Əlyazması hüququnda Hüseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»



Yüklə 0,59 Mb.
səhifə1/5
tarix01.04.2018
ölçüsü0,59 Mb.
#35665
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda

Hüseynova Nərmin Hətəm qızı

(MAGİSTRANTIN A.S.A.)



«KOMMERSİYA FƏALİYYƏTİNDƏ LİZİNQİN ROLU VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ»

mövzusunda



MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: 060411 «Kommersiya»

İxtisaslaşma: «Birja fəaliyyəti»

Elmi rəhbər Magistr proqramının rəhbəri



dos. Əsgərov Ş.Ə. prof. A.H. Səmədov

______________________ _______________________

Kafedra müdiriv dos. M.Q. Əkbərov _______________________



BAKI - 2015

MÜNDƏRİCAT

GİRİŞ .............................................................................................................................. 3
I FƏSİL. LİZİNQ – KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSAS FORMALA-

RINDAN BİRİ KİMİ. LİZİNQİN TƏŞKİLATİ-İQTİSADİ

XÜSUSİYYƏTLƏRİ
§ 1.1. Lizinqin iqtisadi mahiyyəti, formaları, tipləri və növləri. Lizinqin inkişaf

tarixi ................................................................................................................... 5

§ 1.2. Lizinqin təşkilati-iqtisadi xüsusiyyətləri. Kommersiya fəaliyyətində

lizinqin yeri və rolu ............................................................................................ 15

§ 1.3. Lizinq müqaviləsinin mahiyyəti, bağlanılması və icrasının təşkili

qaydaları .............................................................................................................. 38
II FƏSİL. BEYNƏLXALQ LİZİNQİN KOMMERSİYA FƏALİYYƏTİNDƏ

YERİ VƏ ROLU. AZƏRBAYCANDA LİZİNQİN İNKİŞAF

PERSPEKTİVLƏRİ
§ 2.1. Beynəlxalq icarə əməliyyatlarının xüsusiyyətləri. Beynəlxalq lizinq

bazarının müasir vəziyyəti ............................................................................... 47

§ 2.2. Azərbaycanda lizinqin müasir vəziyyəti və inkişaf perspektivləri ............... 64

§ 2.3. Lizinq ödənişinin hesablanması mexanizmi və onun spesifik

xüsusiyyətləri ..................................................................................................... 75
NƏTİCƏ VƏ TƏKLİFLƏR ....................................................................................... 86

İstifadə olunan ədəbiyyat ........................................................................................... 90

Резюме

Resume


GİRİŞ

Mövzunun aktuallığı. Lizinq, iqtisadi mənada material və pul formasında birbaşa investisiyaların köməyilə müəssisənin texniki cəhətdən yenidən silahlanmasını və elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin edən mülkiyyət münasibətləri kompleksidir.

Lizinq – özünə üç növ təşkilati-iqtisadi münasibəti (icarə, investisiya və ticarət) daxil edən sahibkarlıq fəaliyyəti sistemidir. Lizinq münasibətlərinin sosial əhəmiyyəti ondan ibarətdir ki, onlar sahibkarlara istehsal vasitələrindən fəal şəkildə istifadə etməyə imkan yaradır, onların əmək fəallığını və yaradıcılıq imkanlarını stimullaşdırır.



Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın əsas məqsədi bazar iqtisadiyyatı şəraitində lizinq fəaliyyətinin təşkilati, maliyyə, əməliyyat mexanizmlərinin dərindən araşdırılmasından, hazırda dünyada bu sahədə baş verən dəyişikliklərin öyrənilməsindən, lizinq mexanizminin idarəedilməsinin xarakterik xüsusiyyətlərinin, idarəetmə metodlarının araşdırılmasından, əldə edilən nəticələr əsasında respublikada lizinq fəaliyyətinin canlandırılması, ölkənin kommersiya fəaliyyətində lizinq amilinin inkişaf istiqamətlərinin göstərilməsindən ibarətdir. Tədqiqatın vəzifələr dairəsi dissertasiya işinin strukturundan irəli gələrək araşdırılmışdır.

Tədqiqatın predmet və obyekti. Tədqiqatın obyekti kimi problemli vəziyyəti yaradan və öyrənilmə üçün seçilmiş proses və yaxud hal, hadisə, predmeti kimi isə bu obyektin hüdudlarında olanlar nəzərdə tutulur. Bu baxımdan dissertasiya işinin predmeti bütövlükdə lizinqin fəaliyyətinin mahiyyəti ilə səciyyələnilir. Tədqiqat işinin obyekti kimi bütövlükdə lizinq fəaliyyətinin işləmə mexanizminin təkmilləşdirilməsi məsələsi nəzərdən keçirilir.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Tədqiqatın informasiya bazasını araşdırılan mövzu üzrə yerli və xarici müəlliflərin elmi işləri, rəsmi və biblioqrafik mənbələr təşkil edirlər. Tədqiqatın alətlər bazası kimi daha çox nəticə verə bilən elmi dərketmə, araşdırmalar və təhlil metodlarından istifadə olunmuşdur. Elmi dərketmə metodları kimi empirik tədqiqatlar metodundan (müqayisəetmə və s.), həm empirik, həm də nəzəri tədqiqat səviyyəsində istifadə olunan metodlardan (təhlil, sintez və s.), həmçinin nəzəri tədqiqat metodundan istifadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat işində aparılan araşdırmalar əvvəlki ümumi yanaşmalardan özünün kompleksliliyi ilə fərqlənir, kommersiya fəaliyyəti sahəsində lizinqin yerinin müəyyən olunması və bu məsələdən irəli gələn xüsusiyyətlərin dərindən araşdırılması əsasında tədqiqat metodları tətbiq edilməklə maraqlı nəticələr əldə edilmişdir.

Tədqiqiatın praktiki əhəmiyyəti. Elmi tədqiqatın nəticələri kimi əldə olunan təkliflər praktiki əhəmiyyətliliyə malikdirlər və təcrübədə istifadə oluna bilər.

I FƏSİL. LİZİNQ – KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSAS FORMALARINDAN BİRİ KİMİ. LİZİNQİN TƏŞKİLATİ-

İQTİSADİ XÜSUSİYYƏTLƏRİ
§ 1.1. Lizinqin iqtisadi mahiyyəti, formaları, tipləri və növləri.

Lizinqin inkişaf tarixi

Lizinq ideyası o qədər də yeni deyildir. Dünyada lizinqə oxşar ilk sövdələşmələr 4000 il bundan əvvəl qeydə alınmışlar, lakin müasir yanaşma baxımından onlar indiki lizinq sövdəlləşmələri ilə heç də eyni deyildirlər. Tarixçilərin və iqtisadçıların fikrincə, lizinq sövdələşmələri, hələ yeni eradan çox-çox əvvəl qədim Şumer dövlətində bağlanılırdı. Tarixçilər qeyd edirlər ki, Aristotel liznq ideyasına özünün təxminən e.ə 350-ci ildə yazdığı “Rifah istifadədir, mülkiyyət hüququnda deyildir” traktatında toxunmuşdur. İndiki zamanda lizinq adlandırılan bir şey, Aristotel tərəfindən belə ifadə olunur ki, gəlir əldə etmək əmlakı mülkiyyətdə saxlamaqla deyil, ondan istifadə etməklə mümkündür. Aristotel tərəfindən edilən prinsipal yanaşmalar lizinq fəaliyyətinin sxemində öz əksini tapır. Doğrudan da, əgər sahibkar maliyyə və yaxud digər iqtisadi mülahizələrinə görə əmlakın mülkiyyətçisi ola bilmirsə, o, həmin əmlakı lizinqə verəndən (mülkiyyətçidən) istifadəyə götürə bilər, əmlakdan istifadə nəticəsində isə müvafiq gəlir əldə edə bilər. İngilis müəllifi T.Klark qeyd edir ki, lizinq hələ Aristoteldən əvvəl mövcud olmuşdur: o, lizinq haqqında bir neçə müddəanı Hammurapinin e.ə. 1760-cı illərində qəbul olunmuş qanunlarında tapmışdır. Roma imperiyası da lizinq problemindən kənarda qalmamışdır - onlar öz əksini Yustianın institusiyalarında tapmışlar.

Sonralar artıq XI əsrdə Venesiyada lizinq əməliyyatlarına bənzəyən sövdələşmələr mövcud olmuşlar: venesiyalılar tacirlərə və ticarət gəmilərinin sahiblərinə o vaxtlar çox bahalı olan gəmi lövbərlərini icarəyə verirdilər. Gəmi səfərindən sonra “çuqun dəyərləri” onun sahiblərinə geri qayrtarılırdı və onlar sonradan yenidən icarəyə verilirdi.

İqtisadi leksiukona “lizinq” ifadəsinin (ingilis sözü lеasе - kirayəyə vermək) gətirilməsi “Bell” telefon şirkətinin əməliyyatı ilə bağlayırlar, onun rəhbərliyi 1877-ci ildə öz telefon aparatlarının satılmaması və onların icarəyə verilməsi haqqında qərar qəbul etmişdilər. “Bell” şirkəti kimi, xüsusi alətlər hazırlayan Hughes şirkəti də özünün 11-tərəfli ixtisaslaşmış qazma burovunu ancaq icarə şərtlərində təqdim etməklə qiymətlər üzərində nəzarəti saxlaya bilmişdi. Ayaqqabı hazırlanması üçün avadanlıq istehsal eləyən “U. S. Shoe Machenery” şirkəti, müştəriləri ancaq onun məhsulları ilə bağlayan sazişlərdən istifadə edirdi. Lakin ABŞ-da federal antiinhisar qanununun qəbul olunması bu təcrübəyə son qoydu və avadanlığın azad satışa buraxılmasını istehsalçılardan tələb etdi.

Lizinqin konstruksiyası (terminin özü də) ABŞ-dan Avropaya gəlmişdi və sonradan o, bütün dünyaya yayıldı. Bu termin xarici mənşəli olduğu üçün onun istifadəsində bir çox çətinliklər yaranmışdı.

Lizinq termini ingilis sözü olan «to lease»-dən yaranıb və «kirayəyə götürmək», «icarəyəyə götürmək» deməkdir. İngilis hüququ dilində «leasing» sözü ilə həm əmlakın ənənəvi olaraq icarəyə verilməsi, həm də icarənin müxtəlif növlərindən biri ifadə olunur. Məhz sonuncu ifadə bütün dünyada geniş yayıma malikdir.

Ayrı-ayrı milli qanunvericilik aktlarında lizinq münasibətlərinə orijinal ad vermə cəhdləri göstərilmişdir. Məsələn, Belçikanın Kral fərmanında «kirayə-maliyyələşdirmə müqaviləsi» və «icarəyə vermə» anlayışları tətbiq olunmuşdur.

XIX əsrin əvvəllərində İngiltərədə sənayenin inkişafı, avadanlığın müxtəlif növlərinin artması ilə əlaqədar olaraq lizinqə verilən malların miqdarı artmışdı. Burada xüsusi rolu dəmir yol nəqliyyatının və daş kömür sənayesinin inkişafı oynayırdı. Daş kömür mədənlərinin sahibkarları kömürün daşınması üçün əvvəllər vaqonlar alırdılar, lakin sonradan bu cür alışların sərfəli olmaması və qeyri-mümkünlüyü ortaya çıxdı. Kömür istehsalı artırdı, yeni mədənlər açılırdı, daha çox vaqon tələb olunurdu. Çox da böyük olmayan müəssisələr bu vəziyyətdən istifadə etməyə və öz kapitallarını sərfəli yerləşdirməyə çalışırdılar. Onlar dəmir yol vaqonlarını alır və onları lizinqə təhvil verirdilər. Məqsədləri ancaq dəmir yol vaqonlarının lizinqə verilməsi olan şirkətlər yaranmağa başlandı. Müqaviə bağlayarkən, oraya alış hüququnu da əlavə edirdilər, ki, bu da istifadəçilərə lizinq müddəti qutarandan sonra vaqonlara sahib olmağa imkan verirdi. Bu cür sövdələşmələr icarə-satış müqaviləsi adını almışdı.

ABŞ-da, İngiltərədə olduğu kimi, lizinq dəmir yol nəqliyyatı sahəsində inkişaf etməyə başladı. Amerika lizinqinin atası kimi Herni Şonfeld çıxış edir. O, 1952-ci ildə bir konkret sövdələşmə üçün şirkət yaratmışdı. Bu formanın nə qədər əlverişli olduğuna və özündə hələ çoxlu açılmamış imkanlar daşıdığına əmin olduqdan sonra o, Amerikanın məşhur «United States Leasing Corp.» lizinq şirkətini təşkil etmişdir.

İkinci dünya müharibəsi zamanı ABŞ höküməti sabit rentabelli kontraktlardan (cost-plus contracts) fəal istifadə etməyə başladı ki. bu da ona icarə biznesinin inkişafı üçün vacib stimulu təmin etdi. Bunun səbəbi də ondan ibarət idi ki, kontraktların çox bir hissəsində dövlət podratçılarına müəyyən gəlirlilik səviyyəsini tədavül xərclərinə nisbətən müəyyən etmək hüququ verilirdi. Bu podratçılar başa düşürdülər ki, onların mallarının və xidmətlərinin çox hissəsi hələ ki, müharibə gedir, hökumətə çox lazımlıdır və çox güman ki, müharibə qutarandan sonra kontraktlar yenidən bağlanılmayacaqdır. Beləliklə, sənayeçilər, konkret hökumət layihəsinin yerinə yetirilməsi üçün alınmış avadanlığa öz xərclərini bərpa edə bilməmələri riski ilə üzləşirdilər. Bundan əlavə, ixtisaslaşmış dəzgahlar və maşınlar dinc vaxtı məhdud bazar qiymətinə malik ola bilərlər. Hökumət podratçıları dərk elədilər ki, sənaye avadanlığının podrat müqaviləsi ilə məhdudlaşdırılan müddətə icarəyə verilməsi risklərin minimallaşdırılmasına səbəb ola bilər. İri ixtisaslaşmış maşınlar və alətlər lazım gəldikdə podratçılar qarşısında dövlətin özü icarəyəverən kimi çıxış edə bilərdi.

Eyni zamanda, nəqliyyat vasitələri ilə bağlı olan lliziq biznesi öz miqyaslarını genişləndirməyə başlamışdı. Keçən əsrin 30-cu illərində Henri Ford öz avtomobillərinin satışı üçün icarədən səmərəli istifadə edirdi.

İkinci dünya müharibəsi zamanı Amerika hökuməti Sovetlər İttifaqına lend-lease şərtləri ilə texnika və digər vasitələr göndərirdi.

50-ci illərin sonunda lizinq şirkətləri öz nəzərlərini xarici bazarlara yetirməyə başladılar. 1959-cu ildə «United States Leasing Corp.» Kanadada öz filialını açdı. Lizinq şirkətlərinin transmilli şirkətlərə çevrilməsi belə başladı.

ABŞ-ın kommersiya bankları 60-cı illərin əvvəllərində lizinq əməliyyatlarında iştirak etməyə başladılar. Lizinq biznesinin yayılmasına 1971-ci ildə Federal Rezerv Sistemi tərəfindən banklara avadanlığın, sonralar isə əmlakın icarəyə verilməsi üçün törəmə firmalar yaratmağa icazənin verilməsi olmuşdur.

Lakin, lizinq əməliyyatlarının əsas fəaliyyət növü olan ilk cəmiyyət 1952-ci ildə San-Fransisko şəhərində Amerikanın “Yunayted steyts lizinq korporeyşn” tərəfindən yaradılmışdır və beləliklə, ABŞ, yeni biznesin, o cümlədən bank biznesinin vətəninə çevrildi. 60-cı illərin ortalarında bu ölkədə lizinq əməliyyatları cəmisi 1 milyard dollar təşkil edirdisə, artıq indiki zamanda bu rəqəm bir neçə yüz milyarq dollar təşkil edir. İcarə əməliyyatları üzrə bu cür sürətli artım lizinq sövdələşmələrinin tərəf-müqabilləri tərəfindən müəyyən fayda əldə etmələri ilə izah olunur. Hazırki dövrə bazar iqtisadiyyatı olan ölkələrdə lizuinq əməliyyatları təsərrüfat subyekti üçün istehsalın texniki cəhətcən yenidən silahlandırılmasında üstün yer tutur.

ABŞ-da lizinq, iqtisadi biznesin əsas növlərindən birinə çevrilmişdir. Öz xidmətlərini təklif edən yeni lizinq şirkətlərinin sürətli artımı və lizinq müqavilələrinin şərtlərinin rəngarəngliyi sahibkarlar tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində investisiya vəsatlərini əldə etməyin müxtəlif variantlarını müəyyən etmişdir. Sonradan lizinq şirkətləri “maliyyə-lizinq cəmiyyətləri” adını aldılar və istehsalçılara, onların məhsullarını icarəyə vermə yolu ilə satışını, həmçinin sövdələşmələrin və bununla bağlı olan risklərin maliyyələşdirilməsini təmin etdilər.

Qərbi Avropada ilk maliyyə-lizinq cəmiyyətləri 50-ci illərin axırları 60-cı illərin əvvəlində yaranmağa başladı. 60-cı illərin əvvələrində Amerika sahibkarları lizinqi okeanın o tayından Avropya “gətirdilər” və ilk lizinq şirkəti olan “Doyçe lizinq GmbH” 1962-ci ildə Düsseldorfda (AFR) yaranmışdır. Vergi qanunvericiliyində lizinq müqavilələrinin hüququ əsası öz yerini tapandan sonra onlarınn yüksək templə inkişafı başlamışdı.

Onların sayının və lizinq əməliyyatlarının həcmlərinin coşqun inkişafı lizinq müqavilələrinin hüquqi statusunun möhkəmləndirilməsindən sora başladı. Bu dövr 80-ci illərə təsadüf edir. Avropanın lizinq bazarı 1972-ci ildən fəaliyyət göstərir.

Asiya kontinentində lizinq 60-cı illərin əvvələrindən öz inkişafına başlamışdır.

1982-ci il aviaasiya texnikası üçün lizinq əlamətdar il olmuşdur. Bu ildə Duqlasın Mak-Donnel şirkəti yeni maliyyə siyasətinin köməyi ilə ДС-9-80 təyyarələri üçün Boinq-727 ilə rəqabətdə bazarı fəth edə bildi. Duqlas tərəfindən təklif olunan konsepsiya “fly before buy” adlanırdı (“almaqdan əvvəl uçmaq»).

Hazırda dünya lizinq xidmətləri bazarının əsas hissəsi “АBŞ - Qərbi Avropa - Yaponiya” üçbucağında yerləşmişdir. Qərbi Avropada lizinq verən kimi ixtisaslaşmış lizinq şirkətləri çıxış edirlər və onların 75-80%-nə banklar və törəmə cəmiyyətlər nəzarət edirlər [15].

Yaponiya üçün lizinq əməliyyatlarının genişləndirilməsi xarakterikdir ki, buraya xidmətlərin maliyyələşdirilməsindən tutmuş alqı-satqı, lizinq və borclar kombinasiyasını özündə cəmləşdirən “xidmətlər paketinin” təqdim olunması daxildir. Bu xidmətlər kompleks lizinq adını almışdır.

   Yeni növ məhsulların 80%-ə qədəri lizinq yolu ilə alınmış avadanlıqlarda istehsal olunur. Avstraliyada sənaye kapital qoyuluşlarının 33%-i lizinq əsasında baş verir. ABŞ-da elektron hesablama maşınlarının, poliqrafik və energetik avadanlıqlar, energetik avadanlığın böyük hissəsi lizinq əsasında alınır. Qaldırıcı-nəqliyyat vasitələrinin alınmasında lizinq xidmətinin payı 58%, sərnişin təyyarələri və avadanlıqların payı 50%-dir. Çevik dəyişən texnologiyaya və hesablama texnikasında hesablama texnikası, maşınqayırmada, rabitə vasitlərinin istehsalında, elektrik avadanlıqları sahəsində lizinqdən daha geniş istifadə olunur və s. [17]

Müasir tarixdə “lizinq” anlayışından ilkin olaraq 1877-ci ildə, “Bell” telefon şirkətinin özünün istehsal etdiyi telefonları satmaq yox, onları icarəyə vermək qərarına gəldiyi zaman istifadə olunmuşdur.

İlk lizinq birliyi 1952-ci ildə San-Fransiskoda (ABŞ) yaradılmış və “Yunayted steyts lizinq korporeyşn” adını almışdı. Amerikan lizinqinin atası bu şirkətin prezidenti Henri Şonfeld hesab olunur.

ABŞ-da lizinq maliyyə-lizinq birlikləri sayəsində iqtisadi fəaliyyətin effektiv alətinə çevrildi. Lizinq müqavilələrinin çoxvariantlılığı investisiya vəsaitlərinin əldə edilməsi və onlardan istifadə olunması yollarını əhəmiyyətli dərəcədə diversifikasiya etməyə imkan yaratdı.

Avropada lizinq fəaliyyəti sistemli olaraq 1960-cı illərdən həyata keçirilməyə başlamışdı. Özünün çoxnövlü formaları sayəsində lizinq qanunvericiliyi də öz rəngarəngliyi ilə fərqlənir.

Lizinqin formaları və növləri

Tabeliliyindən asılı olaraq lizinqin aşağıdakı müxtəlif növləri mövcuddur:

·   sövdələşmə iştirakçılarının sayı;

·   əmlakın tipi;

·   bazar sektorları;

·   lizinq ödənişlərinin formaları;

·   öhdəliklərin həcmi (xidmətin həcmi);

·   əmlakdan istifadənin və onunla bağlı olan amortizasiya şərtlərinin müddəti.

Lizinqin növlərinin təsnifatı bir sıra şərtlərlə çətinləşmişdir. Müxtəlif ölkələrinin hüquqi sistemlərində həm lizinqin özünün, həm də onun növlərinin tərifi üzrə müxtəlif yanaşmalar mövcuddur. Lizinqin müxtəlif növləri konkret, iştirakşılar tətfindən qeyd olunan şərtlərdən asılı olaraq bir müqavilə çərçivəsində bir-biri ilə uzlaşa bilirlər.

Sövdələşmənin iştirakçılarının (subyektlərin) sayından asılı olaraq fərqləndirilirlər:

·   ikitərəfli lizinq sövdələşmələri (və yaxud birbaşa lizinq kimi adlandırılan), bu zaman əmlakla təchiz edən və lizinq verən eyni bir şəxs kimi çıxış edirlər;

·   çoxtərəfli lizinq sövdələşmələri (və yaxud dolayı lizinq kimi adlandırılan), bu zaman əmlakı lizinqə əmlak təchizatçısı deyil, maliyyə vasitəçisi verir кi, вunun da simasında lizinq şirkəti çıxış edir, iştirakçıları sayı 4-dən 6-7-dək olur. Sövdələşmənin bu növünün klassik variantı kimi üçtərəfli sövdələşməni göstərmək olar: burada əmlak təchizatçısı, lizinqəverən və lizinq alan iştirak edirlər.

Əmlakın tipinə görə fərqləndirilirlər:

·   daşınan əmlakın lizinqi (sənayenin müxtəlif sahələri üçün işçi maşınlar və avadanlıqlar, hesablama texnikası və təşkilat texnikası, nəqliyyat vasitələri və s.);

·   daşınmaz əmlakın lizinqi (istehsalat binaları və qurğuları). Daşınmaz əmlakın lizinqi zamanı icarəyəverən daşınmaz əmlakı icarəyəverənin göstərişinə əsasən tikir və yaxud alır və ona, kommersiya və istehsalat ehtiyacları üçün istifadəyə verir. Daşınan əmlakın lizinqində olduğu kimi kontrakt, adətən obyektin amortizasiya müddətinə bərabər və yaxud ondan az olan dövrə bağlanılır; icarəyəalan kontraktın fəaliyyət göstərdiyi dövr ərzində bütün rickləri, xərcləri və vergiləri özü daşıyır.

Yeni əmlakın lizinqini (birinci əldən) və istifadədə olmuş əmlakın lizinqini (ikinci əldən) bir-birindən fərqləndirirlər, yəni sahibkar mülkiyyətçisi olduğu və artıq ondan istifadə etdiyi əmlakı satır.

Lizinq əməliyyatlarının həyata keçirildiyi вazarın sektorundan asılı olaraq aşağıdakılar fərqləndirilir:

·   daxili lizinq, bu zaman sövdələşmənin bütün iştirakçıları eyni bir ölkəni təmsil edirlər;

·   xarici (beynəlxalq) lizinq, bu zaman lizinq verən və lizinq alan müxtəlif ölkələrdə yerləşiblər. Əmlakın satıcısı bu ölkələrdən birindən və yaxud digər dövlətdən ola bilər.

Lizinq ödənişlərinin formasından asılı olaraq fərqləndirilir:

·   pulla ödənişli lizinq, bu zaman ödənişlər pul formasında həyata keçirilir;

· kompensasiyalı ödənişlə lizinq (və yaxud kompensasiyalı lizinq kimi adlandırılan), bu zaman lizinq alan lizinq verənlə bir qayda olaraq icarəyə götürülmüş əmlakda istehsal olunmuş mallarla hesablaşır, və yaxuq ona qarşılıqlı xidmətlər göstərir;

·   qarışıq ğdənişli lizinq, bu zaman ğdənişin bir hissəsi pul formasında daxil olur, digər hissəsi isə - mallar və xidmətlər şəklində.

Xidmətin həcminə görə lizinqə verilən əmlak aşağıdakılara ayrılır:

·   Xalis lizinq (net leasing) - bu, elə bir münasibətlərdir ki, bu zaman əmlaka göstərilən bütün xidmətlər lizinq alan tərəfindən həyata keçirilir. Buna görə də avadanlığa xidmətə görə xərçlər lizinq ğdənişlərinə daxil edilmirlər..

·  Nəm (yaş) lizinq (wet leasing) - avadanlığa mütləq texniki xidməti, onun təmirini, sığortalanmasıını və s. qzrə lizinq verənin daşıdığı məsuliyyətləri nəzərdə tutur. Bu xidmətlərdən başqa, lizinq alanın arzusu ilə lizinq verən, ixtisaslı işçi heyətinin hazırlanması, marketinqin, xammalın göndərilməsini və s. üzrə öhdəlikləri də öz üzərinə götürə bilər.

Əmlakdan istifadə müddətinə görə və bununla bağlı olan amortizasiyanın şərtlərinə görə fərqləndirilir:

·   tam özünü ödəyən və, deməli, əmlakın tam amortizasiyası ilə lizinq, bu zaman müqavilənin müddəti əmlakın normativ üzrə xidmət müddətinə bərabər olur və lizinq verənə lizinqə götürülən əmlakın dəyərinin tam ödənişi baş verir;

· özünü natamam ödəyən və, deməli, əmlakın natamam amortizasiyası ilə lizinq, bu zaman müqavilənin müddəti əmlakın normativ üzrə xidmət müddətindən azdır və onun fəaliyyət göstərdiyi müddət ərzində lizinqə götürülən əmlakın dəyərinin ancaq bir hissəsi özünü ödəyir.

Lizinq əmlakının müqavilə müddəti və özünü ödəmə dərəcəsi (amortizasiyası) lizinqin: maliyyə və operativ lizinqə bölünməsinin əsas meyarlarından biridir.



Operativ lizinq qısa və orta müddətət bağlanılmış (adətən amortizasiya dövründən qısa olan dövrə) elə lizinq kontraktlarını nəzərdə tutur ki, bunlara əsasən icarəyə götürənə müqaviləyə istədiyi zaman xitam etmək hüququ verilir (müəyyən müddəti gözləmək şərtilə). Bir qayda olaraq, bu, lizinq obyektinin icarəyə götürənləri tez-tez dəyişəndə baş verir. İcarəyəverən bu zaman yüksək riskə gedir, tez-tez dəyişən icarəçilər isə lizinq şirkətini lizinq predmetinin vəziyyətinin daha yaxşı olmasına xüsusi maraq göstərməsinə məcbur edirlər. Çox vaxt lizinq şirkəti lizinq obyektinin texniki xidmətini - reqlament üzrə təmiri, sığortalanmanı, öz üzərinə götürür,- bnunla da tam servisli lizinqi və yaxud qismən servisli lizinqi həyata keçirir (kontraktda öhdəliklərin bölüşdürülməsi qeyd olunur). Lizinq müqaviləsinin fəaliyyət müddəti qutardıqdan sonra müqavilənin pradmeti onun sahibinə qaytarıla bilər və yaxud yenidən icarəyə verilə bilər.

Maliyyə lizinqi kontraktın uzun müddəti ilə (5 ildən 10 ildək) və avadanlığın bütün və yaxud onun bir hissəsinin amortizasiyası ilə xarakterizə olunur. Faktiki olaraq maliyyə lizinqi alışın uzunmüddətli kreditləşdirilməsi formasıdır. Fəaliyyət müddəti bitdikdən sonra icarəçi icarə obyektini geri qaytara bilər, müqavilənin müddətini uzada bilər və yaxud yenisini bağlaya bilər, həmçinin obyekti qalıq qiyməti (adətən o, rəmzi məna daşıyır) ilə satın ala bilər.

Maliyyə lizinqi öz tərəfindən aşağıdakılara ayrılır:

·   geri qaytarılan lizinq;

·   leveric lizinq.

·   sublizinqг;

·   satışlarda köməkçi lizinq.



Leveric lizinq

Leveric lizinq  maliyyə lizinqinin xüsusi formalarından biridir, bu zaman icarəyə verilən avadanlığın dəyərinin ən çox hissəsi üçüncü şəxsdən (investordan) kirayəyə götürülür, və icarə müddətinin birinci yarısında icarəyə götürülmüş avadanlığa görə amortizasiya ayırmaları və avadanlığın alınmasına götürülmüş kreditə görə faizlərin ödənişi həyata keçirilir. Bu isə investorun vergiyə cəlb olunan gəlirini azaldır və vergininin müddətinin dəyişlməsi effektini yaradacaqdır.

Lizinqin bu forması çox mürəkkəbdir, çünki o, əlavə vəsait cəlb olunmasını nəzərdə tutur və çoxkanallı maliyyələşdirmə ilə bağlıdır. О, bir qayda olaraq, çox bahalı layihələrin həyata keçirilməsində istifadə olunur.

Levericin fərqli cəhəti ondan ibarətdir ki, lizinq verən, avadanlığı alarkən öz vəsaitlərindən bütün məbləği deyil, onun bir hissəsini ödəyir. Bu zaman o, yerdə qalan məbləği kredit kimi bir və ya bir neçə kreditorlardan alır. Buna baxmayarq, lizinq şirkəti əmlakın tam dəyərindən hesablanmış bütün vergi güzəştlərindən istifаdə etməkdə davam edir.

Lizinqin bu növünün fərqli xüsisiyyətlərindən biri də odur ki, lizinq verən borcu müəyyən şərtlərlə götürür, yəni onlar ölkədəki əsas maliyyə-kredit münasibətləri üçün xaraktüerik deyildirlər. Məsələn, kredit, lizinq verənin aktivinə iddia qaldırılması hüququnun olmaması ilə rəsmiləşdirilir. Buna görə də lizinq verən kreditorların xeyrinə borcun ödəniləsinə kimi əmlakı girova qoyur və lizinq ödənişlərinin bir hissəsinin borcun ödənilməsinə güzəştə gedir.

Yəni, bu zaman, sövdələşmə üzrə əsas riski ancaq borcu verən kreditorlar: bank, sığorta şirkətləri, investisiya fondları və yaxud digər maliyyə idarələri daşıyırlar, borcun qaytarılmasının təminatı lizinq ödənişləri ilə və lizinqə verilmiş əmlakla yerinə yetirilir. Qərbdə iri lizinq sövdələşmələrinin 85%-dən çoxu məhz leveric-lizinqin əsasında qurulmuşdur. Almaniyada və digər ölkələrdə bir işgüzarlıq adəti kimi kreditorlar, investisiya layihəsinin maliyyələşdirilməsini (layihə maliyyələşdirilməsi sövdələşmələri) dəyərin 85%-i qədərində həyata keçirirlər, lizinq verənlər isə yerdə qalan 15%-i ödəyirlər, yəni leveric 5,7-ə bərabərdir.



Lizinq riski

Əmlakın idarəedilməsi və lizinq verənə qaytarılmış əmlakın yenidən satışı sahəsində işin zəruriliyi çox zaman müxtəlif problemlər yaradır. Çox vaxt lizinq verən lizin avadanlığını bir nüçə dəfə müvəqqəti istifadəyə verməyə məcburdur, buna görə də onun üçün lizinq obyektinin qalıq dəyərinin ödənilməsi riski artır (xüsusilə, ona tələbin olmaması şəraitində).

Risklər, çox vaxt əmlakın idarəedilməsi ilə bağlıdırlar, Bu zaman problem ondan ibarət deyildir ki, lizinq müddəti qutarandan sonra əmlakla nə etmək lazım gələcəkdir, əksinə, operativ icarədə müqavilənin müddəti çox nadir hallarda əmlakın «həyat» dövrü ilə bir ölçüyə gəlmir. Bu zaman, operativ icarə bazarının artımı ilk növbədə onunla bağlıdır ki, icarəverənlər balansdan kənar maliyyələşdirmə sahəsində yeni imkanlar, həmçinin, bütün risklərə, xüsusilə də qalıq dəyəri ilə və dövri ödənişlərin azalması ilə bağlı olan risklərə, qarşı müdafiə axtarırlar.

İcarəyə verənlər, çox zaman rəqabətin təzyiqi altında ödənişlərin həcmini mənfəətin, vergilərin ödənilməsindən sonra yerdə qalan hissəsi hesabına həyata keçirirlər və əmlaka sahibliyə görə vergi güzəştlərini lizinq ödənişlərinin azaldılması formasında icarəçinin üzərinə köçürürlər.



Lizinq-kömək

Çox vaxt, əmlakın lizinqdən istifadə olunması zamanı satışlarda xüsusi sazişin olması lazım gəlir ki, bu da əmlakın tədarükçüsü ilə lizinq şırkəti arasında başğlanılır. Bu cür sazişlər müxtəlif formalara malik olurlar. Məsələn, sadə bir misal kimi, lizinq şirkətinin adı, onun ünvanı, telefon nömrəsi, həmçinin lizinqin əsas şərtləri malgöndərənin (təchizatçının) reklam materiallarında göstərilir, bu zaman əmkalın lizinqi üzrə potensial istifadəçi ilə bağlı olan məsələləri lizinq şirkəti özü həll edir.

Bir çox hallarda malgöndərəinin, təchizatçının özü tərəfindən lizinq şirkətinin adından malgöndərənlə (təchizatçı ilə) lizinq şirkəti arasında bağlanılan sazişlərdə digər imkanlar nəzərdə tutulur. Bu sazişlərdə olan bir maddə ilə nəzərdə tutulmuşdur ki, lizinq alanın müflisləşməsi zamanı malgöndərən (tədarükçü) lizinq şirkətindən əmlakı satın almağa borcludur.

Sublizinq

Çox zaman lizinq о лизинг birbaşa deyil, vasitəçilər tərəfindən həyata keçirilir. Yəni, əsas lizinq verən, vasitəçi ilə - əsasən, lizinq şirkəti vasitəsilə avadanlığı lizinq alana icarəyə verir.

Bu halda müqavilədə o fakt qeyd olunur ki, vasitəçinin müvəqqəti ödəmə qabiliyyətinin olmaması və yaxud müflisləşməsi zamanı lizinq ödənişləri əsas lizinq verənə daxil olmalıdırlar. Bu cür sazişlər «sublizinq» adlandırılır.

Lizinq əməliyyatlarının mexanizmi mürəkkəb və çox səviyyəlidir. Onun spesifikliyi lizinqin növündən asılıdır. Lakin, lizinq əməliyyatlarının əsasınbda 11 addım durur ki, bunlar da lizinq sövdələşməsinin təşkilati mexanizminin tərkib elementidirlər.

Bu mexanizm aşağıdakılardan ibarətdir:

1 – kreditora (babnka), lizinq verənə zəmanətin verilməsi;

2 – lizinq müqaviləsinin imzalanması;

3 – avadanlıq üçün sifarişin verilməsi;

4 – bank ssudası;

5 – lizinqin predmetinin alqı-satqı müqaviləsi;

6 – lizinqin predmetinin təqdim olunması;

7 – lizinqin predmetinin qəbul olunması aktı;

8 – göndərişin pulunun ödənilməsi;

9 – lizinqin predmetinin sığortalanması haqqında müqavilə;

10- lizinq ödənişləri;

11- borcun qaytarılması və faizlərin ödənilməsi.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə