Elxan Xəzə



Yüklə 4,31 Mb.
səhifə1/4
tarix01.07.2018
ölçüsü4,31 Mb.
#52524
növüYazı
  1   2   3   4

Юмрцмцзцн щавасы





ELXAN XƏZƏR

ЮМРЦМЦЗЦН ЩАВАСЫ

(Şeirlər və poemalar)





Bakı – 2013

Redaktor: Sərdar Zeynal



Filologiya üzrə fəlsəfə doktoru, şair,

Azərbaycan Yazıçılar Birliyinin üzvü
Elxan Xəzər

Юмрцмцзцн щавасы (Şeirlər və poemalar)

Bakı, «Нурлан», 2013, 112 səh.

Azərbaycan hərbi jurnalistikasının və vətənpərvərlik poeziyasının inkişafına dəyərli töhfələr vermiş Elxan Xəzərin bu kitabına, əsasən, son illərdə yazılmış ədəbi nümunələri daxil edilib.

Şair bu yazılarında çağdaş dünyamızda gedən ictimai-siyasi prosesləri poetik dillə təhlil edərək, müstəqilliyə qovuşduqdan sonra ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurları ön plana çəkir, gənclərimizi ayıq - sayıq olmağa, dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa və onu daha da möhkəmləndirmək istiqamətində səmərəli işlər görməyə çağırır.




грифли няшр

© «Nurlan», 2013

DİQQƏTƏ LAYİQ ƏSƏRLƏR
Daha çox vətənpərvərlik mövzusunda yazdığı əsərlərlə tanınan Elxan Xəzərin yaradıcılığının diqqətlə izləyənlər bilirlər ki, onun kitabları əsasən keçmiş döyüşçü dostlarının maddi vəsaiti hesabına işıq üzü görür. Yəqin ki, bu, iki səbəbdən irəli gəlir: Birincisi, bu insanlar vaxtilə Elxanla birlikdə vuruşublar, onun göstərdiyi igidlik və rəşadəti görüblər. İkincisi, nəşr olunan bir çox əsərlərin ədəbi qəhrəmanları vətən uğrunda şəhidlik zirvəsinə yüksələnlər, bu yolda əlil olanlar və hazırda keçmiş döyüşçülərdir.

Əslində “elə mərd oğullar şəhid olur ki, diri qaldığına adam utanır”, “indi buna yanıram ki, ondan əvvəl ölməmişəm”, “millətin hünəri boydadır vətən”, “döyüş məqamında bu bədən, bu baş, qoy olsun Vətənin qalasında daş” , “varımız hamıya gen-bol bəs edər, İlahi, sən bizə ağıl ver bir az”, “canı yox, yurdu qoru, canımız Vətənindir”, “əgər istəyiriksə pozulmayan iz olaq, gərək Mübariz kimi mətin, mübariz olaq” və s. yüzlərlə belə mənalı deyimin, “Əsrin cinayəti”, “Şəhid şəhər”, “Örnək”, “Dəyanət”, “Yaralı ürəklər”, Bizim Türkiyə”, “Mübariz” və başqa dəyərli poemaların müəllifi olan, erməni cəlladlarının qeyri-insani hərəkətlərini Elxan Xəzər kimi yazarların əsərlərinin nəşri barədə imkanı olan hər bir soydaşımız düşünməlidir. Belə yazıların 300, 500 tirajla çap olunması heç də ürəkaçan hal deyil. Nəzərə almaq lazımdır ki, o, həm bir yazar, həm də müharibə veteranı kimi tez-tez orta məktəblərdə, texnikumlarda, əmək kollektivlərində, hərbi hissələrdə görüşlər keçirir və həmin kitabları təmənnasız olaraq oxuculara hədiyyə edir.

Marqlı məqamlardan biri də budur ki, hələ indiyədək heç kəs onun kitablarını satışda görməyib. O, kitabını qazanc xətrinə nəşr etdirmir.

Elxan şahidi olduğu adi hadisələrdə qeyri-adi detallar taparaq özünəməxsus şəkildə ifadə etmək bacarığına malikdir. Onun müxtəlif şeirlərində işlənmiş “zülmət ulduz-ulduz mixlanıb göyə”, “yollar igidlərin barmaqlarıtək dağların belində daraqlanıbdır”, “gecə köynəyinin düymələritək işıqlar yol boyu sıralanıbdır”, “bu güzgü mənimki deyil, kim baxır onu göstərir”, “yanıb Kərəm kimi kül olaram mən, ikimiz bir eşqi qoruyammasaq”, “məgər bilmirsənmi öz ürəyində özümə keşikçi qoymuşam səni” və s kimi ifadələri həyata açıq gözlə, həssas ürəklə, poetik nəzərlə baxan yaradıcı inasan söyləyə bilər. Belə fikirlər oxucunu cəlb etməklə yanşı, dərindən düşünməyə, özünün gördüyü mənzərələrdə qeyri-adiliklər axtarmağa məcbur edir. Məsələn, mən Elxanın “Əsgər ağaclar” şeiri ilə tanış olarkən necə heyrətləndiyimi indi də xatırlayıram. Elə şeirin təkcə adı məndə müəyyən sullar doğurmuşdu: Ağac hara, əsgər hara? Şeiri oxuduqdan sonra müəllifin müşahidə qabiliyyəti məni valeh etdi. Cəmi üç bənddən ibarət olan bu yazı poeziyamızın dəyərli nümunələrindən biri kimi ömürlük yaddaşıma yazıldı:


Yayın istisində öz kölgəsini

Bizim üstümüzə saldı ağaclar.

Anatək dayanıb başımız üstə,

Gecə laylamızı çaldı ağaclar.
Tutdu sinəsini düşmənə sarı,

Neçə yol döyüşdə oldu ağaclar.

Qoruya-qoruya mərd oğulları

Güllə yaraları aldı ağaclar.
Hər gün şəhid görüb, yaralı görüb,

Qüssədən saralıb soldu ağaclar.

Biz gerti çəkildik, irəli getdik –

Həmişə yerində qaldı ağaclar.
Bu şeiri oxuyan hər kəsin gözləri önündə savaş meydanı, döyüş səhnələri canlanır: Vuruşan əsgərləri, düşmən gülləsinə hədəf olan dağı, daşı, qayası, ağacı kolu ilə birlikdə! Adam düşünür ki, əgər atılan güllə və mərmilərin çoxunu bizim cansız hesab etdiyimiz təbiət öz üzərinə götürməsəidi nələr baş verərdi. Demək, təkcə vətəndaş öz torpağını deyil, ana torpaqda öz vətəndaşını qorumağa çalışır.

Elxan Xəzər yaradıçılığını diqqətlə izləyən bir söz adamı kimi onun hər kitabını əlimə alarkən ilk növbədə bir suala cavab tapmağa çalışıram: O, yenə öz ənənəsinə sadiq qalaraq vətənpərvərlik mövzsunda nə yazıb və necə yazıb? Axı eyni mövzuda bir-birinə bənzəməyən əsərlər yaratmaq asan məsələ deyil. Və bu fikirlərlə oxucuya təqdim olunan yeni kitabına daxil edilmiş yazıları oxuyarkən bir daha bu qənaətə gəldim ki, Elxan özünə doğma və yaxın olan, bildiyi və dərindən öyrəndiyi mövzularda nə qədər əsər yazsa da təkrara yol verməyəcək. Çünki bu əsərlər yanar ürəyin, işıqlı zəkanın, həqiqi istedadın məhsuludur. Kitaba daxil edilmiş “Azadlığı qoruyaq”, “Dünyanı bəzəyən diyar”, “Əsl xidmət zamanı”, “Fəth edək dünyanı sözümüz ilə”, “Ehtiram” və s. şeirlərində şair vətəndaşlıq mövqeyindən çıxış edərək gənclərimizi qəhrəman babalarımızın şanlı yolunu davam etdirməyə, onlara həqiqi varislik etməyə səsləyir:



Daim dalğalansin bu bayraq deyə,

Sən də keçiyində dayanmalısan.

Məqamı gələndə “el” deyə-deyə,

Onun al rənginə boyanmalısan.
Bütün bunlara nail olamaq üçün isə həyatımızda mövcud olan qüsurları da aradan qaldırmaq vacibdir. Kitabda verilən “Zəhərli adam”, “Şəxsi məzar”, “Dolamayan boşluqlar”, “Acı həqiqət”, “Dövrün qayğıları”, “Vaxtı öldürənlər” və başqa yazılar məhz bu məqsədə xidmət edir.
Yadı yamsılayıb yadlaşan kəsin

Fikri, düşüncəsi milli olarmı?

Biz qırıb meşəni, ağac əkirik –

Bu ağac kölgəli, güllü olarmı?
Elxan Xəzərdəki fikir genişliyi, zəngin söz ehtiyatı ona böyük həcmli əsərlər yazmaq imkanı yaradır. Bu kitabında da şair üç poemasını oxucuların müzakirəsinə verir. “Səadətin təməli” Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı uzunmüddətli mübarizəni, “Əzəmət” ilk sərhədçi generalımız Mustafa Nəsirovun nəsillərə örnək ola biləcək həyat və fəaliyyətinin əks etdirir. “Tək qalmış ana” poemasında isə üç övlad böyüdərək, onalara tərbiyə və təhsil vermiş bir ananın baxımsızlıq nəticəsində düşdüyü ağır və dözülməz şəraitdən söhbət açılır. Şübhə yoxdur ki, bu təsirli əsəri oxuyan hər kəs ilk növbədə öz ata-anasını, ağsaqqal və ağbirçəklərini, yataq vəziyyətində olan yaxınlarını, ümumiyyətlə, imkansız şəxsləri yada salacaq onlara qayğı və diqqət göstərmək haqqında düşünəcəkdir.

Düşünürəm ki, ömrümün ən məhsuldar dövrünü yaşayan Elxan Xəzərin oxucularla bu görüşü də uğurlu alınacaq. Onun yaradıcılığını sevən, dəyərləndirən inasanlarla yeni görüşlər isə şairi daha dəyərli əsərlər yazamağa ruhlandıracaq.

Əsərlərinin daha çox vətənpərvərlik mövzusunda yazıldığını və müəllifin mütəmadi olaraq hərbi qulluqçularla görüşüb, onların mənəvi-psixoloji hazırlığına yardım göstərdiyini nəzərə alaraq biz də Elxan Xəzərin bu ktabını nəşriyyatımızın vəsaiti hesabına çap etdirmək qərarına gəldik. Yəqin ki, xeyirxah soydaşlarımız arasında da belə addım atanlar tapılacaq.
Nadir Məmmədli

Filologiya elmləri doktoru, professor,

Nurlan” nəşriyyat poliqrafiya müəssəsinin direktoru






Istidən əriyib möhkəm dəmir də

Insanın hökmüylə qəlibə dolar,

Yanmaq elə şeydir, qara kömür də

Ocaqda közərib ağappaq olar!
EHTİRAM
Bu yeri bizlərə babalar seçib,

Belə məmləkəti seçənə alqış.

Torpağı vətənə çevirmək üçün

Vuruşub, canından keçənə alqış!


Ürəyin oduyla yanıb ilk ocaq,

Zəhmətlə salınıb bu bağça, bu bağ.

Çiynində dağlara su daşıyaraq,

Daş üstə ağaclar əkənə alqış!


Bəxtinə düşsə də min dava, savaş,

İmdad diləməyib - gözlərində yaş,

Bir əlində qılınc, bir əlində daş,

Qalalar, saraylar tikənə alqış!


Onların yanında dilimiz gödək,

Nə iş görmüşük ki, toy-bayram edək?!

Zəhmətə qatlaşıb bal arısıtək

Hər güldən bir şirə çəkənə alqış.


Tayı-bərabəri bu yurdun hanı?

Dolaşır dillərdə şöhrəti, şanı,

Bizə miras qoyub belə obanı,

Dünyanı tərk edib, köçənə alqış!



10 noyabr, 2012


DÜNYANI BƏZƏYƏN DİYAR
İyirmi il bundan əvvəl çoxları deyirdi ki,

Bu millət qadir deyil müstəqil yaşamağa,

Suverenlik, azadlıq elə ağır yükdü ki,

Hər xalqın gücü çatmaz bu yükü daşımağa!


Deyirdilər: “Acından qırılacaq çox insan,

Vətənimiz batacaq böyük kədərə, yasa;

Yaşaya bilmərik biz heç vaxt sakit, mehriban,

Başımızın üstündə yad qılıncı olmasa”!


Deyirdilər: “Sığınaq böyük qardaşımıza,

Biz ondan əl çəkməyək o, bizdən bezsə belə,

Yoxsa min cür müsibət gələcək başımıza,

Göz yaşımız axacaq yağıştək gilə - gilə”.


Rus – erməni qoşunu hücum etdi ölkəyə,

Çox çalışdı ölümlə, qanla qorxuda bizi,

Yurdan mərd övladları çəkilməyib kölgəyə,

Göstərdi yağılara möhkəm iradəmizi.


Yolumuzun üstündə çoxu qursa da tələ,

Tablaşdıq hər zərbəyə, dözdük hər çətinliyə.

Ölkənin bir hissəsi işğal olunsa belə,

Biz azadlıq qazanıb çatdıq müstəqilliyə.


Əsarət zəncirindən qurtulan kimi qolu,

Mətanətlə çalışdı yurdumuzda oğul, qız.

Çoxlarının yüz ilə keçə bildiyi yolu,

Cəmi iyirmicə ildə qət elədi xalqımız.

İzlərin arasına düşdü bu xalqın izi,

Özgələr qarşılaşdı yeni naxışla, izlə.

Ölkələr sırasında tutduq öz yerimizi,

Sevgi, hörmət qazandıq gözəl işlərimizlə.


Çətinliyə düşənin daim halına yandıq,

Sülhsevər xalqlar bizi özünə doğma bildi,

Yarış meydanlarında qələbələr qazandıq,

Bayrağımız ucaldı, himnimiz eşidildi.


Könülləri oxşadı Azərbaycan muğamı,

Onu dinləyən kəslər xəyallara daldılar.

Görüb xalqımızdakı istedadı, ilhamı.

Vicdanlı yadlar belə qayğısına qaldılar.


Musiqi yazısında bizim Eldarla Nigar.

Avropanı fəth edib birincilik qazandı.

Bu uğurdan sarsılan nankor, nadan qonşular

Paxıllıqdan od tutub yenə alışdı, yandı.


Dünyaya təqdim edib, göstərdik özümüzü,

Bizi hədəf seçənin oxları dəydi daşa.

Ən uca kürsülərdə söylədik sözümüzü,

Ən ali məclislərdə keçdik yuxarı başa.


Beləcə gedəcəyik daim zirvəyə sarı,

Günbəgün çoxalacaq, artacaq şöhrətimiz.

Heç vaxt tükənməyəcək elin sərvəti, varı,

Çünki düz yolu seçib fədakar millətimiz.


Bəşər görür az vaxtda xalqımız nələr edib;

Qurmaqdır, yaratmaqdır işi, peşəsi ancaq.

Biz azad olmayanda çox yerlər əldən gedib,

Müstəqillik dövründə onlar da alınacaq.


Fikrimiz, düşüncəmiz sutək saf, təmiz duru,

Qaçqınlar dədə - baba yurdunda yerləşəcək,

Alacağıq Dərbəndi, Göyçəni, Zəngəzuru,

İrəvan, Borçalı da bu yurda birləşəcək.


Bir paytaxt tanıyacaq dünyada hər yerimiz,

Hamımız eyni dildə danışıb-dinəcəyik.

İraqadək çatacaq cənub sərhədlərimiz,

Ən böyük ölkələrdən birinə dönəcəyik.


Bizə güc verəcəkdir azad keçən hər ay, il.

Səadət bəxş edəcək müstəqillik bu elə.

Fəqət hər arzumuza ölümlə, qanla deyil,

Çatacağıq zəkanın, ağlın qüdrəti ilə!



25 oktyabr, 2011
ФЯТЩ ЕДЯК ДЦНЙАНЫ СЮЗЦМЦЗ ИЛЯ
Даща аьыр эялир ил далынъа ил,

Артыр ракетляря, топлара мейл.

Биз сойуг гялбляри силащла дейил,

Гыздыраг одумуз, кюзцмцз иля.


Тутмур даща сящра, дцз базалары,

Вардыр щяр дювлятин юз базалары.

Эялин биз дя гураг сюз базалары,

Фятщ едяк дцнйаны сюзцмцз иля.

Мярми йох, китаблар гой олсун галаг,

Зцлмятя елмля эур ишыг салаг.

Щядяф эязянляри щядяфя алаг

Бахышы ох олан эюзцмцз иля.


Доьма вятян сайаг Йери, торпаьы,

Гоймайаг гара рянэ итирсин аьы.

Яйри иши иля фяхр едир йаьы,

Бизся гцрряляняк дцзцмцз иля.


Битиб-тцкянмясин хош арзу, щявяс,

Биз веряк бяшяря йени рущ, няфяс.

Эеъ-тез щагг йолуна гайыдыб щяр кяс

Эедяъяк салынан изимиз иля.



16 iyun, 2010


ƏQİDƏLİ ADAMLAR
Onları fikrindən döndərmək olmaz,

Onların öz ağlı, düşüncəsi var.

Hər işin dalınca göndərmək olmaz,

Çoxdan öz yolunu seçibdir onlar.


Bir yana haqqı qoy, bir yana varı–

Tərəddüd etmədən haqqı seçərlər.

Çəksən vəzifəyə, kürsüyə sarı

Çevrilib baxmadan ötüb keçərlər.


Əgər işə salsan şirin dilini,

Yenə olmayacaq bir nəticəsi.

Onlar eyləyəcək öz bildiyini,

Vecinə almadan heç vaxt, heç kəsi.

Çox çəkər sınağa zaman onları,

Alar başlarının üstünü sazaq.

Keçər zindanlardan ömür yolları,

Namərd körpüsündən keçməzlər ancaq.


Onlar tuta bilər əlində əsa,

Hər əldən yapışmaz olanda halsız.

Ac-susuz qalarlar ehtiyac olsa,

Bir gün yaşamazlar məslək, amalsız.


Hörmət etsələr də ağsaqqallara,

Qaçarlar onların məsləhətindən.

Canına yüz yerdən vursan da yara

Heç biri əl çəkməz öz niyyətindən.


Bir yolla gedərlər axıra kimi,

Bu yol olmasa da, çox vaxt düz, hamar.

Küləklə işləyən fırfıra kimi

Dönüb hər tərəfə fırlanmaz onlar.


Yalnış yol seçən də olar arada;

Onlar mələk deyil, adi adamdır.

Fəqət bu qarışıq, gidi dünyada,

Onlar insan kimi bütövdür, tamdır! 23 avqust, 2007



ANA BULAQ
Yenə önündəyəm, ay Ana bulaq,

Yerdən mənim üçün çıxırsan indi.

Bir zaman qarşında növbə olardı –

Sahibsiz çöllərə axırsan indi.


Kənddə həyətə qoyulub kran,

Kimdir sudan ötru səhər tez duran?!

Azalıb baş çəkib, halını soran

Həsrətlə yollara baxırsan indi.


Gəl at bir tərəfə qüssəni, qəmi,

Mənimlə pıçıldaş əvvəlki kimi.

Bil ki, sənə bağlı həssas qəlbimi

Yamanca yandırıb-yaxırsan indi.


Yanında tikanlar, otlar yer alıb.

Darıxan söyüdlər xəyala dalıb.

Elə bil suyun da artıb, çoxalıb

Yoxsa göz yaşını sıxırsan indi?


Sən ana bulaqsan – el bilir bunu.

Xidmətdə durmusan illər uzunu.

Bəlkə atmaq üçün yorğunluğunu

Dincəlir, güc-qüvvə yığırsan indi?



15 iyul, 2007

BİZİM GÖZƏLLƏR
Şükür edib, barışar bəxti-qisməti ilə,

Ad-san, nüfuz qazanar işi, hörməti ilə.

Öz namusu, qeyrəti, təmiz isməti ilə,

Varlılardan varlıdır bu yurdun gözəlləri


Çətinliyə düşəndə qəmlənər, yasa batmaz!

Onu atan olmasa, doğma evini atmaz.

Var-dövlətləri, sərvəti sevgidən uca tutmaz,

Sadiq, etibarlıdır bu yurdun gözəlləri.


Çatar gözləməyədə dözümü, dəyanəti,

Keşik çəkər, qoruyar verilən əmanəti.

Bir şeyi bağışlamaz – sevgidə xəyanəti!

Məğrurdur, vüqarlıdır bu yurdun gözəlləri!



11 mart, 2009

HƏRARƏT
Yanmayan ocağın istisi olmaz,

Ocaq desələr də yüz yol adına.

Adamlar toplaşıb yanında qalmaz;

Adamlar yığılır onun oduna.


Günəş gətirməsə, bahar da gəlməz,

Qışın sultanlığı çox uzun çəkər.

Torpağa səpilən dən də göyərməz

Yerin hərarəti olmasa əgər.


İstidən əriyib möhkəm dəmir də

İnsanın hökmüylə qəlibə dolar.

Yanmaq elə şeydir, qara kömür də

Ocaqda közərib ağappaq olar!


Canda od daşıyar yaşayan insan,

O odla uyuyar, odla oyanar.

Bədən hərarətini itirən zaman,

Həyat başa çatar, ömür dayanar.


Yanan dözməlidir tüstüyə, hisə–

Yanan çətinlikdə geri çəkilməz.

Ürəkdən, könüldən od götürməsə,

Qan bütün bədəndə dövr edə bilməz.


Məhsuldar olmayır sərin, kölgə,

Yer dəni günəşli yerdə bitirir.

İnsan doğulanda özüylə birgə,

İstilik, hərarət, od da gətirir.


Yanıb-alışmaqdan çəkinmə qəti,

Odu ram eyləyən insan əlidir.

Hər kəs qəlbindəki o hərarəti,

Məşələ, alova çevirməlidir.


Odunu artırıb ölməzlik qazan,

Hamı günlərni sayıb gedəcək.

Dünyaya hərarət gətirən insan,

Onu da dünyada qoyub gedəcək.



07 aprel, 2011

QƏSƏNG GÖRÜNÜR
Böyüyə gülərlər dəcəllik etsə,

Bu hal uşaqlarda qəşəng görünür.

Yerə töküləndə tör-töküntüdür,

Meyvə budaqlarda qəşəng görünür.


Aslan meşəlikdə aslanlıq edər.

Çay çıxsa məcradan rahatlıq gedər.

Atsan başqa yerə yanğın törədər,

Alov ocaqlarda qəşəng görünür.


At bağda yeriyər, çöllərdə çapar.

Bülbül azadlıqda rahatlıq tapar.

Gəlib yerə çatsa qiyamət qopar,

Şimşək uzaqlarda qəşəng görünür.



2 fevral, 2006

ЮМРЦМЦЗЦН ЩАВАСЫ
Йеня од-аловлу йай фясли эялиб,

Ня йаьыш эюрцнцр, ня думан, ня чян.

Щаванын истиси артыб, йцксялиб,

Чох олуб бядянин щярарятиндян.


Кюлэялик ахтарыр юзцня щяря –

Тябият инсаны сынайыр инди.

Bir zaman кясdиyи аьаъа эюря

Чохлары юзцнц гынайыр инди.


Ишляйян, чалышан азалыб анъаг,

Алнынын тярини силян чохалыб.

Гуруйуб йандыгъа аьыз, дил, додаг–

Суйун да гядрини билян чохалыб.


Цзлярин кядяри, цзэцнлцйц вар,

İstilər щяр кяси ялдян салыбдыр.

Кцлякли щавадан безян адамлар

Инди кцлякляря щясрят галыбдыр.


Heç kəsdə щал йохдур црякдян эцля,

Шяфягляр адамын кюксцнц йарыр.

Сямада mavilik эязянляр беля

Бу эцн эюйя бахыб булуд ахтарыр.


Бир арзу-истяк вар адамлар цчцн,

Щамы истяйир ки, эур йаьыш йаьа.

Щансы чимярлийя цз тутсан бу эцн,

Йер тапа билмязсян лювбяр салмаьа.


Чохлары ялиня эютцрцб чятир,

Эцнцн истисиндян йайыныр, гачыр.

Анъаг бу анда да сачмагчцн ятир

Йоллар кянарында чичякляр ачыр.


Истидян, сойугдан тез-тез кечир ъан,

Йаз гышы, гыш йазы ейляйир явяз.

Беля havalardan кечмяся инсан,

Ömür havasını yarada bilməz.



18 iyul, 2012


TÜKƏNMƏZ HƏVƏS
Nə böyük güc verib Tanrı adama,

Hər zərbə önündə vüqarla durur.

Özü də bilir ki, öləcək, amma,

Ömrün sonunadək yaradır, qurur!



22 mart, 2009

SƏNSİZ YAŞAMARAM
Bir parça odundan ocaq yaranmaz,

Hey çalış, zəhmətin gedəcək boşa.

Quş qalxıb səmada dövrə vurammaz,

Əgər qanadları olmasa qoşa.


Göz qoyun tək-tənha görünən Aya,

Sinəsi həsrətdir dənizə, çaya.

Nə qala yaranar, nə də ki qaya,

Bir daş qovuşmasa başqa bir daşa.


Canda tez yorulub, duran ürəkdir,

Onunçün dözmür ki, bircədir, təkdir.

İki göz gərəkdir, qulaq gərəkdir

Yorulmaq bilmədən düşünən başa.


Meylimi özgəyə sala bilmərəm,

Özgədən güc, qüvvət ala bilmərəm.

Mən sənsiz bircə gün qala bilmərəm,

Sən mənsiz nə qədər istəsən yaşa!



12 dekabr, 2012


İKİ MİN ON ÜÇÜNCÜ İL
Hələ hazır olmamış

İllik hesabatımız.

Yeni ilə sıçradı

Yel qanadlı atımız.


Planlaşmış işlərin

Çoxu yarımçıq qaldı.

Qeydiyyat dəftərimiz

Bitmədi, açıq qaldı.


İmkan olmadı deyə

Durub düşünmək üçün,

Bilmədik necə keçdi

Üç yüz altmış altı gün.

Ötən ilin dalınca

Biz deyinə - deyinə.

Bir ili də ötürdük

Tarixin arxivinə.


Dünya hər an fırlanır;

Həmişə yol üstəyik.

Minillik xırdalanır –

İki min on üçdəyik.


Nəhs il kimi baxmayaq

Üç üçüncü ilə biz,

Qoy bu ili bəzəsin

Nəcib əməllərimiz.


Fikrimiz təzələnsin,

Qəlbimiz nurla dolsun.

Hər anın qədrin bilək,

İl də uğurlu olsun!



02 yanvar, 2013

QURBAN BAYRAMI
Ən əziz, müqəddəs bayramdır Qurban.

Onu bəxş eyləyib bizə Yaradan.

Bu gün qurbanlıqdan qurtulsaq da biz,

Qoy olsun canımız Vətənə qurban!


25 sentyabr, 2012




OĞULLAR HƏMİŞƏ

ƏSGƏRDİ

Dünyada peşə çoxdur –

hərənin var öz işi,

Ancaq əsgər olmağa

borcludur hər bir kişi!
VƏTƏNƏ XİDMƏTDƏ FASİLƏ OLMAZ
“Müddətli həqiqi əsgəri xidmət!” –

Görən kim düşünüb belə termini?

Vətənə xidmətdə fasilə olmaz.

Hər vaxt bilməliyik biz hərb elmini.


Kimin nə haqqı var borcunu dana?!

Hər kəs el işinə yarımalıdır.

Kişi hər yaşında çıxıb meydana,

Vətən torpağını qorumalıdır.


Ürəkdə yurd eşqi tükənən deyil.,

Nə qədər ömür var, o da olacaq.

Xidmət dövrü keçib il yarım, bir il

Oğul bu sənəti öyrənir ancaq.


Hünər göstərməkdə yarışa girir,

Bərkiyə - bərkiyə dönür mətinə.

Əsgərlik edən kəs məktəb bitirir.

Sonradan başlayır öz xidmətinə.


Kişi ömrü boyu xidmətdə olur,

Hərbə hazır durur eldə, Vətəndə.

Oğullar anadan əsgər doğulur,

Bir əsgər aparır köçüb gedəndə.



22 iyun, 2006

EVİMİZ ƏSGƏR VERİR
Oğlum Qalibin hərbi xidmətə

yola düşməsi münasibətilə
Bu gün yola salırıq səni hərbi xidmətə,

Bu gün layiq olmuşuq biz xüsusi diqqətə;

“Yaxşı yol” demək üçün gəlir qohum-qonşular.

İmkan versən oğlanlar bu gün sənə qoşular;

Gedərlər sənin kimi el əsgəri olmağa!

Yurda göz dikənlərin qarşısını almağa!

Sevinirəm, ayrılıq sıxsa da ürəıyimi,

Gələnlər baxır mənə əsgər atası kimi.

Hamının qarşısında vüqarla dolanıram,

Özümü daha möhkəm, daha güclü sanıram.

Yetişirəm indi mən ən böyük muradıma,

El-oba qızınacaq alovuma, oduma;

Hərbi paltar əyində, odlu silah çiyində

Oğlum da dayanacaq Vətənin keşiyində

Lazım gəlsə, səngərdə öz yerini tutacaq.

Qüvvəsini, gücünü el gücünə qatacaq.

Amma hələ evdədir, hələ çıxmayıb yola.

Dost-tanışı dinləyir, çevrilib sağa-sola.

Üzünü tutub ona, sözünü deyir hərə,

Maraqla qulaq asır o da məsləhətlərə.

Adamlar çalışır ki, daha çox söz deyələr,

Bitməyir, tükənməyir verilən tövsiyələr.

Söhbətin bu yerində əlindən tutub ana.

İstək, arzularını belə çatdırır ona:

“Gözəl xidmətin ilə üzümüzü ağ elə,

Elin qəzəb, kinindən bizləri uzaq elə.

Yaxşı bil ki, hər oğul xalqın vuran əlidir.

Yurda, vətənə xidmət hər şeydən irəlidir.

Dünyada peşə çoxdur – hərənin var öz işi,

Ancaq əsgər olmağa borcludur hər bir kişi.

Alsan da ali təhsil, bunu unutma ki, sən.

Hərb işini yaxşıca öyrənib, bilməlisən

Onda hərbi nizamla görüləcək hər işin.

Artacaq, çoxalacaq uğurun, yüksəlişin.

Ləyaqətlə, şərəflə sən qoru ki, Vətəni.

Vətən oğulları da sabah qorusun səni!”



Yüklə 4,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə