Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
  1   2   3   4   5   6   7   8   9   ...   149


 
 
 
Elmi redaktorlar 
 
AMEA-nın müxbir üzvləri 
T.A. Talıbov,  E Qurbanov  
 
 
Rəyciləri 
AMEA-nın müxbir üzvləri  
İ.V. Əzizov 
P.Z. Muradov 
b.e.d. S.C. İbadullayeva 
 
 
Monoqrafiya AMEA-nın 70 iiliyinə həsr olunmuĢdur 
 
 
 
 
 
 
Mayis Qas;mov, Tofiq Məmmədov ―Fitoterapiya‖. 
Bakı: ―Elm‖, 2014, 302 səhifə.   
Dərslikdə  ilk  dəfə  olaraq  Azərbaycan  florasının  tərkibində  1800  növdən  artıq  dərman 
bitkisinin  yayıldığı  qeyd  edilir.  Monoqrafiyada  Azərbaycan  ərazisində  yayılan  dərman  bitkiləri 
taksonomik vahidlər (növ, cins, fəsilə) üzrə sistemləĢdirilmiĢdir.  Bundan əlavə müəlliflər dərslikdə 
ilk dəfə olaraq geniĢ oxucu kütləsinə məlum olmayan yeni dərman bitkiləri və onlardan hazırlanan 
1000-dən  artıq  yeni  müalicəvi  preparatlar,  onların  hazırlanma  qaydaları,  istifadə  olunmaları 
haqqında  ətraflı  məlumatlar  verilir.  Dərslikdə  eyni  zamanda  dərman  bitkilərinin  botaniki 
xüsusiyyətləri,  yayılma  arealları,  ekoloji  qrupları,  vətəni,  coğrafi  mənĢəyi,  yaranma  ocaqları, 
kimyəvi  tərkibləri,  istifadə  olunan  orqanları,  bitki  xammalının  toplanma  vaxtları  və  qurudulma 
qaydaları və s. haqqında da maraqlı məlumatlar verilmiĢdir. Bundan baĢqa dərslikdə ilk dəfə olaraq 
giləmeyvələrdən  hazırlanan  kosmetik  vasitələrdən,  cavanlaĢmanın  yeni  metod  və  üsullarından, 
aromaterapiya, rəng terapiyası haqqında yeni elmi anlayıĢlar da yer almıĢdır. Dərslikdə qida təbiətli 
dərman bitkilərindən yeni müalicəvi xörəklərin hazırlanması barəsində maraqlı praktiki məlumatlar 
verilmiĢdir.  
Dərslikdən ali məktəblərin biologiya, əczaçılıq, baytarlıq fakultələrinin bakalavr və magistr 
pillələrində  təhsil  alan  tələbələri,  müəllimlər,  tədqiqatçı  alimlər,  xalq  təbabəti  ilə  məĢğul  olanlar, 
dərman bitkiləri tədarük edən mütəxəssislər ilə yanaĢı geniĢ oxucu kütləsi də yararlana bilər.  
 
 
 
 
 
 
 
 



 
 
 
GĠRĠġ 
 
Azərbaycan  torpağının  münbitliyi,  kifayət  qədər  su  ehtiyatına,  bol  günəĢ  Ģüalarına,  iĢıqlı 
günlərin  uzunluğuna,  müxtəlif  iqlimə  malik  olması,  eləcə  də  uzun  sürən  tarixi-geoloji  və  ekoloji 
təkamülün təsiri nəticəsində müxtəlif xəstəliklərin müalicəsində istifadəsi mümkün olan, tərkibləri 
mürəkkəb kimyəvi birləĢmələrdən ibarət dərman bitkilərinin geniĢ fitosenozlarının əmələ gəlməsinə 
Ģərait yaratmıĢdır.  Təqribən 150 il bundan qabaq görkəmli filosof yazıçı Mirzə  Fətəli Axundovun 
qələmə  aldığı  ―Müsyö  Jordan  və  DərviĢ  Məstəli  Ģah‖  əsərində  nəbatat  alimi  Müsyö  Jordanın 
dərman bitkiləri toplamaq üçün Fransadan Azərbaycana gəlməsi epizodu təsadüfi deyil. Bu, bizim 
çöllərin,  çəmənlərin,  dağların,  meĢələrin,  alp  və  subalp  çəmənliklərinin  təbiətin  bizə  bəxĢ  etdiyi 
müalicəvi bitkilərlə zənginliyidir.  
Hazırda bütün dünyada xəstəliklərin müalicəsi və profilaktikasında təbii müalicə vasitələrinə 
qayıdıĢ güclənmiĢdir. ABġ-da, Ġngiltərədə, Fransada, Yaponiyada, Çində, Hindistanda, Türkiyədə, 
Ġranda,  Pakistanda,  Rusiyada,  eləcə  də  dünyanın  bir  sıra  baĢqa  ölkələrində  bitkilərin  kimyəvi 
tərkibləri intensiv Ģəkildə öyrənilir və onlardan yeni-yeni dərman preparatları hazırlanır.  
Təəsüf  ki,  Azərbaycanda  bu  sahədə  tibb  universitetinin  farmakologiya  və  əczaçılıq 
fakültələrində, eləcə də Nəbatat Ġnstitutunun bitki ehtiyatları Ģöbəsinin əməkdaĢlarından baĢqa heç 
bir yerdə ciddi tədqiqat iĢləri aparılmır. Biz hələ də bir çox xəstəliklərin müalicəsi üçün tələb olunan 
bitki  tərkibli  preparatları  xaricdən  çox  baha  qiymətə  alırıq.  Respublikamızın  florasının  tərkibində 
800  növə  qədər  dərman  bitkisi  yayıldığı  qeyd  edilir  (Dəmirov  və  b.,  1982).  Lakin  uzun  illər 
apardığımız  elmi-tədqiqat,  eləcə  də  təĢkil  olunan  çoxsaylı  ekspedisiyalar  zamanı  topladığımız 
herbari  materiallarını  təyin  etməklə  yanaĢı,  dünyada  dərc  olunan  jurnal  və  monoqrafiyaları, 
kitabları,  eləcə  də  ixtira  və  patentləri,  internet  səhifələrini,  referativ  jurnalları  araĢdıraraq  ilk  dəfə 
elmi  əsaslarla  müəyyən  etdik  ki,  floramızın  tərkibində  1800  növdən  artıq  dərman  bitkisi 
yayılmıĢdır. Bunlar 560 cins və 140 fəsilə daxilində birləĢərək ümumi floramızın 40%-ni təĢkil edir. 
Müalicəvi  bitkilərdən  1720  növü  yabanı,  80  növü  isə  mədəni  halda  təsadüf  edilir.  1800  növ 
Ģəfaverici  bitkilərdən  1136  növü  çoxillik,  140  növü  birillik,  193  növü  ikiillik,  160  növü  kol,  102 
növü ağac, 69 növü isə yarımkollardır. Dərman bitkilərindən 420 növü kserofit, 370-i kseromezofit, 
340-ı mezokserofit, 264-ü mezofit, 140-ı mezohidrofit, 24-ü hidrofit və s. təĢkil edir.  
ġəfaverisi  bitkilərin  343  növü  Asteraceae,  89  növü  Rosaceae,  68-i  Fabaceae,  67-i 
Lamiaceae, 58-i Chenopodiaceae, 57-i Brassicaceae, 53-ü Caprifoliaceae, 51-i Ranunculaceae, 36-
ı Liliaceae fəsilələrində rast gəlinir. Müəyyən etdiyimiz 1800 növ dərman bitkisinin əksəriyyəti 20 
fəsilə  daxilində  yayılaraq  ümumi  Ģəfaverici  bitkilərin  62,9%-ni  təĢkil  edirlər.  Floramızda  yayılan 
dərman  bitkilərinin  bir  çoxunun  ehtiyatı  olmasına  görə  Azərbaycanın  ehtiyacını  tam  ödəməklə 
yanaĢı,  onları  bir  sıra  dövlətlərə  ixrac  edib  çoxlu  miqdarda  valyuta  əldə  etmək  olar.  Bunlardan 
itburnu,  yemiĢan,  kəklikotu,  adaçayı,  ögey  ana,  dazıotu,  qaraqınıx,  qatırquyruğu,  boymadərən, 
gicitkən, andız, Ģirinbiyan, razyana, qantəpər, cökə, gülxətmi,  novruzgülü, solmazçiçək, boyaqotu, 
əvəlik,  pərpərən,  xəĢəmbül,  baldırğan,  bədrənc,  dağnanəsi,  yarpız,  yovĢan,  murdarça,  palıd, 
bağayarpağı,  nar,  üzərrik,  çaytikanı,  piĢikotu,  ardıc,  damotu,  diĢqurtlayan,  mahmızçiçək,  nanə, 
qafqaz xanımotu, xaçgülü, acı yonca, üskük out, otvari qıfotu, Ģahdərə, pıtraq, boyaqotu, keçiqulağı, 
quĢüzümü,  iyli  kərəviz,  sümürgən,  göyçiçək,  iri  dəmrov  otu,  zirinc,  dərgil  (itburnu)  və  s.-i 
göstərmək olar.  
Kitabda təsvir olunan bitkilərin müəyyən hissəsi keçmiĢ SSRĠ-nin Dövlət Farmakopeyasında 
(X,XI nəĢr) qeyd olunduğuna görə müasir təbabətdə geniĢ istifadə edilir. 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə