Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
  1   2   3   4   5   6   7   8   9   ...   25


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

MAGİSTRATURA MƏRKƏZİ 

Əlyazması hüququnda 

 

 Cabbarova Ülviyyə Natiq 

(MAGİSTRANTIN A.S.A.) 

 

«Plastik kütlədən olan məişət mallarının fiziki-kimyəvi xassələrinin 

ekspertizası» mövzusunda 

 

MAGİSTR DİSSERTASİYASI 

İstiqamətin şifri və adı: TM – 320000 

       Əmtəəşünaslıq 

İxtisasın şifri və adı:      TM – 320001 

İstehlak mallarının  keyfiyyət 

ekspertizası 

Elmi rəhbər 

Magistr proqramının rəhbəri 

(A.S.A., elmi dərəcə və elmi ad)

                        

(A.S.A., elmi dərəcə və elmi ad) 

dos.E.Ə.Səmədov 

dos.E.Ə.Səmədov 

 

Kafedra müdiri: 

prof.Ə.P.Həsənov   

BAKI - 2015 

 



 

2

M Ü N D Ə R İ C A T 



 

 

Səh. 

G i r i ş 



I FƏSİL. 

NƏZƏRİ HİSSƏ 



1.1.  Doldurucuların plastik kütlələrin xassələrinə təsiri 



1.2.  Plastifikatorların plastik kütlələrin xassələrinə təsiri 

17 

1.3.  Digər komponent və amillərin plastik kütlələrin  

xassələrinə təsiri 

 

25 

1.4.  PVX linoleumlarının istehsalı zamanı yaranan nöqsanlar 

33 

II FƏSİL.  TƏCRÜBİ HİSSƏ 

40 

2.1.  PVX linoleumlarının istehlak xassələri və  

onların göstəriciləri 

 

40 

2.2.  PVX linoleumlarının fiziki-kimyəvi xassələrinin  

ekspertizasının obyektləri və metodları 

 

47 

2.3.  PVX linoleumlarının fiziki xassələrinin ekspertizası 

62 

2.4.  PVX linoleumlarının kimyəvi xassələrinin ekspertizası 

67 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

71 

ƏDƏBİYYAT SİYAHISI 

73 

РЕЗЮМЕ  

 

SUMMARY 

 

 

 



 

 

 



 

 

 

 



 


 

3

 



 

 

G I R I Ş 

 

Plastik  kütlələrə,  adətən  sərt,  yarımsərt  və  yumşaq  plastiklər  aid  edilir. 



Elastiklər  və  yumşaq  plastiklər  müəyyən  oxşar  xassələrə  malikdirlər,  lakin  qayıdan 

deformasiyanın  ölçüsü,  eləcə  də  inkişaf  və  çəkilmə  sürətinə  görə  fərqlənirlər. 

Elastiklərdə, demək olar ki, bütün deformasiya yüksək relaksasiya sürəti (adətən ani) 

ilə  qayıdan  olur.  Yumşaq  plastiklərdə  çoxlu  qalıq  deformasiyaları  müşahidə  olunur, 

qayıdan deformasiyalar isə aşağı sürətlə inkişaf edir və qayıdır. 

Yüksəkmolekullu  birləşmələr  kimyasının  nailiyyətləri  və  üzvi  sintez 

sənayesinin  inkişafı  müxtəlif  xassəli  sintetik  yüksəkmolekullu  maddələrin 

(polimerlərin)  alınmasını  şərtləndirmişdir.  Bu  maddələr  əsasında  hazırlanan 

materiallar  bəzi  istismar  göstəricilərinə  görə  təbii  yüksəkmolekullu  birləşmələrə 

nəinki  uduzur,  hətta  bir  çox  hallarda  onları  üstələyirlər.  Bu  materiallar  arasında 

gələcək texniki  tərəqqi  üçün böyük əhəmiyyət  kəsb edən plastik kütlələr mühüm  yer 

tutur.  Plastik  kütlələr  müxtəlif  xalq  istehlakı  mallarının  istehsalında  xammal  kimi 

istifadə edilir. Sintetik qatranlar və plastik kütlələrin öyrənilməsi yalnız bu materiallar 

əsasında  müvafiq  çeşid  qruplarının  yaradılması  səbəbindən  deyil,  həm  də  böyük 

ölçüdə  onların  sənaye  mallarının  bütün  vacib  qrupların  istehsalında  tətbiq  edilməsi 

səbəbindən  sənaye  mallarının  əmtəşünaslıq  və  ekspertizası  üçün  böyük  əhəmiyyət 

kəsb edir. 

Təbii  materialların  əvəz  olunması üçün  yaradılan  ilk plastik  kütlələr sellüloid 

və  qalalit  idi.  Onlar  üçün  ilkin  xammal  kimi  kimyəvi  yolla  dəyişdirilmiş  təbii 

polimerlər  –  sellüloza  efirləri  (sellüloid  üçün)  və  zülal  maddələri  (qalalit  üçün) 

götürülmüşdür. Sintetik qatran və plastik kütlələr keçən əsrin əvvəllərində alınmışlar. 

Əvvəlcə  fenoplast  və  aminoplastlar,  sonra  isə  polistirol,  polivinilxlorid, 




 

4

polimetilmetakrital və digər polimerlərin istehsalına başlanmışdır. 60-70-ci illərdə isə 



sintetik qatran və plastik kütlələrin böyük sənayesi yaranmışdır. 

Məmulat halına  təzyiq altında  tökmə,  ekstruziya,  vakuum  mühitində  formaya 

salınma  kimi  daha  mütərəqqi  üsullarla  emal oluna  bilən termoplastik  polimerizasiya 

qatranları  və  onlar  əsaslı  plastik  kütlələrin  (polivinilxlorid,  polietilen,  polipropilen, 

müxtəlif  birgə  polimerlər  və  s.)  istehsalı  sürətlə  artır.  Sintetik  qatran  və  plastik 

kütlələrin  istehsalı  texniki  mütərəqqi  üçün  böyük  əhəmiyyət  kəsb  edən  vacib  xalq 

təsərrüfatı  sahələrindən  birinə  çevrilmişdir.  Bu,  müxtəlif  plastik  kütlələrin 

xassələrinin  çoxluğu,  onların  məmulat  halına  texnoloji  emal  rahatlığı  və  ucuz 

xammalın  mövcudluğu  ilə  izah  olunur,  bu  isə  sintetik  polimer  materialların  xalq 

təsərrüfatının  bütün  sahələrində,  o  cümlədən  xalq  istehlakı  mallarının  istehsalında 

geniş  tətbiq  edilməsini  şərtləndirmişdir.  Hal-hazırda  tam,  yaxud  qismən  plastik 

kütlələrdən  istehsal  edilən  məmulat,  yaxud  ayrı-ayrı  detalları  olmayan  mal  qrupunu 

təsəvvür etmək çətindir. 

Linoleum istehsalına ilk dəfə XIX əsrin ikinci yarısında başlanılmışdır. O, bir 

tərəfinə  2-3  mm  qalınlığında  linoleum  pastasının  elastik  qatı  vurulmaqla  güt  parça 

şəklində  istehsal  edilirdi.  Pasta  tabaşirdən  kətan,  yaxud  günəbaxan  yağı  ilə 

qarışdırılmış  probka,  yaxud  taxta  ununun  qarışığından  hazırlanmışdır.  Qliftal 

linoleum  adlandırılan  bu  linoleum  yaxşı  xarici  görkəmə  və  uzunömürlü  olmaqla 

bahalı parket, yaxud döşəmənin yağlı boyaqlarda davamsız olan rənglənməsi əvəzinə 

taxta  döşəmə  əvəzinə  vurulurdu.  Onun  çatışmamazlıqları  ondan  ibarətdir  ki,  onun 

istehsalı  zamanı  əsas  xammal  qismində  linoleum  kütləsində  miqdarı  22-23%  təşkil 

edən yalnız təbii bitki yağlarından (kətan, günəbaxan, pambıq və s.) istifadə olunurdu. 

Linoleumun istilik və səs keçirmə xassələrini artırmaq məqsədilə doldurucu qismində 

bahalı probka və taxta unu (linoleum kütləsinin 45%-ə qədəri) tətbiq edilirdi.  Qliftal 

linoleumun  istehsal  prosesi  böyük zəhmət,  yüksək  miqdarda əl  əməyi, uzun  müddət 

tələb edirdi. Əmək şəraiti sağlamlıq üçün zərərli idi. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə