Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə1/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
  1   2   3   4   5   6   7   8   9   ...   281


 

 

 



 

 

 

 

Elmi biliklər üst-üstə  yığılarkən bəzən 

ən qiymətliləri altda qalır; onları tapıb yeni-

dən  üzə  çıxarmaq üçün  bütün  sistemi da-

ğıdıb yenidən qurmaq lazım gəlir.  

 

Əbu Turxan 


 

 

 




 

 

 



 

 

Səlahəddin Xəlilov 

 

 

 

 

 

 

 

 

ELM 

haqqında

 

ELM 

 

 

 

 

 

 

 

 

 

Bakı  –  2011 


Elm haqqında elm 

 

 



 

4

 



 

 

Elmi redaktor 

və ön sözün müəllifi: 

 

akademik Ramiz MEHDİYEV 

 

 

 

Rəyçilər:    akademik Mahmud KƏRİMOV 

akademik Arif  MEHDIYEV 

 

 

 

 

S.Xəlilov.  

Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 

2011, 752 səh.  

 

Kitabda elmin genezisi, məqsədi və funksiyaları, inkişaf qanunauyğunluğu 

haqqında müfəssəl məlumat verilir. Elm fəlsəfəsi, elmin tarixi və sosiologiyasına 

dair tədqiqatlara ümumi nəzər salınır, habelə “elm haqqında elm”, “elmşünaslıq” 

adı altında yazılmış əsərlərin əsas istiqamətləri nəzərə alınmaqla, elmə yeni baxış 

bucağından qiymət verilir. Elmin daxili məzmunu, epistemologiyası ilə yanaşı, 

onun sosial aspektləri, iqtisadi səmərəsi və təşkilati strukturu ilə bağlı məsələlər 

də kompleks halda tədqiq olunur.  

Kitab elm adamları, həmçinin elmin dəyərləndirilməsində  və  tətbiqində 

maraqlı olan şəxslər üçün nəzərdə tutulmuşdur.  



 

 

 

 

ISBN  978-9952-8147-0-5 

 

 

 

© Xəlilov S., 2011 




 

 

 



 

 

 

 

 

 

 

 

Ön söz 

 

 



Müasir inkişaf mərhələsində ictimai həyatda elmin xüsusi çəkisi get-

dikcə artır. Elm həm məntiqi-epistemoloji struktur kimi, həm də mürəkkəb 

sosial sistem kimi tədqiqatçıların diqqətini cəlb edir. İndi ictimai həyatın 

elə bir sahəsi yoxdur ki, burada elmin ən son nailiyyətlərinə istinad etmə-

dən uğur qazanmaq mümkün olsun. Ümummilli lider Heydər Əliyevin de-

diyi kimi, indi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi-

texniki tərəqqi dünyasıdır.  

İqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycanda elmin tətbiqi is-

tiqamətlərinin inkişafı üçün böyük sosial tələbat yaranmış, yeni texnologi-

yalar və müasir texniki avadanlıqlardan istifadə üzrə milli kadrların yetiş-

dirilməsi sahəsində  nəzərəçarpan uğurlar  əldə edilmişdir. Elmin və onun 

infrastrukturunun optimal təşkili və prioritet elm sahələrinin müəyyənləş-

dirilməsi üçün isə ilk növbədə elmşünaslığın müstəqil bir tədqiqat istiqa-

məti kimi inkişaf etdirilməsi tələb olunur. Elmin bütöv və dolğun mənzərə-

sinin yaradılmasına ehtiyac yaranır. 

Bu baxımdan, prof. S.Xəlilovun “Elm haqqında elm” kitabı xüsusi 

aktuallığa malikdir. Məlum olduğu kimi, elmşünaslıq müstəqil bir tədqiqat 

sahəsi kimi Avropada meydana gəlmişdir. İslam ölkələrində, xüsusilə Tür-

kiyədə  də elmşünaslığın ayrı-ayrı sahələri üzrə müəyyən tədqiqat işləri 

aparılmışdır. Amma elmin bir sistem kimi, küll halında tədqiqi xüsusi əhə-

miyyətə malikdir. S.Xəlilovun bu kitabı məhz elmlə bağlı bütün əsas tədqi-

qat istiqamətlərini ehtiva etməsi ilə seçilir və  təkcə Azərbaycanda deyil, 

bütövlükdə İslam Şərqində bu problemi hərtərəfli əhatə edən ilk elmşünas-

lıq əsəridir.  

Müəllif öz ruhi-mənəvi varlığı ilə Şərq adamı olmaqla və elmə sanki 

kənardan, fəlsəfə mərtəbəsindən baxmaqla yanaşı, öz təhsilinə, təməl ixti-

sasına görə bir fizik olduğu üçün, ona içəridən də nəzər sala bilir. Bu iki 



Elm haqqında elm 

 

 



 

6

fərqli baxışın sintezindən çıxış edən müəllif elmin daha dolğun və daha ob-



yektiv mənzərəsini yaratmağa çalışır. Onun baxışlarında  ənənəvi elmşü-

naslıqdan fərqli olan başqa cəhətlər də vardır ki, bunlar onun həm də icti-

mai və humanitar elmlərə dərindən bələd olması və təbii-elmi düşüncə ilə 

humanitar düşüncəni ortaq məxrəcə gətirmək cəhdləri ilə bağlıdır.  

Prof. S.Xəlilov elmin sistemli tədqiqinə hələ ötən əsrin 70-ci illərin-

dən başlamış və keçmiş SSRİ-nin tanınmış elmşünas alimlərindən biri ki-

mi, ölkə miqyasında alternativ inkişaf modellərinin işlənib-hazırlanmasın-

da iştirak etmişdir. Təsadüfi deyil ki, onun elmi-texniki tərəqqinin aktual 

problemlərinə dair yazdığı kitab 1987-ci ildə Ümumittifaq “Bilik” Cəmiy-

yətinin mükafatına layiq görülmüş, təqdim etdiyi islahat layihəsi isə SSRİ 

EA-nın Rəyasət Heyətində müzakirə olunmuşdur. Layihə  bəyənilsə  də, o 

vaxtlar ölkədə başqa istiqamətdə proseslər başlandığından onun realizasi-

yası mümkün olmamışdır. Təəssüf ki, S.Xəlilovun bir çox ideyaları hələ öz 

tətbiqini tapmamışdır.     

“Elmin tarixi”, “elmin sosiologiyası” və “elmin fəlsəfəsi” nisbi müs-

təqil fənlər kimi böyük inkişaf yolu keçsələr də, müasir Qərb elmşünaslığı 

onları ehtiva etmək əvəzinə, onlarla yanaşı bir fənn kimi formalaşmaqda-

dır. Düzdür, dörd ildən bir, bu fərqli tədqiqat sahələrinin adamları eyni mə-

kanda görüşüb fikir mübadiləsi aparırlar

0

1



, amma eyni bir tədqiqatçının hər 

üç sahəni vahid metodoloji prinsiplər əsasında araşdırması  fənlərarası or-

taq bölgədə “gizlənmiş” olan həqiqətlərin də üzə çıxarılmasına imkan açır.  

Əsər, bir tərəfdən, mövzunu tam əhatə etməklə öz ensiklopedik xa-

rakteri ilə seçilirsə  və elmşünaslıq haqqında dünya miqyasında  əldə edil-

miş ən yeni nailiyyətlərə dair məlumat verirsə, digər tərəfdən, orijinal bir 

tədqiqat işi olmaqla yeni konseptual bir yanaşma üzərində qurulmuşdur və 

müəllifin öz şəxsi tədqiqatlarını,  ideya və təkliflərini də ehtiva edir.  

Bu tədqiqatlar isə indi başlanmamışdır. S.Xəlilov bu sahədə  tədqi-

qatlara elmşünaslığın bütün dünya miqyasında hələ yeni-yeni formalaşdığı 

vaxtlarda, hətta müasir elm fəlsəfəsinin də müstəqil bir fənn kimi yenicə 

kristallaşdığı bir dövrdə – ötən əsrin 70-ci illərində başlamışdır. Maraqlıdır 

ki, həmin illərdə S.Xəlilovun elmşünaslıqla bağlı araşdırmaları  və aldığı 

                                                 

1

  “Elmin tarixi, metodologiyası  və  fəlsəfəsi” üzrə keçirilən Beynəlxalq konqreslər 



nəzərdə tutulur.   


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə