Əlirza Fərşi-nin və ona göre yazılmış yazılar



Yüklə 203,74 Kb.
səhifə1/4
tarix15.03.2018
ölçüsü203,74 Kb.
#32291
növüYazı
  1   2   3   4

Əlirza Fərşi-nin və ona göre yazılmış yazılar

www.BayBaK.com saytından götürülmüş!
http://azr.baybak.com/il_2009_say_5737.azr

Azadlıq Radiosu-nin Sima Didar, Ağrı Qaradağlı və Yaşar Həkkakpur ilə danışığı (Səs)

BayBək, Azərbaycan | Wednesday, 2nd December , 2009 , 03:18 [am] | İç Xəbərlər




.

«GÖZÜMƏ BİBƏR QAZI TÖKDÜLƏR»

Seçkidən əvvəl, mayın 22-də hökumətin təşkil etdiyi ümummilli gəzintidə «Türk dilində mədrəsə!» şüarı səsləndirdiyi üçün həbs olunan Təbriz Universitetinin professoru Əlirza Fərşi və onun xanımı Simaya bir il həbs cəzası kəsilib. O, həbsini belə





Danışığı burdan dinləiyn:


To download: [1] click here

«Bizi alçaltmağa çalışırdılar»

«Əgər seçkidən əvvəl ana dilində təhsil vermək vədləri doğru olsaydı, bizi – iki gənci ana dilində təhsil istədiyimiz üçün həbs etməzdilər».

Bu sözləri «İşdən sonra» proqramında İranda azərbaycanlıların milli-mədəni hüquqları uğrunda fəallardan biri Sima Didar deyib.

«GÖZÜMƏ BİBƏR QAZI TÖKDÜLƏR»

Seçkidən əvvəl, mayın 22-də hökumətin təşkil etdiyi ümummilli gəzintidə «Türk dilində mədrəsə!» şüarı səsləndirdiyi üçün həbs olunan Təbriz Universitetinin professoru Əlirza Fərşi və onun xanımı Simaya bir il həbs cəzası kəsilib. O, həbsini belə xatırlayır:

«Seçki ərəfəsində hər kəs öz istəyini ifadə edirdi. Bizim də istəyimiz Konstitusiyanın 15-ci maddəsinin icrası və türk dilində mədrəsələrin açılması idi. Dövlət tərəfindən qurulmuş mərasimdə bu istəyimizi dilə gətirdik. Bunu edəndə dövlət məmurları başımıza töküldülər. Mən həyat yoldaşımla bərabər idim və əlindən tutmuşdum. Çalışırdıq xilas olaq. Sonra gözümə bibər qazı (gözyaşardıcı) tökdülər və mən iki saata qədər heç nə görmədim. Maşın tutdum evə gəldim. Həyat yoldaşımı aparmışdılar. 28 gün sonra mənə vəkil zəng vurdu ki, görüşə icazə verirlər. O vaxta qədər heç telefonla da danışmağa icazə verməmişdilər. Məni zindanın içində 37-ci otağa – Ettelaatın otağına apardılar. Orada hökm göstərdilər ki, buna əsasən səni həbs edirik».

«MİLLİ FƏALLARI OĞRU DƏSTƏSİNİN TƏRKİBİNDƏ MÜHAKİMƏ EDİRLƏR»

«İşdən sonra» proqramının digər qonaqları – özünü Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlandıran qurumun Bakıdakı sözçüsü Ağrı Qaradağlı və İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkakpur deyirlər ki, mayın 22-dəki gəzintidə şüarlar söylədikləri üçün həbs olunan Təbrizli gənclər arasında bundan yüngül cəza alanı da var, daha ağır cəza alanı da.

Yaşar Həkkakpur deyir ki, daha ağır cəza vermək üçün fəallara «qondarma partlayıcı əldə etmə ittihamı» irəli sürülür. Yaxud da milli fəalları oğru dəstəsinin tərkibində mühakimə edirlər ki, hərəkatı hörmətdən salsınlar.

Sima Didar deyir ki, onun və başqa gənclərin həbsi seçki ərəfəsində namizədlərin bəhsə girib azərbaycanlılara daha çox milli hüquq vəd etməsi ilə bir araya sığmır:

«BU VƏDLƏR MİLLƏTİ SANDIQ BAŞINA CƏLB ETMƏK ÜÇÜNDÜR»

«Seçki ərəfəsində bütün namizədlər vədlər verirlər. Konstitusiyanın maddələrini yerinə yetirəcəyik deyirlər. Amma seçkidən sonra hamısı unudulur. Xalq da artıq anlayır ki, bütün bu vədlər milləti sandıq başına cəlb etmək üçündür. Əhmədinejad deyirdi ki, bizim düşmənçilik edəcəyimiz dil varsa da ingiliscədir, türkcə deyil, çünki türkcə bizim xalqımızın dilidir. Mən bu sözləri özüm eşitmişəm onun Təbrizdəki mitinqində. Amma indi görürük ki, bu istəyimiz üçün bizə zindan veriblər».

Sima Didar və Əlirza Fərşi indi böyük məbləğdə zəmanət əvəzində azadlıqdadırlar. Apellyasiya məhkəməsinə noyabrın 29-da təqdim etdikləri şikayət üzrə qərar həbs cəzasını qüvvədə saxlasa, onlar yenidən həbsxanaya salınacaqlar. Sima Didar deyir ki, bundan əvvəlki həbsi zamanı işgəncə yalnız mənəvi olub:

«Bizə fiziki işgəncələr olmayıb. Amma təhqirlə danışma var idi. Sözləri ilə təhqir edirdilər, bizi alçaltmağa çalışırdılar. Digər tərəfdən, Əlirza 45 gün, mən də 19 gün təkadamlıq kamerada saxlanmışıq ki, bunun özü bir ruhi işgəncə hesab olunur».



http://azr.baybak.com/il_2009_say_5726.azr

Təbriz İnqilab Məhkəməsi 10 fəal haqqında həbs qərarı çıxarıb

BayBək, Azərbaycan | Monday, 30th November , 2009 , 03:12 [am] | İç Xəbərlər




.

Sözü gedən fəallar mayın 22-də hökumətin Təbrizin mərkəzində təşkil etdiyi gəzintidə «Ana dilində təhsil» kimi şüarlar səsləndiriblər və «Youtube» portalında İranın keçmiş prezidenti Məhəmməd Hatəminin türklər haqqında zarafatını əks etdirən videonun yayılmasına etirazlarını bildiriblər. Bu səbəbdən İranın hüquq mühafizə orqanları onları may ayında həbs edib.



Bu barədə AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur məlumat verib.

Sözü gedən fəallar mayın 22-də hökumətin Təbrizin mərkəzində təşkil etdiyi gəzintidə «Ana dilində təhsil» kimi şüarlar səsləndiriblər və «Youtube» portalında İranın keçmiş prezidenti Məhəmməd Hatəminin türklər haqqında zarafatını əks etdirən videonun yayılmasına etirazlarını bildiriblər. Bu səbəbdən İranın hüquq mühafizə orqanları onları may ayında həbs edib.

Məhkəmənin qərarına görə, 19 yaşlı fəal Fərdin Muradpur 6 il həbs cəzası alıb, onu partlayıcı maddələr emal etmə, rejim əleyhinə təbliğat və milli təhlükəsizliyi pozmaqda ittiham ediblər. Onun qardaşı Murtuza Muradpuru isə rejimə qarşı təbliğat və qanunsuz yığıncaqlarda iştirak ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum ediblər.

Fərdin Muradpur saxlanarkən hökumət qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində çiyin nahiyəsindən güllə yarası almışdı.

Məhkəmə həmçinin milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərmək ittihamı ilə digər fəal Rəsul Bədəliyə 2 il, daha 4 fəala isə 6 aylıq həbs cəzası verib.

Məhkəmənin qərarı ilə digər 3 nəfər ictimai asayişi pozmaq ittihamı ilə Təbriz Cəza Məhkəməsinə göndərilib.

Məhkəmə iki fəal – Nasir Bədəli və Behzad Sadeqiyan haqqında irəli sürülən ittihamları isə rədd edib.

Bundan öncə isə Təbriz İnqilab Məhkəməsi Təbrizin mərkəzində hökumətin təşkil etdiyi gəzintidə iştirak etmiş və həbs olunmuş universitet professoru Əlirza Fərşi və onun həyat yoldaşı Sima Didari haqqında da rejim əleyhinə təbliğat ittihamı ilə bir il həbs cəzası kəsib. Hazırda məhkəmə çəkişməsi davam etdiyinə görə professor və onun xanımı girov qarşılığında azadlıqdadırlar.

http://azr.baybak.com/il_2009_say_5725.azr

İran İslam Respoblikasında keçirilən seçkilər sayağı “QURULTAY” – Təbrizli Baybək

BayBək, Azərbaycan | Monday, 30th November , 2009 , 03:10 [am] | Məqalə-Yazi




.

İran adlanan ölkədə İslam Respoblikası adı altında seçkilər necə keçirilər? İnsanlardan necə və nədən səs alınır? Alınan səslərin başına nə gəlir? İnsanların aqibəti necə olur? Bu sorular illərdir ki (ən azı 30 il) o ölkədə yaşayan və ya ordan qaçan hər bi ağıllı insan özüənə soruşur.



İran adlanan ölkədə İslam Respoblikası adı altında seçkilər necə keçirilər? İnsanlardan necə və nədən səs alınır? Alınan səslərin başına nə gəlir? İnsanların aqibəti necə olur? Bu sorular illərdir ki (ən azı 30 il) o ölkədə yaşayan və ya ordan qaçan hər bi ağıllı insan özüənə soruşur.

Ama gələk o ölkədə, özəlliklədə işqal altında olan Azərbaycan torpaqlarında keçirilən seçkilərə göz ataq. Bu işi 3 mərhələyə ayırıb və incələmək bəlki faydalı olsun.

1- Seçkilər başlamadan heç nə ortada yox, insanların haqlarından danışan olmaz, ölkənin inkişafından söz yox, milli birlikdən bəhs edən yox, məmləkətin təhlükəsizligindən əndişə edən yox, gələcəkdən, islamdan, vətəndaşların rifahından v.s kimi qonulardan heç kim danışmır.

2- Seçkilərın ərəfəsində insanların haqlarından danışanlar meydana gəlir, ölkənin inkişafından söz edilir, milli birlikdən bəhs edilir, məmləkətin təhlükəsizligindən əndişə olunur, gələcəkdən, islamdan, vətəndaşların rifahından v.s kimi qonulaa medilarda və çıxışlarda geniş bir şəkildə yer verilir.

3- Seçiklərən sonra heç nə ortada olmur, insanların haqlarından danışan olmaz, ölkənin inkişafından söz yox, milli birlikdən bəhs edən yox, məmləkətin təhlükəsizligindən əndişə edən yox, gələcəkdən, islamdan, vətəndaşların rifahından v.s kimi qonulardan heç kim danışmır və verilən vədlərə kimsə sayqılı durmur.

Bu yöntəmlə seçki keçirən Fars-Şiə işqalçı rejimi illərdir ki millətlərin qanını şuşəyə töküb və ələ keçirdigi hakimiyəti qorumaq üçün əlindən gələn pislikləri etməkdən çəkinmir.

Ama gəlin seçkilərin necə tərif olunduğuna bir daha baxaq. Seçkilərin anlamı Fars-Şiə rejimi tərəfindən necə tərif olunur?


Fars işqalçı rejimi seçkiləri belə tərif edir ki guya,
- Seçkilərdə iştirak etmək, İran millətinin vahid və bütöv olduğunun göstərgəsidir
- Seçiklərdə iştirak edənlər xarici düşmanların ürəginə pıçaq kimi saplanırlar
- Seçkilərdə iştirak etməyənlər İslama, İran millətinin billəşməsinə və ölkənin inkişafına zidd olanlardırlar
- Seçkilərin saxtalaşmasını deyenlər, xarici düşmanların məmurları, İran və İslama zidd olanlar və yalancı çarəsizlərdirlər
- …
Və daha önəmlisi,
- Seçkilərin sonucu, seçki yapılmadan öncə bəlli olunur!

Belə bir saxtakarlıqla keçirilən seçkilərdən alınan sonuc kimə yararlı olacaqdır? Təbiki seçkiləri keçirən hakimiyətə!

Azərbaycan Milli Hərəkatı (AMH) adlandırdığımız gərçək adına belə yöntəmlə seçki keçirmək faydalı ola bilər mi?

“Amsterdam Qurultayı” və seçkilər sayağı oyunlar!

Amsterdam şəhərində bir toplantı keçiriləcək. Bu toplantıdan amac nədir? Əslində bu toplantı nədən keçirilir soruşanda daha anlamlı olacaqdır çünkü bir gərçəgin nədən oluşmasını anlamadan o gərçəgin hara vardığını bilmək imkansız olacaqdır.

Toplantını qurmaq fikiri 3 il öncə ortaya çıxmışdır. Belı bir toplantının quruluşunu gərəkli bilən bir sıra şəxs öz düşüncələrini, ama həmişə olduğu kimi, düşünülməmiş şəkildə ortaya atmışlar. Toplantı harda keçirilsin? Nece hazırlansın və kimlər onu idarə etsin sorularına gəlincə, genə şəxsi ixtilaflar özlərini göstərərək ortalığı qarışdırmışdır. Bu arada ama, sadiq milli fəallardan bir qurupu qurultayın keçirilməsinin önəmini anlayaraq, belə bir addımın atılmasında israrçı qalırlar. Günlər və aylar soğuşur, AMH daha aydın şəkildə siyasi arenaya təki buraxmağa qadir olur, İran adlanan ölkədə rejimə qarşı olan Azərbaycanlılarınn səsi yüksəlir, məhbusların sayı artır və hətta ölənlər olur.

İran adlanan ölkədə 10-cu cumhur başxanlığı seçkilərindən açıq şəkildə yaranan muxalifət hərəkətlərin dünya kamoyuna yansıdı və bir sıra qanlı xiyavan savaşları o ölkənin iç durumunun zəif və çalxalanmaqda olduğünü aydınlaşdırdı. Azərbaycan ama bu olaylara qatılmadan, öz milli mucadiləsini sürdürməkdə ağıllı siyasət seçərək AMH taleiyni çox gərgin bir dönəmdən sağlam şəkildə qurtarıb və iləri apardı. Bu tutum ama bir çox xarici devlətin, habelə Fars-İrançıların xoşuna getmədi.

Son aylarda biz gördük ki AMH-ni sözdə muxalifət adıyla yaranan “Yaşıl Hərəkatı”na sürükləmək üçün bir çoxlu işləmlər görüldü. Bunların önündə gedənlər isə, Əhməd Obalı qurupu və Federalçı adı altında İrançılıq düşüncəsini yayan şəxslər, Ziya Sədrüləşrafi, Əlirza Ərdəbili və Məhəmməd Azadgər kimilər oldular. Bu yeni birləşmiş qurupu idarə edənlər isə daha təhlükəli düşüncələr ortaya sürməklə, milliyətçiləri və istiqlal istəklərini vurmağa başladılar. Qara yaxma, tohhin etmək və aşağılamaq, istiqlalı ələ gəlməz tərif edərək sözdə federalizmi rəklam etmək və Azərbaycanlıları xiyavanlara təkülərək hakimiyət içi savaşa qurban olmağa çağırdılar.

Bunları qarşısında dayanan milliyətçilər ama bir daha öz sədaqətlərilə dayandılar və millətimizi sözdə “Yaşıl Hərəkatı”ndan uzaq saxladılar. Artırmaq lazimdir ki bu arada ən çox çaba içəridən olmuşdur və içəridə fəaliyət edən soydaşlarımız, özəlliklədə öyrəncilərimiz xaricdən və adı gedən qurupun vasitəsilə yayılan çirkin siyasətə qarşı durdular. Beləliklə, AMH-ni öz mənfətlərinə qullanmaq istəyənlərin xəyalları boşa çıxdı və onlar dahada çox hirsləndilər.

AMH və Azərbaycanın “Yaşıl Hərəkatı”na qoşulmaması hakimiyət ilə anlaşması anlamına gəlməməlidir. Çünkü AMH öz istəklərini açıqcasına ortaya sürmüşdür və o doğrultuda usanmadan ilərləiyr. Bu tutumu anlamayan Fars işaqlçı hakimiyəti, sankı Azərbaycan rejimdən yanadırmış kimi, devlət heyətinin gəzisini o bölgədən başladı! Ama, tanıq olduğumuz kimi, Azərbaycan o gəzilərə önəm vermədi və hətta yerli depotatlar bilə devlətin ayrı seçki mahiyətli siyasətini aınamağa başlayıb və rejimi yalnaçılıqla ittiham etdilər. Bu arada içəridəki soydaşlarımızın verdigi şuarın bir daha gərçəkcil olduğu sabit olundu. Soydaşlarımız deiyrlər ki “Nə sağçıyıq nə solçu, millətçiyik millətçi”. Və bu olay isə Azərbaycan və AMH gərçəklərini anlamayanları genə şaşqınlıq içində buraxmışdır.

Yuxarıda ki olaylardan dərs almayan qulluqçu alçaqlar isə genə üzdən getməiyb və başqa bəhanə ilə Azərbaycanı qanlı alana soxmaqa çalışdılar. Bu dəfə isə bəhanə “Tiraxtur” futbol yığmasının yanlılarını öz atalarının köhnə borcuna vermək oldu!

Belə ki, sankı Tiraxturun məsələsi milli məsələimiş kimi, ötən ildən Maşallah Rəzmi-nin ortaya sürdügü “Katalanlar və Barselona” futbol şivəsini hayata keçirmək istədilər. Bu arada ama, önəmli gərçəkləri unutdular. Bu şəxslər heç özlərinə sula verdilər ki görəsən Tiraxtur zavodu və futbol yığması kimini kontrolu altındadır? Cavab isə qolaydır, Sipahi Pasdaran açıqcasına onlara nəzarət edir. Bu nədəməkdir? Bu o deməkdir ki bu hörgüt, ki milli mucadiləmizin ən qəddar düşmanlarından sayılır, futbol bəhanəsilə bir çoxlu təxribatlar yarada bilər və milli fəalları birər birər ortada qaldırar. Necə? Tiraxturçuların adları və adresləri bilet alarkən toplanılır, televiziyaya zəng açanlar, məsaj göndərənlər və çıxış edənlərin bilgiləri toplanır, Tiraxtur sitəsini ziyarət edənlər və görüş yazanların bilgiləri toplanır və, daha önəmlisi, Yadiqari İmam adında stadiyomun kontrolunun o hörgütün əlində olması olmaqdadır. Yanı, o stadiyomun qeiri standard tikilməsini bəhanə edərək, aya on minlərcə insanı orda qətlə yetirmək çətin işmidir? Hər bir ehtimal gözə alınmalıdır, Tiraxtur yanlılarını milli etməklə, o stadiyomun çökməsində necə qurtarmaq olar? Mən demirəm bu iş kəsin olacaqdır, ama, Tiraxturun açdığı pəncərəni, ağılsız və ehsasat dolu məntiqsiz addımlarla nədən bağlayaq? Aya bu daha yararlı dəiyldir ki Tiraxtur məsələsini idman məsələsində qoruyaq, o yığmanın yüksəlməsinə və adlım olmasına yardımcı olaq. Onun yarışmalarının sərasəri telekanallardan yayılmasını tələb edək və türklük hislərini genclərimizdə oyaldaq?

İndi ama, nələr etdilər o yuxarıda açıqladığım qulluqçu qurup? Tiraxturun məsələsini şişirdərək, bir sıra şübhəli olayların yaranışına nədən oldular. İllərdir yavaş yavaş Latib əlifbasıyla çeşitli olaylarda göstəri yapanları təhlükəyə saldəlar. Genlərimizi milli bayraq aparmağa təşviq etdilər və onların canlarını təhlükəyə saldılar. İttilaat hörgütünə imkan verdilər ki istədikləri bəhanə ilə Tiraxtur yanlılarını tutub və həbs etsin və, daha önəmlisi, Tiraxturun yüskəliş prosesini Fars yetkililərinə buraxsınlar!

Hər haldə unudmamışıq ki illər öncə, iran qəzetinin ihanət edici karikatorasından öncə, bir sorqulama yayılmışdır ta Türklərin kimlik anlayışını dənəsinlər. Bu iki olay ardı ardına gəldigində, tüm Azərbaycan öz kimligindən mudafiə etmək üçün ayağa qalxdı və May 2006 qalxışı yarandı. Daha sonra isə, Fars hakimiyəti tərəfindən Azərbaycan bölgələri ilə davranış modeli dəiyşdi. İlk dəiyşim nə oldu? Azərbaycana olan azıcıq iqtisadi yardımlar şişirildi, fars bölgələrinə olan dev iqtisadi və alt yapı yardımları gizlədildi! İndi bir çox milli fəal qolaycasına iqtisadi ayrı seçkiligi subuta yetirə bilmir! Demək, milli və iqtisadi məsələləri Fars hakimiyəti kontrola almaq üçün çeşitli yöntəmlərə asılır.

Qurultaya qayıdaq!

Qurultay əslində iki inancla baş tutur. Birinci inanc, həmişə olduğu kimi, sadiq milli fəallar və insanların sədatəli istəkləridir. Bu fəallar istəiyrlər ta xaricdə olan Azərbaycanlılar, özəlliklədə güneylilər bir aray gəlsinlər və içəridəki soydaşların dərtlərinə çarə bulmasalarda, ən azından onların səsini dünyaya çatdırsınlar. İkinci qurup isə, ki mənim bildigim 18 nəfərdən oluşur, xarici məmurlar və ən azından iki Hollandiyalının yer aldığı qurupun istəkləri üzərə yaranan inancdır. Bu qurup aylardır üzərində işlədikləri muqavilələri onaylamaq üçün çalışırlar və ona görədə əllərindən gələn yardımı etməkdən əsirgəmirlər.

Doğru, ama dedikləri kimi, qurultayda heç bir yazı imzalanmayacaq, heç kim başbaxan seçilməyəcək və kimisə məqama sahib olmayacaq! Pəs onda soruşmaq lazimdir ki, qurultay nəyə hazırlanır və nədən keçiriləcək?

Qulluqçu qorumun amacı nədir?

Qulluqçu qurum illərdir çalışır ta milli fəalları bir birindən ayırsın və bu doğrultuda çoxlu xəyanətlərə əl atmışdır. Birlik məsələsindən yararlanaraq, illər boyu birlikdə çalışan milli fəalları bir birinə düşman etmişdir və uydurma məqamlar dağıtaraq “liderlik” savaşın daha genişləndirmişdir. Mələsəf milli fəallar bu olaylara önəmsiz qalmış və hətta o oyuna daxil olaraq AMH-ni axsatmışdırlar. Deməsi lazim olacaqdır ki DAK yaranması və parçalanması, Güney Azərbaycan İstiqlal Partiyası adı altında qurum yaradıb və arxasında gizlənərək AMH düşnmanlarına xidmət etmək, telekanal yaradaraq ilk özlərini istiqlalçı göstərmək, daha sonra isə amaclarını bəlləndirməklə Azərbaycana düşman olan Amerika-israil billiginə kəbinli olaraq xidmət etmək v.s kimi işlər bu sıradandır.

Burda açıqlamaq lazimdir ki mən Amerika və ya İsrailin düşman olduğunu deyəndə, Rusiya və ya madaqaskarın dost olduğunu demək istəmirəm. Əslində mən Azərbaycan maraxlarına qarşı olan, torpaqlarımızı işqal etmək istəyən və ya bizə olan zülümlərə önəmsiz qalan hər bir devləti düşman sayıram. Bu listəyə bir çoxlu devlət yerləşir ama, məntiqlə desəm, bir çox devləti AMH barədə tepki göstərmək bizim görəvimizdir və bizlərdə bu görəvimizi yerinə yetirmirik.

Amerika və İsrail nədən bizim düşmanımızdırlar?

Düşman adamadan öncə, düşman anlamına diqqət etmək lazimdir. Düşman nə deməkdir? Sadə olaraq desəm, öz maraxlarına görə başqasına zərər vuran, zərər görənə yardım etməyən və zərər vuran ilə iş birligi aparana düşman demək olar.

Demək Amerika və İsrail AMH düşmanıdırlar, Çünkü, AMH barədə bilərək səs siz qalır ki heç, öz maraxları üçün Güney Azərbaycanı işqal edən Fars rejimilə anlaşmaq üşün insan haqlarından uzaqlaşır, Quzey Azərbaycanı qarət etməkdə ən qəddarlıq edənlərdəndir. İsrail isə, Amerikanın Quzeydə yapdıqlarının min qat bətərini yapır, Fars-Şiə işqalçılarının dini aşırıçı quruplar yaratması kimi müsəlman adında terrorçu quruplar yaradır, və Güney Azərbaycanın torpaqlarına göz tikən Kürd terrorçularına silah və maddi yardım etməklə birlikdə, onlara hərbi əytim və bilgi verir! Hələ, bunlar ən gözdə olanlardırlar. Aya 1946 ilində Güneydə yaranan milli hakimiyəti kim yıxdı? Amerika və İngilis gücləri dəiylmidilər? Bəs nədən 21 Azər dönəmindən danışanda, Cavda İsmailbəyli kimi saxta jurnalistlər Amerikanın adın gətirməkdən imtina edirlər? Aya bu işlərlə millətimiz aydənlaşır və ya AMH güclənir? Amerika senatında Azərbaycana və Türkiyəyə olan haqsızlıqlar, AKP cildində Güney Kipr, Güney Terkiyə (Azərbaycanın Türkiyə sınırlarında qalan torpaqları), Borçalı, Kərkük, Doğu Türküstan, Əfqanistan və (Türkmənlər, Özbəklər), Qazaxistanda və başqa Türk olan bölgələrdə nədən cinayət edir və ya cinəyət edənlərə yardimcı olurlar? Bunları necə görübdə genə onları dostca qəbul etmək olar?

Günaz telekanalında gətirib yoxsulluq bəhanəsilə kütləni boş yerə təhrik etmək istirlər, sankı Amerikada hamı bal yağ içindədir! Yoxsulluq hər yerdə var, ama bizim dərdimiz yoxsulluq dəiyldir. Bizim dərdimiz milli hakimiyətimizdir. Sabah müstəqil olsaqda, genə yoxsulların olmasına hazır olmalıyıq.

Qulluqçu manqurtlar çalışırlar ta dərdimizin başqa yerlərdə göstərsinlər, sankı Fars şovonizmi yerdən çıxıb, o sistemi yaradanları paka çıxarsınlar və millətimizi aldatsınlar. Soruşuram ki aya fars şovonismini elə bu demokrasi ocağı olan batı yaradıb və yönətmir mi? İllər öncə istiqlal şuari verən qulluqçular, indi ərbablarından aldıqları sifariş doğrultusunda federalism reklamı edirlər və ucuz boğazların yırtırlar. İllərdir AMH içinə girmək istəyən casualrı çeşitli adlarla və dönə dönə millətimizə sıramağa çalışırlar. Ələ olubdur ki, Əlirza Fərşi və onun yaşamdaşı Sima Didar-ın adından bilə sui istifadə edərək özlərinə haq qazandırmaq istirlər. Ama, cənab Fərşi-nin Şəhnaz Qulamı-nin tutumuna etirazı nəiyn göstərgəsidir? Xanım Qulamı hələ özünü təmizə çıxarmadan sankı Azərbaycanın “Treza Ana”sıdır kimi davranır! Ama, ilginc olaraq onun məhəbbəti məhz Amerika yönündə çalışanlara sunulur! Fərşi aiyləsi fəaliyət edərkən, tutularkən və həbsdə olarkən sankı yoxmuşlar kimi xanım Qulamının “çox dəyərli və önəmli məqalələri”nə daxil olmadılar! Ama, “Yaşıl Hərəkatı” yolunda öldürülən, ya intihar edən Ramin Purəndərcani həmən listəyə daxil edilir! Məhəmməd Azadgər kimi min üzlü şəxslər, Kürd-lərin əmisi oğlu kimi davranmaqda nəyə varmaq istəiyr? Bizim düşanlarımız bunlardırlar, yoxsa oturubda məhz Fars hakimiyətinin indiki simasına qarşı dursaq, yanacayıq. Federal Demokrat adı altında fars işqalçılığına davam etdirmək isteyenlər, demokrası adına torpaq bağəşlayanlardırlar ki bizim düşmanımızdırlar.

İnanıram ki həqiqəti gizlədən qulluqçu satqınların amacı bir gün açıqlanacaqdır, ama o günə qədər lazimdir ki sədaqətli milli fəalların çalışması dayanmasın. Ən azından belə adamların qarşısında dayanmaqla, onların vuracağı zərbənin təhlükəsini azaltmaq olar.

Hele demliyəm ki Almanya-daki fəalların toplantı idealarına qarşı olanlar, sözü gedən qurultayda ilk sıradadırlar! Bu nə deməkdir yani? Almaniyada birlikdən danışmaq olmayanda, Hollandiya-da necə birlik yarana bilər? İştə, birlik nədir və kim birlik istəiyr anlaşılmayan dəiyldir. Məncə, qurultaya qatılıbda, soydaşlar birbirilə görüşübdə, konsertdən faydalanıb və geri ngəlmək ən yaxşı iş olacaqdır. Yoxsa çıxış edərək o qulluqçuların sənədlərinə imza atmaq, bağışlanmayan suç kimi vicdanları narahat edəcəkdir.

Milliyətçi fəalların istəkli olmaması, onların önəmsəyən olduqları və mali baxımdan sıxıntıda olmaları hamısı mərkəzi bir gücün olmamasıdır. Ona görədə çalışılmalıdır ta belə bir mərkəz yaransın. Ama, qulluqçuların qatıla biləcəgi bir toplantı sonucu heç bir bilrik yaradan mərkəzin oluşumunu gözləmək olmaz. Məncə, Almaniya və daha sonra Amerikanın Los Anceles şəhərində bir mərkəz yaradılmalıdır ta Avrupa və Amerika Azərbaycanlılarını bir araya gətirsin. Bu mərkəzlər həm maddi həmdə siyasi baxımdan fəal olmalıdır və lazimi lobbiçiligi etməlidir.

Fars-Şiə seçkisi sayağı Qurultay!

Əhməd Obalı telekanalında belə deiyr ki guya,


- Qurultay milli birligin göstərgəsidir!
- Qurultay sədaqətlə düzənlənir!
- Qurlutayda iştirak edənlər milliyətçilərdirlər!

Yüklə 203,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə