ELEKTRON KİTABXANAELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANAAÇIQ KİTABXANAELEKTRON MƏLUMAT BAZASIMUSİQİ KİTABXANASI
2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatları verilsin:
Camalova Reyhan Rauf qızı
Əlfidatlı Gülnar Teyyub qızı
Fərəcov Xaqani Surxay oğlu
Quliyev Ağarəhim Vaqif oğlu
Səfərova Zümrüd Rasim qızı
Zeynalova Aysun Gülağa qızı.