Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
  1   2   3   4   5   6   7   8   9   ...   127



 
 
 
 



 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
BİOLOGİYA
 
SALEH MƏHƏRRƏMOV 
AMEA-nın müxbir üzvü 
Naxçıvan Dövlət Universiteti 
salehmaharramov@mail.ru 
UOT: 619;616.995 
QOZ YARPAQLARININ ANTİHELMİNT TƏSİRİ 
Açar sözlər: qoz yarpağı, antihelmint təsir, strongilyatlar, bişirmə, helmintoovoskopiya 
Key words: walnut leaves, antihelmintic effect, strongilatus, brew, helmintoovoscopy 
Ключевые  слова:  листья  орех,  антигельминтное  действие,  стронгиляты,  отвар, 
гельминтоовоскопия.  
Təsir spektrinə görə qurdəleyhi preparatlar 2 qrupa bölünür. 
1.
 
Bağırsaq helmintozlarının müalicəsində  tətbiq edilən preparatlar. 2.  Digər orqanlarda 
lokalizasiya edən helmintlərə qarşı istifadə edilən dərman maddələri [9].
 
Praktikada helmintəleyhi vasitə kimi əsasən kimyəvi mənşəlli preparatlar istifadə edilir.  
Qurd  əleyhi  preparatların  seçici  təsiri  nisbidir.  Bəzi  antihelmintlər  müxtəlif  siniflərdən  olan 
helmintlərə təsir göstərir. 
Bağırsaq  helmintozlarının  müalicəsində  qurdəleyhi  preparatların  bağırsaqda  yüksək 
konsentrasiyasını  yaratmaq  vacib  şərtdir.  Buna  görə  də  müalicədən  əvvəl  həzm  traktında 
möhtəviyyatın az olması əsas amillərdən biridir. Müalicədən 2-3 gün əvvəl xəstə heyvan asan həzm 
olunan  yemlərlə  yemləndirilməli,  nəhayət  yem  rasionu  kəskin  məhdudlaşdırılmalı  və  helmintlərin 
bağırsaqlardan qovulmasını asanlaşdırmaq, eyni zamanda antihelmint preparatın bağırsaqda qalma 
müddətini qısaltmaq üçün işlədici dərman verilməlidir. 
Qurdəleyhi  preparatlar  az  dozada  helmintin  ölümünə  səbəb  olmur,  onların  yumurta  istehsalını 
zəiflədirlər. Bu isə helmintoovoskopiki müayinələrdə antihelmint preparatın səmərəliliyini təyin etməyə 
imkan  vermir.  Antihelmint  preparatların  təsir  mexanizmləri  müxtəlifdir.  Bəziləri  qurdun  kutikulasını 
dağıdır, başqaları narkotik təsir edir, digərləri onların hərəki fəallığını, əzələlərin tonusunu dəyişdirir. Təsir 
mexanizmlərinə görə helmintəleyhi preparatlar aşağıdakı qruplara bölünür:  
1.  Qurdların  sinir-əzələ  sistemlərinin  funksiyasını  pozan  preparatlar.  2.  Helmintlərdə 
energetik prosesləri blokada edən dərmanlar. 3. Helmintlərin örtüyünü dağıdanlar [10]. 
Helmintlərlə  mübarizədə  istifadə  edilən  kimyəvi  mənşəlli  antihelmint  preparatların 
orqanizmə müsbət təsiri ilə yanaşı, zəif də olsa həyati vacib orqanların funksiyasına mənfi təsirləri 
də  qeydə  alınır.  Xüsusən  də  onların  ixracı  zəif  olduqda  parenximatoz  orqanların  fəaliyyətində 
pozulmalar  müşahidə  edilir.  Digər  tərəfdən  kimyəvi  maddələrin  sintezi  zamanı  ətraf  mühitin 
çirklənməsi insan orqanizmi üçün  təhlükə yaradır. 
Bitkilərin  antihelmint  təsirlərinin  araşdırılması  istiqamətində  son  illərdə  aparılan  tədqiqat 
işlərində  yovşanın,  üzərliyin,  qalxanəyin,  dirçəyin,  yoncanın,  biyanın,  əvəliyin,  dəvətikanının, 
çaşırın, acılığın, sarımsağın və b. yüksək səviyyədə helmintosid səmərə göstərdiyi müəyyənləşib  
[1, s. 5-22; 2, s. 6-11; 3, s. 3-5; 4, s. 175-179; 5, s. 85-88; 8, s. 64-68]. 
Bitkilərin  vegetativ  orqanlarının  təbii  olaraq  heyvanlar  tərəfindən  yeyilən  və  yeyilməyən 
növləri  arasında  antihelmint  təsirə  malik  olanlarının  müəyyənləşdirilməsi  üçün  ilk  növbədə 
ədəbiyyat məlumatlarına əsasən onların tərkibi araşdırılmalıdır. Seçilmiş bitkilərin antihelmint təsiri 
ilkin  olaraq orqanizmdən kənarda  - in  vitro şəraitində öyrənilir, sonra  yüksək təsirə malik  olanlar 
müxtəlif formalarda heyvanlara verilir.  



 
Bitkilərdə fəal təsiredici maddələrin çiçəkləmə və meyvələrin yetişmə fazasında maksimuma 
çatdığını nəzərə alaraq həmin mərhələlərdə topladığımız vegetativ orqanlardan bişirmə hazırlayıb in 
vitro şəraitində helmintlərə təsirini öyrənirdik. Antihelmint təsirini öyrəndiyimiz qoz yarpaqlarından 
bişirməni ümumi üsullar prinsipi əsasında hazırladıq [6; 11, s. 6-16; 12, s. 8-12].  
Ədəbiyyat  məlumatına  əsasən  qoz  ağacının  (Iuglans  regia  L.)  [13,  s.  540]  yarpaqları 
helmintosid  təsirə  malikdir.  Onun  yarpaqlarını  heyvanlar  çox  az  dərəcədə  yeyir.  Bitkinin 
yarpaqlarında L-hidroyuqlon, β-hidroqlükon, flavanoidlər; hiperozid (0,2%), 3-arabinozid kversetin, 
3 arabinozid kempferol; askorbin turşusu (4-5%), aşı maddələr (3-4%), karotin (0,33 mq%), C, B
1  
və P 
vitaminləri  aşkar  edilib.  Yaşıl  yarpaqlar  fitonsid  təsirə  malik  olduğundan  ibtidai  parazitləri  12-13 
dəqiqəyə  məhv  edir.  Onun  qızılı  stafilokokklara,  paratif  bakteriyalarına,  dizenteriya  çöplərinə, 
hemolitik streptokokklara təsir göstərməsi də müəyyən edilib. Tədqiqatlar onun tərkibinin uçucu və 
uçucu olmayan fraksiyalarının da antimikrob təsir etdiyini göstərir [7, s 285-286].  
Hazırladığımız bişirmələrin in vitro şəraitində antihelmint təsirini müəyyənləşdirmək üçün təzə 
kəsilmiş heyvanların həzm sistemindən götürdüyümüz 20-30 ədəd helminti fizioloji məhlulda yuduqdan 
sonra preparat olan qaba qoyub müşahidə aparırdıq. Nəzarət üçün həmin növ helmitlərdən eyni sayda 
fizioloji məhlul olan kasaya qoyub təcrübə qrupunda olduğu kimi nəzarət aparırdıq.  
Tədqiqatlarda  qoyunların  şirdanından  götürülmüş  hemonxuslara,  bağırsaqlardan 
topladığımız  həzm  sistemi  strongilyatları  və  trixosefalyuslara  qozun  meyvələrin  yetişmə 
mərhələsində topladığımız yarpaqlarından hazırlanmış bişirmənin antihelmint təsirini öyrəndik. 
Həzm  sistemindən  götürdüyümüz  helmintləri  bişirmə  olan  Petri  kasasına  daxil  etdikdə 
hemonxusların  2  saat  15  dəqiqəyə,  strongilyatların  1  saat  55  dəqiqəyə,  trixosefalyusların  isə  33 
saata  hərəkətsizləşdiyini  müşahidə  etdik.  Həmin  helmintləri  fizioloji  məhlul  olan  Petri  kasasına 
keçirdikdə ölmədikləri sübut olunduğundan  yenidən preparat olan kasalara qoyub nəzarət  edirdik. 
Helmintlərin  ölümü  nisbətən  gec  başlayaraq,  hemonxuslarda  4  saat  20  dəqiqə,  strongilyatlarda  4 
saat 40 dəqiqə, trixosefalyuslarda isə 36 saata başa çatmışdır. Nəzarət  kasalarında isə helmintlərin 
ölümü 32-36 saata olmuşdur. 
Preparatın  strongilyatlarla  yoluxmuş  heyvanlar  üzərində  antihelmint  təsirini  araşdırmaq 
üçün  hər  birində  5  baş  olmaqla  3  qrup  heyvan  götürdük.  Qrupdakı  heyvanlar  yaşına,  çəkisinə  və 
əvvəlcədən  aparılan  müayinələrə  əsasən  yoluxma  dərəcəsinə  görə  bir-birinə  yaxın  idilər.  I  qrup 
heyvanların hər birinə 2 gün 50 ml, II qrupa isə 100 ml bişirmə verdik. III qrup heyvanlar isə adi 
şəraitdə saxlanılmaqla nəzarət qruppası idi.  
Bişirmə  verildikdən  3  gün  sonra  təcrübədə  olan  bütün  qrup  heyvanlardan  yenidən  3  dəfə 
səhər  tezdən  kal  götürüb  helmintoovoskopiya  edərək  preparatın  antihelmint  səmərəliliyini 
müəyyənləşdirdik. Qozun yaşıl yarpaqlarından hazırladığımız bişirmədən strongilyatlarla yoluxmuş 
heyvanların hər birinə 50 ml 2 gün verdikdə onun antihelmint səmərəliliyi 34,1%, 100 ml verilən 
qrupda  isə  56,7%-ə  çatdı.  Birinci  qrupda  məhlul  verilməmişdən  əvvəl  heyvanlarda  751,4  ədəd, 
ikinci  qrupda  isə  648,6  ədəd,  məhlul  verildikdən  sonra  isə  müvafiq  olaraq  495,5  və  280,8  ədəd 
strongilyat  yumurtası  sayılmışdır.  Aparılan  kliniki  müayinələr    qoz  yarpaqlarının  təcrübədə  olan 
heyvanlara toksiki təsir etmədiyini göstərdi.   
Təcrübə heyvanları ilə eyni şəraitdə saxlanılan, lakin heç bir antihelmint bitki qəbul etməyən 
nəzarətdə  olan  heyvanlardan  götürülən  kal  nümunələrində  helmint  yumurtalarının  sayı  preparat 
verilməmişdən  əvvəl  717,6  ədəd,  sonrakı  müddətdə  isə  729,5  ədəd  olmuşdur  ki,  bu  da  təcrübə 
qruplarındakı helmint yumurtalarının sayının preparatın təsirindən azaldığını göstərir.              
Aparılan təcrübələrin nəticələri qozun meyvələrin yetişmə mərhələsində yarpaqlarının antihelmint 
təsirə malik olduğunu sübut edir. Yarpağın tərkibindəki antihelmint təsirə malik fəal təsiredici maddələrin 
ayrılması yeni yüksək səmərəyə malik helmintosid preparatın alınmasına səbəb olar.  
ƏDƏBİYYAT 
1.
 
Məhərrəmov S.H. Müalicə profilaktika məqsədilə qoyunların mədə-bağırsaq nematodozlarına 
qarşı  anthelmint  bitkilərin  və  onların  kimyəvi  preparatla  qarışığının  işlədilməsinə  dair 
təkliflər. Bakı, Mütərcim, 2010, 27 s. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə