Əliquliyev R. M. 1, Cəfərov Y. M



Yüklə 96,79 Kb.
Pdf görüntüsü
tarix20.01.2018
ölçüsü96,79 Kb.
#21734


İnformasiya cəmiyyəti problemləri, 2015, №1,  34-40 

 

34                                                                  www.jpis.az 



 

UOT  004.65:006.72        

Əliquliyev R.M.

1

, Cəfərov Y.M.

1

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 



2

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Bakı, Azərbaycan 

1

secretary@iit.ab.az, 



2

yedgar@yandex.ru 



VİRTUAL MƏKANDA SİNONİMLƏR VƏ ONLARDAN 

İSTİFADƏ MƏSƏLƏLƏRİ 

Məqalədə dil sistemində xüsusi yer tutan sinonim sözlərin İnternet-axtarış sistemlərində yerinə 

yetirdiyi funksiya, sinonim xarakterli açar sözlərlə bağlı ortaya çıxan çətinliklər araşdırılır. Bu 

sahədə  mövcud  araşdırmalar  nəzərdən  keçirilir.  Sinonimlik  hadisəsinin  dilin  virtual  mühitində 

qazandığı  yeni  xüsusiyyətlərin  təsviri  verilir.  Problemin  həlli  ilə  bağlı  müəyyən  təkliflər  irəli 

sürülür.   

Açar sözlər:  leksika, sinonim, açar sözlər, axtarış sistemləri, siqnifikativ məna, denotat, kontent. 

Giriş 

İnternet-axtarış  sistemlərində  müvafiq  məlumatların  əldə  edilməsi  üçün  açar  sözlərin 

düzgün  seçilməsi,  eyni  zamanda,  məlumatların  əlyetərlilik  baxımından  daha  uyğun  açar  sözlər 

ətrafında mərkəzləşdirilməsi informasiya cəmiyyətində aktual problemlərdən biridir.  

Axtarış  sistemlərinin  inkişafı  davam  edir  və  semantikliyə  getdikcə  daha  çox  yaxınlaşır. 

Semantikləşmə  virtual  məkanda  açar  sözlərlə  axtarışlar  zamanı  istifadəçilərin  düşüncələrini 

anlayaraq  onlara  daha  dəqiq  nəticələrin  təqdim  olunmasına  imkan  yaradır.  Sinonimlərin  dil 

sistemində daşıdığı funksiya bu problemin tədqiqində xüsusi maraq doğurur.   

Məlum olduğu kimi, hər bir söz üç ümumi əlaməti özündə birləşdirir: səs kompleksi, məna 

və məna mənbəyi. Məhz bu üç cəhətin vəhdəti sözü əmələ gətirir [1]. Dildəki bir çox sözlər səs 

kompleksinə,  mənasına  və  məna  mənbəyinə  görə  bir-birinə  bənzəyir,  yaxud  bir-biri  ilə  tam 

ziddiyyət təşkil edir. Bu cəhət də dil sistemində müxtəlif söz qruplarının əmələ gəlməsinə səbəb 

olur. Yunan sözü olub, “eyni  adlı” mənasını verən sinonimlər eyni  məna və məna mənbəyinin 

müxtəlif  səs  kompleksləri  ilə  əlaqəyə  girdiyi  sözlərdir.  Məsələn:  gözlük,  çeşmək,  eynək  və  s. 

Onlar müxtəlif fonetik tərkibə malik olsalar da, məzmunca bir-birinə yaxın məna ifadə edir [2].  

Sinonimlərin yeni semantik mühiti  

Virtual  mühitdə  sinonimlərdən  istifadə  ilə  bağlı  tətbiq  edilən  sistemlərin  mütəhərrikliyi, 

real  və  virtual  mühitdəki  sinonimlərin  bir-birindən  fərqlənməsi,  eyni  zamanda,  bu  problemin 

həlli  ilə  bağlı  irəli  sürülən  müddəaların  müxtəlifliyi  bu  söz  qruplarının  süni  intellektin  inkişaf 

perspektivlərinə təsiri barədə dəqiq elmi qənaətlərin ortaya qoyulmasını bir qədər çətinləşdirir.  

Əvvəlki  tədqiqatlarda  sinonimlərdən  söhbət  gedərkən,  daha  çox  bir-biri  ilə  hər  hansısa 

şəkildə əlaqəsi olan qohum sözlər nəzərdə tutulurdu. Lakin məlumatların dəqiqliyini tələb edən 

virtual  mühitdə  sinonimlər  qohum  sözlər  arasındakı  uyğunluqdan  daha  yaxın  və  üstün  mənanı 

nəzərdə tutur [3].  

Real  həyatda  sözün  səs  kompleksi  insan  təfəkküründə  onun  mənasını  –  məzmun 

siqnifikatını doğurur və insan lazımi əşyanın məna mənbəyini (denotat), yəni özünü tapır. Virtual 

aləmdə  isə  sözün  denotatı  virtual  xarakter  daşıyır.  Burada  insan  sözün  denotatını  deyil,  daxil 

edilmiş açar sözün bələdçiliyi ilə onun mənasını daha təfsilatlı şəkildə əks etdirən mətn, qrafik, 

audio, video və s. məlumatları axtarır.    

Sözün  mənası  barədə  əhatəli  təriflərdən  biri  belədir:  “Sözün  mənası  (siqnifikativ  məna, 

siqnifikat)  gerçəkliyin  insan  şüurundakı  inikasının  məfhum  mərhələsi  ilə  bir  olan  ən  yüksək 

mərhələsidir.  Sözün  mənası  predmetin  insanların  ictimai  praktikasında  dərk  edilən  ümumi  və 

eyni  zamanda, mühüm  əlamətlərini  əks etdirir. Sözün mənası  özünün son həddi  kimi  məfhuma 

doğru can atır” [4].  



İnformasiya cəmiyyəti problemləri, 2015, №1,  34-40 

 

 



       www.jpis.az                                                                      35 

 

Sinonimlərdə məzmun siqnifikatı heç də həmişə eyni deyildir. Sinonimlər eyni məfhumları 



ifadə etsə də, əlverişli şəraitdə siqnifikativ cəhətdən, yəni mənaca bir-birindən müəyyən dərəcədə 

fərqlənir. Nümunə üçün  ürək, qəlb,  könül  sözlərini nəzərdən keçirək.  Bunlar eyni  denotatın  adı 

kimi  sözün geniş  mənasında “ürək” məfhumunu  əks etdirir.  Lakin  müəyyən semantik  mühitdə 

onların arasında müəyyən məna fərqləri də meydana çıxır. Məsələn, biz həkimə müraciət etdikdə 



“ürəyim ağrıyır” deyə bildiyimiz halda, həmin mənada “qəlbim ağrıyır” deyə bilmərik. Bu cür 

sentimental ifadə tərzi, daha çox bədii mətnlər üçün xarakterikdir. “Könlüm ağrıyır” ifadəsi isə 

Azərbaycan dilində, ümumiyyətlə, mövcud deyildir.   

Virtual məkan da sinonimlərin yeni semantik mühitidir. Burada sinonimlər söz mənasının 

iki  aspektinə  malikdir:  1)  dildəki  əsas  məna;    2)  daxil  edilmiş  sorğudakı  spesifik  məna.  Bu 

aspektlər  bir-biri  ilə  əlaqəlidir.  Məsələn,  əgər  iki  söz  əsas  məna  etibarilə  bir-birinə  çox 

yaxındırsa,  deməli,  onlar  sorğuda  da  eyni  mənanı  daşıyacaqlar.  Başqa  tərəfdən,  əgər  iki  sözün 

spesifik  sorğunun  müxtəlif  variantlarında  tez-tez  eyni  məna  daşıdığı  ortaya  çıxırsa,  deməli, 

həmin sözlərin əsas məna etibarilə də sinonim olması ehtimalı böyükdür.  

Amma dildəki sinonimlər spesifik sorğuda bir-birinə əvəz etməyə də bilər. Məsələn, dəniz 

və dərya sözləri əsas məna baxımından dildə bir-birinə nisbətən yaxın sözlərdir. Amma “Dərya” 

sorğusunda dəniz və dərya sözləri bir-birinə sinonim sayıla bilməz. Çünki “Dərya” ktematonimi 

Azərbaycan istehsalı olan yuyucu toza aiddir. Ona görə də iki sözün spesifik sorğu üçün sinonim 

sayılıb-sayılmaması həm əsas mənaya, həm də spesifik kontekstə əsaslanan sintez məsələsidir.  



Yeni sinonim növləri 

Aparılan araşdırmalar virtual mühitdə yeni sinonim növlərinin ortaya çıxdığını göstərir:  



1) Ənənəvi sinonimlər: Yağış-yağmur, ildırım-şimşək, dünya-cahan, qaçmaq-yüyürmək və 

s.  bu  kimi  sözlər  ənənəvi  sinonimlərə  misal  sayıla  bilər.  Bu  qəbildən  olan  sinonimlər  tezaurus 

lüğətlərində  də  öz  əksini  tapır.  Onların  sinonim  mənalarını  həmin  lüğətlərdən  tapıb  istifadə 

etmək mümkündür.  



2)  Ənənəvi  olmayan  sinonimlər:  Bu  qəbildən  olan  sözlər  sinonimlik  mənasını,  əsasən, 

virtual  mühitdə  qazanır.  Məsələn,  “giləmeyvə”  və  “meyvə”  sözləri  real  dildə  sinonim  mənalı 

sözlər  deyildir.  Ona  görə  də  bu  sözlər  tezaurus  lüğətlərində  öz  əksini  tapmır.  Amma  məlumat 

axtarış sistemlərində axtarış apararkən bəzi məqamlarda bu sözlərdən sinonim açar sözlər kimi 

istifadə edə bilərik.  

3) Kontekst əsaslı sinonimlər. Belə sinonimləri standart lüğətlərdə və tezauruslarda tapmaq 

mümkün  deyildir.  Sözlərin  müxtəlif  kontekstlərdə  hansı  məna  verdiyini  üzə  çıxarmaqdan  ötrü 

petabaytlarla  veb  sənədlərini,  axtarış  məlumatlarının  tarixlərini  analiz  etmək  lazım  gəlir. 

Məsələn,  “GM”  terminini  nümunə  kimi  nəzərdən  keçirək.  Bir  çox  istifadəçilər  bu 

abbreviaturanın  mühüm  mənası  ilə  tanışdırlar  və  onun  açmasının  məhz  “General  Motors” 

olduğunu bilirlər. Axtarış zamanı “GM” yazarkən Google sistemi də bu abbreviaturanı “General 



Motors”  açması  ilə  verəcəkdir.  Bu  da  sistemin  GM  abbreviaturasını  General  Motors  kimi 

tanımasına dəlalət edir.  

Maraqlıdır ki, real dildə antonim məna daşıyan bir çox sözlər də virtual mühitdə kontekst 

əsaslı  sinonim  ifadələrin  tərkib  hissəsi  kimi  sinonimlik  yarada  bilər.  Məsələn,  semantik 

baxımdan  bir-biri  ilə  ziddiyyət  təşkil  edən  giriş  və  çıxış  substantivləri  buna  misaldır.  Virtual 

axtarış kontekstində “İnternetə giriş” və “İnternetə çıxış” ifadələri tam sinonimlik təşkil edir.  



4)  Fərqli  nitq  hissələrinə  aid  sinonimlər:  Virtual  axtarış  məqsədilə  daxil  edilən  açar 

sözlərdə qrammatik mükəmməllik  tələb olunmur. Ona görə də real  dildə fərqli nitq hissələrinə 

aid  olan  sözlər  də  bu  mühitdə  konteks  əsaslı  sinonimə  çevrilə  bilər.  Məsələn,  ingilis  dilindəki 

“finder” və “search” sözlərinin birincisi ismə, ikincisi isə felə aiddir. Amma həm “Area code 

finder”,  həm  də  “area  code  search”  açar  sözlərini  daxil  edən  istifadəçilər  axtarışı  eyni  bir 

kontent üzrə aparırlar. Azərbaycan dilində biri ismə, digəri felə aid olan “kitab” və “oxumaq” 

sözləri ilə də eyni məlumat kontentinə çıxmaq mümkündür.  



İnformasiya cəmiyyəti problemləri, 2015, №1,  34-40 

 

36                                                                  www.jpis.az 



 

5)  Neologizm  sinonimlər:  Belə  sinonimlər,  daha  çox,  informasiya-kommunikasiya 

texnologiyalarının  inkişafı  ilə  bağlı  yaranmışdır.  Məsələn,  webmail  və  email  sözləri  buna 

nümunə sayıla bilər. Bu sözlərin izahı hələ bir çox lüğətlərə daxil edilməmişdir.  

 Bundan  başqa,  virtual  mühitdə  eyni  məzmunlu  açar  sözün  müxtəlif  formada  yazılması 

nəticəsində sinonimliyin yaranması hallarına da təsadüf edilir. Söz sırasının pozulması hesabına 

sinonimliyin  yaranması  bu  hallardan  biridir.  Qeyd  etriyimiz  kimi,  açar  sözlərdə  qrammatik 

mükəmməllik  o  qədər  vacib  sayılmadığından  bəzən  daxil  edilmiş  sorğularda  söz  sırasının 

pozulması hallarına təsadüf edilir. Məsələn: kitab almaq, almaq kitab, məktəbə getmək, getmək 



məktəbə və s.  Lakin bu, axtarılan müvafiq kontentin əldə edilməsinə mane olmur.  

Virtual axtarışlar zamanı sinonimliyə əsas yaradan başqa hallar da vardır:    

-  sözün  həm  bütöv,  həm  də  ixtisar-abbreviatura  variantından  istifadə:  Sankt  Peterburqda 

hava -  hava Spb; 

- müxtəlif əlifbalara aid transliterasiyadan istifadə - “Toyota camry”-nin xarakteristikası – 



“Tоyота kamri”nin xarakteristikası;  

-  Söz  və  onun  müxtəlif  dillərə  tərcümə  variantlarından  istifadə  -  yükləmək,  cкачать, 



download və s.  

-  Müxtəlif  kəmiyyət  formalarından  istifadə  -  Yeni  il  görüşlərinin  ssenarisi    -  Yeni  il 



görüşünün ssenarisi

- Jarqonizmlərdən istifadə - cizgi filmi, multfilm, multik və s. 

-  Məna  yükünə  malik  olmayan  sözlərdən  istifadə  -  sürətli  İnternet,  super  sürətli  İnternet  

və s. 

- Sinonim sözlərdən istifadə - qəmli şeirlər, kədərli şeirlər və s.  

Virtual  mühitdə  təsadüf  edilən  sinonim  açar  sözlər  uzunluq  baxımından  da  heç  bir 

məhdudiyyətə  malik  deyildir.  Məsələn:  crossword  puzzles  -  crossword,  satış  üçün  evlər  - 



daşınmaz  əmlak  -  renta  və  s.  Ona  görə  də  axtarış  sistemləri  üçün  kontekst  qavrayışını  əsas 

götürməklə  ifadənin  həcminə,  onu  təşkil  edən  sözlərin  sayına  baxmayaraq,  sinonimləri  üzə 

çıxarmağa imkan verən tətbiqlərin işlənib hazırlanmasına ehtiyac yaranır.  

Açar sözlərin sinonimliyi problemi 

Bütün  bu  sahələrdə  görülən  işlərə  baxmayaraq,  hazırda  virtual  mühitdə  sinonimlər, 

məlumat  axtarış  sistemlərində məlumatların  əldə  olunması  zamanı  yaranan bir sıra  çətinliklərlə 

xarakterizə olunur. Həmin çətinlikləri aşağıdakı kimi ümumiləşdirmək olar:  

1.  Hazırda  virtual  məkanda  sinonimlərin  imkanlarından  istifadə  etmək  üçün  təklif  edilən 

optimal  yol  dildəki  sinonimlərin  toplandığı  tezaurus  lüğətlərinin  hazırlanmasıdır.  Tezauruslar, 

həqiqətən,  sinonimlərin  axtarılması  üçün  ən  uyğun  alət  kimi  dəyərləndirilə  bilər.  Bu  cür 

lüğətlərdə hər bir söz üçün tezauruslar müəyyənləşir. Tezaurus əsaslı sinonimlərlə axtarış zamanı 

söz  tezaurus  lüğətindən  götürülmüş  sinonimi  ilə  əvəz  edilir.  Amma  nəzərə  almaq  lazımdır  ki, 

tezauruslar axtarış sistemlərinin qavramı əsasında deyil, insan intellekti əsasında formalaşdırılıb. 

Axtarış sistemləri süni intellektə əsaslandığından tezaurusdan götürülmüş sözlər bir-birinə uyğun 

gəlməyə  də  bilər.  Ona  görə  də  tezaurus  lüğəti  bir  çox  hallarda  lazımi  informasiyanın  əldə 

olunmasını təmin etsə də, tezaurusa əsaslanan sinonim əvəzetmə üsulu sorğu kontekstini nəzərə 

ala bilmədiyindən bu, həddən çox səhvlərə, qarışıqlıqlara da gətirib çıxarır.  

Bundan  başqa,  tezaurus  lüğətlərindəki  sözlərin  böyük  əksəriyyəti  bir  sözdən  ibarətdir. 

Virtual məkanda isə sinonimlər, daha çox, kontekst mənasında üzə çıxdığından onlar bir söz, söz 

birləşməsi, cümlə, cümlənin konkret məna qrupu, cümlə, hətta bütöv mətn ola bilər. Ona görə də 

axtarış  sistemində  hər  hansı  məlumatı  onunla  bağlı  mümkün  bütün  sinonim  kontekstləri  daxil 

edərək  axtarmaq  lazım  gəlir.  Məsələn,  ingilis  dilində  uşaq  mənasını  verən  “baby”  və  “infant” 

sözləri  bir  çox  lüğətlərdə  sinonim  kimi  təqdim  olunur.  Amma  mahnı  adı  bildirən  Santa  Baby 

birləşməsində baby sözü infantdan tamam fərqli məna verir.  



İnformasiya cəmiyyəti problemləri, 2015, №1,  34-40 

 

 



       www.jpis.az                                                                      37 

 

Ümumiyyətlə,  aparılan  təcrübələr  göstərir  ki,  tezauruslardan  istifadə  etməklə  daxil  edilən 



sinonim sözlərin yalnız 46 faizi sorğuda da sinonim kimi özünü doğrulda bilir [5].    

2.  Dildə  mənaca  bir-birindən  tamamilə  uzaq  olan  sözlərin  virtual  dil  mühitində  sinonim 

mənası  qazanması  da  tez-tez  rast  gəlinən  haldır.  Məsələn,  ingilis  dilindəki  “free”  və 

“download” sözlərinə heç bir lüğətdə sinonim sözlər kimi təsadüf etmək olmaz. Amma “free cd 

rewriter”  ifadəsini eyni  məqsədlə “download  cd rewriter”  kimi  də axtarış  sisteminə daxil  edə 

bilərik.  

3. İnternetin inkişafı xeyli sayda sinonimin meydana gəlməsinə səbəb olmuşdur ki, bu da 

virtual  mühitdə  sinonimlərlə  bağlı  müşahidə  edilən  çətinliklərə  öz  təsirini  göstərir.  Məsələn, 



“Mp3”  və  “mpeg3”  ifadələri  təxminən  iyirmi  il  əvvəl  sinonim  deyildi.  Amma  bu  gün  onlar 

sinonim  sözlər  kimi  böyük  funksionallığa  malikdir.  Eyni  zamanda,  “snp  newspaper”  və  “snp 



online” axtarış sistemlərində sinonimlik mənasını snponline.com portalı məşhurlaşdıqdan sonra 

qazanmışdır.  



Tətbiq metodları  

Sinonimlərin  üzə  çıxarılmasından  ötrü  hazırda  müxtəlif texnologiyalardan  istifadə  olunur. 

Bu sahədə tətbiq edilən ən sadə və məqsədyönlü texnologiyalardan biri axtarış zamanı sinonim 

sözlərin  bərabərləşdirilməsidir.  Kommersiya  məqsədini  əsas  götürən  əksər  axtarış  sistemləri 

məhz bu metoddan istifadə edir.  

Sözlərin  bərabərləşdirilməsi  zamanı  da  dilin  real  və  virtual  mühiti  arasında  müəyyən 

fərqlər  özünü  göstərir.  Belə  ki,  dilin  real  mühitində  biz  bir  sözün  bir  sözlə,  bir  terminin  bir 

terminlə  üzləşdirilməsi  modelindən  istifadə  edə  bilərik.  Amma  virtual  məkanda  sinonimlərin 

bərabərləşdirilməsində vəziyyət bir qədər fərqlidir. Burada çoxlu sayda ifadə-ifadə, termin-ifadə, 

ifadə-termin  və  s.  modelləri  vardır.  Ona  görə  də  bəzi  tədqiqatlarda  optimal  yol  kimi  sorğu 

seqmentləşdirmə  modeli  təklif  edilir.  Burada  sorğular  anlama  vahidləri  ilə  identifikasiya      

olunur [3].  

Başqa bir metod istifadə edilən sinonimlərin tam ranqlaşdırma sisteminin yaradılmasından 

ibarət ola bilər. Amma belə bir sistemin yaradılması çox xərc və kifayət qədər böyük əmək tələb 

edir.  Çünki  söhbət  virtual  məkanda  təsadüf  edilən  bütün  mümkün  sinonimlərin  müəyyən 

edilməsindən,  onların  siyahısının  mexaniki  tərtibindən  gedir.  Ona  görə  də  indiki  dövrdə  belə 

lüğətlərin tərtibindənsə, sinonim mənaların eyniləşdirilməsi, bənzər mənaların aşkara çıxarılması 

üçün avtomatik sistemlərin yaradılması daha aktual sayılır.   

Dilçilik  ədəbiyyatından  da  məlum  olduğu  kimi,  bir  çox  sözlər  məntiqi  ümumiləşmənin 

nəticəsidir.  Bu  halda  məfhumların  adlandırılması  zamanı  onlara  aid  ən  ümumi  əlamətlər 

götürülür və məfhumlar ümumi bir söz altında adlandırılır.  

Məsələn, ağac deyərkən ifadə etmək istədiyimiz məfhumun digər mühüm cəhətləri, növü, 

əlaməti (söyüd, çinar, palıd və s.) bizim üçün önəmli deyil.       

Bundan  başqa,  bütövlükdə  predmeti,  yaxud  onun  konkret  bir  hissəsini  bildirən  sözlər 

vardır. Məsələn, bədən deyərkən, biz predmeti bütöv halda nəzərdə tuturuq. Qol, qıç, çiyin, baş 

və  s.  isə  predmetin  ayrı-ayrı  hissələrini  bildirir.  Bütün  bunlar  isə  dilçilik  ədəbiyyatında 

hiperonim, hiponim, meronim və xolonim kimi terminləri aktuallaşdırır.  

Hiperonim  məfhumların  ümumi  anlayışıdır.  Məsələn,  heyvan  sözü  it  sözünə  münasibətdə 

hiperonimdir.  Hiponim  isə  ümumiliyin  içində  konkret  məfhumu  ayıran  sözlərdir.  Gətirdiyimiz 

nümunədə it sözü heyvan sözünə münasibətdə hiponim kimi çıxış edir. Amma it sözünün özü də 

konkret it növünü bildirən buldoq sözünə münasibətdə hiperonimlik keyfiyyəti qazanır.   

Meronim  isə  bütöv  predmetin  konkret  hissəsini bildirən  sözlərə  aid  ümumi  termindir.  Bir 

çox hallarda bu terminin sinonimi kimi partonim terminindən də istifadə olunur.  

Xolonimlərə  gəlincə,  onlar  bütöv  predmetləri  bildirir.  Meronim  və  xolonimlər  bir-biri  ilə 

qarşılıqlı  semantik  münasibətdədir.  Məsələn,  təkər,  kuzov,  mühərrik  avtomobil  termininə 



İnformasiya cəmiyyəti problemləri, 2015, №1,  34-40 

 

38                                                                  www.jpis.az 



 

münasibətdə  meronim  sayılır.  Öz  növbəsində  avtomobil  termini  də  qeyd  edilən  terminlərlə 

münasibətdə xolonim hesab edilir.  

İnternet axtarış sistemlərində açar sözlərlə axtarışlar zamanı hiperonim, hiponim, meronim, 

xolonim səciyyəli sözlər bir-birinə sinonim ola bilər. Ona görə də bütün  bunlar nəzərə alınmalı 

və  axtarışlar  zamanı  hər  bir  sözün  bütün  mümkün  assosiasiyalarından  istifadə  edilməlidir. 

Məsələn,  əgər  biz  kompüter  haqqında  məlumat  axtarırıqsa,  onun  detalları  və  aksessuarları  ilə 

bağlı sözlərin də (planşet, disk, kompakt disk, videodisk, monitor, klaviatura, planşet üçün örtük, 



notebook üçün çanta, netbooke üçün üzlük) və s. sistemə daxil edilməsi faydalıdır.  

Eyni  məqamın  İnternet  səhifələrinin  yaradılması  və  məlumatlarla  zənginləşdirilməsi 

prosesində nəzərə alınması da son dərəcə vacibdir. Bəzən veb-proqramçılar yalnız bir açar sözün 

lazımi məlumatın əldə olunması üçün kifayət etdiyini düşünür və bu düşüncədə yanılırlar. Sayt 

yaradıcıları  öz  ziyarətçilərinin  açar  söz  kimi  istifadə  edə  biləcəkləri  bütün  mümkün  ifadə  və 

terminləri  nəzərə  almalıdırlar.  Yoxlama  zamanı  ziyarətçilərin  lazımi  informasiyanı  əldə  etmək 

üçün  seçdikləri  açar  sözlərin  uzun  sırası,  bu  sırada  hətta  ən  ağlagəlməz  sözlərin  belə  istifadə 

olunması,  ilk  baxışdan,  adamı  təəccübləndirə  bilər.  Amma  bu,  axtarış  sistemlərində  söz 

assosiasiyalarının  əsas  prinsiplərindən  biridir:  əgər  kimsə  müəyyən  bir  informasiyanı  konkret 

sözlə axtarmağa başlayıbsa, deməli, o növbəti sözü də daxil edəcəkdir.  

Birgə daxil edilmiş sorğu qrupları virtual mühitdə sinonimlərlə bağlı irəli sürülən və kifayət 

qədər tətbiqlərdə geniş öyrənilən metodlardan biridir. Bu metod daxil edilmiş konkret açar sözün 

aid olduğu məlumatla birgə onun sinonimlərinin aid olduğu məlumatların da tapılması metoduna 

əsaslanır. Beləliklə, hər bir sorğu, bir sənədlə deyil, sənədlər şəbəkəsi ilə assosiasiya olunur. Bu, 

çoxlu sayda linkləməni və nəzərdən keçirməni tələb edən bir assosiasiyadır. 

Axtarış  sistemləri  üçün  hazırlanmış  tətbiqlər  xüsusi  sorğu  kontekstində  sinonimlərin 

keyfiyyətini qiymətləndirir. Həmin sinonimlərdən sorğunun genişləndirilməsi və axtarış zamanı 

başqa  uyğun  səhifələrə  dönüş  üçün  istifadə  olunur.  Bu  proses  bir-birinə  bənzəyən  sorğuların 

tapılmasından başlanır. Daxil edilən açar sözlərin bağlı olduğu məlumatlar üzərində testləşdirmə 

aparılır.  Daxil  edilən  hər  bir  sorğu  üçün  psevdo-sorğular  çoxluğu  müəyyənləşir.  Yaradılmış 

psevdo-sorğunun  istifadəçinin  sorğusuna  nə  qədər  səhih  cavab  verdiyi,  məlumatların  nə  qədər 

dolğun şəkildə tapıldığı yoxlanır. Hər açar söz üçün onun yerində işlənə biləcək, eyni zamanda 

psevdo  sorğu  kontekstində  istifadəsi  mümkün  sinonim  müəyyənləşir.  Yaradılmış  sinonimlər 

istifadəçiyə  təklif  oluna,  yaxud  avtomatik  şəkildə  onun  sorğu  blokuna  daxil  edilə  bilər.  Bu 

sistemin üstünlükləri aşağıdakılardır:  

1) sənəddə açar sözlər üçün sinonimlər yaradır;  

2) sənəddə söz cütlərinin işlənmə tezliyini müəyyən edir;  

3) sənəddə söz cütlərinin bir-birinə bağlılığını müəyyənləşdirir;  

4) bu sistem sözlərin sinonim olub-olmadığını müəyyənləşdirməyə kömək edir. 

Yaradılan  kontentdə  müvafiq  açar  sözlərin  sinonimlərinin  də  nəzərə  alınması  kontentin 

veb mühitində daha asan tapılması və oxunmasını təmin edir. Sinonim eyniləşdirmə metodu ilə 

veb  sənədlərində  sözlərin  hansı  tezliklə  birlikdə  işləndiyini  müəyyən  etmək  olur.  Bu  metod 

sənədlərdə birlikdə işlənən sözlərin bir-birinə hansı dərəcədə bağlı olduğunu da müəyyən etməyə 

imkan  verir.  Məsələn,  ola  bilər  ki,  hər  hansı  sənəddə  sözlər  bir-birinə  yaxın  mənada  işlənsin, 

amma onlar bir-birinə sinonim səviyyəsində bağlı olmasın. Əgər avtomobil və avtomaşın sözləri 

eyni səhifədə tez-tez ortaya çıxırsa və insanlar eyni axtarış aktında bunları bir-biri ilə çox tez-tez 

əvəz edirlərsə, bu, onların sinonim olmasına dəlalət edir. 

SEO çalışmalarında sinonimlik probleminə yanaşma  

Veb  mühitində  sinonimlər  SEO  (Search  Engine  Optimization  –  Axtarışın 

Optimallaşdırılması) çalışmalarında da mühüm əhəmiyyət kəsb edir. Axtarış sistemlərinin bənzər 

açar kəlmələri təsbit edərək onları sinonim kimi dəyərləndirməsi veb-sayt sahibləri üçün böyük 

üstünlüklə  yanaşı,  risk  də  doğurur.  Axtarış  sistemlərinin  müvafiq  tətbiqlərindən  xəbərsiz  olan 



İnformasiya cəmiyyəti problemləri, 2015, №1,  34-40 

 

 



       www.jpis.az                                                                      39 

 

veb-sayt  sahiblərinin  uyğunsuz  SEO  çalışmaları  ilk  mərhələdən  süzgəc  məhdudiyyəti  ilə 



nəticələnə  bilər.  Ancaq  sinonimlər  sistemindən  faydalanmaqla  daha  asan  və  səmərəli  SEO 

çalışmaları həyata keçirmək mümkündür.  

Veb-sayt  sahibləri  müəyyənləşdirdikləri  açar  kəlmələri  axtarılma  həcmlərinə  görə  təsbit 

edərək,  çalışmaları,  adətən,  buna  əsasən  aparırlar.  Məsələn,  hər  hansı  nəqliyyat  firması  həm 



“evdən evə nəqliyyat”, həm də “evdən evə daşımaçılıq” kəlmələrində üst sıralara gəlmək niyyəti 

ilə  bu  kəlmələrin  saytdakı  istifadə  tezliyini  artırmağa  başlaya  bilər.  Ancaq  sayt  sahibi  bu  hər  2 

kəlmənin  axtarış  sistemləri  üçün  eyni  söz  kimi  dəyərləndirildiyinin  fərqində  deyildir.  Həmin 

kəlmələrin ard-arda təkrarlanmasının isə spamla nəticələnməsi ehtimalı böyükdür.  

Bənzər açar sözlərin təsbit olunması üçün xüsusi sistemlərdən istifadə olunur. Google-nin 

tətbiq etdiyi “Google Adwords Keyword Tool” sistemi bu baxımdan xüsusilə məşhurdur. Həmin 

sistem açar söz kimi daxil edilmiş hər hansı söz və ifadənin Google-nin məlumat bazasında eyni 

sözlər olub-olmadığını müəyyənləşdirmək imkanına malikdir.   

Bundan başqa, bir sözün müxtəlif formalarda, ayrı-ayrı qrammatik mənalarda istifadəsi də 

müəyyən  problem  yarada  bilər.  Məsələn  Google  kitab,  kitablar,  kitabları  və  book  kəlmələrini 

eyni  kəlmələr  kimi  qəbul  edir.  Bu  cür  sözlərin  sıx  istifadəsinin  də  spama  əsas  yaratması 

mümkündür. Ona görə də SEO çalışmalarında sözlərin sinonimləri ilə son dərəcə diqqətli olmaq, 

yeri gəldikdə, dilçi-mütəxəssislərlə məsləhətləşmək lazım gəlir.  

Nəticə  

Azərbaycan dili  mühitində  sinonimlərin virtual  məkanda istifadəsi  ilə  bağlı nəzərə  çarpan 

mümkün  problemlərin  müəyyənləşdirilərək  aradan  qaldırılması  üçün  bu  sahədə  tədqiqatların 

intensivləşməsinə,  dilçi-alimlərin  və  informasiya  texnologiyaları  mütəxəssislərinin  iştirakı  ilə 

layihələrin  həyata  keçirilməsinə,  o  cümlədən  elektron  lüğətlərin  hazırlanmasına,  lazımi  texniki 

sistemlərin formalaşdırılmasına böyük ehtiyac vardır. 

Virtual  mühit  İnternetə  çıxış  imkanı  olan  hər  bir  istifadəçinin  fərdi  iştirakına  əsaslanır. 

Müvafiq alqoritmləri hər bir istifadəçinin fərqli leksikasına, qrammatik savadına uyğunlaşdırmaq 

mümkün  deyildir.  Müxtəlif  variantlarla  istifadə,  normalardan  kənarlaşma,  istisnalar  dilin 

xarakterik  xüsusiyyətidir.  Ona  görə  də  virtual  məkanda  dil  vahidlərindən  istifadə  ilə  bağlı 

alqoritmlərin  hazırlanmasında  müəyyən  səhvlərə  yol  verilə  bilər.  Amma  bir  ümumi  niyyəti 

nəzərə  almaq  bütün  hallarda  vacibdir:  İnternet-axtarış  sistemlərində  axtarışlar  aparan  hər  bir 

istifadəçi mümkün qədər yaxşı nəticələr əldə etmək istəyir. Belə bir imkanın təmin olunması isə 

qeyd edilən məsələlərə aidiyyatı olan bütün tədqiqatçıların müştərək missiyasıdır.  

 

Ədəbiyyat: 

1.

 



Axundov A.A. Ümumi dilçilik, Bakı, “Şərq-Qərb”, 2006, 280 s. 

2.

 



Cəfərov S.Ə. Müasir Azərbaycan dili (Leksika). Bakı, “Şərq-Qərb”, 2007, 192 s. 

3.

 



Wei X., Peng F., Tseng H., Lu Y., Wang X., Dumoulin B. Search with Synonyms: Problems 

and Solutions, 

http://www.aclweb.org

 

4.



 

Степанов Ю.С.. Основы общего языкознания. М.: Изд. Просвещение, 1975, 271 c. 

5.

 

Finding  Synonyms  using  Automatic  Word  Alignment  and  Measures  of  Distributional 



Similarity 

// 


In 

Proceedings 

of 

the 


COLING/ACL 

2006, 


pages 

866–873. 

http://citeseerx.ist.psu.edu 

 

6.



 

Blondel  V.,  Senellart  P. Automatic  extraction  of  synonyms  in  a  dictionary  //  Proc.  SIAM 

Workshop on Text Mining. Arlington, Texas, USA, 2002, 

http://www.inma.ucl.ac.be

 

7.

 



Bollegala, D., Matsuo Y., Ishizuka M. Measuring Semantic Similarity between Words using 

Web Search Engines //  In Proceedings of the 16th  international  conference on World Wide 

Web (WWW), 2007, http:// 

www.ymatsuo.com

 



İnformasiya cəmiyyəti problemləri, 2015, №1,  34-40 

 

40                                                                  www.jpis.az 



 

8.

 



Sanchez,  D.,  Moreno  A..  Automatic  Discovery  of  Synonyms  and  Lexicalizations  from  the  

Web  //  In  Proceedings  of  the  8th  Catalan  Conferenceon  Artificial  Intelligence,  2005, 

http://www.bibsonomy.org

 

9.



 

Senellart P., Blondel V.D. Automatic  Discovery of Similar Words.  In Berry, M.,  editor, A 

Comprehensive Survey of Text Mining. Springer-Verlag, New York, 2003, pp. 25-44. 

10.


 

Raghuvar  N.J.  Ramanand1  Pushpak  Bhattacharyya.  Automatic  Evaluation  of  Wordnet 

Synonyms  and  Hypernyms  /  Proceedings  of  ICON-2008:  6th  International  Conference  on 

Natural Language ProcessingMacmillan Publishers, India, 2008, http://www.cse.iitb.ac.in 



 

 

УДК 004.65:006.72 

Алигулиев Расим  M.

1

, Джафаров Едгар М.

1

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан  



2

Институт Языкознания им. Насими НАНА, Баку, Азербайджан  

1

secretary@iit.ab.az, 



2

yedgar@yandex.ru

 

Вопросы использования синонимов в поисковых системах Интернета 

В статье рассказывается о функции синонимических слов, которым принадлежит особое 

место в системе языка, поисковых системах Интернета, трудностях, возникающих в связи 

с ключевыми словами синонимического характера, и путях их решения. Рассматриваются 

существующие  исследования  в  этой  области.  Дается  описание  новых  особенностей 

синонимии,  приобретенных  языком  в  виртуальном  пространстве.  Выдвигаются 

определенные предложения по поводу решения данной проблемы.  

Ключевые 

слова: 

лексика, 

синоним, 

ключевые 

слова, 

поисковая 

система, 

сигнификативное значение, денотат, контент.

 

 

Rasim M.Aliguliev

1

, Edqar M.Jafarov

1

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan



  

2

Institute of Linguistics named after Nasimi, ANAS, Baku, Azerbaijan 



1

secretary@iit.ab.az, 

2

yedgar@yandex.ru



 

Synonyms and their usage issues in Internet search engines                                      

The  paper  discusses  the  function  of  synonymous  words,  which  hold  a  special  place  in  the 

language  in  the  internet  search  engines  systems,  emerging  challenges  related  to  the  key  words 

with  synonymous  nature,  and  their  solutions.  Existing  research  in  this  area  is  reviewed. 

Description of the new features of the synonymous event in a virtual scope of language is given. 

Some proposals are put forward to solve the problem. 



Keywords: lexica, synonyms, keyword, search engine, significative, denotat, content. 

 

Yüklə 96,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə