Elektron imza və elektron sənəd haqqında



Yüklə 275,94 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü275,94 Kb.
#66085


"Elektron  imza  və  elektron  sənəd  haqqında"  Azərbaycan  Respublikası 

Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



 

 

 



"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə 

minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:



 

1.1.


    

qüvvədə  olan  qanunvericilik  aktlarının  "Elektron  imza  və  elektron  sənəd  haqqında" 

Azərbaycan  Respublikası  Qanununa  uyğunlaşdırılması  barədə təkliflərini  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2.


    

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi 

aktlarının  həmin  Qanuna  uyğunlaşdırılmasını  təmin  etsin  və  bu barədə  Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin;

 

1.3.


    

"Elektron  imza  və  elektron  sənəd  haqqında"  Azərbaycan  Respublikası  Qanununun 

pozulmasına  görə  məsuliyyət  növlərini  müəyyən  edən  qanunvericilik  aktının  layihəsini 

hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.4.


    

həmin  Qanunun  5.4-cü  maddəsində  nəzərdə  tutulmuş  elektron  imzanın yoxlanılma 

qaydasını müəyyən etsin;

 

1.5.



    

həmin  Qanunun  6.4-cü  maddəsində  nəzərdə  tutulmuş  dövlət  hakimiyyəti  və  yerli 

özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydasını müəyyən etsin;

 

1.6.



    

həmin 


Qanunun 

9.8-ci 


maddəsində 

nəzərdə 


tutulmuş 

elektron 

imza 

üçün  sertifikat  verən  və  imzaların  istifadəsi  üzrə  xidmətlər  göstərən  mərkəzin (sertifikat 



xidmətləri mərkəzi) qeydiyyatı və akkreditə edilməsi qaydalarını təsdiq etsin;

 

1.7.



    

həmin  Qanunun  10.2-ci  və  11.6-cı  maddələrində  nəzərdə  tutulmuş  sertifikat 

xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması qaydalarını təsdiq etsin;

 

1.8.



    

həmin  Qanunun  26.2-ci  maddəsində  nəzərdə  tutulmuş  elektron  sənədlərin  mübadiləsi 

qaydasını müəyyən etsin;

 

1.9.



    

həmin  Qanunun  32.3-cü  maddəsində  nəzərdə  tutulmuş  tərkibində  dövlət  sirri  təşkil 

edən  məlumatlar  olan  elektron  sənədlərin  tərtibi,  emalı  və  mübadiləsi  üçün  istifadə  olunan 

informasiya sistemlərinin ekspertizasının keçirilməsi qaydasını müəyyən etsin;

 

1.10.


    

bu  Fərmanın  2-ci  bəndində  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

səlahiyyətlərinə  aid  edilmiş  digər  məsələlərə  dair  müvafiq  normativ  hüquqi  aktların 

hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

 

1.11.


    

"Elektron  imza  və  elektron  sənəd  haqqında"  Azərbaycan  Respublikası Qanununun 

1.1.14-cü, 8-ci, 9.1-ci, 9.3-cü, 9.4-cü, 9.6-cı, 9.7-ci,  16.0.3-cü, 17.1.3-cü,  17.3.7-ci,  17.3.8-ci, 17.3.9-

cu,  19.2-ci,  19.4-cü,  19.5-ci, 31.4-cü, 33.1-ci, 33.2-ci, 33.2.6-cı, 33.2.8-ci, 33.2.9-cu, 33.2.1O-cu

5

 33.2.11-



ci, 33.2.12-ci, 33.2.13-cü, 33.3-cü, 33.3.1-ci, 33.3.2-ci, 33.3.3-cü və 33.3.4-cü maddələrində  nəzərdə 

tutulmuş  "müvafiq  icra  hakimiyyəti  orqanları"nın  səlahiyyətlərini  həyata  keçirən  icra 

hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.12.



    

öz  səlahiyyətləri  daxilində  "Elektron  imza  və  elektron  sənəd  haqqında"  Azərbaycan 

Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 



2.

     


Müəyyən  edilsin  ki.  "Elektron  imza  və  elektron  sənəd  haqqında"  Azərbaycan 

Respublikası  Qanununun  5.4-cü,  6.4-cü,  9.8-ci,  10.2-ci,  11.6-cı,  17.5-ci,  32.3-cü,  33.2.1-ci,  33.2.2-ci, 

33.2.3-cü,  33.2.4-cü,  33.2.5-ci,  33.2.7-ci, 33.2.14-cü,  34.1-ci  və  34.2-ci  maddələrində  nəzərdə 

tutulmuş  "müvafiq  icra  hakimiyyəti  orqanı”nın  səlahiyyətlərini  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti həyata keçirir.

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 26 may 2004-cü il

 

                           № 65



 

  

 



Yüklə 275,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə