Elektron Hökumət və Biz



Yüklə 19 Kb.
tarix05.10.2017
ölçüsü19 Kb.
#3367

Elektron Hökumət və Biz

e-hok2Dünyamız  və  düşüncələrimiz ,ümumiyyətlə,hər şey  dövrümüzün tələblərinə uyğun olaraq dəyişir.Hətta bu cəhətdən insanlar belə istisna deyildir.Dövrümüzün insanları artıq daha səbirsiz  və daha  tələbkardır.Vəziyyət o dərəcəyə çatmışdır ki, hörmətli həmvətənlərimiz artıq ən sadə işlərdən ötrü növbələrdə dayanmaqdan ,hər hansısa kiçik bir şey üçün  yol qət etməkdən, vəzifəsini lazımi  şəkildə yerinə yetirməyən və ya yerinə yetirmək istəməyən məsul şəxslərdən bezmiş vəziyyətdədirlər.

Hal-hazırda dünyanın bir çox ölkələrində ,həmçinin bizdə də bütün bu  yerinə yetirməyi sevmədiyimiz əməliyyatları tez və asan şəkildə yerinə yetirən , o cümlədən , vergi ödəmələri və digər ödəmələrlə  bağlı əməliyyatları oturduğumuz yerdən həll etməyə  , hər hansısa problem  yaranan zaman birbaşa  nazirliyə müraciət  etməyə imkan  yaradan  Elektron hökumət  mövcuddur. Bəs Elektron Hökumət  nədir?

Elektron Hökumət”in əsas fəaliyyət prinsipləri və əhəmiyyəti. 
“Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.(e-gov.az)

Ümumiyyətlə baxsaq , Elektron Hökumətdən  istifadə bizə həm vaxtımızı,həm əsəblərimizi qorumağa kömək edir. Həmçinin , biz  Elektron Hökumətin bizə təklif etdiyi  xidmətlərdən istifadə etməklə öz büdcəmizi də idarə edə bilərik.Elektron Hökumət  bizə faydalı olan bir sira Nazirliklərin xidmətlərini təklif edir.Bu xidmətlər online şəkildə yerinə yetirilir.Təbii ki , əməliyyatların yerinə  yetirilməsi  zamani vətəndaşların şəxsi məlumatları tələb olunur.Düşünə bilərsiniz ki,bu cür istifadə və  yaxud ödənişlərin edilməsi  sizin şəxsi məlumatlarınız üçün təhlukə yarada bilər.Lakin heç bir qorxuya əsas yoxdur. e-gov.az  portalı  və  Nazirliklərin rəsmi saytları vasitəsilə həyata keçirilən əməliyyatlar tam təhlükəsizdir.

Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada informasiya təhlükəsizliyi məsələsi getdikcə daha vacib məsələ kimi ortaya çıxmışdır. Məlumat mübadiləsi zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması çox mühüm məsələdir. Dövlət orqanları ilə müxtəlif əməliyyatlar həyata keçirərkən vətəndaşların şəxsi məlumatlarının üçüncü tərəfin ələ keçirməməsi üçün təhlükəsiz şəbəkələr getdikcə daha çox yayılır. Bundan başqa elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi də təhlükəsizlik qədər vacib məsələdir. Bütün qeyd olunanlar isə elektron imzanın zəruriliyini ortaya çıxarır. elektron imzanin  əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və  3-cü tərəfə (məhkəmə, internet market və s.) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır. Bu gün respublikamızda elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi gələcəkdə ölkəmizin dünya informasiya sisteminə, Avropaya inteqrasiyasını daha da sürətləndirmiş olacaq.

Lakin  Azərbaycanda  Elektron  Hökumətdən istifadə  hələ   ənənə   halına  gəlməmişdir.Düzü ,bu məqalədə  cəmiyyətimizin  Elektron Hökumətə  münasibəti  barədə yazmaq istərdim , amma   apardığım müşahidələrə əsasən onu deyə bilərəm ki , həmvətənlərimizin hec də   Elektron Hökumət haqqinda lazımi səviyyədə məlumatı yoxdur. Məlumat olmayan yerdə   isə düzgün münasibət də olmaz.  Hətta  indi ,komputer  əsrində belə  xalqimiz online şəkildə hər hansısa ödəniş  eləməyə çəkinir. Öz şikayətləri  , iradları və  təklifləri barədə  yuxarı xidmət  orqanlarına muraciət etməyə  cəhd belə göstərmir. Onlar düşünürlər  ki, məktublarına heç  kim önəm verməyəcəkdir. Lakin  onlar əmin  olmalıdırlar ki ,  hər  bir  şikayətə , hər  bir  məktuba  aidiyyatı orqanlar baxir  və lazım olduqda mütləq cavablandırır.

Xalqı Elektron Hökumət barədə  məlumatlandırmaq  üçün   güclü təbliğat işləri aparılmalıdır.İnsanlar  bir sıra formalaşmış  qəliblərdən çıxa  bilmirlər, kompüter əsrində hələ də  ənənəvi yollardan  istifadə   etməklə  qiymətli   vaxtlarını  boş  yerə sərf edirlər.Məhz buna görə də ,əhaliyə  internet vasitəsilə online şəkildə aparılan  əməliyyatlara inam  aşılamaq lazımdır.

Yuxarıda qeyd etdiyimiz kimi , əhalinin çox hissəsi məlumatsızdır,bir  digər hissəsinin isə Elektron Hökumətdən istifadə etməyə imkanı və şəraiti  yoxdur.Azərbaycanin  ucqar rayonlarında  bir sıra  internetlə bağlı problemlərin olması,orta nəslin bir qisminin , yaşlı nəslinsə ,demək olar ki,  çox hissəsinin  ,hətta ola bilər ki , bir neçəsindən başqa hamısının  internet ,o cümlədən , kompüter  biliklərinin olmaması,bir çox ailənin maddi imkan  baxımından  kompüter ala bilməməsi  də  ölkəmizdə Elektron Hökumətdən istifadənin genişlənməsinə əngəl olan əsas  səbəblərdəndir. Lakin  Elektron  Hökumətin Rəsmi  portalına  mobil telefonlar  vasitəsilə də  qoşulmaq olar. Bu baxımdan yenə  də yaşlı nəsil üçün problem yaranır. Halbuki, Elektron Hökumətdən istifadəyə ən çox onların ehtiyacı vardır.

İnternetdən  istifadə edə bilməyən şəxslər və yaxud  hər hanisa online xidmete inanmayanlar  “ASAN xidmət “  mərkəzlərinə müraciət edə bilərlər.

“ASAN xidmət “  13 iyul 2012ci ilde yaradılmışdır.”ASAN xidmət ” mərkəzləri   dövlət orqanları tərəfindən  göstərilən xidmətlərin  vahid  və əlaqələndirilmiş  formada  həyata keçirilməsini  təmin edən qurumlardır.1 ildir ki fəaliyyət göstərir. Bu  1 il ərzində 3  mərkəz yaradılmışdır. Mərkəzlərin fəaliyyəti  operativlik,şəffaflıq , nəzakətlilik  , məsuliyyət və rahatlıq  prinsipləri əsasında qurulur.



677

                “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd



  • vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;

  • vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;

  • peşəkarlıq səviyyəsinin artırılması;

  • dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;

  • şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;

  • elektron xidmətlərdən daha geniş istifadə olunması;

  • bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması

“ASAN xidmət ” mərkəzlərindən 2si Bakıda , 1i isə Sumqayıtda yerləşir.Bu mərkəzlərin bütün  Azərbaycani əhatə etməməsinə səbəb , çox ehtimal ki, “ASAN xidmət”lərin yaradilması haqqında fərmanin keçən il imzalanmasıdır.

Hamımızın bildiyi kimi , Azərbaycanda  süründürməçilik  və korrupsiya  hadisələri  xalqın daha çox istifadə etdiyi ,daha zəruri  xidmətlərdə baş tutur.Məhz buna görə də,əgər   ölkəmizdə  korrupsiyanın  qarşısını almaq istiyirksə, Elektron Hökumətin bizə təqdim etdiyi  elektron xidmətlərdən  istifadə etməyimiz həm bizim üçün , həm də  ölkəmiz üçün daha xeyirli olar.Ümid edirik ki , yaxın gələcəkdə  xalqımızın rifahı  və rahatlığı üçün  Elektron Hökumətdən istifadə  genişlənəcək  və “ASAN xidmət”  mərkəzlərinin sayı və əhatə dairəsi  genişləndiriləcəkdir.



 

Əlmirzəyeva  Aysel
Yüklə 19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə