Elmи мяъмуяси



Yüklə 152,07 Kb.
Pdf görüntüsü
tarix18.02.2018
ölçüsü152,07 Kb.
#27147


 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 10 SENTYABR (EYLÜL) 2008




 Dr. Əhməd NİYAZOV 

252 


 

İSLAM EVLƏNMƏ HÜQUQUNDA 

BƏZİ MÜBAHİSƏLİ MƏSƏLƏLƏR 

 

Dr. Əhməd Niyazov



  



 

Giriş 

 

Ailənin başlanğıcı evlilik, yaxud qadın-kişi münasibətlərinin ilk mərhə-



ləsi olan nikah əqdididir. Bu səbəblə istər din istər hüquq sistemlərinin əhə-

miyyətli hesab etdiyi məsələlərdən biri də nikahın mahiyyəti məsələsidir. İs-

lamda nikahın məzhəblər arasındakı mübahisəli şərtləri bunun İslama düşən 

payıdır. İnsanlarımızı düşündürən suallara bir növ cavab xarakteri daşıması 

səbəiylə onun bəzi məsələləri və müasir vəziyyətinə nəzər salmağıfaydalı he-

sab edirik.  

Ümumiyyətlə nikah, qadın ilə kişinin ailə qurmaq məqsədi ilə qarşılıqlı 

hörmət hisslərinə  əsaslanan, qarşılıqlı hüquq və  vəzifələr  əmələ  gətirən it-

tifaqı

1

  və  tərəflərin bir-birindən istifadəsinin halallığıdır



2

. Digər hüquq sis-

temlərində olduğu kimi İslam hüququnda da onun şərtləri və rükunları möv-

cuddur. Yazıdakı məqsədimiz nikah əqdinin tərəfləri, bu əqdə şahid olanların 

məzhəb görüşlərindəki mövqeyi və müasir dövrdə onun qeydiyyatına hüquqi 

bir baxışdır.  

 

I. ƏQDİN TƏRƏFLƏRİ 

 

Nikah  əqdinin ünsürləri (rükünləri) arasında sayılan “nikahın tərəfləri” 

bəhsi,  İslam Ailə hüququnun mübahisəli məsələlərindən biri olub, nikahı 

bağlayan tərəflər və bağlanan  əqdin meydana çıxaracağı hüquqi nəticələrlə 

əlaqəli məsələləri əhatə edir. 

                                                 

 Bakı İslam Universiteti Zaqatala Şöbəsi müəllimi. 



1

 Heyət, “Nikah”, Hüquq  Ensiklopedik Lüğəti, Bakı 1991, s 336.

 

2

, Mehmet Erdoğan, Fıkıh Terimleri Sözlüğü, İstanbul 2005, s 456. 




İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər 

253 


Qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmamış uşaqların səlahiyyəti 

vəlayət/qəyyumluq yolu ilə  təmsil edilir

3

. Ancaq hal-hazırda müsəlmanlar 



arasında evlilik yaşı, vətəndaşı olduğu ölkənin qanunlarında göstərilmiş yaş 

həddidir.  

Nikahın bağlanmasında tərəflərdən biri olan kişi “haqqında, həddi bü-

luğa çatmış kişinin öz nikahını özü bağlaya bilməsində hüquqi sərbəstliyə 

malik olması görüşü” alimlərin ümumi rəyidir.

4

 Fəqət, yetkinlik yaşına çat-



mış qızların evləndirilməsində isə hüquqi səlahiyətin kimdə olacağı, evlənə-

cək qızın özündə yaxud vəlisində olması məsələsi mübahisəlidir. Odur ki, bu 

mübahisələr məzhəblər arasında cərəyan etməsindən başqa eyni məzhəb 

alimləri arasında da fikir ayrılığına yol açmışdır

5

.  


 

                                                 

3

 İslam hüququnda qəyyumlar, mirasda asabə mövqeyində olan kişilərdir. Hayrettin 



Karaman, “Asabe”,  DİA, III, 452-453. Asabələrdən biri olmadığı anda başqa 

birinin təmsil edəcəyi sıra isə belədir: Oğulluq vasitəsi ilə olanlarda oğul, 

oğlunun... oğlu. Atalıq vasitəsi ilə olanlarda: Ata, atanın atası (baba), babanın atası 

(dədə)...  Əmilik  əlaqəsi olanlarda: Əmi,  əmi oğlunun... oğlu. Muhammed Emin 

İbn Abidin, Rəddu`l-Muxtar ale`d-Dürru`l-Muxtar, Dər Səadət 1249, II/311-313; 

Saffet Köse, “İslam Hukukuna Göre Eevlenmede Velayet.”,  İslam Hukuku 

Araştırmaları Dergisi, Konya 2003, Sayı 2, s 103.)  Burada qeyd etmək lazımdır 

ki, keçən  əsrə  qədər müsəlmanlar arasında evlilik yaşı adı altında 

müəyyənləşdirilmiş bir yaş  həddi yox idi. Lakin, ilk dəfə olaraq 1917 ci ildə 

Osmanlı Ailə Hüququ Qərarnaməsində bu, şəxslərin on səkkiz, qadınların isə on 

yeddi yaşını doldurmaları  şərtinə bağlandı. (Akif Aydın,  Türk Hukuk Tarihi

İstanbul 1999, s 280.) Ancaq 9 yaşından kiçik qız uşaqları ilə 12 yaşından kiçik 

oğlan uşaqlarının evləndırılməsi qadağan edilərək bunların qanunen sərbəet 

evliliyinə icazə verilən yaş  həddinə  qədər özünün razılığı yanında atasının 

razılığının da alınması  şərt görüldü. (Orhan Çeker, Ailə Hukuku Kararnamesi

Konya 2004, Mad. 7-10.)  Misir Ərəb Respublikasında isə  rəsmi nikah yaşı 

qızlarda 16, oğlanlarda 18 yaş  həddinin olması 1930-cu ildə  qəbul edilmişdir. 

(Abdulvahhab Hallaf,  Əhkamu`l-Əhvali`ş-Şəxsiyyə fi`-Şəriəti`l-İslamiyyə, Küveyt 

1990, s 33.)  

4

 Hayrettin Karaman, İslamda Kadın ve Aile, İstanbul 2006, s 73. 



5

 Hənəfi məzhəbində Əbu Yusif  (v.182/789) və İmam Məhəmməd (189/804), Cəfəri 

məzhəbində isə  Əbu Cəfər  ət-Tusinin (v.460/1068) fikir ayrılıqları buna misal 

göstərilə bilər ki, irəlidə təfərrüatlı bəhs ediləcəkdir.  




 Dr. Əhməd NİYAZOV 

254 


A. Qəyyumun şərt olmadığını müdafiə edənlər 

Hənəfi


6

 və Cəfərilərin əksəriyyətinə

7

 görə həddi-büluğa çatmış qızın və-



layətə ehtiyacı olmayıb, öz razılığı ilə öz nikahını bağlaya bilər. Bu görüşü 

iddia edənlərə görə belə olan halda vəlinin razılığı  şərt deyil müstəhabdır

8



Başqa bir sözlə desək, nikah mərasimində ikinci tərəf, evlənəcək qızın şəx-



sən özü olub, hər hansı bir yaxınının təsdiqinə  və ya razılıq göstərməsinə 

onun ehtiyacı yoxdur. Bu görüşü mənimsəyənlər aşağıdakı istinad etmişdir-

lər. 

ﹰﺓﹶﺃﺮﻣﺍﻭ 

 

ﹰﺔﻨﻣﺆﻣ

 

ﹾﻥﹺﺇ

 

ﺖﺒﻫﻭ

 

ﺎﻬﺴﹾﻔﻧ

 

ﻲﹺﺒﻨﻠﻟ

 

ﹾﻥﹺﺇ

 

ﺩﺍﺭﹶﺃ

 

ﻲﹺﺒﻨﻟﺍ

 

ﹾﻥﹶﺃ

 

ﺎﻬﺤﻜﻨﺘﺴﻳ



 

...  Əgər mömin qadın özünü (mehirsiz) Peyğəmbərə bağışlayar, 



peyğəmbər də onu nikahlamaq istəyərsə ...

9

 





ﺲﻴﹶﻟ

 

ﻲﻟﻮﹾﻠﻟ

 

ﻊﻣ

 

ﹺﺐﻴﱠﺜﻟﺍ

 

ﺮﻣﹶﺃ



 

Dul qadın haqqında vəlinin heç bir səlahiyəti yoxdur!

10

 



ﻢﻳﹶﺄﹾﻟﺍ

 

ﻖﺣﹶﺃ

 

ﺎﻬِﺴﹾﻔﻨﹺﺑ

 

ﻦﻣ

 

ﺎﻬﻴﻟﻭ

” 

 “Evlənməmiş qadın özü haqqında vəlisindən daha çox söz haqqına 



malikdir

11

 



Nikahları haqqında qadınlarla məsləhət-məşvərət edin.” Həzrət Aişə 

soruşdu: Ya Rəsulullah (s.ə.s.)!  Şübhə yox ki, qız utancaqdır. Rəsulullah 

cavabında: “

ﺎﻫﺎﺿﹺﺭ

 

ﺎﻬﺘﻤﺻ

 -Qızın razılığı onun susmasıdır.

12

 



Bu ayə və hədislərə isnad edən üləma, onları nikah əqdinin, qadının özü 

tərəfindən bağlanacağının  ən açıq dəlili hesab etmişdirlər. Bundan başqa 

                                                 

6

  Əbu Cafer Əhməd b. Məhəmməd  əl-Əzdi  əl-Mısri Tahavi, Şərhu Məanil-



Asar,Təhqiq: Mahmud Seyid, Qahirə 1967, ııı, 7-13; Abdullah b. Məhəmməd 

Mövsili, əl-İxtiyar Li Telili`l-Muxtar, Beyrut 1975, 3, 92. 

7

 İbn Həmzə ət-Tusi,, əl-Vəsilə ilə Neyli`l-Fəzilə, Qum 1987, s 229;  Əbu’l-Qasım 



Əli b. Həsən əl-Musəvi Aləmulhüdâ əş-Şərif  Murtaza, əl-İntisâr, Beyrut 1985, s 

119;  İbn  İdris Mühəqqiq  Əbu’l-Qasım Nəcməddin Cəfər b. Həsən  əl-Hüzəli  əl-

Hillî, Şəraiu’l-İslam fi Məsaili’l-Halal və’l-Haram, Beyrut, tsz, 2/500; Şəmsəddin 

Məhəmməd b. əl-Məkki  Şəhidi-Əvvəl  əl-Âmilî,  əl-Lümatu’d-Dəməşqiyyə fi Fiq-



hi’l-İmamiyyə, Beyrut 1990, s 161; Məhamməd Cəmaləddin əl-Məkki Şəhidi-Sani 

əl-Amili, ər-Rəvzatu’l-Bəhiyyə fi Şərhi Lümati’d-Dəməşqiyyə, Beyrut, t.y., 5/112. 

8

 Kəmaləddin Məhəmməd İbnul-Humam, Fəthu`l-Qadir, Misir 1897, 3, 255;  



9

 Əhzab, 33/50. 

10

 Əbu Davud, Nikah 25; İbn Hənbəl, 1, 334. 



11

 Əbu Davud, Nikah 25; Tirmizi, Nikah 18; İbn Mace, Nikah 11. 

12

 Buxari, Hiyəl 11; Müslüm, Nikah 18; Əbu Davud, Nikah 25; Tirmizi, Nikah 18; 



İbn Macə, Nikah 11. 


İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər 

255 


həzrət Peyğəmbərin (s.ə.s) Ümmü Sələmə ilə evliliyi buna ayrı bir isnad 

edici faktor qəbul edilmişdir. Belə ki, Peyğəmbər əleyhissəlam onu istəmək 

üzrə xəbər göndərincə Ümmü Sələmə: “Vəlilərimdən hal hazırda burada heç 

kim yoxdur” - demişdi. Bunu eşidən Peyğəmbər: “Nə burda olan, nə də ol-

mayan vəlilərdən bu evliliyi xoş qarşılamayacaq heç kim yoxdur.

13

  Hədis 



haqqında rəy bildirən bəzi alimlər bu barədə belə demişdir: “Bu rəvayət, ni-

kah anında qəyyumlardan birinin iştirakının vacib olmadığına açıqca dəlalət 

edər. Ümmü Sələmənin sözündən də bu başa düşülür. Həmçinin, hədis yersiz 

səbəb və bəhanələrlə evliliyi istəməmə hallarında onlara etiraz haqqı tanımır. 

Hədis, vəlilərin belə bir haqqının olmadığına dəlalət edir. Qaldı ki, evlənən-

lər bir-birinə münasib isə vəlinin etirazı üçün bir əsas yoxdur.”

14

  

Bu görüşü irəli sürən alimlərdən Əbu Hənifə başda olmaqla, həddi-bülu-



ğa çatmış bir qızın evlənməyə heç kəs tərəfindən məcbur edilə bilməyəcəyi 

görüşünü müdafiə edərək qızın razılığı olmadan bağlanan nikahın batil ola-

cağına qaildirlər.

15

 Hər nə qədər nikah əqdində həddi-büluğa çatmış qadının 



nikah bağlamada sərbəst olduğunu müdafiə etsələr də əleyhinə olan bir evli-

likdə vəliyə müdaxilə haqqı tanımışdırlar.

16

 Bu, qadının münasibi olmayanla 



evlənməsi anında ortaya çıxan məsələdir. Belə ki, öz etirazını irəli sürən 

qəyyum, evlilik baş tutsa belə hamiləlik olmadığı müddətcə məhkəmə vasi-

təsi ilə nikaha mane ola bilər

17

.  



B. Qəyyumun şərt olduğunu müdafiə edənlər 

Maliki, şafi, hənbəli, zahiri

18

, cəfərilərdən isə Üsuli ekolun qurucuların-



dan  Əbu Cəfər  ət-Tusiyə görə

19

 qadın



20

  qətiyyən nikahda tərəf ola bilməz. 

Onun nikahını ancaq qəyyumu bağlaya bilər. Əks təqdirdə nikahı batil olar.  

                                                 

13

 Əhməd b. Hənbəl, Müsnəd, 6/295-313. 



14

 Muhammed  Şeltut – Ali  Sayis, Mukayeseli Mezhepler Hukuku, Çev. Said 

Şimşek, İstanbul t.y,  s 83-84; Kösə, e,a.ə, s 108. 

15

 Karaman, Kadın və Ailə, s 73.  



16

 İbn Hümam, e.a.ə, III, 255. 

17

 Şəmsəddin əs-Seraxsi, əl-Məbsut, Misir 1906,V, 13. 



18

  Məhəmməd b. Əhməd  İbn Rüşd  əl-Qurtubi,  Bidayətu`l-Müctəhid və Nihayəti`l-



Müqtəsid, Mısır 1966, II, 8; Müvəffəqəddin  Əbu Məhəmməd  İbn Qudamə,  əl-

Muğni fı Fıqhi`l-İmam Əhməd b. Hənbəl əş-Şeybani, Beyrut 1984,  VI, 475; İbn 

Hazm, Əbu Məhəmməd Əli b. Əhməd b. Səid əl-Əndəlüsi, əl-Muhalla bi`l-Asar, 

Təhqiq: Abdulğaffar Süleyman, Beyrut 1987, XI, 23. 



 Dr. Əhməd NİYAZOV 

256 


Onlar içtihadlarına aşağıdakı nəsları dəlil olaraq irəli sürmüşdürlər:  

...

 

ﺎﹶﻠﹶﻓ

 

ﻫﻮﹸﻠﻀﻌﺗ

ﻦ 

ﹾﻥﹶﺃ

 

ﻦﺤﻜﻨﻳ

 

ﻦﻬﺟﺍﻭﺯﹶﺃ

... 

Qadınların öz ərlərinə nikah edilməsinə mane olmayın.”

21

  

İddia sahiblərinə görə bu ayə bizə qadınların nikah işlərinin qəyyuma 



bağlı olduğunu ifadə edir. Çünki qadınlar, bu hüquqlarından istifadə etmədə 

sərbəst olsa idi Allahın aşağıdakı əmri olmazdı: 



...

ﺍﻮﺤﻜﻧﹶﺃﻭ 

 

ﻰﻣﺎﻳﹶﺄﹾﻟﺍ

 

ﻢﹸﻜﻨﻣ

 

ﲔﺤﻟﺎﺼﻟﺍﻭ

 

ﻦﻣ

 

ﻢﹸﻛﺩﺎﺒﻋ

 

ﻢﹸﻜﺋﺎﻣﹺﺇﻭ

 

Aranızda olan subay kişiləri və  ərsiz qadınları,  əməli-saleh (yaxud 



evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin.

22

 



Bu ayələrdə müraciət bilavasitə vəlilərədir və qadınları evləndirmədə on-

ların söz sahibi olduqları açıqdır.

23

 

Bundan başqa onlar həzrət Peyğəmbərin kəlamlarını öz fikirlərinə isnad 



edərək münasibət bildirmişdirlər. Bunlar aşağıdakılardır: 



ﺎﻤﻳﹶﺃ

 

ﺓﹶﺃﺮﻣﺍ

 

ﺖﺤﹶﻜﻧ

 ﹺﺑ

ﹺﺮﻴﻐ

 

ﻥﹾﺫﹺﺇ

 

ﺎﻬﻴﻟﺍﻮﻣ

 

ﺎﻬﺣﺎﹶﻜﹺﻨﹶﻓ

 

ﹲﻞﻃﺎﺑ

 

ﹶﺙﺎﹶﻠﹶﺛ

 

ﺕﺍﺮﻣ

 

Hər hansı bir qadın vəlisinin icazəsi olmadan evlənərsə, onun nikahı 



batildir, onun nikahı batildir, onun nikahı batildir.

24

 





ﺎﹶﻟ 

ﺡﺎﹶﻜﹺﻧ

 

ﺎﱠﻟﹺﺇ

 

ﻲﻟﻮﹺﺑ

 



Nikah ancaq qəyyum ilə olar.

25

 



Maliki, şafi, hənbəli məzhəbləri və cəfərilərdən  Əbu Cəfər Tusiyə görə 

məcburi qəyyumluq bakirəlik müddətində davam edər. Bakirə qız yaşından 

                                                                                                                   

19

  “



 نذﺈﺑ ﻻإ ماوﺪﻟا حﺎﻜﻧ ﺎﻬﺴﻔﻧ ﻰﻠﻋ ﺪﻘﻌﺗ نأ ﺮﻜﺒﻠﻟ زﻮﺠﻳ ﻻو

ﺎﻬﻴﺑأ


.

 

”  Əbu Cəfər Məhəmməd b. Əl-



Həsən  Şeyhu’t-Taifə  ət-Tusi,  ən-Nihayə fi Mücərrədi’l-Fıqh və’l-Fətava, Beyrut 

1970, s 465. İmamiyyə fiqhinin ən böyük alimi (Şeyhu`t-Taifə) sayılan Əbu Cəfər 

ət-Tusi müəllimi  Şeyh Müfiddən sonra Üsuli ekolun bünövrəsini daha da 

dəqiqləşdirərək sistemi müəyyən etmişdir.  Şəri dəlilləri Quran və Sünnə ilə 

məhdudlaşdıran  Əxbari ekoldan fərqli olaraq dində  dəlillərin quran, sünnə, icma 

və ağıldan ibarət olacağı fikrini yekunlaşdırmışdır. Əlavə məlumat üçün baxın: Əli 

Əhməd Salus, Fiqhu’ş-Şîati’l-İmâmiyyə və Mevâdiu’l-Xilâfi Beynəhu və Beynə’l-

Məzahibi’l-Ərba’a, Küveyt, 1987; Uyar, Məzlum,  İmamiyyə  Şiasında Düşünce 

Ekolları-Əxbarilik, İstanbul 2000. 

20

 Onu da qeyd etmək lazımdır ki, burada qadından məqsəd yetkinlik yaşına çatmış 



bakirə qadındır. Boşanmış  vəya dul qadınlara gəlincə Zahirilərdən başqa  əksər 

alimlərinin onlarla bağlı görüşü başqadır və  haqqında bəhs ediləcəkdir.  

21

 Bəqərə, 2/232. 



22

 Nur: 24/32. 

23

 İbn Hazm, e.a.ə. s. 



24

 Əbu Davud, Nikah 19; Tirmizi, Nikah 14; İbn Macə, Nikah 15. 

25

 Buxari, Nikah 36; Əbu Davud, Nikah 19; Tirmizi, Nikah 14; İbn Macə, Nikah 15. 




İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər 

257 


asılı olmayaraq bakirə olduğu müddətcə onun üzərindən qəyyumluq qalx-

maz. Vəlisi onu istədiyi kişi ilə evləndirə bilər. Qızın üzərindəki bu qəyyum-

luq səlahiyəti dul qalması (seyyibə) ilə düşər.  Əbu Cəfər Tuusiyə görə dul 

qadın evlənmədə tam ixtiyar sahibi olsa da

26

 şafi maliki və hənbəli məzhəb-



lərinə görə  qəyyum yenədə onun razılığını almaq şərtilə istədiyi kişi ilə 

evləndirə bilər.

27

  

Qeyd olunan məzhəblər arasında Zahirilərə görə isə qadının dul və ya 



bakirə olması arasında hər hansı bir fərq yoxdur. Hər halukarda vəlinin ica-

zəsini nəzərə almadan bağlanan nikah səhih hesab edilməmişdir.

28

  

Məzhəb görüşlərinin fərqli təzahür etməsindəki səbəbin uləmanın ayə və 



hədislərə mühakiməli yanaşmaları olduğu iddiası

29

 burada qeyd edilməyə də-



yər. Bunun nəticəsində nikahı qadının ixtiyarına bağlayanların hürriyətçi, 

qəyyumun ixtiyarına bağlayanların isə mühafizəkar nöqteyi-nəzəri höküm 

vermədə həlledici olmuşdur.

30

  



Bu çıxış nöqtəsi təqdirə layiqdir. Çünki hürriyyəti əsas alanlara görə qa-

dın, əgər alış-verişi (malı) üzərində sərbəst təsərrüf haqqına malikdirsə, özü 

üzərində  də  sərbəst təsərrüf haqqı olmalıdır. Mühafizəkarlığı  əsas alanlara 

görə isə  bəzi ayələrdəki “evləndirin

31

 ifadəsi ilə yanaşı qadın təbiətindəki 



tədbirsiz davrana bilmə xüsusiyyətləri nəticəsində sonradan ortaya çıxacaq 

zərərlərə əvvəlcədən sədd çəkmə metodudur.

32

 

 



II. ŞAHİDLİK 

 

Bir isbat vasitəsi olaraq şahidlik, bütün hüquq sitemlərində mühakimə 



icraatı baxımından mülki prosessual hüququn əhəmiyyət verdiyi sahədir. 

                                                 

26

 Tusi, ən-Nihayə, s 467. 



27

  əl-Cəziri,  əl-Məzahibu`l-Ərbəa, 4/29; Orhan Çeker,  İslam Hukukunda Akitler

İstanbul 2006, s 240. 

28

  İbn Hazm, e.a.ə,  ıx, 25; Əlavə  məlumat üçün bax: Zekeriya Gülər, Zahiri 



Muhaddislərlə Hanefi Fakihləri Arasındaki Münakaşalar və  İhtilaf Səbəpləri

Ankara 1997, s 40.  

29

 Abdulaziz Bayındır, Kuran Işığında Doğru Bildiğimiz Yanlışlar, İstanbul 2006, s 



190. 

30

 Eyni əsər , eyni yer. 



31

 Bəqərə 2/232, Nur 24/32. 

32

 Karaman, Ailə və Kadın, s 74. 




 Dr. Əhməd NİYAZOV 

258 


Çünki, şahidlər işin hər hansı halları haqqında məlumatı olan şəxslərdir

33

 və 



eyni zamanda hüquq münasibətlərindən əmələ gələn mübahisələrin aydınlan-

masında dəlildir

34



Ailə hüququna gəldikdə isə bir tərəfdən evliliyin zinadan ayrılması, digər 



tərəfdən də lazım olduğu təqdirdə qarşılıqlı hüquqların isbatını təmin etmək 

kimi faydalarına görə bütün hüquq sistemləri  şahid və ya elan şərtinə 

əhəmiyyət vermişdir. Evliliyin gizli galmamasını təmin edəcək tədbirlər belə 

alınmışdır

35

. Belə bir şərtin nikah əqdi üçün keçərli olub-olmaması məzhəb-



lərə görə fərqlidir və aşağıdakı kimidir. 

 

A. Nikahda şahidliyi əsas kimi qəbul edənlər  

Səhabə  və tabeunun, həmçinin  şafi, hənəfi, zeydi, hənbəlilərin 

əksəriyyəti və  İmam Nəhai və  Əvzaiyə görə nikahda ən az iki nəfər (kişi) 

şahidin olması şərtdir

36

. Çünki Allah Rəsulu bu barədə belə buyurur:  





ﺎﹶﻟ 

ﺡﺎﹶﻜﹺﻧ

 

ﺎﱠﻟﹺﺇ

 

ﺩﻮﻬﺸﹺﺑ

” 

“Şahidsiz nikah yoxdur”.



37

 



ﺎﹶﻟ 

ﺯﻮﺠﻳ

 

ﺡﺎﹶﻜﹺﻧ

 ﹺﺑ

ﹺﺮﻴﻐ

 

ﹺﻦﻳﺪﻫﺎﺷ

” 

“İki şahidsiz nikah caiz deyil”

38

 

Nikahda iki şahidin  şərt olduğunu irəli sürənlər içərisində  Hənifilərin 

xaricindəkilər iki şahidin hər ikisinin kişi olmasını, Hənəfilərin isə qadını da 

nikahda tərəf qəbul edərək iki kişi əvəzinə bir kişi və iki qadının da şahidli-

yini qəbul edirlər.

39

 



Cəfəri məzhəbində nikahda şahidlərin iştirakı məsələsinə gəlincə isə, bu 

barədə  məzhəbin özünəməxsus hökmü vardır. Burada məşhur hüquqşünas-

                                                 

33

 Heyət, Eyni adlı ensiklopediya, Şahid Maddəsi. 



34

 Celal Erbay, İslam Ceza Muhakemesi Hukukunda Ispat Vasıtaları, İstanbul 1999, 

s 58; Atar, Fahrettin, İslam Adliye Teşkilatı, Ankara 1999, s195. 

35

 Hayrettin Karaman, Mukayeseli  İslam Hukuku,  İstanbul, 196, I,324; Hallaf, 



Əhvalu`ş-Şəxsiyyə,s 26. 

36

  İbn Qudamə, e.a.ə, 6, 450; İbn Hümam, e.a.ə, 3, 199; Quleysi Əli  Əhməd



Əhkamu”l-Usra fi`ş-Şəriəti`l-İslamiyyə, Sana 1993, I, 84.  

37

 Buxari, Şəhadət: 8. 



38

 Ebu Davud, Nikah 19.  Darimi, Nikah 11. 

39

 Ömər Nasuhi Bilmən, Hukuk-ı İslamiyye ve Istılahat-i Fıkhiyye Kamusu, İstanbul 



1967,  II,29. 


İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər 

259 


larından  Şərif Mürtazanın (v.436/1044) mövzu haqqındaki xüsusi izahını 

qeyd etmək yerində olacaqdır. O, belə yazmışdır:  

Məzhəbimizə görə nikahda şahidlik fəzilətli olsa belə nikahın şərtlərin-

dən deyil... Fikrimizin dəlili öncə məzhəbimizin mövzu haqqındaki icmasıdır. 

Həmçinin Allah, kitabında bir çox yerdə nikahdan bəhs etdiyi halda şahid-

ləri şərt qoşmamışdır. Bu da belə bir şərtin olmadığına dəlalət edir. Əgər, 

Peyğəmbər əleyhissəlamdan rəvayət edilən 

يﺪهﺎﺷو ﻲﻟﻮﺑ ﻻا حﺎﻜﻧ ﻻ

 

لﺪﻋ


” 

İki adil şahid və  qəyyumsuz nikah yoxdur”  sözü ilə bunun əksinə  dəlil 



gətirərlərsə, bu xəbər qətilik ifadə etməməklə bərabər onunla əməl etmək va-

cib deyildir. Belə ki, onda ehtimallıq vardır. Çünki, “

حﺎﻜﻧ ﻻ


 - nikah yoxdur” 

sözü ilə nikahın ya hissələrinin ya da fəzilətinin olmayacağı bilqisi məxfidir. 

Ona görə  də, sözün sadəcə bu mənaya dəlaləti doğru deyildir. Fəzilətinin 

olmadığı mənasını çıxartmaq caizdir və daha güclü ehtimaldır. Bu təqdirdə 

sanki o belə demişdir:  “

دﻮﻬﺷو  ﻲﻟﻮﺑ  ﻻا  ﻼﺿﺎﻓ  حﺎﻜﻧ  ﻻ

 - Fəzilətli nikah, 

şahidlər və  vəlisi olan nikahdır.” Necə ki,Peyğəmbər  əleyhissəlam: “

  ﻻو


جﺎﺘﺤﻣ ﻢﺣر وذو ﺔﻗﺪﺻ

 

/



ﺪﺠﺴﻤﻟا ﻲﻓ ﻻا ﺪﺠﺴﻤﻟا رﺎﺠﻟ ةﻼﺻ ﻻ

 - Məscidə qonşu 



olanın ancaq məsciddəki namazı və möhtac qohumu olanın ancaq qohumuna 

verdiyi sədəqə qəbuldur”

40

 -demişdir.”

41

 



Yuxarıda qeyd edildiyi kimi İmamiyyə nikah anında şahidliyi fəzilətli iş-

lərdən saymışdır. Ancaq onun hüquqi nəticəsi baxımından əhəmiyyəti onlara 

görə də labüddür. Belə ki, Şeyx Müfid’e (v. 413/1022) göre nikahda şahitlik 

miras üçün lazımlı bir haldır.

42

 

 



B. Nikahın elanını əsas qəbul deyənlər 

Səhabə və tabeundan əksəriyyəti, məzhəb imamlarından isə İmam Malik 

və Əhməd b. Hənbələ görə şahidlərin nikah mərasimində iştirakı şərt deyil, 

ancaq bağlanan nikahın elan edilməsi  şərtdir

43

. Digər cəhətdən onların nə-



zərində  şahidsiz nikah səhihdir. Ancaq bağlandıqdan sonra onun elan edil-

                                                 

40

  Məhəmməd b. Əl-Həsən  əl-Hurr  əl-Amili,  Təfsilu Vəsaili’ş-Şia ila Təhsili 



Məsaili’ş-Şəri’ə, Qum 1994, III, 478. 

41

 Murtaza , Əbu’l-Qasım  Əli b. Həsən  əl-Musəvi Aləmuhüda  əş-Şərif,  ər-Rəsail



Təhqiq: Əhməd əl-Hüseyni ve Mehdi Rəcai, Qum 1985, s 237. 

42

Əbu Abdullah Məhamməd Şeyx əl-Müfid,‘Ilelu’ş-Şerâ’i’, Qum 1997, s 498 



43

 İbn Qudamə, e.a.ə, VI,451. 




 Dr. Əhməd NİYAZOV 

260 


məsi vacibdir. Əgər, nikah elan etməmək və ya gizləmək məqsədi ilə 

bağlanarsa bu, nə caiz, nə də hüquqi hökmə malikdir. 

44

 

Çünki Peyğəmbər (s.ə.s):  





ﺍﻮﻨﻠﻋﹶﺃ

 

ﺍﹶﺬﻫ

 

ﺡﺎﹶﻜﻨﻟﺍ

 

ﻩﻮﹸﻠﻌﺟﺍﻭ

 

ﻲﻓ

 

ﺪﹺﺟﺎﺴﻤﹾﻟﺍ

 

ﺍﻮﺑﹺﺮﺿﺍﻭ

 

ﻪﻴﹶﻠﻋ

 

ﻑﻮﹸﻓﺪﻟﺎﹺﺑ

 

 

 “Bu nikahı elan edin, onu həm məscidlərdə bağlayın, həm də onun üçün 



dəfləri çalın.”

45

 

Bundan başqa Peyğəmbərimizin (s.ə.s.) yuxarıda qeyd etdiyimiz: 



ﻩﻮﹸﻠﻌﺟﺍﻭ

 

ﻲﻓ

 

ﺪﹺﺟﺎﺴﻤﹾﻟﺍ

” 

...nikahı məscidlərdə qıyın...” hədisi əsasında görüş bildirən bəzi alim-



lər, məqsədin əsasən “məscid” olduğu və nikahın elanı və yayılmasında məs-

cidin rolundan bəhs edərək belə demişdir: “Şübhəsiz ki, nikahın məsciddə 

qıyılması onun elanı və yayılması baxımından ən ideal yoldur. Çünki məs-

cidlər insanların toplaşdığı yerdir. Xüsusilə də ilk əsrlərdə məscidlər, müsəl-

manların toplanma mərkəzləri (idarə) hökmündə idi”

46

 



Bağlanan nikahın cəmiyyət tərəfindən tanınması və bilinməsi İslam dini-

nin əhəmiyyət kəsb edən məsələlərindən biridir. Belə ki, qadın ilə kişi ara-

sındaki münasibətin birlikdə yaşama arzusu olduğunun və bunun hüquqi 

əsaslara bağlı, cəmiyyətin  əxlaq normalarına tərs düşməyən bir şəkildə 

yerinə yetrildiyindən ictimaiyyətin xəbərdar edilməsidir.  

 Onlara  görə nikahın bilinməsinin iki şahidlə  məhdudlaşdırılması onu 

gizli (sirr) olmaqdan çıxarmaz. Bu da ifşa edilməyən gizli nikah hökmün-

dədir


47

. Hətta bu fikri iddia edən bəzi hüquqçulara görə came dolu şahidlər 

də  iştirak etsə, mütləq olaraq nikah əqdinin gizli tutulması istənilərsə, bağ-

lanan bu nikah nikahi-sirr (gizli nikah) olar. Belə bir vəziyyətdə də gizlilik 

nikah əqdini batil edər.

48

 



 

                                                 

44

 Quleysi, e.a.ə, I, 85. 



45

 Tirmizi, Nikah 6; İbn Macə, Nikah 20; Əhməd İbn Hənbəl, IV, 5. 

46

 Seyyid Sabiq, Fiqhu`s-Sünnə, Beyrut 1998, II, 155. 



47

 İbn Rüşd, e.a.ə, II,17. 

48

 Məhəmməd Tahir İbn Aşur, İslam Hukuk Felsefesi, Şev: M. Erdoğan-V. Akyüz, 



İstanbul 1999, s 226. 


İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər 

261 


III. RƏSMİ QEYDİYYAT/TƏSCİL 

 

Klassik İslam hüquq düşüncəsində nikahın yazılı isbatına dair hər hansı 

bir rəsmi qeydiyyatdan bəhs etmək çətindir. Nikahın bağlanmasında belə bir 

şeyin irəli sürülməsinin geyri-mümkünlüyü o dövür üçün təbiidir. Ancaq 

XVI  əsrə  qədər davam edən bu halın bəzi  İslam ölkələrində bundan sonra 

dövlətin nəzarətinə verilməsi  əsas hesab edilmişdir.

49

 Belə ki, nikah məra-



siminin yerinə yetirilməsində dövlət  izinnamə üsulunu tətbiq etmişdir.

50

 



İzinnamə, xüsusiylə  məhkəmə  tərəfindən evlənəcək qadın və kişi arasında 

evlənmə  şərtlərinə uyğun olması haqqında bir növ icazə  sənədi olmuşdur. 

Bu, əldə edildikdən sonra səlahiyyətli şəxs onların nikahını bağlaya bilərdi. 

İzinnamənin  ən böyük əhəmiyyəti qadın və kişi arasında məhkəmə proses-

lərində ortaya çıxırdı. Çünki belə bir sənəd əsasasında bağlanmayan (qeyri-

rəsmi) evliliklər hər hansı bir hüquqi məsələdə  məhkəməyə müraciətdən 

məhrum idi.

51

  



1917 Osmanlı Hüquq Ailə  Qərarnaməsi

  qəbul olunduqda nikahın qey-



diyyatı  məsələsini daha da rəsmiləşdirərək bağlanan nikahın tənzim və 

təscilini 37-ci maddədə aşağıdakı şəkildə qanunlaşdırdı: 

Nikah  əqdi  əsnasında nişanlılardan birinin qeydiyyatda olduğu yerin 

səlahiyyətli nümayəndəsi əqdnaməyi tənzim və təscil edər.”

52

 



                                                 

49

 Osmanlı dövlətində nikah mərasimi bu əsrə qədər iki şahidin müşayiəti ilə yerinə 



yetirilirdi. Tətbiq edilən bu üsulun müqabilində Ebu`s-Suud Əfəndinin (v.1574) 

təsiri ilə dövlətin müdaxiləsindən söz edilərək qeydiyyat şərti gətirildiyi qeyd 

edilir. Hayri Erten, “Osmanlı Ailesinin Sosyal Yapısı Üzerine”,  Mehir Elmi ve 

Akademik Bülten, Konya 1999, Sayı 4, s 9. 

50

 Akif Aydın, Türk Hukuk Tarihi, İstanbul 1999, s 290; Erten, e.a.ə., s  9.  



51

 Aydın, e.a.e., s 290. 

 Hüquq Ailə  Qərarnaməsi müxtəlif fiqh məzhəblərinin ictihadları  əsasında 



hazırlanan və 1917-ci ildə  qəbul edilmiş ilk İslam Ailə qanunudur. Bu, 

müsəlmanlarla bərabər Osmanlı Dövlətinin hakimiyyətində olan xristian və 

yahudilərin ailə hüquqlarını da tənzimləmiş 157 maddədən ibarət qanunlar 

mənzuməsidir ki, hazırlandığı yerdə (indiki Türkiyə) sadəcə iki il tətbiq edilsə də, 

ancaq Suriya, İraq və Libiya kimi bölgələrdə uzun müddət tətbiq edilmə imkanı 

əldə etmişdi. (Orhan Çeker, Osmanlı Hukuk-i Aile Kararnamesi, Konya 1999, s 

5.) 

52

 Eyni adlı eser. 




 Dr. Əhməd NİYAZOV 

262 


 Qeyd olunan Ailə  qərarnaməsində dövlətin hüquq nizamına uyğun ol-

mayan evlənmələr rədd edilməmişdir.

53

 Ancaq dövlət nəzarəti xaricində bağ-



lanan nikah mərasimindəki tərəfləri və iştirak edən şəxsləri cinayət məsuliy-

yətinə cəlb edərək onlara müxtəlif müddətlər ərzində azadlıqdan məhrum et-

mə cəzalarını müəyyənləşdirmişdir.

54

  



Ümumiyyətlə bu dövrlərdə Müsəlman ölkələrində həmçinin Azərbaycan-

da

55



 nikahın qeydiyyat altına alınması

56

 prossesi aşağıdakı kimi olmuşdur. 



 Dövlət, nikah qeydiyyatı işini dini bir sifətlə deyil, dövlətin səlahiyyətli 

hesab etdiyi resmi bir sifətlə imam, axund və qazilərin nəzarətinə vermişdi. 

                                                 

53

 Çünki İslam Dini baxımından evlilik sözləşməsinin meydana gəlməsi üçün din 



adamı, dua və rəsmi qeydiyyat kimi şərtlərin nikaha aidiyyəti yoxdur. (Hayrettin 

Karaman, “İslamın Getirdiği Ailə Anlayışı”, Sosyal Kültürel Değişim Sürecinde 

Türk Ailəsi Bülteni, Ankara Aile A. K. Bşk. Yayınları, 1992, II/338.)    

54

 Erten, e.a.e., s 9.  



55

 Azərbaycan hicrətin 18-ci ilindən (639) etibarən 30-cu ilinə  qədər (650)  (21-ci 

ildə    Muğan, 22-ci ildə  Şirvan, 25-ci ildə  Təbriz, Talış, Aran və başqa yerlər 

bölgə-bölgə ) İslam orduları ilə müqavilələr imzalayaraq İslam coğrafiyasına daxil 

oldu. (Həmidullah, Məhəmməd,Məcmuatul-vesaiki’s-siyasiyye li ahdi’n-nebeviyyi 

ve’l-Hilafəti’r-Raşidə, Beyrut 1983, s 445-456.) Mədəniyyətə  təsir etmə qabiliy-

yəti İslamda  daha güclü olduğu üçün, şərq xalqlarının qurduqları İslam mədəniy-

yəti bu dövrlərdə Qafqazda geniş yayıldı. (Allahşükür Paşazadə, Qafgazda İslam:  

tarix və müasirlik, Bakı 1991, s 107-116.) Cəmiyyət, İslam dininə sahib çıxmaqla 

bərabər bu  coğrafyada onun kökləşməsinə səbəb olan çoxlu mədrəsələrin fəaliy-

yətinə başladılar. Beləliklə mədrəsələr müxtəlif sahələrdə bir çox alim yetişdirdi. 

İslam dini elmləri sahəsində  də burada yetişən üləmadan  Əbu Səid  Əhməd b. 

Hüseyin əl-Bərdəi, Əhməd Harun əl-Bərdici (v.301/924), Məhəmməd b. Xalid əl-

Bərdəi, Əbu Bəkir əd-Dərbəndi, Əbul-Qasım Həsən əl-Bərdəi və başqaları 1924-

cü ilə  qədər tətbiq edilən  İslam hüququnun ilk nümayəndələridir.  Orta əsirlərin 

axırlarında hayatın bir çox sahəsində təsiri olan İslam qanunları Rus  hakimiyyəti-

nin bölgədə güclənməsinə paralel olaraq tədricən sıxşdrılmağa başladı. 8 aprel 

1831-ci ildə cinayət hüququnda İslam qanunlarının tətbiqi qadağan edildi. Ardın-

dan 1842-ci ildə hazırlanan Rus Qanunlar Toplusunda 3477-ci maddə Azərbay-

canla əlaqəli olaraq burada  Ailə hüququ istisna olmaqla İslam adına nə varsa hər 

şeyin ortadan qaldırılaraq yerinə Rus Qanunlar Toplusunu  əsas alan bir sistem 

irəli sürüldü. (İsmayılov, H. C, XIX-cu əsrin birinci yarısında Azərbaycanın Məh-



kəmələri Tərəfindən Müsəlman Hüququnun Tətbiqi Məsələləri, Bakı Dövlət Uni-

versiteti Elmi Konfransının Materialları, Bakı 1999, s 345. ) Ailə hüququda, ancaq 

1924-cü il Rus imperiyasının işğalına kimi tətbiq edildi. 

56

 Azərbaycanda nikah qeydiyyatı  məsələləri üçün  bax: Adolf Berjenin, Qarabağ 



Arxeoqrafiya Komissiyası, Tiflis 1868, II/695-696; Nazim Axundov, Qarabağ Sal-

namələri, Bakı 1989, s 217. 


İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər 

263 


Nikahın  şərtləri arasında imam və dua yoxdur. Ancaq nikah kimi əhəm-

miyyətli məsələdə bir xətaya, səhvə vəya qüsura yol verməməmk üçün bu işi 

bilənin səlahiyətinə vermiş oldular. Nikahın imamlar tərəfindən bu cür bağ-

lanması hadisəsi xalq tərəfindən bunun ancaq imam işi olduğu anlayışını 

doğurdu və İslamın nikah anlayışı imam nikahı adı ilə tarixə həkk oldu. Bu 

səbəblədir ki, dünyəvi hüquq sisteminə keçən İslam ölkələrində hal-hazırda 

dövlətin rəsmi nikah mərasimindən  əvvəl və ya sonra dini ritual olduğu 

düşüncəsiylə imam nikahı da yerinə yetrilir. Bu cür –vəlilərin razılığı və iki 

şahid hüzurunda- bağlanan nikahla tərəflər dini olaraq ər-arvad sayılsa da, 

hüquq qarşısında onlar evli deyildir.

57

 

Müasir İslam alimləri, tərəflərin hüquqlarına qanunən zəmanət verilməsi 



baxımından belə bir tədbiri/rəsmi nikahı  İslamın ikinci dərəcəli (fəri) 

dəlillərindən olan məsləhət



 prinsipi əsasında zəruri hesab etmişdir

58

. Müasir 



dövr üçün bu labüddür. Xüsusilə qadınların hüquqlarının qorunması baxı-

mından evliliyin hər hansı bir hüquqi baza tərəfindən tanınması ictimaiyyət 

arasında dövrün tələblərindən sayılır. Çünki belə olmadığı təqdirdə tərəflərin 

hüquqlarını qorumaq qeyri-mümkündür. Burada onu da qeyd edək ki, nikaha 

iki adil kişinin şahid göstərilməsi şərti ilə hüquqların qoruna bilmə mənafeyi 

güdülmüşdür. Belə ki, ikidən çoxu vacib olmasa da, şahidlərin ölüm və it-

məsi kimi təhlükələri qarşısında bir tərəf öz hüquqlarını qorumaqda ehtiyat 

edərək şahidlərin ikidən çox olmasını digər tərəfin razılığı əsasında tələb edə 

bilər.

59

 Bu baxımdan nikahın qeydə alınması və rəsmiləşdirilməsi iki şahid-



dən daha güclü əsas hesab edilmişdir.

60

  



 

                                                 

57

 Karaman, İslam Hüququ, I/331. 



 Məsləhət,  İslam Hüquq Nəzəriyyəsi baxımından ikinci dərəcəli dəlillərdən olub, 

lüğət olaraq mütləq mənfəət deməkdir. Termin olaraq isə, dinin məqsədlərinə 

uyğun olan bir şeyin mötəbər yaxud  qadağan edildiyinə dair hər hansı bir dəlil də 

olmazsa hökmün ona bağlanması ilə mənfəət hasıl olar və zərərlər uzaglaşdırılar. 

(Abdulkerim Zeydan, el-Veciz fi Usuli`l-Fiqh, Beyrut 1994, s 236; Vehbe 

Zuhayli, Fıkıh Üsulu, Terc: Ahmet Efe, İstanbul 1996, s 74.)   

58

Abdulvəhhab Həllaf, Elmi Üsuli`l-Fiqh, el-Mektebetu`l-İslamiyye, İstanbul, 1984, 



s 95; Karaman, İslam Hukuku, I,331.   

59

 Məhəmməd İbn Məcuz, Vəsailul`-İsbat fil-Fiqhi`l-İslami,  Yer yox 1995, s 57. 



60

 E.a.ə., s 330-332. 




 Dr. Əhməd NİYAZOV 

264 


 

Nəticə  

 

Həzrət Peyğəmbərin (s.ə.s.) bəşəriyyətə  bəxş etdiyi səadət  əsrindən bu 

yana min dörd yüz il keçir. Cəmiyyətin birlikdə yaşadığı o günki səadət fak-

toru bu günki qəlblərdə sönməyə üz tutmuş və yaxud fərdi xarakter almışdır. 

İnsanların bir-birinə olan o günki etimadı əsrimiz insanının itirdikləri arasın-

dadır. Ona görə də insanlarla ünsiyyət qurmanın zəruri olduğu ictimaiyyəti-

mizdə kimin nə ilə qarşılaşacağı  əvvəlcədən insanın zehnini məşğul edən 

əsas problemlərdən birinə çevrilib.  

Əmanət duyğusu kimi dini, milli və  mənəvi dəyərlərin həddindən artıq 

zəiflədiyi əsrimizdə İslam adına söylənmiş ictihadların bəzən tamamı bəzən 

də bir qisminin tətbiqi çətin məsələlərin həllində şərt görünə bilər. Belə ki, 

bir ailədə dini həssasiyyəti olmayan atanın nəyinsə  xətrinə  qızını zorla 

evləndirməsi anında Hənəfi məzhəbi ictihadları o ailə üçün bir rəhmət 

qapısıdır.  Əsrin gətirdiyi bəlalardan “cinsiyyət azadlığı” xəstəliyinə yolux-

muş gənclərin ismətdən uzaq

 məhəbbətini kor koranə əldə etmə arzusu ilə 



ata anasını heçə sayması qarşısında  Şafi məzhəbi ictihadı ayrı bir rəhmət 

qapısıdır. Evlənmək istəyən gənclərin nikahına  şahidlik edəcək iki kişinin 

adil olma vəsfindəki hikmət düşünməyə dəyər ayrı bir xüsusiyyətdir. Onlar, 

şahid olacağı nikahda kimin kim ilə hansı şərtlərdə evlənməsini təsdiq edə-

cək kəslərdir. Tərəflərin ailələrinin bu işdəki rolunu və qurulacaq yuvanın 

cəmiyyətdəki yerini gələcək baxımından ən yaxşı hesab edən onlardır. Digər 

tərəfdən nikah sözləşməsi şərtlərində həm də hüquqların qorunması mənafe-

yi əsas olduğuna görə müasir dövrdə bunun əldə edilməsi yolu, onun hüquqi 

bazasını qurmaqla, yəni rəsmi qeydiyyatla mümkündür. 

Mənsubu olduğumuz cəmiyyətdə nikah kimi məsuliyyətli işi tamamı ilə 

kişilərin insafına buraxmaq nə dərəcədə düzgündür? Əlbəttə dini məsuliyyə-

tini və tutduğu işin ciddiyyətini bilənlərin bu mövqeyi, prototip müsəlman 

şəxsiyyətində hüquqi etimaddan daha böyük zəmanətdir. Ancaq hal-hazırda, 

                                                 

 Nizami Gəncəvinin aşağıdakı dahiyanə sözləri sanki bu günün gənclərinə 



səslənişidir.  

 “Əgər Məhəbbətdə Olmazsa İsmət,  

O Şəhvət Hissidir, deyil Məhəbbət.” 



İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər 

265 


belə bir müsbət xüsusiyyəti cəmiyyət fərdlərinin heç olmazsa çoxuna şamil 

etmənin də mümkünlüyündən bəhs etmək müşkül məsələdir. Qloballaşan 

dünyada məlum olduğu kimi bundan az da olsa əmin olacaq zəmanət qapısı 

da azdır. Dünya ictimaiyyəti bir yana sadəcə Azərbaycanda səbəblərin də 

müxtəlifliyi ilə yanaşı bir ildəsadəcə  rəsmi boşanmaların sayının doqquz 

mindən artıq olması

∗∗

 bunu sübut etməyə kifayətdir.  



Bütün bu sadalananların fitva siyasəti ilə yaxından əlagəsi vardır. İndiki 

zamanda hər bir müsəlmanın nikah anında bunları  tək-tək nəzərdən keçir-

məsi və nikah kimi məsuliyyətli işdə zamana və şərtlərə görə hərəkət etməsi 

dini bir məsuliyyətdir.  



 

                                                 

∗∗

 Komisyon, “Azerbaycan Ülke Raporu”, Türk İşbirliği ve Kalkınma Ajansı 



(TİKA) yayınları No 32, s 62 


 Dr. Əhməd NİYAZOV 

266 


ƏDƏBİYYAT 

 

Axundov, Nazim, Qarabağ Salnamələri, Bakı 1989. 



Âmilî,Şəmsəddin Məhəmməd b. əl-Məkki  Şəhidi-Əvvəl,  əl-Lümatu’d-

Dəməşqiyyə fi Fiqhi’l-İmamiyyə, Beyrut 1990. 

Amili, Məhamməd Cəmaləddin  əl-Məkki  Şəhidi-Sani , ər-Rəvzatu’l-



Bəhiyyə fi Şərhi Lümati’d-Dəməşqiyyə, Beyrut, tsz. 

Amili, Məhəmməd b. Əl-Həsən əl-Hurr, Təfsilu Vəsaili’ş-Şia ila Təhsili 



Məsaili’ş-Şəri’ə, Kum 1994. 

Atar,Fahrettin, İslam Adliye Teşkilatı, Ankara 1999, s195. 

Aydın, AkifTürk Hukuk Tarihi, İstanbul 1999. 

Bayındır, Abdulaziz, Quran  İşığında Doğru Bildiyimiz Yanlışlar

İstanbul 2006. 

Berjenin, Adolf, Qarabağ Arxeoqrafiya Kamissiyası, Tiflis 1868. 

Cəziri,  AbdurrahmanKitabu`l-Fiqh alə`l-Məzahibu`l-Ərbəa, Beyrut 

1972. 


Çeker,  Orhan,  İslam Hukukunda Akitler, İstanbul 2006, s 240. 

 --------, Osmanlı Hukuk-i Ailə Kararnamesi, Konya 1999. 

 --------, Ailə Hukuku Kararnamesi, Konya 2004.  

Erbay,  Celal, İslam Ceza Muhakemesi Hukukunda İspat Vasiteleri

İstanbul 1999. 

Erdoğan,  Mehmet, Fıkıh Terimleri Sözlüğü, İstanbul 2005. 

Əbu Cəfər Məhəmməd b. Əl-Həsən Şeyhu’t-Taifə ət-Tusi, ən-Nihayə fi 

Mücərrədi’l-Fıqh və’l-Fətava, Beyrut 1970. 

 Əli  Əhməd Salus, Fiqhu’ş-Şîati’l-İmâmiyyə  və Mevâdiu’l-Xilâfi 



Beynəhu və Beynə’l-Məzahibi’l-Ərba’a, Küveyt, 1987. 

Hallaf, Abdulvahhab, Əhkamu`l-Əhvali`ş-Şəxsiyyə fi`-Şəriəti`l-İsla-



miyyə, Küveyt 1990.  

  ---------------,  Elmi Üsuli`l-Fiqh, el-Mektebetu`l-İslamiyye,  İstanbul, 

1984. 

Hamidullah, Muhammed,  Mecmuatu’l-Vesaiki’s-Siyasiyye li Ahdi’n-



Nebeviyyi ve’l-Hilafeti’r-RaşideBeyrut 1983. 

Hayri Erten, “Osmanlı Ailəsinin Sosyal Yapısı Üzərinə”, Mehir Elmi 

ve Akademik Bülten, Konya 1999, Sayı 4, s 9. 

Heyət, Hüquq Ensiklopedik Lüğəti, Bakı 1991. 




İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər 

267 


Hillî,  İbn İdris Mühəqqiq Əbu’l-Qasım Nəcməddin Cəfər b. Həsən  əl-

Hüzəli, Şəraiu’l-İslam fi Məsaili’l-Halal və’l-Haram, Beyrut, tsz, 2/500;  

İbn Aşur, Muhammed Tahir, İslam Hüquq Fəlsəfəsi, Tərc: M. Ərdoğan-

V. Akyüz, İstanbul 1999. 

İbn Qudamə, Müvəffəqəddin  Əbu Məhəmməd,  əl-Muğni fı  Fıqhi`l-

İmam Əhməd b. Hənbəl əş-Şeybani, Beyrut 1984. 

İbn Hazm, Əbu Məhəmməd Əli b. Əhməd b. Səid  əl-Əndəlüsi, əl-Mu-



halla bi`l-AsarTəhqiq:  

Abdulğaffar Süleyman, Beyrut 1987. 

İbn Humam Kəmaləddin Məhəmməd, Fəthu`l-QadirMisir 1897.  

 

İbn Məcuz, Məhəmməd,  Vəsailul`-İsbat fil-Fiqhi`l-İslami, Tarixsiz 



1995. 

İsmayılov, H. C, XIX-cu  əsrin birinci yarısında Azərbaycanın Məh-



kəmələri Tərəfindən Müsəlman Hüququnun Tətbigi Məsələləri, Bakı 

Dövlət Universiteti Elmi Konfransının Materialları, Bakı 1999 

Gülər,  Zekeriya, Zahiri Muhaddislərlə Hanefi Fakihləri Arasındaki 

Münakaşalar və İhtilaf Səbəpləri, Ankara 1997.  

Quleysi,  Əli  Əhməd,  Əhkamu”l-Usra fi`ş-Şəriəti`l-İslamiyyə, San`a 

1993, I, 84.  

Qurtubi, Məhəmməd b. Əhməd  İbn Rüşd,  Bidayətu`l-Müctəhid və 



Nihayəti`l-Müqtəsid, Mısır 1966. 

Karaman, HayrettinMukayeseli İslam Hukuku, İstanbul, 1996. 

-----------, İslamda Kadın ve Aile, İstanbul 2006. 

-----------, “İslamın Getirdiği Ailə Anlayışı”, Sosyal Kültürel Değişim 

Sürecinde Türk Ailəsi Bülteni, Ankara Aile A. K. Bşk. Yayınları, 1992.   

Komisyon, “Azerbaycan Ülke Raporu”, Türk İşbirliği ve Kalkınma 

Ajansı (TİKA) yayınları No 32. 

Kösə,  Saffət, “İslam hüququna görə evlənmədə vəlayət.”, İslam Hu-

kuku Araşdırmaları Dərgisi, Konya 2003, Sayı 2. 

Mövsili,Abdullah b. Məhəmməd, əl-İxtiyar Li Telili`l-Muxtar, Beyrut 

1975. 

Murtaza,  Əbu’l-Qasım Əli b. Həsən əl-Musəvi Aləmulhüdâ əş-Şərif, əl-



İntisâr, Beyrut 1985. 


 Dr. Əhməd NİYAZOV 

268 


Muhammed Şeltut – Ali Sayis, Mukayeseli Mezhepler Hukuku, Tərc: 

Said Şimşek, İstanbul Tarixsiz. 

Murtaza , Əbu’l-Qasım Əli b. Həsən əl-Musəvi Aləmuhüda əş-Şərif, ər-

Rəsail, Təhqiq: Əhməd əl-Hüseyni ve Mehdi Rəcai, Qum 1985, s 237. 

Müfid,  Ebu Abdullah Məhəmməd,‘Ilelu’ş-Şerâ’i’, Kum 1997, s 498 

Nasuhi Bilmən, Ömər, Hukuk-ı İslamiyye ve Istılahat-i Fıkhiyye Ka-

musu, İstanbul 1967. 

Tahavi,Əbu Cafer Əhməd b. Məhəmməd əl-Əzdi əl-Mısri, Şərhu Məa-



nil-Asar,Təhqiq: Mahmud Seyid, Qahirə 1967.  

Tusi,  İbn Həmzə, əl-Vəsilə ilə Neyli`l-Fəzilə, Qum 1987. 

Uyar, Məzlum, İmamiyyə Şiasında Düşünce Ekolları-Əxbarilik, İstan-

bul 2000. 

Paşazadə, Allahşükür, Gafgazda İslam: Tarix və Müasirlik, Bakı 1991 

Seyyid Sabiq, Fiqhu`s-Sünnə, Beyrut 1998, 2/155. 

Zeydan, Abdulkerim, el-Veciz fi Usuli`l-Fiqh, Beyrut 1994. 

Zuhayli, Vehbe, Fıkıh Üsulu, Terc: Ahmet Efe, İstanbul 1996. 

 

 

 



 

 

RESUME 

 

The Family is a foundation forming basis of the society. Because of this, 



all of the low systems have dealt with its important subjects. The head of 

these topics is marriage Islam representing perfection in the human relations 

has considered marriage too and has down some condition. Characteristic of 

this conditions have created different opinions of different madhab In our 



article we will deal with its characteristics.  

 

Yüklə 152,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə