Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə1/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
  1   2   3   4   5   6   7   8   9   ...   92


 
 
 
 
 
 
ELM ADAMLARI  
ELM HAQQINDA 
 
Professor Səlahəddin Xəlilovun təqdimatında 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ÇAġIOĞLU 
Bakı - 2010 
 


Elm adamları elm haqqında 
 
- 2 - 
 
 
Müəllif-tərtibçi: Səlahəddin Xəlilov 
 
 
 
 
Elm adamları elm haqqında.  
Professor Səlahəddin Xəlilovun təqdimatında.  
Bakı,   “ÇaĢıoğlu”,  2010 – 312 səh. 
 
Kitabda islam dünyasının böyük alimləri Əbdüs-Səlamın, 
Xudu  Məmmədovun və  Oqtay  Sinanoğlunun  dünya  elminə  ver-
diyi töhfələr barədə qısa məlumat verilir. Onların ümumiyyətlə 
elm haqqında: elm və din, elm və dil, elm və sənət mövzuların-
da yazdıqları əsərlər kitaba ayrıca fəsillər kimi daxil edilmişdir. 
Elm  haqqında  tam  təsəvvür  yaratmaq,  elmin  texnika  və 
istehsalla,  ictimai-iqtisadi  həyatla  əlaqəsini  də  işıqlandırmaq 
üçün bura Elm haqqında elm adlı bölmə də əlavə olunmuşdur. 
Kitab alimlər, tələbələr və geniş oxucu kütləsi üçün 
nəzərdə tutulmuşdur. 
 
 
 
ISBN: 978-9952-27-185-0 
 
 
 
 
 
 
 
©Xəlilov S., 2010 


Ön söz   
 
- 3 - 
 
 
 
 
 
 
Ön söz 
 
 
Belə bir fikir geniş yayılmışdır ki, biz öz mənəviyya-
tımızı,  mədəni-mənəvi  dəyərlərimizi  qorumağa  çalışma-
lıyıq,  Qərbdən  isə  ancaq  onların  elmi-texniki  dəyərlərini, 
müasir texnologiyaları götürmək lazımdır. Bu, ilk baxışda 
çox optimal bir variantdır, amma eyni zamanda, çox sadə-
lövh fikirdir. Əslində bunu o zaman etmək olar ki, söz sa-
hibi sən özün olasan. Yəni nəyi vermək və nəyi almaq mə-
sələsini  də  özün  müəyyənləşdirəsən.  Halbuki  baxılan  hal-
da  qüvvətlər  nisbəti  Qərbin  xeyrinə  olduğuna  görə,  verən 
də,  alan  da  Qərb  özüdür.  Yəni  o  bizə  nəyi  vermək  istə-
yirsə,  onu  da  verir  və  bizdən  nəyi  almaq  istəyirsə  onu  da 
alır.  İndi  gəlin,  məsələyə  Qərbin  gözü  ilə  baxaq  və  an-
lamağa çalışaq ki, Qərb üçün nə daha sərfəlidir? 
Bəli,  bizim  mədəni-mənəvi  dəyərlərimiz  bir  üstün-
lükdür və Qərb bunun qiymətini bilir. Və Qərb bizə öz el-
mi-texniki nailiyyətlərinin, sənaye məhsullarının müəyyən 
bir qismini verməklə əvəzində bizim malik olduğumuz ye-
ganə sərvəti almaq istəyir.  
Qərb bizə sadəcə olaraq kompüteri, yaxud televizoru 
transfer  etmir. O, həm də televiziya verilişlərinin məzmu-
nunu  və  internet  vasitəsilə  ötürülən  informasiyanın  çeşi-
dini  müəyyən  edir.  Qərb  bizim  maraq  dairəmizi  də,  zəif 
cəhətlərimizi də bizdən daha yaxşı bilir. Çünki bizi kənar-
dan və məqsədyönlü surətdə seyr edir.  


Elm adamları elm haqqında 
 
- 4 - 
Bəs biz özümüzü öyrənməyə çalışırıqmı? 
O vaxtlar – Xudu Məmmədovun bizə dərs dediyi 70-
ci  illərdə  və  universiteti  bitirdikdən  sonra  müntəzəm  xa-
rakter  almış  görüşlərimiz  zamanı  biz  kristalloqrafiyadan, 
təbiət  hadisələrindən  maddələrin  quruluşundan  daha  çox, 
insan  təbiətindən,  cəmiyyətin  quruluşundan  bəhs  edərdik. 
Kristalların və milli ornamentlərin strukturu, təbiətin yad-
daşı ilə milli təfəkkür arasında eyniyyət məsələləri fəlsəfi 
yaradıcılıq yolunu seçmiş gənc fizik üçün maraqlı olmaya 
bilməzdi.  Bizi  bağlayan  məhz  təbiətə  və  insan  həyatına 
fəlsəfi  səviyyədə  yanaşma  tərzi  idi.  Mübahisələr  də  çox 
olurdu. Bir dəfə mən isbat etməyə çalışdım ki, biz Qərbin 
neçə yüz illər ərzində qalxdığı səviyyəni qısa bir müddətdə 
mənimsəyib  onlarla  yarışa  bilmərik;  ona  görə  də  optimal 
bir  yol  seçmək  lazımdır.  Bu  yol  isə  Qərbdən  hazır  elmi 
nəticələri  götürərək  onların  daha  tez  tətbiqinə  nail 
olmaqdır.  Görünür,  mən  həm  də  Yaponiya  təcrübəsinə 
istinad  edirdim.  Lakin  gözlədiyimin  əksinə  olaraq  Xudu 
müəllim bu fikrə etiraz etdi və dedi ki, hər bir xalq dünya 
sivilizasiyasına  nə  qədər  pay  verirsə,  ancaq  o  qədər  də 
götürə bilər.  
O  vaxtdan  neçə  illər  keçmişdir  və  bizim  ümumi 
məhsuldan,  dünya  sivilizasiyasından  daha  çox  pay  götür-
mək  iddialarımızın  həmişə  tərsinə  çevrildiyinin  şahidi  ol-
muşam. Nəyi isə əvəzsiz almaq ancaq illüziya imiş. Elmi-
texniki  sahədə aldıqlarımızın  bədəlini  sən demə mənəviy-
yatımızla ödəyirmişik.  
Bəs  çıxış yolu nədədir? 
Bunun  üçün,  əlbəttə,  orta  əsrlərdə  islam  dünyasının 
indiki  Qərb  ölkələrinə  nisbətən  çox  irəlidə  olmasına  rəğ-
mən,  tədricən  geri  qalmasının  səbəblərini  müəyyənləşdir-
mək lazımdır. Elmin ön cəbhəsindəki ayrı-ayrı nümunələr, 


Ön söz   
 
- 5 - 
yəni  müsəlmanların  normal  elmi  mühitdə  çalışarkən,  heç 
kimdən geri qalmayaraq böyük uğurlar qazanması faktları 
göstərir  ki,  hər  şey  ictimai  mühitlə  bağlıdır.  Yəni  söhbət 
islami  dünyagörüşünün  guya  elmin  inkişafı  üçün  əlverişli 
olmaması  haqqında  yaradılmış  mifin  dağıdılmasından 
gedir.  Problem  cəmiyyətin  təşkilatlanması  və  onun 
strukturunda  elm  üçün  normal  şərait  yaradılması  ilə  bağ-
lıdır. İngiltərədə təhsil alan və İtaliyada, özünün yaratdığı 
nəzəri  fizika  mərkəzində  çalışan  Əbdüs-Səlamın,  ABŞ-ın 
ən məşhur universitetlərindən olan Yel universitetində ça-
lışan  Oqtay  Sinanoğlunun,  habelə  cəmi  bir  neçə  il  Mos-
kvada və bir il İngiltərədə çalışdıqdan sonra vətənə dönən 
Xudu Məmmədovun timsalında biz bir daha bunun şahidi 
oluruq.  
Məktəb  olimpiadalarında  gənc  fiziklərimizin,  riya-
ziyyatçılarımızın,  bioloqlarımızın  uğurları,  hər  il  neçə-ne-
çə məktəblinin vətənə qızıl medalla qayıtması artıq bir ən-
ənəyə  çevrilmişdir.  Bəs  sonra?  Sonra  əlverişli  elmi  mü-
hitin yoxluğu ucbatından bu gənc istedadlar ya xarici ölkə-
lərə getməli olur, ya da qalıb paslanırlar.  
Eləcə  də  şahmat  yarışlarında  10,  12,  14  yaşa  qədər 
uşaqlar  arasında  birinci  yerləri  asanlıqla  tutduğumuz  hal-
da,  yetkin  yaşlarda  bu  qələbələri  təkrar  etmək  çətinləşir. 
Çünki genetik intellektual keyfiyyətlər gərək müvafiq mü-
hitlə tamamlansın. Bizdə çatışmayan məhz mühitdir.  
Bir dəfə böyük riyaziyyatçı-alim Lütfi Zadənin 75 il-
lik yubileyinə həsr olunmuş bir mərasimdə hamı Azərbay-
can aliminin və hətta Azərbaycan elminin böyük nailiyyət-
lərindən  bəhs  edərkən  sual  verdim  ki,  axı,  Zadə  hansı  bir 
təsadüfləysə ABŞ elmi mühitinə düşməsə idi, Azərbaycan-
da qalsa idi, yenə indiki Zadə ola bilərdimi? Yox... Bəlkə 
biz  onu  heç  doktorluq  müdafiəsinə  də  buraxmazdıq.  Ona 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə