Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə1/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
  1   2   3   4   5   6   7   8   9   ...   27


Əlisalam Bağırov
Əsil insan olmaq 
çƏtindir


Redaktor: 
Fəxrəddin Ağazadə, 
fəlsəfə elmləri-doktoru 
Korrektor: 
Ceyran Abbasova
Bağırov Əlisalam Məmi oğlu 
Əsİl İnsAn olMAq çƏtİndİr 
Bakı: Qanun nəşriyyatı, 2017, 120 səh. 300 tiraj 
Qədim  hind  abidəsi  «Kəlilə  və  Dimnə»  stilində  yazılan  bu 
əsərdə müəllifin əsil insan olmağın yolları haqqında fəlsəfi düşün­
cələri əks etdirilmişdir. Əsər o qədər rəvan dillə yazılmışdır ki, 
istər­istəməz oxucunu cəlb edir, onun qəlbinə nüfuz edir, onun 
hisslərini oyadır, onu həyata bağlayır. İnsandakı ən ali hissləri 
təhlil edən müəllif həm yazıçı, həm filosof, həm də bir ağsaqqal 
kimi oxucuya əsil insan olmağın sirlərini öyrədir, onlara kamilləş­
mək üçün tövsiyələr verir.
Kitab filosoflar, sadə oxucular və düşünən beyinlər üçün nə­
zərdə tutulmuşdur. 
     70408­2750
     AB 022051    sif.
© Əlisalam Bağırov, 2017 
© Qanun nəşriyyatı, 2017
Q


3
 
İ
nsandır dünyanın ən saf incisi. 
Demə hər parlayan daşa inci ki
Xələl gətirməsin bu ad insana. 
İnsandır yaraşıq bil ki cahana. 
Dünyanın ən ali varlığı insan,
Bəzəkdir dünyaya yaranışından. 
Gül­çiçəksiz fəsil yaz adlanarmı?!
İnsansız yer üzü de şadlanarmı?!
Bəli, daxilində hisslər qaynaşan, 
Nəğməkar bülbül tək nəğmələr qoşan, 
Eşq ilə alışan, eşq ilə yanan,
Adicə bir sözdən buz kimi donan,
İnsandır, taleyin töhfəsi insan,
Həyatın ilk bahar nəfəsi insan. 
İnsandır qaldıran eşqi göylərə,
İnsandır bəxş edən eşqi bəşərə. 
İnsanla bağlıdır hünər cəsarət,
İnsani hisslərdir məhəbbət, nifrət. 
İnsan daxilində yaranan hər hiss
Xeyirdən şərədək uzanan bir iz. 
İnsandır həyatın ən şah əsəri, 
İnsandır yaşadan qərinələri. 


4
İnsan  yer  üzünün  bəzəyi,  gor  evinin  zinətidir.  Susuz 
dəniz, səmasız torpaq olmadığı kimi insansız da yer üzünün 
yaraşığı olmazdı. İnsan bütün canlıların alisidir. İnsan ma­
teriyanın mövcudluğunu canlılar arasında daha çox dolğun­
luğu ilə duyan bir varlıqdır. 
İnsanlıq adında bir əzəmət var, 
Mərdlər ölənədək mərd kimi yaşar. 
Söyüdə qulluq et illər uzunu,
Zəhmətin naminə verməyəcək bar. 
İnsan dünyanın əşrəfi, bütün canlıların ən lətifidir. Heç də 
təsadüfi deyildir ki, insani hisslərdən məhrum olan kəsləri, 
heyvanlardan onların hərəkət və davranışları deyil, zahiri 
görkəmləri ayırır. Təbiət müəyyən hadisələrin həllində itir­
miş olduğu açarını insanların hiss və düşüncələrində tapır. 
Dünyada sirr dolu bir xəzinə var,
O yerə biliklə tapılar açar. 
Həyatın qəribə qanunu budur, 
Kimi yol bağlayar, kimisə açar. 
İnsan materiyanın daimi fəaliyyətdə olan bir sahəsidir. 
Özü də materiya növü olan insan materiyanın məzmunca 
dəyişməsində böyük rol oynayır. 
Qəribəlik yoxdur heç də cahanda, 
Qəribəlik vardır ancaq insanda. 
Təbiət öz ilkin işin aparır,
Əməldir dəyişən bu xanimanda. 
Həyatda insan özü­özünü dərk etməlidir. Özünü doğru 
dərk  edə  bilməyən  insan  həyatla  münasibətində  hökmən 


5
yanlışlığa  yol  verməlidir.  Yanan  ocağa  yanacaq  əlavə 
edil məzsə,  onun  sönməsi  labüd  olduğu  kimi,  özünü  dərk 
etməyi bacarmayan, öz daxili hiss və ehtiraslarının baş ver­
məsinin səbəblərini duymayan və onları cilovlaya bilməyən 
kəslərdən heç bir qabiliyyət və mərifət gözləmək olmaz. 
Səba yeli kimi gözəl olub sən,
Lakin əsməyini kəsmə qəfildən. 
Sən ki, səba yeli deyilsən insan,
Bəzən üstün olur hissin aqildən. 
Bir halda ki, dünyaya gəlmişik, həyatda yaşamaq bizə 
nəsib olmuşdur, onda həyata da açıq gözlə baxmaq lazım­
dır. İnsan niyə yaşadığını, hansı məqsədlərə xidmət etdiyini 
bilməlidir. Əks təqdirdə, onun vəziyyəti aşağıda qeyd olu­
nan təmsildəki kimi olar. 
Qoyuna nə dedilər hamısına inandı,
Çoxu onun haqqında söylədi söz qanandı. 
Dedilər: – Burda gəzmə, göy ot azdı gəzmədi,
Bu su dayazdı üzmə sözə baxdı üzmədi. 
Onun bunun əqliylə hərəkət etdi qoyun, 
Elə buna görə də başına gəldi oyun. 
İstəməyən bir kəsin sözüylə qalxdı dağa,
Çoban gəlib çatınca onu yedi qurd ağa. 
İnsan insan olduğunu öz düşüncə və hərəkətləri ilə sübut 
etməlidir. 
Deyildir yaşamaq ömrün mənası, 
Söylə mənasızmı gül yaşaması?!
Faydalı işinə görə deyilmi
Dahilər həyatda insanlar xası?!


6
İnsanın  əsil  bir  insan  kimi  yetişməsində  ona  verilən 
təlim­tərbiyədən əlavə, insanın düşdüyü mühit və şəraitin 
də çox böyük rolu vardır. Dünyaya gələn körpələr arasın­
dakı fərq dünyadan köçən yaşlılar arasındakı fərqdən çox 
azdır.  Düşdüyü  şərait,  aldığı  tərbiyə  dünyaya  yenicə  göz 
açmış  körpələrin  gələcək  taleyində  çox  böyük  rol  oyna­
yır.  Bəlkə  də  biz  öz  düzgün  olmayan  tərbiyə  üsulumuz­
la,  səhlənkarlığımızla  yanlışlıqlara  yol  verib  gələcəkdə 
neçə­neçə  əsil  gözəl  bir  insan  olacaq  körpələrimizin  il­
kin  tərbiyəsində  nöqsanlara  yol  verərək  onların  gələcək 
həyatına  mənfi  təsir  göstərmişik.  Biz  insanların  bir  vali­
deyn kimi, bir tərbiyəçi kimi, bir insan kimi bəşəriyyətin 
qar şısında  ən  böyük  borcumuz,  davamçılarımız  olacaq 
insanların  tərbiyəsi  ilə  ciddi  məşğul  olmaqdan  ibarətdir. 
Biz  körpələri  əzəl  gündən  pis  adət  və  vərdişlərdən  qoru­
mağa çalışmalıyıq. Elə etməliyik ki, pis adət və vərdişlər 
onların gələcəkdə əsil bir insan kimi yetişməsində əngələ 
çevrilməsin. 
Ulaq alim kimi elmi ad aldı,
Öz gərgin əməyi müqabilində. 
Amma pis adəti başında qaldı, 
Ağnadı torpağa təbi gələndə. 
Ümumiyyətlə,  biz  gələcək  nəslin  tərbiyəsi  ilə  məşğul 
olarkən  onları  düşəcəyi  mühit  və  şəraitin  də  mənfi  təsir­
lərindən  qorumağa  çalışmalıyıq.  Elə  məhz  yaxşılıqla  pis­
lik arasındakı fərq ölçüsünün hamının eyni cür başa düş­
məməyində  insanların  aldığı  tərbiyə  üsulundan  başqa 
on ların  düşdüyü  mühit  və  şəraitin  də  rolu  çox  böyükdür. 
Heç də təsadüfi deyildir ki, müxtəlif şəxslərə edilən eyni 
cür  yaxşılıq  həmin  şəxslərin  düşüncə  dairəsindən  asılı 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə