"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə
və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 183-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə baxan orqan barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2005-ci il
№ 840