Elyazma org elektron kitabxanası



Yüklə 5,01 Kb.

səhifə1/28
tarix08.07.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   28


             Elyazma.org elektron kitabxanası 
 
 
         
 
 
         Aslan Quliyev 
 
          HEKAYƏLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
MİLLİ QƏHRƏMAN 
 
 
Qız sükut və qaranlıq içində uyuyan payız bağında şam ağaclarının arasındakı tapdaq 
cığırla qorxa-qorxa gedir, səksəkə ilə ətrafa boylanırdı.  
 
Ona elə gəlirdi indicə kimsə qaranlıqdan çıxıb üstünə atılacaq.  
 
Ayaqları altında şam ağacının iynələri xışıldayır, hər xışıltı eşidəndə ürəyi əsirdi. 
 
Arxadan səs eşitdi, ancaq dönüb geri baxmağa ürək eləmir, yəqin qara basır deyə, 
özünə təsəlli verirdi. Addım səsləri isə getdikcə aydın eşidilirdi.  
 
Təqib edildiyini başa düşdüyündən qaçmağa başladı, var qüvvəsiylə uzaqda sayrışan 
işıqlara doğru qaçırdı. «Dayan!» arxadan zəhmli kişi səsi eşidildi, amansızlıq duyulan 
qorxunc səsdən bədəninə uçunma düşdü.  
 
Qorxudan bayılmaq üzrəydi, yalnız qaçmaqla canımı qurtaracağını güman eləyir və 
qaçırdı. 
 
Təqib eləyən daha cəld qaçırdı, qıza çatdı, saçlarından yapışıb necə dartdısa, qız 
arxası üstə onun ayaqları altına yıxıldı.  
 
Çantası əlindən buraxılıb cığırın kənarındakı şam ağacına dəydi, ağacın quru 
budağından asıla qalan çantadan ləngər vuraraq tökülən kitablar boğuq tappıltı ilə 
nəm torpağa düşürdü.  
 
Quldur sinəsinə çöküb hirslə fısıldayırdı, əlində bıçaq var idi, gözləri canavar gözü 
kimi işıldayırdı.  
 
Bu adamdan üfunət, qoxumuş balıq iyi gəlirdi, ürək bulandıran qoxu dözülməz idi. 
Qızın boynundakı qızıl zənciri dartıb qırmaq istəyirdi.  
 
Qız çapalayır, müqavimət göstərirdi, ancaq güclü əllər onu boğur, qol-qıçını sıxır, 
tərpənməyə qoymurdu.  
 


Səsi gəldikcə qışqırdı, tərli, iyrənc qoxulu əl dərhal da ağzını yumdu. 
 
«Qızı burax!» - arxadan kimsə dedi. «Sən kimsən? – quldur qızın sinəsindən 
qalxmadan geri dönüb bıçağını yellədi. – Mane olma, boğazını üzərəm!» «Qızı 
burax!»- yenə həmən adam dedi və qız yalnız indi onu gördü, quldurdan bədəncə 
kiçik olan oğlan cəsarətlə irəliləyirdi, əliyalın idi, ancaq çəkinmədən quldurun üstünə 
yeriyirdi.  
 
Quldur başını silkələdi, neyləyəcəyini götür-qoy elədi və birdən ayağa sıçrayıb 
oğlanın üstünə cumdu.  
 
Dalaşma qısa çəkdi, oğlan vurub bıçağı quldurun əlindən saldı, iki-üç yumruq 
dəyəndən sonra yerə sərilən quldur məğlub olduğunu başa düşdü və dabanına 
tüpürüb əkildi. 
 
Qız yerdə uzanmışdı, qorxudan tir-tir əsirdi, oğlan ona yaxınlaşdı, əlindən yapışıb 
ayağa qaldırdı.  
 
Gülümsəyir, nəvazişlə üst-başını çırpır, saçlarına, gödəkçəsinə yapışmış şam ağacının 
iynələrini, xəzəl yarpaqlarını təmizləyirdi: 
 
- Əzilməyibsən? – uzaqdan gələn səslə soruşdu. 
 
- Yo…ox, - qızın dili söz tutmurdu.  
 
- Qorxma, - oğlan ona təsəlli verdi.  
 
Qız isə hələ də xilas olduğuna inana bilmir, titrəyirdi, cəsur xilaskarına sığınır, onu 
buraxmaq istəmirdi.  
 
Oğlan onu bağda tək qoyub gedərsə, quldurun yenə də qaranlıqdan çıxıb üstünə 
atılacağından ehtiyat edirdi.  
 
Bir az bundan əvvəlki vahiməli, dəhşətli anları, sinəsinə çökmüş quldurun işıldayan 
gözlərini, iyrənc qoxuyan iri əllərini xatırladıqca, bədəni uçunurdu.  
 
Oğlan çantanı budaqdan çıxartdı, yerə səpələnmiş kitab-dəftərləri yığıb çantaya 
qoydu. Onun özünü inamlı aparması, arxayınçılığı tədricən qıza da sirayət eləyirdi.  
 
Özünə gələndən sonra oğlanın sinəsi ilə qan axdığını gördü, qaranlıqda qan qaraya 
çalırdı. 
 


-Yaralanıbsan?» - təşvişlə soruşdu.  
 
- Boş şeydi, - oğlan əlini yellədi. 
 
- Bəs qan… 
 
- Bıçaq azacıq cızıb, - ağacların arasından süzülən ay işığında oğlanın sifətində 
solğun təbəssüm canlandı. 
 
Oğlanı dilə tuturdu, bizə gedək, həkim çağırarıq, bəlkə yaran ciddidi, ancaq oğlan 
inadla boyun qaçırır, ciddi bir şey olmadığını deyirdi.  
 
Cığırın kənarındakı oturacağa çatanda oğlan təklif elədi ki, bir az oturub dincimizi 
alaq.  
 
Razılaşdı və yalnız indi möhkəm yorulduğumu hiss elədi, qıçları əsdiyindən ayaq üstə 
güclə qalırdı. 
 
Yanaşı oturdular. Payız yağışlarından sonra bağ göyərmişdi, xəzəllərin, şam, küknar 
ağaclarının qabıqları, iynələri arasından baş qaldıran otların, xırda göyümtül 
çiçəklərin acıtəhər qoxusu bağın soyuq, rütubətli havasında daha güclü hiss 
olunurdu.  
 
Oğlan yorğun, batıq səslə özü haqda danışırdı, hər nəydisə sanki onun səsi uzaqdan 
gəlirdi. «Mən Milli Qəhrəmanam.  
 
Bir dəfə döyüşərək geri çəkilirdik, gedib bir kəndə çıxdım.  
 
Düşmən kəndə girmək üzrəydi, kənddə isə cəmisi bir döyüşçü var idi, amma xalis 
od-alov idi, qorxu-hürkü bilmirdi.  
 
Sinəmdəki ordenə baxıb Milli Qəhrəman olduğumu görəndə sevindi, dedi, vaxtında 
gəlibsən.  
 
Düşmənlərin qabağını almalıyıq, kəndin adamları sağ-salamat çıxıb getməlidilər. 
Razılaşdım.  
 
Döyüş başladı, mən pis döyüşçü deyiləm, bu döyüşçü isə möcüzə idi, indiyə kimi 
beləsi ilə rastlaşmamışdım.  
 
Bir bölüyün əvəzində döyüşürdü, açıq, özünü qorumadan.  
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə