzə  nəfəsi duyub Y.Qarayevə  demişdi  - 

«Kimdi bu, onu ni

yə gizlədirsiniz, göndər gəlsin mənim yanıma». Bu gənc bir qələm əhli üçün 

böyük qiy

mət, unudulmaz görüş idi. O, mənə bir kəlmə tərif demədən dərhal hazırlamaqda oldu-

ğu «Fikrin karvanı» toplusu üçün yazılar tapşırdı, mən Əli Nazim və Bəkir Çobanzadə oçerkləri-

ni yaz

dım... Fikrimin canı budur ki, 70-ci illərdən etibarən Elçin qələmi olan bir çox gənclərin 



əlindən tutdu, uğurlu yol, bəzilərinin kitablarına ön söz yazdı. 

 

Elçin istedad



lı adamın qədrini bilən, gənc nəsildə özünə inam formalaşdıran, istedadla yazılmış 

əsəri  iti  tənqidçi  fəhmi  ilə  ədəbi proses  nəhrində  seçib  dərhal qiymətləndirən  səmimi, böyük 

ürəkli şəxsiyyətdir. Elçin bizim qədrimizi bilir, biz də onun yerini; ona böyük dostumuz, ağsaq-

qa

lımız kimi dərin ehtiram bəsləyirik. Onun özündən sonrakı nəsillərlə ünsiyyət saxlaya bilməsi-



nin bir səbəbi də budur ki, Elçin gənclik ehtirasını qoruyub saxlayan, daima fikri yeniliyə can 

atan, ehkamla

rı vaxtında dağıtmağı bacaran şəxsiyyət və sənətkardır. 

 

Elçinin yara



dıcılığı Azərbaycan ədəbiyatının zəngin bir təmayülünü təşkil edir. O, 60-cı illərdə 

ye

ni bir nəfəslə ədəbiyyata gəlmiş və artıq 50 ilə yaxındır ki, bu nəfəs yeniliyini, bədii təravəti 



qoruyub saxlamaqda

dır. 60-cı illər nəsrinin poetikasının təşəkkül və formalaşmasında İ.Hüsey-

nov, S.Əhmədli, Anar, Ə.Əylisli, M.və R.İbrahimbəyovlar, S.Azəri, İ.Məlikzadə ilə birlikdə El-

çinin misilsiz xid

mətləri olmuşdur. 

 

Elçinin ilk heka



yəsi «O inanırdı» düz 49 il bundan əvvəl, 1959-cu il iyulun 5-də «Azərbaycan 

gəncləri» qəzetində çap olunub. Və o gündən bu yana çap olunmuş «Seçilmiş əsərləri»nin möh-

təşəm on cildi qarşımda durur. Bilmirəm hansı əsərini seçim və üzərində dayanım. Bu vaxtadək 

Elçinin yara

dıcılığı haqqında altı məqalə yazmışam və onlar Əfəndiyevlər nəslinin ədəbi-tarixi 



mövqeyi

ni  əks  etdirən  «Ədəbi proses  və  ədəbi  nəsil» (2008, V.Xanoğlanla birlikdə)  kitabında 

birlik

də  çap  olunub. Elçinin bütün  əsərləri maraqlıdır,  hekayələri  də,  esseləri  də,  dramları  da, 



tənqid və ədəbiyyatşünaslıq əsərləri də. Çünki Elçin heç vaxt ağ kağıza xəyanət etməyib, kağız 

korlamay


ıb, çünki onun başının üstə həmişə İ.Əfəndiyevin zəhmi dayanıb. İ.Əfəndiyevin yanın-

da pis yazmaq mümkün deyildi... 

 

Elçinin heka



yələri - «Beş qəpiklik motosikl», «Qatar. Pikasso. Latur. 1968», «Qırmızı ayı bala-

sı», «Gümüşü, narıncı, məxməri», «Günlərin bir günündə», «Bu dünyada qatarlar gedər», «Sarı 

gəlin», «Beş dəqiqə və əbədiyyət», «Şuşaya duman gəlib» və əlbəttə «Baladadaşın ilk məhəbbə-

ti» bədii sözün qüdrəti ilə rəsm edilmiş canlı həyat parçalarıdır. Bu hekayələrdə XX əsr Azərbay-

can klassik heka

yəçilik ənənələri - Mirzə Cəlil, Ə.Haqverdiyev, Yusif Vəzir, Mir Cəlal, İ.Əfən-

di

yev, S.Rəhimov, Ə.Məmmədxanlı hekayələrindən gələn ən yaxşı ənənələr yeni tarixi müstəvi-



də, əlbəttə yeni və orijinal bir üslubda - lrik-psixoloji üslubda davam etdirilmişdir. 

 

Kül



lən 60-cı illər ümumsovet nəsri, xüsusən də Azərbaycan nəsri üçün xarakterik olan poetik və 

esteti


k cəhətlər Elçinin hekayələrində parlaq bir tərzdə ortaya çıxır. Elçin müasirləri ilə birlikdə 

nəsrin poetikasında reforma apardı və öz poetikasını yaratdı. Bu reformanın mahiyyətini belə xü-

la

sə edə bilərəm: sələflərindən və yaşlı müasirlərindən fərqli olaraq Elçin öz hekayə və povestlə-



rin

də  həyat hadisələrinin panoram  təsvirindən  imtina etdi,  təsvirdə  bədii  dəqiqliyə  nail oldu, 

onun üslubunda li

rik təhkiyyə və psixoloji təhlil gücləndi, bədii detal təfərrüatı əvəz etdi. Yazıçı 

so

vet ədəbiyyatı, sosializm realizmi mədəniyyəti üçün xarakterik olan ictimai borc amilini insan 



ami

li ilə əvəz etməyə nail oldu. Bunun üçün hər şeydən əvvəl adi insanın daxili dünyasına, qəlb 

aləminə enmək lazım idi. Elçin öz müasirlərinə, adi insana həssaslıqla yanaşdı, əvvəlcə kəpənək 

çi

çəyin ləçəyinə qonan kimi onun mübhəm sirlərlə dolu narahat mənəvi aləminə endi və sonra da 



inadkar bir inam

la həmin insan uğrunda mübarizəyə başladı, onun gözəlliklərlə dolu daxili alə-

mi

ni cəmiyyətə çıxarıb, bütün dünyaya bu aləmin prizmasından nəzər saldı. Təbii ki, siyasi reji-



m

in təzyiqi altında Elçin bəzən ezop dilində, bəzən sətiraltı mənalarla danışmalı, bəzən də fan-

tasmoqori

ya və qallüsinasiyalara müraciət etməli oldu. Bütöv halda bunlar Elçinin novatorluğu-

nu şərtləndirən cəhətlər, onun nəsrin üslubuna və poetikasına gətirdiyi yeniliklər idi. Bu yenilik-

ləri biz XX əsrin son çərəyində yazıçının hekayələri ilə bərabər, onun «Bir görüşün tarixçəsi», 

«Toyu

ğun diri qalması», «Dolça», «Bayraqdar» povestlərində də müşahidə edirik. Bu povestlər 



müx

təlif  səpkilərdə  cəmiyyəti  və  ədibi narahat  edən  mənəvi-əxlaqi problemlərə  həsr  olu-

nub.  Vaxti

lə möhtəməş «İskəndərnamə» əsərində dahi Nizami deyirdi: «Mənim fəqanım təndü-

rüstsüzlük

dəndir». Elçin də öz əsərlərində XX  əsrin təndürüstsüzlüyündən,  mənəvi-əxlaqi har-

moniya

nın pozulmasından yazdı, onun səbəblərini aradı. Sevgisiz həyatın faciəsini yaşayan Məs-



məxanımın göy gözlərindən onun darıxan qəlbinə, tənha iç dünyasına endi, («Bir görüşün tarix-

çəsi»). Öz əməllərinin cəzasını yaşayan, dərk olunmuş faciənin qurbanı Zübeydənin «dərsini ver-

di» («Toyu

ğun diri qalması»), nəinki min illik adət-ənənələrə müqəddəs inamla yaşayan insanla-

rın, hətta öz vəzifəsini etibarla yerinə yetirən itin  pozulması səbəbləri üzərində dayandı («Dol-

ça»). Bu po

vestlər janr baxımından da yeni, miniatür povestlər idi. 

 

Elçinin çox



cəhətli yaradıcılığında onun möhtəşəm romanları - «Mahmud və Məryəm», «Ağ də-

və», «Ölüm hökmü» xüsusi yer tutur. 

 

«Mah


mud və Məryəm» nakam məhəbbət haqqında yox, xalqın tarixi və taleyi haqqında roman-

dır. Burada eşq və qəm xalqın özünüdərkinin başlanğıcı kimi ümumiləşdirilir. Yeri və taleyi mə-

lum olma

yan səadətini axtaran Mahmud «itmiş» xalqını tapır və onun faciəsinə qovuşur. Əziz və 

is

təkli adamın axtarışı xalqın axtarışına çevrilir. Bu əsərdə artıq yazıçını adi qəhrəmanın daxili 



sar

sıntıları yox, bütün adilərin - xalqın iztirabları narahat edir. 

 

«Mah


mud və Məryəm» romanında yazıçının böyük müvəffəqiyyəti «camaat» obrazı ilə bağlıdır. 

Mir


zə Fətəlinin «nuxuluları», Mirzə Cəlilin «ölüləri» və «dəliləri». Sabirin «intilgentləri» kimi 


Elçinin «camaa

tı» da monumental toplum obrazdır. «Camaat» Səfəvilər dövlətinin süqutundan 

son

ra Azərbaycan xalqının faciəsini əks etdirir. Xalq dövlətini itirəndə taleyi naməlum kütləyə, 



«camaat»a çevrilir. 

 

Ziyad xa



nı gənc Qarabağ xanəndəsinin qəmli səsi, Mahmudu isə Məryəmin ilıq nəfəsi oyadır. 

 

«Ağ dəvə» romanında da musiqi mənəvi intibahın simvolu kimi obrazlaşır.  Balakərimin tütəyi 



dil

lə deyilməsi müşkül olan həqiqətlərdən söz açır.  «Mahmud və Məryəm» romanında Sazlı Ab-

dulla

nın faciəsi, gənc xanəndənin yanıqlı səsi, «Ağ dəvə»də Balakərimin tütəyi hadisələrə aydın-



lıq gətirir, 37-ci ilin canlı faciələri ilə günahsız talelər arasında gözəgörünməz bir təmizlik, saflıq 

pərdəsi çəkir. Hər iki roman kökəqayıdışın zəruriliyini təsdiq edən əsərlərdir.  «Ağ dəvə»də El-

çin kö

kəqayıdışın, milli özünüdərkin iki yolunu göstərir: əfsanə və yaddaş! Tarixin ən yaxşı sax-



lan

cı yaddaşdır, yaddaş məhv olmur, bəzən adi bir tütəyin səsində də yaşayır. Tarix arxivdə, sə-

nəddə yox, yaddaşda yaşayır: əfsanənin, mahnının, işığın yaddaşında «Ağ dəvə» romanının əsas 

qəhrəmanı yaddaşdır, müəllif onu qorumağa çağırır. 

 

«Ağ dəvə» romanında Elçinin estetik idealı, humanist konsepsiyası əfsanədə təcəssüm tapır. Mil-



li-

mənəvi yaddaşımızda ağ rəng ümid, murad rəmzidir. Elçinin əfsanəsindəki ağ dəvənin ləpirlə-

rin

də ağ güllər çiçək açır. Ağ dəvə karvanının yolu ağ işıq dolu nurlu sabahlardır, bu, Azərbay-



can xal

qının yoludur. 

 

Elçin onlarla monoqrafiya



ın, yüzlərlə elmi-nəzəri məqalənin müəllifi olan görkəmli nəzəriyyəçi 

alim, filologi

ya elmləri doktoru, professordur. Ədibin on cildlik «Seçilmiş əsərləri»nin dörd cül-

di onun el

mi əsərlərini əhatə edir.  Təxminən bir ay əvvəl şəxsiyyətinə və yaradıcılığına dərin 

rəğbət bəslədiyim xalqı yazıçısı Anarın 70 illiyi ilə bağlı Akademiyadakı çıxışımda mən dedim 

ki, əgər biz həqiqi elmə qiymət veririksə (!) onda Anarı və Elçini Akademiyaya üzv seçməliyik. 

Onla


rın həm ədəbi-tarixi xidmətləri, həm də əsərləri buna imkan verir. 

 

Əlbəttə, kiçik bir məqalədə mən Elçinin fundamental monoqrafiyalarını təhlil etmək fikrində de-



yi

ləm, zamanında bu dəyərli əsərlər (məsələn, «Tənqid və ədəbiyyatımızın problemləri», «Klas-

sik

lər və müasirlər») haqqında yazmışam. 



 

Elçinin alim kimi yaz

dığı ilk böyük əsər ədibin on cildliyinin 8-ci cildinə «Tənqid və nəsr» kimi 

daxil olan, 1945-1965-ci il

lər  Azərbaycan  bədii  nəsrinin  ədəbi  tənqiddə  dərk  və  şərhinə  həsr 

olun


muş monoqrafiyadır. Vaxtilə bu əsər «Tənqid və ədəbiyyatımızın problemləri» adlı kitabda 

çap olun


muşdu və akademik K.Talıbzadə bu kitaba «Tənqid və janrların taleyi» adlı maraqlı bir 

ön söz yaz

mışdı. Akademiklər Məmməd Arif və Məmməd Cəfər Elçinin nəsrini, K.Talıbzadə isə 

bu «ön söz»də Elçinin elmini, virtioz tənqidçi məharətini yüksək qiymətləndirirdi. «Tənqid və 

nəsr» monoqrafiyasında Elçin ilk dəfə ona çox doğma olan, beşiyi başında dayandığı 60-cı illər 

ədəbiyyatının təşəkkül çətinliklərini ədəbi-tənqidi proses kontekstində izah edirdi. Bu nadir hadi-

sədir, həm yeni nəsri yaradasan, həm də öz nəzəri fərasətinlə onun ədəbi-tarixi prosesə gəlişinə 

mühafi


zəkar tənqidilə mübarizədə yol açasan. O zamankı ədəbi tənqidin ən mübahisəli problem-

lərindən  olan  «Səriyyə  məsələsi»ni  (İ.Əfəndiyevin «Körpüsalanlar»  əsərinin  qəhrəmanı)  Elçin 

çoz düz

gün həll etməyə nail oldu: «Səriyyənin öz dövrü üçün adi hərəkətlərini az qala milli adət-



ənənələrin faciəsi kimi qiymətləndirmək» məhz ondan irəli gəlirdi ki, «milli xarakterin dinamik 

mahiy


yəti, yəni tarixi kateqoriya olduğu, ənənə və novatorluğun dialektik vəhdəti unudulurdu». 

Həm Elçinin, həm də mənim - ikimizin də yaxın dostu, mərhum Y.Qarayevin belə bir fikri vardı: 

novator

luq, əslində, ənənəyə münasibətin konkretliyidir. Elçin «Səriyyə məsələsi»nə milli xarak-



terin tarixi ro

lu  və  estetik mahiyyəti prizmasından  nəzər  salır  və  ona  qarşı  çevrilmiş  tənqidi 

tərksilah edir. 

 



Tərəddüd etmədən deyə bilərəm ki, həm görkəmli ədəbiyyatşünas alim, həm də professional tən-

qidçi kimi Elçi

nin əsərlərinin başlıca problemi  MÜASİRLİKDİR. Bu materialist estetikadan gə-

lən adi bir ifadə deyil, Elçinin sənətə münasibət meyarı, onun nəzəri-estetik idealının ifadə tərzi-

dir. Onun cid

di əsərlərindən biri «Ədəbiyyatda tarix və müasirlik problemi» adlanır. Bu, Elçinin 

filologi

ya elmləri doktoru alimlik dərəcəsi almaq üçün etdiyi məruzənin adıdır. Bu məruzə bizim 

elmdə ciddi monoqrafiyalara bərabər tutuldu. 

 

Elçin ge



niş diapazona malik tədqiqatçıdır. Bunu müəyyən etmək üçün onun «Klassik aşıq poezi-

ya

sında «Dünya» obrazı» monoqrafiyasını oxumaq kifayətdir. Bu əsər Elçinin mifik təfəkkürdən 



mil

li fəlsəfəyə qədərki düşüncə tariximizi gözəl bildiyini əks etdirir. Elçin müxtəlif bədii-fəlsəfi 

cərəyanları həssas yazıçı fəhmi, çevik tənqidçi təfəkkürü ilə, aydın və sadə üslubda təhlil etməyi 

baca


ran nəzəriyyəçi alimdir. 

 

Elçinin iki monoqra



fik  tədqiqatını  xüsusi  bir  şövqlə  qeyd  etmək  istəyirəm:  böyük mütəfəkkir 

Üze


yir  bəyə  həsr  olunmuş  «Bəstəkarın  vətəndaş  sözü»  və  Azərbaycanın  böyük milli yazıçı 

C.Cabbar


lıdan bəhs edən «Şəxsiyyət və istedad» monoqrafiyalarını! Hər iki əsər Elçinin öz sələf-

ləri ilə dialoqundan yaranıb. Elçinin şəxsiyyətində həm Ü.Hacıbəyliyə, həm də C.Cabbarlıya ox-

şar cəhətlər var: müdrikliyin təmkini və gəncliyin ehtirası! «Ehtiras olmadan dahiyanə heç nə ya-

ratmaq mümkün deyil» - deyirdi dahi filosof Hegel! 

 

El

çin həm yüksək nəzəri təfəkkürə, həm də çevik tənqidçi üslubuna malikdir. S.Vurğun, M.İbra-



himov, M.Hü

seyn, S.Rəhimov, R.Rza, İ.Əfəndiyev kimi o da, Anar da ədəbi-tənqidi və nəzəri-

este

tik əsərlərində bədii yaradıcılığın təcrübəsi ilə nəzəriyyəsini birləşdirən yazıçı-tənqidçi tipi-



dir. Bu tipli ya

zıçıların, xüsusən də Elçinin, elmi əsərləri də daha canlı, oxunaqlı və təsirli olur. 

El

çin təkcə nəsr və dramaturgiyada yox, ədəbi tənqiddə də reforma aparmış müəllifdir.  O, 60-



70-ci il

lərdə  tənqidçi  həmkarları  (məsələn  Y.Qarayev, A.Hüseynov,  A.Əfəndiyev)  ilə  birlikdə 

təsvir  tənqidindən  təhlil  tənqidinə  keçidin  əsasını  qoydu. Onun böyük ziyalı  amalı,  vətəndaşı 

yan


ğısı ilə 70-ci illərdə yazdığı «Şeir axını. Nə etməli?», «Hekayə janrı: imkanlarımız və iddiala-

rımız» kimi konspetual yazıları nəinki Azərbaycan, o zamankı İttifaq tənqidinin parlaq nümunə-

ləri idi... 

 

Müasir qloballa



şan dünyada yazıçı mövqeyinin çətinləşdiyi bir dövrdə Elçin (Əfəndiyev) əzm və 

istedadla ya

zıb yaradır, onun addımlarının səsi dünya ədəbi prosesinin ritminə düzəm verir, o, 

Azərbaycan bədii sözünün şöhrətini üçrəngli bayrağımız kimi dünyanın ən uca zirvələrinə qaldı-

rır. 

 

Nizam



əddin Şəmsizadə 

 

Az

ərbaycan məktəbi. - 2008. - N 5. - S. 14-19 



 

Yüklə 127,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə