ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə1/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
  1   2   3   4   5   6   7   8   9   ...   44




 
İ
nsan hüquqları və fəlsəfə seriyasından 
 
ELŞƏN MİSİR OĞLU NƏSİBOV 
 
 
 
 
 
 
 
“İnsan hüquqları” anlayışının 
dərk olunmasında fəlsəfi–məntiqi  
(formal (ənənəvi-klassik) və dialektik məntiq)  
metodlar 
 
 
 
 
Dərketmənin aksioloji və epistemoloji əsasları 
 
 
 
 
 
III KİTAB 
 
 
 
 
 
 
Bakı -2014 
 
 
 



 
Elmi redaktoru:  
Aytən Mustafayeva 
Hüquq elmləri doktoru, AMEA-nın İnsan 
Hüquqları İnstitutunun direktoru,  
Milli Məclisin üzvü  
 
Rəyçiləri:  
 
Zamiq Aslanov 
hüquq üzrə fəlsəfə doktoru
 
 
Tərlan Yusifov 
təcrübəli hüquqşünas
 
 
E.M.  Nəsibov.  “İnsan  hüquqları” anlayışının  dərk  olunmasında 
fəlsəfi–məntiqi  (formal  (ənənəvi-klassik)  və  dialektik  məntiq) 
metodlar.  Dərketmənin  aksioloji  və  epistemoloji  əsasları.  III  kitab. 
Bakı, “Elm və Təhsil” nəşriyyatı - 2014, 144 səh.  
 
“Hüquq”  anlayışı  müxtəlif  aspektlərdən  yanaşmaların  predmetidir.  Buna  görə 
də  aksioloji  və  epistemoloji  yanaşmalar  da  hüquqşünaslığın  və  hüquq  fəlsəfəsinin 
baza 
mahiyyətində 
qərarlaşır. 
Hüquq 
təlimlərinin 
formalaşması 
hüquq 
subyektlərinin maraq xüsusiyyətlərindən və fəaliyyət əsaslarından meydana gəlir.  
Kitab  insan  hüquqları  anlayışının  dərk  olunmasının  aksioloji  və  epistemoloji 
əsaslarının analizini əks etdirir. Əsərdə qeyd olunur ki, insan hüquqları insanın təbii 
xassələrinə  -maddi  və  mənəvi  aləminə  -  bağlıdır,  insanın  təbii  fəaliyyətinin 
nizamlayıcısıdır,  şərtləndiricisi,  istiqamətvericisi  və  stimulvericisidir.  İnsan 
hüquqları  bir  anlayış  kimi  bütünlükdə  pozitiv  olduğundan,  əhəmiyyət  kəsb 
etdiyindən  və  mənəviyyatın  əsaslarını  əks  etdirdiyindən  dəyərlərdən  təşkil  olunur. 
Dəyərlər  tənzimedici,  səlahiyyət  genişləndirici  olur  və  bu  baxımdan  da  yeni 
dəyərləri meydana gətirir. Dəyərlər elə gerçəkliklərdən, həqiqi biliklərdən ibarətdir. 
Dəyər  üzə  çıxırsa  hüquq  da  dəyər  olaraq  qeyri-müəyyənlikdən  müəyyənliyə  doğru 
genişlənir,  nəzəri  baxımdan  inkişaf  edir.  Hüquqla  bağlı  həqiqi  biliklərin  sferası  da 
genişlənir.  Hüquq  anlayışı  insanın  dəyər  və  həqiqi  düşüncələrində  formalaşır. 
Hüquqların  sərhədləri  olduğundan  onun  gerçəkliyi  də  sərhədlər  daxilində  aşkar 
olunur.  Dəyər  anlayışı  mənəviyyatın  və  hüququn  epistemoloji  və  aksioloji 
mahiyyətini bir-birinə bağlayır. Burada bağlayıcılıq müstəvini yaradır. Bu baxımdan 
da  belə  nəticələrə  gəlinir  ki,  hüquq  sisteminin  özü  normalardan  ibarətdir,  normalar 
dəyərdir və gerçəkliklərdir; çünki insanların birbaş xarakterinə bağlıdır. 
Kitab hüquq fəlsəfəsi ilə maraqlananlar üçün nəzərdə tutulur.  
 
ISBN 978-9952-8176-1-4 
2014
098
4603000000

N
 грифли няшр 
© Nəsibov E.M., 2014 
 



 
MÜNDƏRİCAT: 
 
GİRİŞ. Fəlsəfi fikirlərin əsasları haqqında. 
  
İnsan hüquqları anlayışı-fəlsəfənin obyekti kimi ..................... 4 
Allahın varlığını dərk etmək -insan hüquqlarının dəyərli  
və həqiqi biliklərdən ibarət olması qənaətinə gəlmək 
kontekstində .................................................................................. 47 
Dəyər anlayışı .............................................................................. 54 
İnsan hüquqlarında dərketmənin aksioloji əsasları ................ 76 
İnsan hüquqlarında dərketmənin epistemoloji əsasları .......... 82 
Hüquqlar və vəzifələr-dəyərlər kimi ......................................... 84 
Dəyərlər və insan mənəviyyatının tərkibi ................................. 99 
Maddi-mənəvi dəyərlərin vəhdəti və hüquqi dəyərlər............. 105 
Dəyər və sistemlilik ..................................................................... 106 
Hüquq sahələri-həqiqilik və dəyər müxtəlifliyi ........................ 120 
Dövlət hüququnun aksioloji və epistemoloji əsasları ...............  121 
ƏLAVƏ: İnsan hüquqları anlayışı üzrə elmi-tədqiqatın 
əsasları .......................................................................................... 125 
Qrafiklər bölməsi ........................................................................ 130 
NƏTİCƏ ....................................................................................... 139 
İstifadə olunmuş mənbə və ədəbiyyat........................................ 142 
 
 



 
GİRİŞ: 
 
 
 
Fəlsəfi  fikirlərin  əsasları  haqqında.  İnsan  hüquqları 
anlayışı-fəlsəfənin  obyekti  kimi.  Hər  bir  anlayış,  -istər 
mücərrəd,  istərsə  də  konkret  mənaları  bildirsin,  -fəlsəfənin 
obyekti  ola  bilir.  Çünki  fikir  və  ifadələr  şaxələnmiş, 
təkmilləşmiş, sadələşmiş və mürəkkəbləşmiş əsaslarla əlaqəli və 
bağlayıcı  formada  təfəkkürdə,  qavrayış  prosesində  məhz  duyğu 
orqanlarının  cəm  halda  qəbul  etdikləri  siqnallar  vasitəsilə 
yaranır.  Fikirlər  və  ifadələr  istiqamətlərdən  meydana  gəlir  və 
istiqamətləri formalaşdırır. Siqnallar çoxlu sayda istiqamətlərdən 
daxil  olur.  Beyinin  müəyyən  məkanında  siqnallar  məcmuəsi 
formalaşır  və  nəticə  etibarilə  dərketmə  prosesi  meydana  gəlir. 
(Hüquqi  təfəkkür  hüquqla  bağlı  fikirlərdən,  biliklərdən, 
məlumatlardan  formalaşır  və  sahələr  üzrə  sistemləşir, 
konfiqurasiya  alır.  Vahid  və  ümumi  qaydalar  baxış 
bucaqlarının 
mərkəzlərini 
meydana 
gətirir).  Anlayış 
müəyyən  bir  konseptual  fikir  müstəvisini  (məkanı,  dərketmə 
mənbəsini,  siqnal  mənbəsini)  yaratmaq  üçün  ətrafına  digər 
ifadələri (anlayış tərkiblərini) də cəmləşdirir. Bu anda elementlər 
(siqnallarını  əks  ertdirən  elementlər)  məkanı  böyüdür.  Bu 
baxımdan  da  hesab  etmək  olar  ki,  fəlsəfi  fikir  tərkibini 
elementlərlə  zənginləşdirən  fikirdir.  İnsan  bir  şeyi  düşünərkən 
hər  tələb  olunan  zaman  əhatəli  və  təkmil  formada  siqnalları 
qəbul edir və emal prosesinə cəlb edir. Emal prosesləri məkana 
daxil olmuş elementlərin, zərrəciklərin qarşılıqlı vəhdətindən və 
mübarizəsindən,  eləcə  də  məkanda  yer  almasından  irəli  gəlir. 
Emal  prosesləri  sintezləri  genişləndirir  və  analizlərin  əhatəsini 
böyüdür.  Təkmil  formada  düşünmə  prosesi  tədricən  fəlsəfi 
mahiyyəti  aşkarlayır.  Fəlsəfi  mahiyyət  düşünmə  prosesinin 
başlanğıc  və  son  koordinatları  arasında  olan  müstəvini  əhatə 
edir.  Siqnalların  köməkliyi  sayəsində  qavrama  prosesləri 
şaxələnir və əhatəli obrazlanır. Bu anda daha çox siqnallar qəbul 
olunur,  qəbul  mərkəzində  siqnal  axınları  meydana  gəlir.  Şaxəli 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə