Əliquliyev R. M. 1, Mahmudov R.Ş



Yüklə 224,65 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix20.09.2017
ölçüsü224,65 Kb.
#1080
  1   2   3   4   5   6   7


İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18  

 

       www.jpis.az                                                                      3 



 

UOT 004:330.47:330.88 

Əliquliyev R.M.

1

, Mahmudov R.Ş.

1,2


AMEA  İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

1

secretary@iit.ab.az,



2

rasimmahmudov@gmail.com 



İNFORMASİYA CƏMİYYƏTİNİN FORMALAŞMASININ MULTİDİSTİPLİNAR 

ELMİ-NƏZƏRİ PROBLEMLƏRİ  

Məqalədə  informasiya  cəmiyyətinin  formalaşmasının  multidistiplinar  problemləri  araşdırılır  və 

təsnif  edilir.  İnformasiya  cəmiyyəti  nəzəriyyəsi  ilə  bağlı  müxtəlif  baxışlar,  yanaşmalar, 

konsepsiyalar analiz olunur. Beynəlxalq təşkilatların informasiya cəmiyyəti quruculuğu ilə bağlı 

fəaliyyəti, çağırışları şərh edilir. İnformasiya cəmiyyətinin mutidistiplinar problemləri ilə məşğul 

olan dünyanın nüfuzlu elmi tədqiqat mərkəzlərinin və jurnallarının fəaliyyət istiqamətləri tədqiq 

olunur.  

Açar sözlər: informasiya cəmiyyəti, postsənaye cəmiyyəti, multidistiplinar yanaşma, informasiya 

siyasəti, informasiya istehsalı, innovativ fəaliyyət, intellektual mülkiyyət. 

Giriş 

Sivilizasiyanın inkişafının müasir mərhələsi olan informasiya cəmiyyətinin formalaşmasının 

və inkişafının əsasında informasiya-kommunikasiya texnologiyaları (İKT) dayanır. Ona görə də 

informasiya cəmiyyətinin xüsusiyyətlərini və inkişaf tendensiyalarını İKT müəyyən edir. Bu gün 

İKT hərtərəfli və dinamik inkişaf prosesindədir. İKT sahəsində əldə edilən nailiyyətlərin hamısı 

praktiki əhəmiyyətə malikdir və bu nailiyyətlər cəmiyyətin bütün sahələrinə çevik şəkildə tətbiq 

edir.  Buna  görə  də  hazırda  cəmiyyət,  insan  həyatı  kəskin  və  bir  sıra  hallarda  gözlənilməz  və 

proqnozlaşdırılması mümkün olmayan transformasiyalar dövrünü yaşayır. Belə ki, ictimai-siyasi, 

sosial-iqtisadi, mədəni sahələrdə bir-birləri ilə qarşılıqlı əlaqədə olan, bir-birlərinə qarşılıqlı təsir 

göstərən, zəncirvari bağlılığa malik dərin dəyişikliklər prosesi müşahidə olunur.  

İnformasiya  cəmiyyəti  insan  fəaliyyətinin  bütün  sahələrində  baş  verən  kompleks 

dəyişikliklərin məhsulu olduğu kimi, onun elmi problemlərinin araşdırılması da multidistiplinar 

yanaşma  tələb  edir.  Yəni  informasiya  cəmiyyətinin  elmi  problemləri  texnologiya,  iqtisadiyyat, 

hüquq, politologiya, fəlsəfə, sosiologiya, psixologiya, pedoqogika, kulturologiya, linqvistika və s. 

sahələr üzrə əlaqələndirilmiş şəkildə tədqiqatların aparılmasını tələb edir. 

İnformasiya  cəmiyyətinin  elmi  problemlərinin  araşdırılmasına  ötən  əsrin  70-ci  illərinin 

əvvəlindən  başlanmışdır.  Ötən  müddət  ərzində  informasiya  cəmiyyəti  ilə  bağlı  bir  sıra  elmi 

konsepsiyalar,  nəzəriyyələr,  yanaşmalar  irəli  sürülmüşdür.  Həmin  tədqiqatlarda  da  məhz 

informasiya cəmiyyəti müxtəlif aspektlərdən şərh olunur.  

Bir sıra beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT-nin çətiri altında olan qurumlar 

informasiya  cəmiyyəti  quruculuğuna  dair  araşdırmalar  apararkən,  hesabatlar,  tövsiyələr, 

konsepsiyalar  hazırlayarkən  multidistiplinar  yanaşmadan  çıxış  edirlər.  Həmin  təşkilatların  bu 

yanaşması  informasiya  cəmiyyətinin  formalaşmasına  və  inkişafına  dair  milli  konseptual 

sənədlərdə də özünü əks etdirir.  

Hazırda dünyanın müxtəlif ölkələrində informasiya cəmiyyəti problemlərinin araşdırılması 

ilə bağlı nüfuzlu elmi tədqiqat mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə aparılan müvafiq 

tədqiqatlar  da  multidistiplinar  xarakter  daşıyır,  informasiya  cəmiyyətinin  problemləri  ilə  bağlı 

kompleks yanaşma tətbiq edilir. Qeyd edilən elmi mərkəzlərin bir çoxu beynəlxalq əməkdaşlığa 

üstünlük verirlər və bu istiqamətdə müxtəlif layihələr həyata keçirirlər. Eyni zamanda, informasiya 

cəmiyyətinin multidissiplinar problemlərinə həsr olunmuş tədqiqinə dair bir sıra yüksək reytinqli 

elmi jurnallar nəşr olunur.  

Müvafiq  beynəlxalq  və  regional  təşkilatların,  aparıcı  elmi  mərkəzlərin  və  jurnalların 

fəaliyyətinin  öyrənilməsi  və  analizi  ölkəmizdə informasiya  cəmiyyəti problemləri üzrə tədqiqat 

aparan müəssisələr və tədqiqatçılar üçün aktuallıq kəsb edir.  




İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18 

 

4                                                                  www.jpis.az 



 

İnformasiya cəmiyyətinə dair elmi-nəzəri baxışlar 

Hazırda  informasiya  cəmiyyətini  xarakterizə  edən  çoxlu  sayda  konsepsiya  mövcuddur. 

Müvafiq  konsepsiyaların  müəllifləri  informasiya  cəmiyyətinin  ən  müxtəlif  aspektlərini 

araşdırırlar. Bir sıra müəlliflər informasiya cəmiyyətini multidistiplinar  yanaşma əsasında,  yəni 

müxtəlif elmi aspektlərdən tədqiq edirlər, digərləri isə onun ayrı-ayrı aspektlərinə diqqət yetirirlər. 

Həmin  fundamental  tədqiqatlarda  İKT-nin  gətirdiyi  yeni  reallıqların  ətraflı  elmi-nəzəri  analizi 

verilir. 

Ötən  əsrin  70-ci  illərində,  demək  olar  ki,  eyni  vaxtda  yaranan  iki  ideologiyanın  – 

“postsənaye cəmiyyəti” və “informasiya cəmiyyəti” ideologiyalarının konvergensiyası baş verdi. 

Bundan  sonra  “postsənaye  cəmiyyəti”  və  “informasiya  cəmiyyəti”  ideologiyaları  sinonim  kimi 

işlənməyə başladı. Hamı tərəfindən birmənalı şəkildə qəbul olunur ki, “informasiya cəmiyyəti” 

termini  elmi  terminologiyaya  Tokio  Texnologiya  İnstitutunun  professoru  Y.Xayaşı  tərəfindən 

daxil edilib. Sonradan elmi ədəbiyyatda bu termin K.Katoyamı, T.Umesso, F.Maxlup və başqaları 

tərəfindən istifadə edilməyə başladı [3]. 

Yaponiya  hökumətinə  təqdim  edilən  Sənaye  Strukturu  Şurasının  “Yapon  cəmiyyətinin 

informasiyalaşdırılmasına  siyasi  yardımın  konturları”  (1969);  Kompüterlərin  istifadəsinin 

işlənməsi  İnstitutunun  “İnformasiya  cəmiyyətinin  planı”  (1971);  İqtisadi  Planlaşdırma 

Agentliyinin  “Yaponiya  informasiya  cəmiyyəti:  mövzu  və  yanaşmalar”  adlı  hesabatlarında 

gələcək  informasiya  cəmiyyətinə  dair  ümumi  baxışlar  formalaşdırılmışdır:  “kompüterləşmənin 

inkişafı  insanlara  etibarlı  informasiya  mənbələrinə  çıxış  imkanı  verəcək  və  istehsalın  yüksək 

səviyyədə  avtomatlaşdırılması  təmin  etməklə  onları  rutin  işlərdən  azad  edəcək”  [4].  Həmin 

sənədlərdə informasiya cəmiyyətinin ümumi xarakteristikası aşağıdakı kimi verilmişdir: 

 

keyfiyyətli informasiya mənbələrinin geniş inkişafı və hər kəsin onlara rahat çıxışı; 



 

insanları rutin işlərdən (o cümlədən onların bir çox intellektual növlərindən) azad edən 



avtomatlaşdırmanın və robotlaşdırmanın yüksək səviyyəsi

 



informasiyanın məhsulun dəyərində rolunun artması. 

Bir  çoxlarının  fikrincə,  müvafiq  nəzəri  baxışların  əsasında  görkəmli  Amerika  sosioloqu 

Daniel  Bellin  (1919-2011)  “Postsənaye  cəmiyyəti”  konsepsiyası  dayanır  [5].  Bu  konsepsiyada 

müəllif bilik və texnologiyaların inkişafının cəmiyyətin tərəqqisinə təsir göstərdiyini önə çəkirdi. 

Hesab  edirdi  ki,  postsənaye  cəmiyyətində  maşın  texnologiyasını  informatikaya  əsaslanan 

intellektual texnologiyalar əvəz etməyə başlayır, bu cəmiyyətin əsas siyası problemi elmə dövlət 

dəstəyinin forma və xarakteri ilə bağlıdır, burada artıq əzələ gücü və enerji deyil, informasiya əsas 

rol oynamağa başlayır. “Postsənaye cəmiyyəti” konsepsiyasının əsas müddəaları aşağıdakılardır: 

 

iqtisadi sfera: sənaye məhsulları istehsalından xidmət istehsalına keçid; 



 

məşğulluq sahəsi: peşəkar mütəxəssislərin və texniklər sinfinin üstünlük təşkil etməsi

 

əsas xətt: yeniliklərin mənbəyi kimi nəzəri biliklərin aparıcı rolu; 



 

gələcək istiqamətlər: texnologiyalar və texnoloji qiymətləndirmələr üzərində nəzarət

 

qərar qəbuletmə prosesi: yeni intellektual texnologiyaların yaradılması. 



D.Bellin  1970-ci  illərdə  yazdığı  əsərlərdə informasiya  cəmiyyəti ideyası  açıq  şəkildə irəli 

sürülmürdü, lakin o, nəzəri biliklərin sistemləşdirilməsini yeni sosial nizamın baza prinsipi hesab 

edirdi.  Ötən  əsrin  80-ci  illərində  İKT  cəmiyyətin  inkişafına  daha  dərindən  təsir  göstərməyə 

başlayır  və  həmin  vaxtdan  etibarən  D.Bell  informasiya  cəmiyyəti  konsepsiyasının  tərəfdarına 

çevrilir.  O,  bu  konsepsiyanı  postsənaye  cəmiyyəti  konsepsiyasının  inkişafının  yeni  mərhələsi 

hesab etməyə başlayır [6].  

Bəzi alimlər isə hesab edirlər ki, informasiya cəmiyyəti ideyasını ilk dəfə görkəmli Amerika 

alimi, kibernetikanın banisi Norbert Viner (1894-1964) irəli sürüb. O, hələ ötən əsrin 50-ci illərinin 

əvvəlində  yazırdı  ki,  gələcəkdə  insanla  maşın,  maşınla  insan  və  maşınla  maşın  arasında 

informasiya mübadiləsinin inkişafı cəmiyyətdə mühüm rol oynayacaq [7-8].  




Yüklə 224,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə