Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
  1   2   3   4   5   6   7   8   9   ...   136



 
 
 



 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
TARİX
 
ZƏHMƏT ŞAHVERDİYEV 
   
 Naxçıvan Dövlət Universiteti 
UOT: 94 (479.242) 
XX ƏSRİN AXIRLARINDA NAXÇIVANDA  
TARİXİ HADİSƏLƏRİN XRONOLOJİ TƏHLİLİ 
 
Naxçıvanda son illərdə quruculuq işləri gedir, məktəblər 
tikilir,  yaşayış  evləri  tikilir.  Bunlar  bir  daha  onu  göstərir  ki, 
naxçıvanlılar  ən  çətin  şəraitdə  ruhdan  düşmürlər,  öz  işlərini 
aparırlar, qururlar, yaradırlar.  
                                  Heydər Əliyev  
Azərbaycan xalqının ümummilli lideri 
 
Azərbaycan  prezidentinə,  dövlətçiliyə  sədaqət  təkcə 
sözdə yox, işdə, əməldə də göstərilməlidi.  
                                                                                           Vasif Talıbov 
                                                                               Naxçıvan MR Ali Məclisinin Sədri 
 
 Açar  sözlər:  Naxçıvan,  milli  azadlıq  hərəkatı,  imperiya,  Milli  Məclis,  Ali  sovet,  mübarizə, 
sabitlik, azadlıq 
Key  words:  Nakhchivan,  national  liberation  movement,  empire,  social-economical 
development, the National  Assembly, the Supreme Soviet, struggle, stability, independence 
Ключевые  слова:  Нахчыван,  национально-освободительное  движение,  империя, 
социально-экономическое  развитие,  Верховный  Меджлис,  Верховный  Совет,  борьба, 
стабильность, независимость.                
XX  əsrin  80-ci  illərinin  sonu,  90-cı  illərinin  əvvəli  Azərbaycan,  о  cümlədən  onun  tərkib 
hissəsi olan Naxçıvan tarixinin ən ağır, məsul və mürəkkəb dövrünü təşkil edir. Həmin dövrdə sovet 
imperiyası rəhbərliyinin Azərbaycan xalqına zidd siyasəti, erməni quldurlarının Azərbaycandan, о 
cümlədən  Naxçıvandan  ərazi  iddiaları  və  sərhədlərdə  hərbi  toqquşmaların  yaradılması,  uydurma 
Dağlıq  Qarabağ  probleminin  ortalığa  atılması  və  s.  problemlər  Naxçıvanda  ictimai-siyasi  şəraitin 
mürəkkəbləşməsinə gətirib çıxarmışdı. 1988-ci il mayın 18-də Bakıda Qarabağın müdafiəsi naminə 
güclü mitinq oldu. Bakıda keçirilən mitinqin təsiri nəticəsində mayın 20-də Naxçıvanda da əhalinin 
geniş  miqyaslı  mitinqi  keçirildi.  Bütün  Azərbaycan  xalqı  kimi  naxçıvanlılar  da  öz  haqq  səslərini 
qaldırdılar. Beləliklə, xalq öz ana torpağının müdafiəsinə qalxdı. 
1988-ci  ilin  mart-aprel  aylarında  azərbaycanlıların  Ermənistandan  Naxçıvana  ilk  köçkün 
dəstəsi  gəldi.Naxçıvan  əhalisi  bu  hadisələri  qəzəblə  qarşıladı.  Bunun  nəticəsi  olaraq  Naxçıvanda 
may ayında daşnak və sovet imperiyasının siyasətinə qarşı ilk güclü mitinqlər başladı. 
1988-ci  il  noyabr  ayının  17-də  Azərbaycanda,  onun  paytaxtı  Bakıda  yenidən  xalqın  əzəmətli 
mitinqləri  başlandı.  Xalq  daşının,  torpağının  müdafiəsinə  qalxmışdı.  Bu  mitinqin  təsiri  altında 
Naxçıvanda əhalisi 1988-ci il noyabrın 21-də xalq Azadlıq meydanına toplanaraq, erməni daşnaklarının 
və  sovet  imperiyasının  Azərbaycan  xalqının  mənafeyini  tapdalamaq  siyasətini  və  yerli  rəhbərlərin  bu 
barədə düzgün mövqe tutmamalarını kəskin ifşa etdi. Həmin mitinqin nəticəsi olaraq Naxçıvan Vilayət 
Partiya Təşkilatının birinci katibi Nurəddin Mustafayev xalqın tələbi ilə vəzifəsindən uzaqlaşdırıldı. 
Bu mitinqlərdə hətta Azərbaycanın müstəqilliyi məsələsi irəli sürülürdü. Lakin bütün bunlara 
baxmayaraq  sovet  imperiyası  özünün  müstəmləkəçilik  siyasətini  davam  etdirərək,  nəinki  erməni 
daşnaklarının  insanlığa  zidd  siyasətinin  qarşısını  almağa  təşəbbüs  göstərmiş,  əksinə  azadlıq 
hərəkatını qa içində boğmağa çalışırdı. 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə Bakıda «Meydan 



 
hərəkatı»  sovet  imperiyasının  tanklarının  gur  səsi  altında  qan  içərisində  boğulmuşdu.  Eləcə  də 
Naxçıvanda  başlayan  mitinqlər  zor  gücünə  dağıdılmışdı.  Bütün  Azərbaycanda,  о  cümlədən 
Naxçıvanda  da  «Xüsusi  fövqəladə  vəziyyət»  rejimi  yaradılmışdı.  Bütün  bunlara  baxmayaraq,  
xalqımızın çağdaş tarixində «Meydan hərəkatı» ciddi iz qoydu. Meydan hərəkatına dərindən nəzər 
yetirdikdə aydın olur ki, Meydan, xalqın 1920-ci ildə  sarsılmış inamını özünə qaytardı. Xalq inandı 
ki, onun təzyiqi altında nəinki Bakıdakı, hətta Kremldəki rəhbərləri də geri oturtmaq mümkündür. 
«Meydan» ümummilli mənafelər uğrunda birləşməyi bacardığımızı göstərdi. 
Qeyd  edək  ki,  həmin  dövrdə  Naxçıvanda  gedən  güclü  siyasi  hərəkata,  xalqın  mitinqlərinə 
rəhbərlik  etmək  üçün  bir  siyasi  təşkilata  böyük  ehtiyac  duyulurdu.  Çünki  təşkilatı  olmayan  xalq 
mübarizənin  gedişində  ciddi  və  mühüm  qələbələr  qazana  bilməz.  Düzdür,  həmin  dövrdə 
Naxçıvanda «Yurd birliyi» deyilən  təşkilatı fəaliyyət göstərirdi. Lakin həmin təşkilat mübarizənin 
gedişi  ilə  müqayisədə  xeyli  geridə  qalırdı.  1989-cu  ilin  iyununda  Azərbaycanda  Xalq  Cəbhəsi 
yaranandan  az  sonra,  Azərbaycan  Xalq  Cəbhəsinin  Naxçıvan  şöbəsi  təşkil  olundu.  Naxçıvan 
şöbəsinin  yaradılması  mübarizənin  sonrakı  gedişinə  müəyyən  təsir  göstərdi.  Tədqiqat  nəticəsində 
aydın  olur  ki,  bundan  sonra  keçirilən  mitinqlərdə  xalqın  milli  istiqlalı  uğrunda  aparılan  mübarizə 
aydınlıqla dərk olunaraq müəyyən mərhələlər üzrə həyata keçirilirdi. Artıq əvvəllərdə olduğu kimi, 
necə  gəldi,  elə  çıxışlar  edilmir,  əksinə  qabaqcadan  razılaşdırılmış  proqram  əsasında  mitinqlər 
keçirilirdi. Elə bunun nəticəsi idi ki, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da 1989-cu ilin 
avqustundan  başlayaraq  milli-azadlıq  hərəkatı  yüksələn  xətlə  gedirdi.  Demək  olar  ki,  1989-cu  ilin 
avqustundan  1990-cı  il  yanvar  qırğınına  qədər  Naxçıvanda mitinqlər ardı-arası  kəsilmədən  davam 
etmişdi.  Həmin  mitinqlərdə  mühüm  siyasi  tələblər  irəli  sürülmüş,  imperiyaya  qarşı  sərt  mövqedə 
dayanmış, onun Azərbaycan xalqının mənafeyinə yeritdiyi  zidd siyasəti kəskin pislənilmişdir. 
Azərbaycan xalq hərəkatının tarixində həm də ilk dəfə olaraq Naxçıvanda qardaş xalqlar arasında 
olan  sərhədlərin  açılması  tələbi  də  irəli  sürülmüşdür.  Azərbaycan  xalq  hərəkatı  tarixində  «sərhəd 
hərəkatı» özünəməxsus yer  tutur. 1989-cu ilin dekabr ayının 1-dən etibarən Naxçıvanda sərhəd hərəkatı 
başlayır. Naxçıvan əhalisi «Azərbaycan -İran» sərhədinin Naxçıvandan keçən hissəsində bütün sərhəd 
boyu  düzülərək,  qan  qardaşlarımızı  bizimlə  həmrəy  olmağa  çağırmış  və  sərhədlərin  götürülməsini, 
gediş-gəlişə  icazə  verilməsini  sovet  imperiyasından  tələb  etmişlər.  Meydan  hərəkatının  yatırılmasının 
ildönümü  günündə,  yəni  1989-cu  il  dekabrın  5-də  bütün  sərhəd  boyu  Naxçıvanda  xalq  əl-ələ  tutaraq 
məşəllər yandırmış və sərhədlərin açılması tələbini irəli sürmüşlər. 
Xalqın bu tələbi qarşısında aciz qalan imperiya sərhədlərin açılmasına razılıq verməyə məcbur 
olmuşdur. 
1989-cu il dekabr ayının 31 də Naxçıvan MSSR ərazisində iki qardaş xalq arasında l70 ildən artıq 
davam  edən  sərhəd  məftilləri  sökülmüş  və    etiraz  əlaməti  olaraq  o  aradakı  dirəkləri  yandırılmışdır. 
Azərbaycanda, о cümlədən Naxçıvanda xalqın milli-azadlıq hərəkatının qarşısını almaq üçün imperiya 
qüvvələri  daim  planlar  hazırlayır,  bu  hərəkatı  daxildən  yatırmağa  çalışır,  əgər  bu    baş  tutmasa  hərbi 
qüvvələr  yeritmək  planları  həyata  keçirməyə  təşəbbüs  göstərirdilər.  Ermənipərəst  siyasət  yeridən 
imperiya özünün mənfur planını həyata keçirmək üçün 1990-cı il yanvarın 13-də Bakıda qəsdən erməni 
qırğını törətdi. Həmin hadisədən istifadə edən sovet imperiyası Bakıda «Fövqəladə vəziyyət» elan etdi. 
Bunun ardınca Azərbaycanın ayrı-ayrı bölgələrində təxribatlar törədildi. Təhlillər nəticəsində aydın olur 
ki, bu dövrdə imperiya qüvvələrinin ən çirkin niyyəti Naxçıvanı ermənilərə təslim etmək və bununla da 
burada  xalq  hərəkatını  yatırtmaq  idi.  Həmin  planı  həyata  keçirmək  üçün  artıq  imperiya  qüvvələri 
fəaliyyətə başlamış və yanvarın 18-də ermənilərin Naxçıvan ərazisinə hücumunu da təşkil etmişdilər. 
Naxçıvan  əhalisi,  о  cümlədən  onun  mütərəqqi  ziyalılar  bu  hərəkata  qarşı  öz  ciddi  etirazını 
bildirmiş  və  1990-cı  il  yanvarın  19-da  Naxçıvan  MSSR  Ali  Sovetinin  fövqəladə  sessiyası 
keçirilmiş,  və  Naxçıvan  MSSR-in  SSRİnin  tərkibindən  çıxması  barədə  qərar  qəbul  edilmişdi. 
Həmin qərar Naxçıvan televiziyası vasitəsilə xalqa, imperiyaya və dünyaya çatdırılmışdı. 
Belə  bir  ağır  vəziyyətdə  Sovet  imperiyası  Bakıda  1990-cı  il  yanvarın  19-dan  20-nə  keçən  gecə 
Azərbaycan  xalqına  qarşı  ağır  bir  cinayət  işlətmişdir.  Bakıda  Azərbaycan  xalqına  qarşı  qırğın  təşkil 
olunmuş,  Azərbaycan  xalq  hərəkatı  qan  içərisində  boğulurdu.  Bundan  istifadə  edən  sovet  imperiya 
qüvvələri  Naxçıvanda  da  «Fövqəladə  vəziyyət»  yaratmışdılar.  Naxçıvana  sovet  imperiyasının  qoşun 
hissələri xüsusi əsgər birləşmələri yeridilmiş və xalq hərəkatına ağır zərbə vurulmuşdu. Bütün bunlara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə