Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
  1   2   3   4   5   6   7   8   9   ...   73


downloaded from KitabYurdu.org

downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
Elxan Elatlı 
O GECƏ YAĞIŞ YAĞIRDI 
Ekitabı hazırladı: book_lover
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
O GECƏ YAĞIŞ YAĞIRDI 

Kitabda  tanınmış  detektiv  ustası  Elxan  Elatlının  bu  janrda  ilk  qələm 
təcrübələri  olan  dörd  hekayə  və  iki  povest  yer  alıb.  Sonrakı 
əsərlərində romançılıq yolunu tutaraq, Azərbaycan  milli detektivində 
öz üslubunu və mövqeyini qəti şəkildə müəyyənləşdirmiş yazıçının bu 
kitabdakı  əsərləri  klassik  detektivin  maraqlı  nümunələri  hesab  edilə 
bilər.
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
Elxan Elatlı. O GECƏ YAĞIŞ YAĞIRDI 
Bakı, Qanun Nəşriyyatı, 2015, 
Korrektor: Ceyran Abbasova Qanun Nəşriyyatı 
Bakı, Azərbaycan, AZ1102, Tbilisi pros., 76 Te.n.: (+99412) 431-16-
62;  431-38-18  Mobil:  (+994  55)  212  42  37  e-mail: 
info@qanun.az 
www.qanun.az 
www.fb.com/Qanunpublishing www.instagram.com/Qanunpublishing 
ISBN 978-9952-36-059-2 
Qanun Nəşriyyatı, 2015 © © E.Elatlı, 2015 Povestlər
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org

ı 
Keçən  il  sentyabrın  14-ü  idi.  Yorğun  olduğum  üçün  axşam  tez 
yatmaq  istəyirdim.  Yatmazdan  əvvəl  darvazanın  bağlandığını 
yoxlamaq üçün həyətə düşdüm. 
Başımı  qaldırıb  qaranlıq  səmaya  baxdım.  Göyün  üzü  açıq  idi. 
Başımın  üstündə  ulduzlar  sayrışırdı.  Ancaq  bununla  belə,  havada 
soyuq bir rütubət var idi. Polis sahə müvəkkili işlədiyim dağ kəndləri 
səmtinə baxanda bunun səbəbini başa düşdüm. Orada göyün üzü qatı 
buludlarla  örtülmüşdü.  Ara-sıra  uzaqlarda  çaxan  ildırım  baş-başa 
vermiş  dağların  silueti  ilə  onların  üstündə  toplanmış  buludların 
kölgəsini birləşdirib əsrarəngiz mənzərə yaradırdı. 
-  Deyəsən  kəndlərə  möhkəm  yağış  yağır,  -  deyə  düşündüm.  - 
Qaradumanlmm çayı yenə daşıb yolu xarab eləməsə yaxşıdır. 
Darvazanı bağlayıb evə çıxdım. Televizorda gənc müğənni Selcan 
Əsgərlinin konserti gedirdi. Həyat yoldaşımla oğlum oturub konsertə 
baxırdılar.  Yataq  otağına  keçib  soyundum  və  yerimə  girdim.  Ancaq 
baş  aça  bilmədiyim  bir  narahatlıq  qəlbimə  girib  məni  bir  müddət 
yatmağa qoymadı. Yalnız gecədən xeyli keçmiş  gözümə  yuxu getdi. 
Səhər saat 8-də telefon zənginin səsinə oyandım. 
Zəng  vuran  şöbəmizin  işçisi  leytenant  Babayev  idi.  O  bu  gecə 
şöbədə növbətçi qalmışdı. 
-
 
Alo! Mehman? Rəis dedi ki, tez şöbəyə gələsən. 
-
 
Nə olub? - deyə soruşdum. 
-
 
Qaradumanlıda adam öldürüblər. 
-Kimi? 
-
 
Gəl, bilərsən! 
Əl-üzümü  yuyub  tələsik  geyindim  və  özümü  polis  şöbəsinə 
çatdırdım.  Rəisimiz  polkovnik  Əlizadə  artıq  yerində  idi.  Zalım 
oğlunun həqiqətən işgüzarlığına söz ola bilməzdi. Rayona gəldiyi iki 
ay  olardı,  ancaq  şöbədə  xeyli  yenilik  eləmişdi.  Beş  dəqiqə  keçmiş 
mayor Seyidov da gəldi. Rəis bizi kabinetində qəbul edib dedi: 
-  Bu  gecə  Qaradumanlıda  Mikayıl  və  Fəzayə  adlı  ər-arvadı 
bıçaqlayıb öldürüblər. Öz evlərində. Qatil məlum deyil. Özünüzü ora 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
çatdırın! Prokurorluqdan Nadir müəllimlə Aqşin həkimə də bildirilib. 
Gedəndə onları da evlərindən götürəcəksiniz. De tərpənin! 
Bu xəbər mənə çox pis təsir elədi. Mikayıl müəllim həqiqətən yaxşı 
adam idi. Demək olar ki, aramızda dostluq münasibəti də yaranmışdı. 
Çox vaxt kəndə gedəndə onun evində çay içirdim. Həm də ki, belə bir 
hadisə  mənim  sahə  müvəkkili  işlədiyim  bir  il  müddətində  və 
bildiyimə  görə  ümumiyyətlə,  Qaradumanlı  kəndində  heç  vaxt  baş 
verməmişdi. Bu hadisə həmin sakit kənddə baş verən ilk ağır cinayət 
hadisəsi idi. 
Polis Akademiyasını bitirib rayona gələn kimi məni Qaradumanlı, 
Gülabad  və  Həmidbəyli  kəndlərinə  sahə  müvəkkili  təyin  etmişdilər. 
Bu  kəndlər  çox  da  böyük  deyildilər.  Məsələn,  Qaradumanlı  50-60 
evdən  ibarət  idi  ki,  burada  demək  olar,  hamını  tanıyırdım.  Bunu 
mənim vəzifəm tələb edirdi. Mən çalışırdım ki, adamlarla sıx təmasda 
olmaqla  onların  xüsusiyyətlərinə  bələd  olum.  Bu  mənim  profilaktik 
tədbirlər  həyata  keçirməyimə,  hərdən  baş  verən  xırda  oğurluq  və 
xuliqanlıq hərəkətlərinin üstünü açmağıma kömək edirdi. 
Nə  gizlədim,  bizdə  kobud,  özündən  razı,  puldan  ötrü  haqqı 
nahaqqm ayağına verən, qeyri-əxlaqi hərəkətlərlə məşğul olan işçilər 
az deyil. Elələri də var ki, işləmək istəyir, ancaq  qabiliyyəti  yoxdur. 
Hansısa  cinayətdə  birindən  şübhələndilərmi,  zorakılıqla  da  olsa 
boynuna  qoymalıdırlar.  Şəxsən  mənim  belə  poqon  yoldaşlarıma 
yazığım gəlir. Düzdür, vacib olanda zorakılığa da  əl atmaq lazımdır, 
ancaq yeri gəldi-  gəlmədi, kimlərisə qorxutmaqla heç kimin yanında 
hörmət  qazanmaq  olmaz.  Mənim  fikrimcə,  hörməti  ancaq  öz  peşəni 
sevmək  və  bu  peşədə  yüksək  qabiliyyət  nümayiş  etdirməklə 
qazanmaq olar. 
Polis Akademiyasını bitirməyə az qalmış Qanbay Qasımlı adlı bir 
kriminalistika  doktoru  bizə  üç-dörd  mühazirə  oxudu.  Onun  bir 
cümləsi hələ də olduğu kimi yadımda qalmışdı: «İstintaq 
aparan  şəxs  zorakılığa  və  hədə-qorxuya  əl  atırsa,  özünün 
bacanqsızlığını sübut etmiş olur». 
Başqa bir müəllimimizin dediyinə görə Qanbay Qasımlı Rusiyada 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə