Elmi redaktor: Azərbaycan Dövlət İqtisad



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
  1   2   3   4   5   6   7   8   9   ...   27


 


Elmi redaktor: Azərbaycan Dövlət İqtisad 
Universietinin «Maliyyə»kafedrasının 
müdiri i.e.d., prof. Sadıqov Mirdamət 
Mirsadıq oğlu. 
Rəyçilər: Azərbaycan Kooperasiya Universietinin 
«Maliyyə və kredit» kafedrasının müəllimi 
i.e.n.dos. Hüseynov Xanoğlan Əndəlif oğlu. 
Azərbaycan Respublikası Prezidenti 
Yanında Qiymətli kağızlar üzrə Dövlət 
Komitəsinin Departament rəisi 
i.e.n.dos. Abbasov Azim Heydər oğlu 
Müəlliflər: 
İ.e.d. Həsənli M.X. - /I, III, V, VII, XIV, XX, XXI/ İ.e.n. 
Mehdiyeva L.T.. - /VI, VIII, IX, X, XVIII/ 
B/m. Həsənova A.İ. - /IV, XI, XII, XIII, XIX/ 
Müəl. Qurbanova T.T /II, XV, XVI, XVII/ 
BBU-nun Elmi metodiki Şurasının 05 aprel 
2006-cı il tarixli 8 saylı qərarı ilə təsdiq edilmişdir, 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 iyul 
2006-cı il tarixli 583 saylı əmri ilə qrif verilmişdir. 
0605010204-28 
091-2006 
qrifli nəşr 
© Bakı Biznes Universiteti, 2006 


G İ R İ Ş  
Müasir şəraitdə Respublikamızın dünya inkişafının ümumi 
proseslərinə  qoşulması  ilə  əlaqədar  olaraq  dərin  iqtisadi 
dəyişikliklər baş verir. Bazar iqtisadiyyatının dünya təcrübəsinə 
məlum  olan  model  müxtəlifliyinə  baxmayaraq,  o,  dövlət 
tənzimlənməsi  ilə vəhdətdə olan sosial  yönümlü təsərrüfat  kimi 
xarakterizə olunur. 
Maliyyə  -  həm  bazar  münasibətlərinin  özünün 
strukturunda,  həm  də  onun  dövlət  tərəfindən  tənzimlənməsində 
əhəmiyyətli rol oynayır. Maliyyə bazar münasibətlərinin ayrılmaz 
hissəsi və eyni zamanda dövlət siyasətinin həyata keçirilməsinin 
mühüm  alətidir.  Buna  görə  də  hazırki  şəraitdə  maliyyənin 
təbiətini  öyrənmək,  onun  fəaliyyət  xüsusiyyətlərini  və  bu 
xüsusiyyətlərdən  tam  istifadə  üsullannı  dərindən  araşdırmaq 
ictimai istehsalın səmərəli inkişafı üçün zəruri şərtlərdən biridir. 
Maliyyə tarixi kateqoriyadır. Əmtəə-pul münasibətləri və 
dövlətin yaranması ilə əlaqədar maliyyə münasibətləri XIII - XIV 
əsrlərdə Mərkəzi Avropada istifadə edilmişdir. Maliyyə latın sözü 
olub «pul tədiyyəsi» deməkdir. 
Maliyyə  problemləri  bu  gün  demək  olar  ki,  hər  birimizi 
düşündürür. Çünki, hazırki dövrdə maliyyə sferasında baş verən 
proseslər bizim hər birimizin şəxsi rifahı ilə sıx bağlıdır. Mənfəət 
və vergilərin həcmi, sosial sığorta və təqaüdlərə ayırmalar, səhm 
və  istiqrazlann  qiyməti,  istehsal  və  sosial  sahələrə  vəsaitlərin 
investisiya  olunması  formaları  kimi  məsələlər  bu  gün  nəinki 
hökumət dairələrində müzakirə olunur, onlar, həmçinin bizim hər 
birimizi dərindən maraq- landınr. 
Bazar 
münasibətlərinə 
keçidlə 
əlaqədar 
olaraq 
iqtisadiyyatda  baş  verən  köklü  dəyişiklikləri  müvafiq  kadr 
təminatı olmadan həyata keçirmək qeyri-mümkündür. 
Bazar  strukturunun  formalaşdınlması  üçün  öz  sahəsində 
yüksək  peşəkarlığa,  dərin  və  hərtərəfli  biliklərə  malik  ixtisaslı 
mütəxəssislərin hazırlanması vacibdir. Xüsusilə də maliyyə kimi 
incə  və  mürəkkəb  bir  sahədə  fəaliyyət  göstərən  maliyyəçilərin 
üzərinə böyük məsuliyyət düşür. 
Maliyyə  sahəsində  yaradıcı,  təşəbbüskar  kadrlann 
hazırlanmasında maliyyənin öyrənilməsinin mühüm rolu vardır. 


Maliyyə  münasibətlərinin  iqtisadi  mahiyyətinin  öyrənilməsi, 
onun ictimai proseslərdə yerinin və rolunun araşdırılması malİ30'ə 
fəaliyyətinin  dəqiq  sərhədlərini  müəyyənləşdirməyə,  mövcud 
mali)^ə  vəziyyətini  peşəkarcasına  qiymətləndirməyə,  onun 
inkişafımn  nəticələrini  əvvəlcədən  görməyə  imkan  verir.  Eyni 
zamanda  cəmiyyətin  həyat  fəaliyyətinin  müxtəlif  sferalannda 
maliyyə münasibətlərinin təşkili prinsipləri açılır və maliyyədən 
təcrübi olaraq istifadə imkanlan işıqlanır. Bunun nəticəsində isə 
maliyyədən  istifadənin  daha  səmərəli  forma  və  metodlarını 
müəyyən  etməyə,  maliyyənin  iqtisadiyyata  və  sosial  sahəyə 
təsirinin gücləndirilməsinin mümkün yollanm göstərməyə imkan 
yaranır. 
Respublikamızda  bu  sahədə  ilk  dəfə  olaraq  hazırlanmış 
proqram  təminatlı  dərs  vəsaitinin  daha  asan  yadda  saxlanılması 
üçün onun sadə və anlaşıqlı olması çox mühüm əhəmiyyət kəsb 
edən  məsələ  kimi  qarşıya  qoyulmuşdur.  Təqdim  edilən  dərs 
vəsaitində 
maliyyə 
münasibətlərinin 
konkret 
fəaliyyət 
göstərməsinin  obyektiv  xarakterləri  açıqlanmış  və  ictimai 
fəaliyyətin  müxtəlif  sahələrində  maliyyənin  təşkilinin  konkret 
formalannm  öyrənilməsinə mühüm  yer  aynlmışdır. Burada  eyni 
zamanda maliyyədən istifadənin nəticələri ətraflı öyrənilmişdir. 
Təqdim  edilən  materialın  tam  mənimsənilməsini 
yaxşılaşdırmaq məqsədilə hər bir mövzunun əvvəlində öyrənilən 
suallann siyahısı verilmişdir. Onların ardıcıl öyrənilməsi biliklərə 
uğurla yiyələnməyə təminat verir. 
Bu  dərs  vəsaiti  eyni  zamanda  müəllimlər  üçün  də  xeyli 
faydalıdır.  Belə  ki,  geniş,  izahlı  sxem  və  cədvəllərdən  istifadə, 
müəllimləri  dinləyicilərə  paylamaq  məqsədilə  mühazirə  və 
məşğələ  üçün  hazırlamalıı  olduğu  metodik  materialların  tərtib 
edilməsindən  azad  etməklə  yanaşı,  mühazirə  və  məşğələlərin 
daha keyfiyyətli aparılmasına şərait yaradır. 
Kitab  həmçinin  maliyyə  sahəsində  çalışan  mütəxəssislər, 
maliyyə  menecerləri,  iqtisadçılar,  mühasiblər,  maliyyə  nəzarət 
orqanlarının işindo də maraqlı ola bilər. 
Dərs vəsaiti əsasən iqtisadi təmayüllü ixtisaslar üzrə təhsil 
alan  tələbələr,  magistrlər,  aspirantlar,  həmçinin  maliyyə-kredit 
məsələlərini  müstəqil  surətdə  öyrənən  geniş  oxucu  kütləsi  üçün 
nəzərdə tutulmuşdur. 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə