Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə1/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020


S.Q. Əliyev, M.M.Ağahüseynova


Elementlər Kimyası
Dərslik


ELEMENTLƏR KİMYASI

Hazırda 110 kimyəvi element, başqa sözlə, nüvəsinin yükünə görə bir-birindən fərqlənən 110 müxtəlif atom növü məlumdur. Bunlardan da doxsanı təbiətdə yayılmışdır, qalan iyirmisi isə, o cümlədən 43, 61, 85, 87-ci elementlər və urandan sonra yerləşən bütün elementlər süni yolla alınmışdır. Lakin son illərdə bu elementlərin bəzilərinin təbiətdə çox cüzi miqdarda olması müəyyənləşdirilmişdir.


Beləliklə, planetimizin elementar maddi əsasını cəmi 90 kimyəvi element təşkil edir. Lakin kimyəvi elementlərin hamısı yer qabığında eyni dərəcədə yayılmamışdır, yəni onlar eyni təbii ehtiyata malik deyildir. Buna görə də Yer üzərində həm qeyri-üzvi, həm də üzvi aləmin tərkibində və maddi formalaşmasında bütün elementlərin rolu eyni dərəcədə olmamışdır. Məsələn, təkcə oksigen yer qabığı kütləsinin təxminən yarısını (47,2%), yer qabığında təbii ehtiyatına görə oksigendən sonra ikinci yeri tutan silisium 27,6%-ni, alüminium 8,8%-ni təşkil edir. Yaxud 8 kimyəvi element (O, Si, Fe, Ca, Na, K, Mg) birlikdə yer qabığı kütləsinin 99,4%-ni əmələ gətirir. Qalan 80-dan artıq təbii kimyəvi elementlərin payına isə cəmi 0,6% düşür.


Qeyri-metalların ümumi xarakteristikası


Qeyri-metallar dövri sistem cədvəlində əsas etibarilə sağ yuxarı küncdə yerləşən elementlərdir. H və He müstəsna olmaqla qalan qeyri-metallar p-elementləridir.


Qeyri-metal atomlarında elektron təbəqələri ya tamamlanmış (nəcib qazlar), ya da tamamlanmağa yaxındır (halogenlər, xalko­genlər).
Dövrlərdə soldan sağa getdikcə elementlərin atom radiusları (r) kiçildiyindən elektromənfilikləri artır (EM) və nəticədə qeyri-metallıq xassəsi güclənir.
Əsas yarımqruplarda yuxarıdan aşağıya doğru getdikcə elementlərin atom radiusları artır, elektromənfilikləri azalır və nəticədə qeyri-metallıq xassəsi zəifləyir.
Qeyri-metalların əmələ gətirdikləri bəsit maddələr molekulyar qeyri-molekulyar quruluşa malikdir.
Molekulyar quruluşlu bəsit maddələr biratomlu (nəcib qazlar), ikiatomlu (halogenlər) və çoxatomlu (O3 – ozon, P4 – ağ fosfor, S8 – rombik kükürd) olur.
Bərk halda molekulyar quruluşlu qeyri-metallar (H2, J2, O2, P4, S8) molekul kristal qəfəsinə malikdirlər. Qeyri-molekulyar quruluşlu qeyri-metallar (C, Si, B) atom kristal qəfəsinə malik olub, nəhəng polimer molekullar əmələ gətirirlər – (C)n, (Si)n, (B)n. Bu səbəbdən onlar yüksək bərkliyə və yüksək qaynama temperaturuna malik olur.
Qeyri-metallar bərk halda bir qayda olaraq ya dielektrik olan, ya da elektrik cərəyanını və istiliyi pis keçirən, plastikliyi və metal parıltısı olmayan kövrək maddələrdir.
Metallarla qarşılıqlı təsirdə olduqda qeyri-metallar həmişə oksidləşdirici olur, yəni elektronu birləşdirir. Ən qüvvətli oksidləşdirici flüordur.

2Na + S  Na2S
Öz aralarında qarşılıqlı təsirdə olduqda qeyri-metallar həm oksidləşdirici, həm də reduksiyaedici ola bilərlər.

-4ē +2ē
S + O2  SO2 H2 + S  H2S


Qeyri-metalların oksidləşdiricilik qabiliyyəti elektromənfilik azaldıqca azalır. Nəcib qazlar müstəsna olmaqla qeyri-metallar hidrogenlə ümumi formulu RHn (n=8-N, N-qrupun nömrəsi) uçucu birləşmələr, oksigenlə isə turşu oksidləri əmələ gətirir. Tipik qeyri-metallar aktiv metallarla ion rabitəli birləşmələr əmələ gətirir (KCl, NaF və s.)

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə