Əlixan Musayev



Yüklə 374,46 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix30.10.2018
ölçüsü374,46 Kb.
#75879
  1   2   3   4   5   6   7   8


 



Əlixan Musayev 



 

 

 

 

 

 

 

ÜÇ 

 

SUAL 

 

 

 

 

 

 

 

Bakı - 2016 


 



 



Tərcümə və tərtib:       Əlixan Musayev 

 

İxtisasçı redaktor:       Mübariz Qarayev 

 

 

 



 

 

 



 

   

     Bu kitabçada hər kəsi dünyadan köçdükdən sonra göz-

ləyəcək bəzi hadisələrə toxunulur və ilkin olaraq veriləcək üç 

sual barəsində bəhs edilir.   

 

 



 

 

 



     

 

 



 

Ön söz 

 

   Həqiqətən, həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz 



Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və 

bizi haqq yoluna yönəltməyi diləyirik, nəfslərimizin şərindən və 

pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. 

Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa 

onu  haqq  yoluna  yönəldən  tapılmaz.  Mən  şahidlik  edirəm  ki, 



 

Allahdan başqa ilah (ibadətə haqqı olan məbud) yoxdur, Onun 



şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və 

elçisidir. 



   «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və yalnız 

müsəlman olduğunuz halda ölün!»

1

  

   «Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  [Adəmdən]  xəlq  edən, 



ondan zövcəsini [Həvvanı] yaradan və onlardan da bir çox 

kişi və qadınlar törədən Rəbbinizdən qorxun! [Adı ilə] bir-

birinizdən  [cürbəcür  şeylər] istədiyiniz  Allahdan,  həmçinin 

qohumluq əlaqələrini kəsməkdən qorxun! Şübhəsiz ki, Allah 

sizin üzərinizdə nəzarətçidir!»

2

 

   «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söy-



ləyin!  [Əgər  belə  etsəniz,  Allah]  əməllərinizi  islah  edər  və 

günahlarınızı  bağışlayar. Hər  kəs  Allaha  və Onun elçisinə 

itaət etsə, böyük bir səadətə [Cənnətə] nail olar».

3

 

   Əziz həmvətənlərim, müsəlman bacı və qardaşlarım! Biz yenə 

də  Uca  Allahın  köməyi  ilə  dini  maarifləndirmə  istiqamətində 

fəaliyyətimizi davam etdiririk. Çünki bu çox şərəfli və həm də 

məsuliyyətli  bir  işdir.  Həm  dini,  həm  də  dünyəvi  cəhətdən 

savadlı insanların yaşadığı cəmiyyətdə problemlərin az olması 

artıq sınaqdan keçmiş bir təcrübədir. Şükürlər olsun ki, bu gün 

azad Azərbaycanımızda bu iki istiqamətdə uğurlu irəliləyişlər 

artıq mövcuddur. 

   Diqqətinizə çatdıracağımız bu risalə çox mühüm bir məsələni 

əhatə edir. Belə ki, hər birimiz yaşayır, inkişaf edir və sonunda 

dəyişilməz nizama tabe olaraq hamı kimi dünyanı tərk edirik. 

Lakin ölümdən sonrakı aləmdə bizi gözləyən hadisələr barəsində 

heç də hamımız məlumatlı deyilik. Əlinizdə olan bu risaləyə ,,3 

                                                      

     


1

 «Ali-İmran» surəsi, 102.  

     

2

 «ən-Nisa» surəsi, 1. 



     

3

 «əl-Əhzab» surəsi, 70-71. 




 

sual” adı verilməsi sizə qəribə görünməsin. Bizim hər birimiz bu 



3  sual  barəsində  soruşulacağıq.  Peyğəmbərimiz  Məhəmməd 



səllallahu  aleyhi  və  səlləm  –

  səhabələrdən  hər  hansı  birini  dəfn  etdikdən 

sonra  qəbrinin  yanında  dayanıb  belə  deyərdi:  «(Allahdan) 

Qardaşınızın  bağışlanmasını  və  onun  sabitqədəm  olmasını 

diləyin! Çünki indi o sorğu-sual olunur».

4

 Başqa bir hədisdə



5

 isə 


hər kəsin öldükdən sonra: «Rəbbin kimdir?», «Dinin nədir?» və 

«Peyğəmbərin kimdir?» - deyə sorğu-sual olunacağı və həmin 

suallara cavab verənin nicat tapacağı, cavab verə bilməyənin isə 

əzaba düçar olacağı xəbər verilir.       

   Diqqət edin, bu sualların cavabını əslində çoxlarımız bilirik və 

bu yazıları oxuyan şəxs onlara cavab verə biləcəyinin də asan 

olacağını  zənn  edə  bilər.  Lakin  bu  heç  də  belə  deyildir.  Bu 

suallara dünya həyatında cavab vermək asan olsa da öldükdən 

sonra  onlara  yalnız  Allahın  razı  qaldığı  şəxslər  cavab  verə 

biləcəkdir. Uca Allah isə bu üç sualın şərtlərindən irəli gələn 

tələbləri  yerinə  yetirən  bəndəsindən  razı  qalır  və  ona  həmin 

suallara cavab verməkdə köməklik edir.   

      Əziz həmvətənlərim, bu risalənin səhih məlumatlar əsasında 

yazıldığını qeyd etmək istərdim. Risalədə Quran ayələrindən (Z. 

Bünyadov və V. Məmmədəliyevin tərcüməsindən) və mötəbər 

hədislərdən  istifadə  edilmişdir.  Arzu  edirik  ki,  Uca  Allah  bu 

risaləni  axıra  qədər  oxumaqda  sizə  kömək  olsun,  xalqımızı, 

dövlətimizi  və  ümumən  bütün  müsəlman  dünyasını  xəta  və 

bəlalardan qorusun!       

 

 



 

 

                                                      



     

4

 «Sünən Əbu Davud», 2/70; «Əhkamul-Cənaiz», səh. 198. 



     

5

 «Sünən Əbu Davud», 2/281; «Əhkamul-Cənaiz», səh. 198-202.  




Yüklə 374,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə