Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
  1   2   3   4   5   6   7   8   9   ...   164



 
 



NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
TARİX 
                                                                 ZƏHMƏT ŞAHVERDİYEV 
                                                                                                                 ZAMİN ƏLİYEV 
                                                                                         Naxçıvan Dövlət Universiteti   
zaminalisoy@gmail.com   
UOT: 94(479.24) 
“ŞƏRQİ ERMƏNİSTAN” MİFİ VƏ ERMƏNİLƏRİN  
UYDURMA ƏRAZİ İDDİALARI 
 
Açar sözlər: Adurbadaqan, Ərəb Xilafəti, Şərqi Ermənistan, Sasanilər dövləti 
Key Words: Adurbadagan, Arabian Caliphate, East Armenia, Sasanian state 
Ключевеы  слова:  Адурбадаган,  Арабский  халифат,  Восточная  Армения, 
Сасанидское государство 
Tarixinin    bütün  mərhələlərində  ermənilər  Azərbaycan  torpaqlarına  ərazi  iddiaları  irəli 
sürüblər. Tarixdə mövcud olmayan xəyali “Böyük Ermənistan” iddiaları ilə Qədim türk yurdlarını 
(Şərqi Anadolu, Qərbi Azərbaycan)  öz sərsəm xülyalarına alət etmişlər.  
Ermənilər  öz  ərazi  iddialarını  müxtəlif    uydurma  terminlərlə  ört-basdır  etmişlər  Osmanlı 
Türkiyəsində  Şərqi  Anadoluya  ərazi  iddiaları  üçün  “Qərbi  və  Cənubi  Ermənistan”  anlayışından 
istifadə edən ermənilər burada iflasa uğrayandan, ağır məğlubiyyətə düçar olandan sonra  “üzlərini 
Qafqaza,  xüsusən  Azərbaycan  torpaqları  hesabına  “Şərqi  Ermənistan”  (“Rusiya  və  ya  Qafqaz 
Ermənistanı”) “yaratmağa” girişdilər. AMEA-nın İnsan Hüquqları İnstitutunun Erməni tədqiqatları 
və milli təhlükəsizlik şöbəsinin əməkdaşı Rizvan Qurbanov “Qondarma Şərqi Ermənistan” termini 
Azərbaycana qarşı erməni ərazi iddiallarının “əsaslandırılması” vasitəsi kimi” məqaləsində göstərir 
ki,  ermənilər  “Şərqi  Ermənistan”  terminindən  Azərbaycan  və  Türkiyəyə  qarşı  ərazi  iddiallarının 
ideoloji  əsaslandırılması  vasitəsi  kimi  istifadə  edirlər.  “250-300  il  öncə  uydurulan  “Şərqi 
Ermənistan” termini Türkiyənin Anadoluda və Azərbaycanın Qafqazda olan ərazilərinin guya əsil 
qədim  adı  kimi  təqdim  edilir.  Erməni  millətçiləri  mənbələri  saxtalaşdıraraq  “Şərqi  Ermənistan” 
anlamını bir ideoloji silaha çevirib, türk-müsəlman əhalisinə qarşı  törədilən etnik təmizləmələrə və 
cinayətlərə  haqq  qazandırmağa,  həmçinin  Ermənistanın  Azərbaycan  və  Türkiyəyə  qarşı  irəli 
sürdüyü ərazi iddialarını əsaslandırmağa çalışırlar” [6]. Bizim fikrimizcə, ermənilərin uydurduqları 
“Şərqi Ermənistan” xəyalı “Böyük Ermənistan”ın tərkib  hissəsi  olub” heç vaxt mövcud  olmayan 
daha  çox “İran Ermənistanını əhatə edir”. Onlar  Türkiyədəki  ərazi  iddiallarını uyduran “Qərbi və 
Cənubi  Ermənistan”,  “Kilikiya  Ermənistanı”  anlayışları  ilə  ifadə  edirlər.  “Erməni  siyasətçilərinin 
kütləvi  informasiya  vasitələri  səhifələrində  əksini  tapmış,  bir  çox  erməni  alimlərinin  çıxışlarında 
tez-tez  “Şərqi  Ermənistan”  terminini  eşitmək  olar.  Bu  termin  hazırkı  Ermənistan  Respublikası 
(Qərbi Azərbaycan, İrəvan xanlığı ərazisində yaradılan-H.Т) və əzəli, qədim Azərbaycan torpaqları 
Naxçıvan,  Qarabağ  və  digər  rayonların  ərazilərini  bildirmək  üçün  işlədilir.  Belə  təlqin  edilir  ki, 
guya  20  hissədən,  o  cümlədən  “Şərqi  Ermənistandan-yalnız  Türkiyə  ərazilərinin  deyil, 
Azərbaycanın  da  böyük  ərazilərinin  daxil  olduğu  ərazilərdən  ibarət  “Böyük  Ermənistan”  mövcud 
olmuşdur. Lakin “Şərqi Ermənistan” Avropa və Rusiya imperiyaları tərəfindən ermənilərin Osmanlı 
Türkiyəsinə  Qacar  İran  imperiyasına  və  Azərbaycan  İrəvan  xanlığına  qarşı  ərazi  iddialarını 
əsaslandırmaq  üçün  tətbiq  edilən  şərti  (uydurma)  termindir.  Buna  görə  də  erməni  və  digər 
mənbələrin guya erkən orta əsrlərdə mövcud olması haqqında fikirlər tamamilə yalnış və əsassızdır” 
[6]. Tamamilə doğrudur, biz müəllifin fikirlərilə tam şərikik. 
 
Ermənilərin  saxtakarlıq  və  əsassız  olaraq  bütün  dünyaya  vikipedia  vasitəsilə  sırıdıqları 
“Şərqi  Ermənistan”  termini  guya  IV  əsrin  sonlarında  mövcud  olmayan  Erməni  çarlığı  Roma 
imperiyası  və  Sasani  İran  imperiyası  arasında  mübarizə  meydanına  çevrildiyi  zaman  ilk  dəfə 



işlənmişdir. Guya  Ermənistan bu zaman yəni 387-ci ildə Şərqi və Qərbi Ermənistana bölünmüşdür. 
428-ci  ildə  bunlar  ləğv  olunaraq  “Şərqi  Ermənistan”  “Fars  Ermənistanı”  adlanmış  və  fars 
mərzbanlığı  olmuşdur”  [7].  Halbuki  Azərbaycan  tarixçiləri  qədim  mənbələrə  əsaslanaraq 
Ermənistanın heç vaxt Qafqazda mövcud olmadığını sübüt etmişlər. 1994-cü ildə Z.M.Bünyadov və 
Y.B.Yusifovun  redaktorluğu  ilə  nəşr  olunmuş  “Azərbaycan  tarixi  (ən  qədim  zamanlardan  XX 
əsrədək) əsərində ermənilərin Azərbaycana əsassız ərazi iddialarının tarixinin daha qədim olduğunu 
sübut edirlər “ilk dəfə Strabon Armeniyanın albanlara (və Azərbaycana) qarşı təcavüzünü yad edir. 
Strabonun məlumatına görə, Şərqi Anadoluda Van gölü yanında kiçik bir ərazi Armeniya adlanırdı” 
[2,  s.  152].  Armeniya  qonşu  ölkələrin  ərazilərini  müvəqqəti  işğal  etmiş,  bundan  sonra  isə  həmin 
əraziləri öz əraziləri hesab etmişdir. “Lakin özgə torpaqlarına iddia ənənəsi və tarixi təxribatçılıq bu 
dövrdən  başlayaraq  öz  mövqeyini  möhkəmləndirmiş  və  Böyük  Armeniya  coğrafi  anlayışını 
yaradaraq  onu  Xəzər  dənizinə  qədərki  Azərbaycan  torpaqlarına  tətbiq  etmişdir”  [1,  s.  153]. 
 
Azərbaycan  tarixçiləri  haqlı  olaraq  bu  yalnış  iddiaların  antik  tarixşünaslığına  yol  açdığını, 
hətta
 
Strabonun  ziddiyyətli  məlumatlarında  müəyyən  yer  tutduğunu  da  göstərirlər.  “Bunun  da 
müəyyən  tarixi  səbəbi  olmamış  deyildi.  Strabon  erməni  zadəganlarının  təxribatçı  ənənəsinə  və 
torpaq iddiasına əsaslanan məlumatlardan geniş istifadə etmişdi” [1, s. 154]. 
 
Armeniya  Roma  imperiyası  tərəfindən  işğal  olunaraq  tarix  səhnəsindən  çıxdı.  “Buna 
baxmayaraq  erməni  zadəganlarının  torpaq  iddiası  ənənə  şəklini  aldı  və  ...  bir  müddət  sonra 
Strabonun  əsərinə  yol  tapdı.  Özgə  torpaqlarına,  o  cümlədən  Albaniya  ərazisinə  iddia  tədrici 
Armeniyaya məxsus torpaqlar kimi qələmə verilməyə başladı və bu daha qabarıq şəkildə bəzi erkən 
orta əsr erməni qaynaqlarında (Favst Buzand, “Erməni coğrafiyası) və ona sövq edən müasir erməni 
tarixşünaslığında  (S.T.Yeremyan,  K.V.Trever)
 
öz  əksini  tapdı...  Tarix  boyu  müvafiq  siyasi  şərait 
yaranan zaman erməni əyanları və hakim sinif nümayəndələri qonşulara torpaq iddiasına əl ataraq 
xalqları qarşı-qarşıya qoymuş, nahaq qan tökülməsinə bais olmuşlar” [1, s 154]. 
Tarixi  faktlar sübut edir  ki,  ümumiyyətlə  emənilərin uydurduqları  “Şərqi  Ermənistan”  adlı 
heç bir dövlət qurumu mövcud olmamışdır. Ermənilər hələ orta əsrlərdən indiyədək tarixi işğalçılığı 
“qanuniləşdirərək”,  öz  ərazi  iddialarını  tarixi  təhriflərlə  pərdələyərək  və  Azərbaycan  torpaqlarını 
“Ön  Qafqazda  möhkəm  ərazi  və  iqtisadi-siyasi  dayağı  olmayan  Armeniyanın  payına  çıxmaq 
məqsədini güdürdü və indi də güdür. Adı çəkilən vilayətlər Azərbaycan dövlətlərinə mənsub olmuş, 
“Şərqi  Armeniya”  adlanan  (erməni  uydurması)  ərazinin  əhalisi,  həmçinin  etnik  mənsubiyyətinə 
görə bu dövlət qurumuna (Azərbaycan) daxil olmuşdur” [5, s. 17]. 
Bu gün ermənilər Herodot, Strabon, K.Ptolomey, Korneli Tatsit, İosif Flavi, Plutarx, Arrian 
Marseli  və  başqalarının,  hətta  erməni  tarixçiləri  hesab  etdikləri  Favs  Buzand,  M.Xornelinin  belə 
yazılarına  məhəl  qoymadan  uydurduqları  “böyük  Ermənistanın”  dövründəki  tarixi  proseslərlə 
razılaşmır, yeni-yeni “tarix ” uydururlar. [4, s, 77] 
Göründüyü kimi, “qədim tarixi olan” ermənilərin Azərbaycana ərazi iddialarının və “Şərqi 
Ermənistan” terminin uydurma və əsassız olduğu göz qabağındadır. 
Qədim  dünya  tarixinə  dair  ensiklopediyada  ermənipərəst  tarixçi  P.Petrumebeki  heç  bir 
mənbəyə  əsaslanmadan  “Şərqi  Ermənistan”  terminini  işlətmiş  və  onu  Türkiyədə  Van  gölü 
sahillərilə  məhdudlaşdırılmışdır.  Erməni  tarixçiləri  isə  onu  Cənubi  Qafqazın  mərkəzinədək 
“genişləndirmişlər” [3, s 125]. Heç bir tarixi mənbəyə istinad edilməyən “Şərqi Ermənistan”ın bu 
cür şişirdilməsi şübhəsiz erməni tarixi təxribatçılığının və saxtakarlığının nəticəsi idi. 
VII-VIII  əsrlərdə  ərəblərin  işğalı  və  xilafətin  yaranması  ilə  qondarma  “Ərminiyə”  inzibati 
bölgüsü  meydana  gəldi.  “Ərəb  işğalının  ilk  illərindən  ərəblərin  “Adurbadaqan”  adlandırdıqları 
Azərbaycan və eləcə də Ermənistan, Şərqi Gürcüstan (Kartli) və Əlcəzirə ilə birlikdə xilafətin beş 
vilayətlərindən birinin tərkib hissəsi olan Albaniya məhz bu dövrdən başlayaraq xəlifə Əbdülməlik 
ibn  Mərvanın  keçirdiyi  yeni  inzibati  islahata  əsasən,  onun  siyasi  müstəqilliyini  əldən  vermiş 
Ermənistan,  Şərqi  Gürcüstan  və  Dağıstan  torpaqlarının  bir  hissəsi  ilə  birləşdirilərək  qondarma 
“Ərminiyə” inzibati bölgüsünə aid edilir” [2, s. 126] . Əslində “Ərminiyə” ərəblərə Bizans inzibati 
bölgüsündən miras qalmışdı.  Azərbaycan tarixçiləri bu adın meydana çıxmasını ərəblərin Bizansa 
qarşı ideoloji mübarizə aparan erməni din xadimlərinə xilafətin iltifat əlaməti hesab edirlər. Belə ki, 
ərəblər Albaniyaya qarşı qərəzli siyasət yürüdərək onu bir dövlət kimi məhv etdi, dini rəhbərliyi isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə