Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   58


AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ 
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI AKADEMĠYASI 
 
 
 
Elman Mövsümov 
Laləzar Quliyeva 
 
 
 
 
 
ƏTRAF MÜHĠTĠN   
KĠMYASI 
 
(Ali məktəblər üçün dərslik) 
 
II nəşr 
 
 
Azərbaycan Respublikası təhsil  
nazirinin 06.06.2007-ci il tarixli  
678 №-li əmri ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
Bakı – «MBM» – 2010 
 


 

 
Müəlliflər:  
Mövsümov Elman Məhəmməd oğlu 
kimya elmləri doktoru, professor,  
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 
Kimya kafedrasının professoru. 
 
Quliyeva Laləzər Həsən qızı 
kimya elmləri namizədi, dosent, 
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 
Kimya kafedrasının dosenti. 
 
Rəyçilər:    
Fuad Yusif oğlu Əliyev, 
kimya elmləri doktoru, professor, Gəncə Elmi Mərkəzin  
direktoru, AMEA müxbir üzvü, 
 
Vahid ġamxal oğlu Quliyev, 
biologiya elmləri doktoru, professor,  
AKTA-nın Ekologiya kafedrasının müdiri 
 
 
 
 
 
E.Mövsümov,  L.Quliyeva.  Ətraf  mühitin  kimyası.  Ali  məktəblər  üçün 
dərslik (II nəĢr)Bakı: «MBM», 2010. - 184 səh. 
 
 
 
Kitab 
Universitetlərin 
və 
Azərbaycan 
Kənd 
Təsərrüfatı 
Akademiyasının  Ətraf  mühitin  qorunması  və  təbiətin  mühafizəsi  ixtisasları 
üçün  dərslik    kimi  nəzərdə  tutulmuşdur.  Kitabdan  həmçinin  bioloqlar, 
ekoloqlar və digər ixtisaslar üzrə təhsil alan tələbələr də istifadə edə bilər. 
 
 
 
ISBN 978-9952-29-036-3 
 
© E.Mövsümov, 2010 
Bakı, «MBM» 


 

GĠRĠġ 
 
XIX-XX  əsrlərdə  yaranmış  və  inkişaf  etmiş  elmi-texniki  tərəqqi 
eyni  zamanda  ətraf  mühitin  –  hava,  su, torpaq  və  ərzaq  məhsullarının 
kimyəvi  maddələrlə  çirklənməsinə  səbəb  olmuşdur.  Tərkibində 
minlərlə  kimyəvi  birləşmələr  olan  sənaye  tullantıları  şəklində  təbiətə 
yayılır  və  uzun  müddət  ətraf  mühitdə  qalaraq  zərərsizləşmir  və 
nəticədə yeni daha zəhərli maddələrə çevrilirlər. 
Sənayenin  kimyalaşması  dövrü  cəmiyyətin  artan  tələblərini  ödəsə 
də onun tullantıları ətraf mühitə yayılaraq, hava, su, qida məhsulları ilə 
orqanizmə  daxil  olaraq  qarşısı  alınmayan  zərərli  təsirlər  yaradır. 
Onların bir çoxu uzun müddətli təsirə malik olub bir neçə nəslin daxili 
sistemində  qalaraq  sağalmaz  xəstəliklər-xərçəng,  mutagen-embrion-
təzadlar, allergiya-əmələ gətirirlər. 
Məsələn,  1948-ci  ildə  alman  alimi  Paul  Müller  yeni  insektisid-
DDT-Dixlor-difenil-trixlor  etanı  sintez  edərək  Tibb  ilə  Fiziologiya 
sahəsində Nobel mükafatına layiq görülmüşdür. 
Azərbaycanda  bit  dərmanı  kimi  geniş  istifadə  tapmış  bu  yeni 
kimyəvi  birləşmənin  1964-cü  ildə  BMT-nin  (Birləşmiş  Millətlər 
Təşkilatı)  qərarı  ilə  istifadəsinə  qadağa  qoyulmuş,  1970-ci  ildə  SSRİ-
də  tətbiqi  dayandırılmış,  lakin  1980-ci  ilin  ortalarına  qədər  bizim 
respublikada geniş miqyasda istifadə edilmişdir. 
Təbiət və canlılar bu birləşməni zərərsizləşdirə bilmir. Belə ki, ananın 
südündən  uşağa,  uşağın  qanından  növbəti  nəslə  keçərək  irsiyyət 
hüceyrələrinə təsir edərək şikəst embrion və ya şikəst nəsl yaradır. 
Təbiətdə  isə  uzun  müddət  qalaraq  su,  meyvə-tərəvəz  vasitəsilə 
orqanizmə daxil olur. 
Müqayisə  üçün  deyə  bilərik  ki,  Xəzər  dənizinə  Azov  dənizi  qədər 
sulfat  turşusu  tökülərsə  dəniz  onu  «xərcləmək»  qabiliyyətinə  malikdir. 
Lakin Xəzər dənizi 2 kq DDT-ni heç cür zərərsizləşdirə bilmir. 
Kimya  sənayesi  meydana  gəldikdən  sonra  zavodların  tullantıları 
atmosferə  və  yer  qabığına  yayılaraq  biosferi  tamamilə  korlayaraq 
qarşısı  alınmaz  zərərli  təsirlər  yaratmağa  başladı.  Təbii  ki,  həmin 
zavodlar  yer  qabığından  çıxarılan  faydalı  qazıntılarla  işləyir. 
Zavodların əhəmiyyətli məhsulları ilə yanaşı istifadə olunan mineralla-
rın  yalnız  2-3%-dən  istifadə  olunur.  Qalan  hissə  isə  təbiətə  yayılaraq 


 

ekologiyanı  məhv  edir.  1970-ci  ildə  planetin  hər  bir  nəfərinə  düşən 
mineral miqdarı 20 tona bərabər olmuşdursa, sonrakı hər 10 il üçün bu 
rəqəm 30%  artaraq böyük  kütləyə çatmışdır ki, bu  filizlərin 97-98%-i 
tullantı adı ilə təbiətin ballastına çevrilmişdir. 
5  milyard  il  yaşı  olan  planetimizdə  hər  şey  yerli-yerində  istifadə 
edilmiş, canlı varlıqların əmələ gəlməsi və təkamülü üçün lazımi şərait 
yaradılmışdır. 
İnsan  zəkası  inkişaf  etdikcə  təbii  sərvətlərdən  istifadə    etməyə 
başlamış  və  öz  məişətini  yaxşılaşdırmaq  üçün  sonu  bizə  məlum  olan 
texniki-inqilab səviyyəsinə çatdırmışdır. 
Bu inkişaf mərhələləri zamanı insan zəkası həmçinin ətraf mühiti də 
korlamağa başlamışdır. 
Təbii qazın, daş kömürün, neftin kəşfi məişət problemlərinin həllinə 
kömək  etsə  də,  onların  yanma  məhsulları  atmosferin  çirklənməsinə 
gətirib çıxarmışdır. 
Hazırda  hər  il  3,3  milyard  ton  neft  məhsulları,  30  milyard  ton  daş 
kömür,  50  milyard  ton  təbii  qaz  yandırılır  ki,  bu  zaman  30  milyard  ton 
sərbəst oksigen sərf edilir. Bunun əvəzində isə atmosferə 50 milyard tona 
yaxın karbon qazı yayılır. Hesablamalara görə son 50 il ərzində istifadə 
olunan  oksigen  qazının  miqdarı  canlı  varlıların  yarandığı  zamandan  bəri 
istifadə olunan oksigen qazından çoxdur. 
Ayrılan 
karbon 
qazının 
miqdarı  çoxaldıqda 
atmosferin 
temperaturunun  yüksəlməsi  prosesi  gedir ki,  bu  da  buzlaqların yavaş-
yavaş  əriməsinə  gətirib  çıxarır.  Beləliklə  də  təbii  tarazlıq  get-gedə 
pozulmağa başlayır. 
Atmosfer  havası  canlı  varlıqların  əmələ  gəlməsi  və  yaşaması  üçün  
əvəzolunmaz amil  hesab  olunduğundan onun   
çirklənməsi qarşısıalınmaz fəsadlar əmələ gətirir. 
Daxili  və  xarici  faktorların  təsiri  ilə  atmosfer  havasından  daimi 
olaraq  kimyəvi,  fotokimyəvi,  elektromaqnit,  aerodinamik  və  istilik 
prosesləri  gedir.  Bu  proseslərin  normadan  fərqli  dəyişmələri, 
atmosferlə  daimi  təmasda  olan  yer  qabığında,  okeanlarda,  hətta 
kosmosda öz təsir effektini yaradır. 
Var olmanın əsas şərti sayılan atmosfer təbəqəsi özlüyündə bir neçə 
qatdan ibarətdir. Bizim daha çox təmasda olduğumuz troposfer 20 km 
yüksəkliyə qədər hesab olunur ki, bu təbəqənin orta illik temperaturu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə