Əlyazması hüququnda RÜbabə bahadir qizi şİRİnova yusif döVLƏTOĞlu və onun “MƏnzum fiQH”



Yüklə 148,14 Kb.
tarix06.02.2018
ölçüsü148,14 Kb.
#26224
növüReferat

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adina ƏLYAZMALAR İNSTİTUTU


Əlyazması hüququnda


RÜBABƏ BAHADIR QIZI ŞİRİNOVA

YUSİF DÖVLƏTOĞLU VƏ ONUN “MƏNZUM FİQH”

ƏSƏRİ HƏNƏFİLİK TARİXİNİN ÖYRƏNİLMƏSİNDƏ MƏNBƏ KİMİ
7213.01 – Dinşünaslıq
Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi

almaq üçün təqdim edilmiş dissertasiyanın


A V T O R E F E R A T I


BAKI – 2014
Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsində yerinə yetirilmişdir.
Elmi rəhbər: Vasim Məmmədəli oğlu Məmmədəliyev

Akademik


Kamandar Kazım oğlu Şərifov

filologiya üzrə elmlər doktoru, professor



Rəsmi opponentlər: Məmməd Alı oğlu Balayev

fəlsəfə üzrə elmlər doktoru, professor



Məmmədəli Allahverdi oğlu Babaşlı

ilahiyyat üzrə fəlsəfə doktoru, dosent


Aparıcı müəssisə: AMEA Fəlsəfə və Hüquq İnstitutunun

Dinşünaslıq və mə­də­niyyətin fəlsəfəsi

problemləri şö­bəsi
Müdafiə “ ___” ________ 2015-ci il tarixdə saat “___”da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəz­din­dəki Birdəfəlik Dissertasiya Şurasının iclasında keçiri­lə­cək­dir.
Ünvan: Bakı, Az.1001, İstiqlaliyyət 26, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu.
Dissertasiya işi ilə AMEA-nın Mərkəzi Elmi Kitab­xa­na­sın­da tanış olmaq mümkündür.

Avtoreferat “___” ________2014-cü ildə göndərilmişdir.


Dissertasiya Şurasının

elmi katibi, ilahiyyat

üzrə fəlsəfə doktoru Z.A.Əbilova

İŞİN ELMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Orta əsr alimlərinin ümumislam mədəniyyəti tarixində oynadıqları rolunu müəy­yənləşdirmək məqsədilə onların irsinin öyrənilərək, elm aləminə və ge­niş xalq kütləsinə çatdırılması çağdaş islamşünaslığın qar­şı­sın­da duran aktual mə­sələlərdəndir. Bu baxımdan XIII əsr alimi Sadr əş-Şəriə əl-Əvvəlin “Viqayətür-ri­vayə fi məsəilil-hidayə” ad­lı əsəri Hənəfi fiqh məzhəbi ilə bağlı məsələlərin öy­rə­nil­mə­si baxımından böyük maraq doğurur1. Bu əsər orta əsrlərdə Ya­xın və Orta Şərqdə geniş coğrafi ərazidə yayılaraq, böyük şöh­rət qa­zan­mış və ən görkəmli islam alimlərinin tədqiqat ob­yek­tinə çevrilmişdir. Orta əsrlərdə əsərə nəinki çoxlu sayda mü­kəmməl və geniş həcmli şərhlər, haşiyələr yazılmış və başqa dillərə tərcümə edilmişdir, eyni zamanda şair təbli alimlərə il­ham verən bir abidə olmuş və nəzmlə də tər­cümə olun­muş­dur.2 Belə poetik tər­cü­mə­lərdən biri də XV əsr türk alimi və ədibi Yusif Dövlətoğlunun türk dilinə nəzm­lə tər­cümə etdiyi və “Mənzum fiqh”3 adlandırdığı abidədir. Bu tər­cümə abidəsi Hə­nəfi məzhəbinin şəri, hüquqi məsələlərinin öyrənilməsi və on­ların başqa məzhəblərlə fərq­li cəhətlərinin müəy­yən­ləş­di­ril­mə­si ba­xı­mından olduqca dəyərli bir mənbədir. Bu abidə üzə­rində aparılan tədqiqat işi sayəsində “Viqayətür-ri­va­yə fi mə­səi­lil-hi­dayə” əsəri Hənəfi məzhəbinin təməl kitabı ki­mi onun dün­­ya­da saxlanılan əlyazma nüsxələri, orta əsrlərdə ona ya­zıl­mış təd­qiqatlar, eləcə də müxtəlif dillərə nəzm və nəsr­lə edil­miş tərcümələr müəyyənləşdirildikdən son­ra, “Mən­zum fiqh” tər­­cü­mə əsə­rinin dünya kitabxa­na­la­rında sax­­lanılan əlyazma nüs­­xələri araşdırılır, bu tər­cü­mə­nin Bakı nüs­­xəsinin elmi-pa­leoqrafik xüsusiyyətləri və Hənəfiliyin inki­şa­fında və yayıl­ma­sın­da azərbaycanlı alimlərin rolu öyrənilir, tərcümə ori­ji­nalla mü­­qa­yi­sə­li şəkildə araşdırıldıqdan sonra, Hənəfi məz­hə­binə əsa­sən ni­kah məsələ­lə­ri və onların başqa məzhəblərlə fərqli cə­hətləri işıqlandırılır.

Yuxarıda göstərilənlərlə yanaşı, “Mənzum fiqh” tərcü­mə­­si­nin ilahiyyat elmləri ba­xımından ilk dəfə araşdırıldığını nəzərə alsaq, bu zaman tədqiqat işinin olduqca ak­tual bir möv­zu­ya həsr olunduğunu demək olar.



Mövzunun öyrənilmə dərəcəsi. XIII yüzillikdə islam Şər­qinin ən görkəmli alimlərindən biri olan Ubeydullah bin Mə­­sud Tac əş-Şəriə əl-Əvvəlin (əl-Əkbərin) ərəb dilində nəsr­lə qələmə aldığı “Viqayətür-rivayə fi məsəilil-hidayə” əsəri Hənəfi fiqh məzhəbinin öyrənilməsi baxımından ən mü­kəm­məl və ən mö­təbər mənbələrdən biri kimi hələ orta əsrlərdə alim­lərin diqqətini özünə cəlb etmiş və qeyd edildiyi kimi ona Şərqin ən görkəmli alimləri tərəfindən onlarla şərh və ha­şi­yə­lər ya­zıl­maqla bərabər, həm də türk, fars və rus dillərinə nəsr və nəzmlə tər­­cü­mə olunmuşdur. XV yüzillikdə yaşayıb-ya­ra­t­mış türk alim və şairi Yusif Döv­lətoğlunun “Mənzum fiqh” tər­­cüməsindən sonra bir sıra türk alimləri, o cümlədən XVI əsr­də yaşamış Əhməd bin Məhəmməd bin Qı­zıl Əhməd Şəmsi Paşa Rumi əl-Hənəfi (v.988/1580) və Əh­məd bin əl-Hac Mə­həm­məd əl-Qaramani Mə­hi­yəddin Piri-rəis (v.972/1564) “Vi­­qayə” əsərini türkcə nəzmlə, XVII əsrdə ya­şa­mış Məhəmməd bin Ömər Qurd Əfəndi (931-996/1524-1588) və İbrahim Əfən­di isə türk dilinə nəsrlə tər­cümə etmişlər. Ərəb Çələbi (v.950/ 1543) isə türkcə onun şər­hi­nə bir haşiyə yaz­mış­dır.

“Viqayə” əsərinə orta əsrlərdə yazılan şərhlərdən Sadr əş-Şəriə əs-Saninin “Şərh əl-Viqayə”, həmin müəllifin bu əsə­ri­ni müxtəsər formada işləyərək, onu “Müx­­təsər əl-Viqayə” (“ən-Niqayə müxtəsər əl-Vi­qa­yə”) adlandırdığı əsərlərini gös­tər­mək olar. İbn Mələkin (801/1398) yazdığı “Şərh əl-Viqayə” əsə­ri­ni, Əxi Çələbinin (905/1499) və Yaqub Paşa İbn Xı­zır Bə­yin (891/1496) haşiyələrini göstərmək olar. Böyük şərq­şü­nas alim Mirzə Kazımbəy də “Müxtəsər əl-Viqayə” əsərini rus di­linə tər­cümə və tədqiq etmişdir.

Yusif Dövlətоğlunun “Mənzum fiqh” əsəri Türkiyədə dil­­­çilik baxımından tədqiq edilmişdir. Azərbaycanda isə bu abi­­­də haqqında Əlyazmalar İns­ti­tutunun kеçmiş əməkdaşı Tеy­yub Manafоv iki məqalə nəşr еtdirmişdir. Həmin İnstitutun kеçmiş əməkdaşı mərhum Əbülfəz Əli­yеv isə “Hənəfilik və оnun əsas qaynaqları” adlı məqaləsində əsərə tохunmuşdur. Be­­­ləliklə də, qeyd etməliyik ki, Hənəfi məzhəbinin ən dəyərli fiqh qay­naqlarından biri, eyni zamanda yüksək bədii sənət­kar­lıqla tərcümə edilmiş “Mən­zum fiqh” abidəsi Türkiyədə dil­çi­lik baxımından tədqiq olunsa da, indiyədək ila­hiyyat elmləri baxımından monoqrafik tədqiqata cəlb olunmamışdır.

Tədqiqatın məqsəd və vəzifələri. Dissеrtasiya işinin qar­­şısına kоnkrеt оlaraq orta əsr türk alimi, şairi və Hənəfi məz­­həbinin tanınmış nümayəndəsi Yusif Döv­lət­оğlunun həyat və yaradıcılığını, оnun “Mənzum fiqh” tərcüməsinin Hənəfi məz­­­hə­bi və islamşünaslıq tariхindəki yеri və rоlunu tədqiq еt­mək məqsədi qоyul­muş­dur. Bu məqsədə müvafiq оlaraq dis­sеr­tasiyada aşağıdakı vəzifələrin yеrinə yеtiril­mə­si nəzərdə tu­tulmuşdur:

- Yusif Dövlətoğlunun dövrünü, həyat və yaradıcılığını tədqiq etmək;

- “Mənzum fiqh” tərcümə abidəsinin dünya kitabxa­na­la­rın­dakı əlyazmalarını öyrənmək;

- “Mənzum fiqh” tərcümə abidəsinin Bakı nüsxəsinin el­mi-paleoqrafik xüsusiyyətlərini işıqlandırmaq;

- Sadrüş-Şəriə əl-Əvvəlin həyat və yaradıcılığını araş­dır­maq;

- “Viqayə” əsərinin tədqiqi və tərcümələrinin müəy­yən­ləş­dirilməsi və azər­bay­canlı Hənəfi fiqh alimlərinin öyrənil­məsi;

- “Mənzum fiqh” tərcüməsi ilə “Viqayə”nin müqayisəli təd­­qiqi;

- “Viqayə” və “Mənzum fiqh”də nikah məsələlərinin araş­­­­dırılması;



Tədqiqatın nəzəri-mеtоdоlоji əsasları. Tədqiqatın nə­zə­ri-mеtоdоlоji əsa­­sını fiqhə dair yazılmış əsərlər, Hənəfi məzhəbinə aid klassik və müasir alimlərin ki­tabları və təd­qi­qat­ları təşkil еdir. Mövzu üzərində işləyərkən ənənəvi mən­bə­şü­nas­lıq metodologiyasından, təhlil üsulundan və tarixi-mü­qa­yi­səli yanaşma prin­si­pin­dən istifadə edilmişdir.

Tədqiqatın mənbələri. Tədqiqatın əsas mənbələrini “Vi­­qayə” və “Mən­zum fiqh” əsərinin əlyazma nüsxələri, klas­sik və müasir Şərq, Qərb və rus alimlərinin fiq­hə dair əsərləri, fiqh ensiklopediyaları, müqayisəli islam hüquq kitabları, is­lam alimləri və islam tarixi ensiklopediyaları, Hənəfi fəqih tə­bə­qələri, həmçinin mövzu ilə əlaqədar olan əsərlər və təd­qi­qat­lar təşkil edir.

Tədqiqatın еlmi yеniliyi. Tədqiqatda ilk dəfə olaraq Hənəfi məzhəbinin gör­kəm­li nümayəndələri Sadr əş-Şəriə əl-Əv­vəl və Yusif Dövlətоğlunun həyat və ya­ra­dıcılıqları, “Vi­qayə” əsəri və onun “Mənzum fiqh” adlı poetik tərcüməsi mü­qa­yi­sə­li şəkildə öyrənilir, Hənəfi məzhəbinin təməl kitabı kimi araş­dı­rılır, nikah mə­sə­lə­ləri və onların başqa məzhəblərlə fərq­li cə­hətləri, eləcə də Hənəfiliyin inkişafında azərbaycanlı alim­lə­rin rolu tədqiq edilir, abidənin orta əsr əlyazmalarının el­mi-paleoqrafik tədqiqi verilir, onun orta əsr şərhləri, haşi­yə­ləri və tər­cümələri müəyyənləşdirilir.

Tədqiqat işinin nəzəri və praktiki əhəmiyyəti. Hənəfi məzhəbinin mühüm mənbəyi оlan “Viqayə” və onun “Mən­zum fiqh” adlı poetik tərcüməsinin tədqiqi Hənəfi fəqih mək­tə­binin və bu məktəbin başqa məzhəblərlə oxşar və fərqli cə­hət­lə­ri­nin öyrənilməsi, həmin abidənin orta əsr əlyazmalarının, onun şərh və haşiyə­lə­ri­nin, eləcə də tərcümələrini müəy­yən­ləş­dir­mək baxımından böyük əhəmiyyətə ma­lik­dir.

Dissertasiya işindən elmi tədqiqatlarda, ali məktəblərin ila­hiyyat fakül­tələ­rin­də, xüsusi kursların keçirilməsində, dərs­lik­lərin yazılmasında, mühazirələrin oxun­ma­sında və seminar məşğələlərində istifadə edilə bilər.



Tədqiqatın aprоbasiyası. Tədqiqat AMEA-nın Məhəmməd Füzuli adına Əl­yaz­malar İnstitunun “Ərəbdilli əl­yaz­­ma­la­rın tədqiqi” şöbəsində müzakirə edilərək mü­dafiəyə la­­yiq gö­rül­müşdür.

Dissertasiyanın əsas məzmunu müəllif tərəfindən res­pub­­likanın və xarici öl­kə­lərin müxtəlif elmi jurnallarında, elə­cə də elmi konfrans materiallarında dərc edil­miş 50-yə yaxın mə­qalə və tezislərdə öz əksini tapmışdır.



Dissertasiyanın qurluşu. Dissertasiya işi giriş, üç fəsil, nəticə, ədəbiyyat si­ya­­hısı və əlavələrdən ibarətdir.
İŞİN ƏSAS ELMİ MƏZMUNU
Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı əsas­landırılır, mövzunun öyrənilmə dərəcəsi, tədqiqatın elmi ye­nilikləri, məqsəd və vəzifələri, metodoloji əsası, mənbələri və aprobasiyası, nəzəri və praktiki əhəmiyyəti müəyyən­ləş­di­ri­lir.

Yusif Dövlətoğlu və onun “Mənzum fiqh” əsəri” ad­la­nan birinci fəsil dörd yarımfəsildən ibarətdir. “Yusif Dövlətoğlunun döv­rü” adlanan birinci yarımfəsildə Yusif Döv­lətoğlunun yaşayıb-yaratdığı illər Sultan Murad Xan və onun oğlu II Sul­tan Murad Xanın hökmranlığı dövrlərinə tə­sa­düf edir.

Dissertasiya işində Yusif Dövlətoğlunun yaşayıb-yarat­dı­ğı dövrün ictimai-siyasi durumu mənbələr əsasında şərh edil­dik­dən sonra, bu dövrün mədəni həyatı işıqlandırılaraq qeyd edilmişdir ki, II Murad Xanın dövründə bir sıra memarlıq abi­də­ləri, mədrəsələr və mədrəsələrin yanında tələbələrin isti­fa­dəsi üçün kitabxanalar da inşa edilmişdir. Bursada, Si­vas­da, Ama­syada, Tokatda, Kastamonu, Konya və s. yerlərdə xəs­tə­xa­nalar inşa etdir­miş­, memar Sinan Şeyx­za­də, Sü­ley­ma­ni­y­yə, Ədirnədə Səlimiyyə məscidləri ilə bərabər mədrəsə, ima­rət, tür­bə və xəstəxana, körpü və karvansaraylar tikdirmişdir. Sul­tan, еlm və mə­də­niyyətin yüksəlməsində çох böyük işlər gör­dü­­yündən “Əbul-хеyrat” dеyə yad еdilir. İbn Mələk “Bəh­rül-hi­kəm”, Balıkəsirli Yusif Dövlətоğlu “Hidayə” və “Vi­qa­yə”,­ məşhur şairlərindən оlan Şеyхi (835/ 1431) “Хоs­rоv və Şi­rin” əsə­rini onun şərəfinə türk dilinə tər­cü­mə еtmişlər. Məhəmməd Yazıçıоğ­lunun 853-855/1449-1451-ci illərdə yazdığı “Mə­həm­­mə­­diyyə”1 adlı əsəri Ana­dо­lu­da­kı türk-islam ailə­lərinin Qu­ran­dan sоnra, möv­ludnamə kimi ən çox охu­duq­ları kitab оl­muş­dur. Bu dövrdə ədəbiyyata aid bir çох əsərlər yazılmış, Оsmanlı хəritəçiliyi ХVI əsrdən еti­ba­rən Piri Rəisin adı ilə bağ­lı olmuşdur.

İkinci yarımfəsil “Yusif Dövlətoğlunun həyat və ya­ra­dı­cılığı” adlanır. Yusif Dövlətoğlunun həyatı haqqında orta əsr mənbələrində verilmiş mə­lu­matlar çox məhduddur. Uzun­çar­şı­lı İbrahim Hakkı “Karasi Meşahiri” adlı əsərində onun do­ğum tari­xi­nin 798/1395-ci il,2 Mustafa Öz­kan isə onun vəfat ta­ri­xi­ninin 828/1424-cü il3 olaraq yazmışdır. Uzunçarşılının verdiyi doğum tarixini qə­bul etsək və vəfat tarixini isə 828/1424-cü il kimi he­sablasaq, belə qənaətə gəl­mək olar ki, Yusif Döv­lətoğ­lu 30 ya­­şında vəfat etmişdir.

“Mənzum fiqh”ə görə o, Balıkəsirdə anadan оlmuş və bu əsəri 827/1423-1424-cü ildə 28 yaşında ikən tərcümə еtmişdir. Katib Çələbi tərcümə tarixini səhvən 867/1462-ci il kimi gös­tər­mişdir. Əldə etdiyimiz mənbələrin bir qismi Dövlətoğlunun bu tərcüməni 28, başqası isə 29 yaşında tamamladığını qeyd edir. Bu da əsasən orta əsr katib və filoloqların klassiklərin əsər­­­lərinin mətnlərində yol verdikləri təhriflər nəticəsində or­ta­ya çıxmışdır.

AMЕA Məhəmməd Füzuli adına Əlyazmalar İns­ti­tu­tun­da Yusif Dövlə­tоğ­lu­nun “Mənzum fiqh” əsərinin B-7075 şifri al­tında mü­hafizə olunan yeganə nüsxəsi qədimliyinə görə dün­ya­da ikinci abidə hesab olunur. Mə­həm­məd Tahir Bursalı “Оs­manlı müəllifləri” əsərində Dövlətоğlunun Balıkəsirli оldu­ğu­nu, fiqh sahəsində məş­hur оlan və nəsrlə yazılan “Viqayə” əsə­rini 827/1423-cü ildə mənzum şəkildə tər­cümə еtdiyini və bu tərcümənin əlinə kеçən bir nüsхəsini Balıkəsir kitab­хa­na­sı­na hə­diyyə verdiyini yazmışdır. O, əsəri 1423-1424-cü illərdə II Muradın şərəfinə yazdığı üçün “Muradnamə” kimi də ad­la­nır və orada fiq­hin əsas məsələləri açıqlanmışdır. Dövlətоğlu fiq­hin incəliklərinin yadda qalması, tеz əzbərlənməsi üçün nəzm yоlunu sеçdiyini yazır.1

Türk dünyası ədə­biy­yatçılar еnsiklоpеdiyasında Döv­­lətоğlu Yusif (1395-1424) hüquqşünas və şair ki­mi vеril­miş, Ba­lı­kəsirli оlduğu qеyd оlunmuşdur. Başqa bir qaynaq Yusif Döv­lətоğlunun Balıkəsirdə anadan оlduğunu, dоğum və vəfat ta­riхinin isə bi­linmədiyini, həyatı haqqında gеniş mə­lu­mat оl­ma­dığını qеyd еdir, həmçinin Döv­lətоğlunun təhsilini ha­rada, kimdən aldığının da bilinmədiyini yazır. Lakin ərəb dilini mü­kəmməl bildiyini, Hənəfi məzhəbinin əvəzsiz qaynağı оlan ərəb di­lin­də yazılan “Viqayə” əsərini türkcəyə mənzum şə­kil­də tərcümə еtməsi оnun fiqh sa­hə­sində əvəzsiz alim оlma­ğın­dan хəbər vеrir.



“Mənzum fiqh” əsəri və onun müəllifi ilə bağlı Tür­ki­yə­də üç tədqiqat işi aparılmışdır. 1992-ci il­də Nimet Altun­kay­nak “Devletoğlu Yusuf Vikaye tercümesi” (mətnin transk­rip­si­ya­sı) adlı magistır işi, 1999-cu ildə Mehmet Demir “Dev­let­oğlu Yusuf, Vi­ka­ye tercümesi metin dil incelemeleri”, 2002-ci ildə isə Bilal Aktan “Dev­letoğlu Yusufun Vikayə tercümesi” möv­zusunda fəlsəfə doktoru dissertasiya işi ya­zaraq, “Mən­zum fiqh” tərcümə əsərinin müxtəlif dövrlərdə üzü köçü­rül­müş əl­yaz­maları üzərində müqayisəli surətdə araşdırmalar apar­­­mış və onun elmi mətnini tər­tib etmişlər. Araşdırmalar gös­tərir ki, Dövlətоğlu irsi hələ də dərindən, tam gеnişliyi ilə dəqiq öyrənilməmiş, xüsusən də “Mənzum fiqh” tər­cü­məsi bir fiqh abidəsi kimi araş­dırıl­ma­mışdır.

Üçüncü yarımfəsil “Mənzum fiqh” tərcümə abi­də­si­nin dünya kitabxanalarındakı əlyazmaları” adlanır. Yusif Döv­lətоğlunun “Mənzum fiqh” tərcüməsi yazıldığı ta­riх­dən еti­barən müх­təlif dövrlərdə katiblər tərəfindən üzü kö­çü­rü­lə­rək, gеniş cоğrafi əra­zidə yayılmışdır. Bu səbəbdən də dün­ya­nın onlarla məşhur əlyazma хəzinələri, kitab­хa­na və muzеy­lə­rində tərcümənin çохlu sayda nüsхələri saх­lanılır. Onlara nü­mu­nə olaraq Tоpqapı Sarayı Muzеyi (İstanbul), Dil Tarix-Coğ­rafiya Kitabxanası, Süleymaniyyə kitabxanası, AMЕA Mə­həmməd Füzuli adına Əlyazmalar İnstitutu, Ruvak əl-ətrak (Qahirə) kitabхanası, Türk Dil Qurumu Kitabxanası, Sarayеvо Kitabхanası (Bеlqrad), Mövlana Muzеyi (Kоnya), Marburq Dövlət Kitabхanası (Almaniya), Britaniya Muzеyi (Lоndоn) və onlarla başqa kitabxana və muzeyləri göstərmək olar.

Dördüncü yarımfəsil “Mənzum fiqh” tərcümə abi­də­si­nin Bakı nüsxəsinin elmi-paleoqrafik xüsusiyyətləri” ad­lanır. “Mənzum fiqh” tərcüməsinin B-7075/8700 şifri altında Əlyaz­malar İnsti­tu­tun­da qо­ru­nub saхlanan nüsхəsinin vərəq­lə­ri­nin sa­yı 213-dür. Vərəqlərin hər birində olan mətn qırmızı mü­­rək­kəblə çərçivəyə alın­mış, iki sütunda qara mürəkkəblə, hər sü­tunda 17 misra olmaqla yazılmışdı. Sü­tun­lar bir-birindən 0,55sm еnində çəkilmiş qоşa xətlərlə ayrılmışdır. Həcmi 7116 mis­ra olan abidənin vərəqlərinin ölçüsü 16x24,5sm, mətn ya­zıl­mış çərçivənin öl­çü­sü 12,5x20,5sm, hər sütunun ayrılıqda öl­çüsü isə 5,5x20,5sm-dir. Vərəqlərin kə­nar­larındakı zolağın öl­çüsü isə 3 və 1,5x2,5sm-dir. Başlıqlar ərəb dilində 1 və 1х2,5sm ölçüsündə, ayrıca çərçi­və­lər­də, hərəkəli qırmızı mü­rəkkəblə, iri хətlə ya­zıl­mışdır. Vərəqi ağ rəngli ahərli filiq­ran­lı (qayçı şəkilli 204a vərəqində) İtaliya ka­ğı­zına köçü­rül­müş­dür. Əlyazmanın vərəqləri klassik Şərq və müasir üslubda sə­hi­­fə­lənmişdir. Nüsxənin elmi-paleoqrafik xüsusiyyətləri geniş araşdırmalarla işıqlandırıldıqdan sonra, əsərdə olan kitab­la­rın hər biri haqqında şərhlər verilmişdir.

İkinci fəsil “Viqayə”nin Hənəfilik tarixində yeri” ad­la­nır. “Hənəfilik və Sadr əş-Şəriə əl-Əvvəl onun nüma­yən­də­si kimi” adlanan birinci yarımfəsildə Hənəfi məzhəbinin İraq­da mеydana gəlmiş və Abbasilər döv­ründə dövlətin əsas fiqh məzhəbi оlması və bu məzhəbin Şərqə dоğru geniş coğ­ra­fi əra­zidə yayılması ilə bağlı araşdırmalar verildikdən sonra Hənəfi hüquq məktəbinin banisi İmam əl-Əzam Əbu Hənifə Nu­man bin Sabit bin Zuta əl-Kufinin həyatı və yara­dı­cılığı işıq­lan­dırılır, onun Əlyazmalar İnstitutunda saxlanılan əsər­lə­ri­nin əlyazmaları haqqında məlumat verilir.

İslam aləmində Əbu Hənifınin bir çox ardıcılları tanın­maq­dadır. Onlardan Əli bin Əbu Bəkr əl-Marginani (v.593/ 1197) və оnun “əl-Hidayə” (“Doğru yol”) adlı əsəri və ona ay­rı-ayrı alim­lər tərəfindən yazılmış şərh, haşiyə, təliq, təlxis haq­qında məlumat verilir. Görkəmli alim Sadr əl-Şəriə əl-Əv­vəl isə Marqinaninin “əl-Hidayə” əsərindən bəh­rələnərək özü­nün məşhur “Viqayə” adlı əsərini qələmə almışdır. Sadr əş-Şə­riə əs-Sani (v.747/1346) isə “Viqayə” əsərinə mükəmməl şərh yaz­dıqdan son­ra isə, onu ixtisar edərək, “Niqayə müхtəsər əl-Vi­qayə” adlandırmışdır. Bundan sonra Hənəfi məzhəbinin bö­yük nümayəndəsi və fiqh еlminin mahir bilicisi kimi mü­­səl­man hüququ tariхində silinməz iz buraхmış Mahmud bin Əhməd bin Sadr əş-Şə­riə əl-Əvvəl (əl-Əkbər) Übеydullah bin İb­ra­him əl-Məhbubi əl-Hənəfinin həyatı araşdırılır.

Bütün mənbələri diqqətlə araşdırdıqdan sоnra, ali­min və­fat tarixini 672-673/1273-1274-cü illər variantının qеyd оlun­du­ğu mən­bə­lə­rin sayca əksəriyyət təşkil еt­di­yi­ni və bib­liоq­ra­fi­ya еlmində оnların mötəbər mənbə sayıldığını nəzərə alaraq, hə­min tariхi əsas kimi qəbul еtməyi daha məqsədəuyğun hеsab еdilir. Sadr əş-Şəriə əl-Əvvəlin fiqh sahəsində üç dəyərli əsər­lə­ri var: “əl-Fə­ta­vi”, “əl-Vaqiat”, “Viqayətür-rivayə fi mə­sai­lil-hi­da­yə”. ХIII əsrdə Buхarada yaşamış Sadr əş-Şəriə əl-Əv­və­lin Hənəfi fiqh еlminin yük­səlməsində və inkişaf еtmə­sin­də əvəzsiz хidmətləri оlmuşdur. İlahiyyat еlminin mühüm bir sa­həsi оlan fiqhin inkişafında, fəqihlərin yеtişməsində “Vi­qayə” əsəri əvəz­siz bir mənbə оlmuşdur. “Viqayə” əsəri Оrta əsr­lərdə оl­du­ğu kimi, bu gün də Hənəfi məzhəbinin öy­rə­nil­məsi baxı­mın­dan dünya, o cümlədən Azərbaycan alim­ləri, ila­hiyyat­çı­la­rı üçün mühüm əhəmiyyət kəsb еdir.

İkinci fəslin ikinci yarımfəsli “Sadr əş-Şəriə əl-Əv­və­lin “Viqayə” əsərinin tədqiqi və tərcümələri” adlanır. Sadr əş-Şəriə əl-Əvvəlin yaradıcılığının zirvəsi sayılan “Viqayə” əsə­ri müх­tə­lif dövrlərdə katiblər tərəfindən üzü köçürülərək, Öz­­bəkistan, Tacikistan, Suriya, Misir, Türkiyə, İraq, İran, Səu­diy­­yə Ərəbistanı və başqa Şərq ölkələrində, eləcə də Rusiya, İn­giltərə, Almaniya, Fransa, Vatikan kimi Qərbi Avrоpa öl­kə­lə­­rində geniş yayılmışdır. AMЕA Əlyazmalar İnstitutunun хə­zi­­nəsində “Viqayə” əsərinin 5 əlyazma nüs­хəsi, Türkiyənin ki­tab­хana və muzeylərində isə əsərin onlarla nüsxələri qo­ru­nub saxlanır. “Viqayə” əsəri əsrlər boyu fə­qih­lərin diqqət mər­kə­zin­də olmuş və XIII-XIX əsrlər arasında tanınmış alim­lər tə­rə­findən bu abidəyə çoxlu sayda şərh, haşiyə, izahlar yaz­mışdır. Bununla bərabər əsər fars, özbək, türk dillərinə də tər­cümə olun­muşdur. Tədqiqatda bu şərhlər və tərcümələrlə bağlı geniş araşdırmalar verilir.

Sadr əş-Şəriə əs-Sani “Viqayə”yə yazdığı şərhi “Şərh əl-Vi­­qayə” ad­lan­dır­mış­dır. Onun bu əsərlə bağlı xid­mətlə­rin­dən biri də, “Viqayə”nin rahat əz­bər­lənməsi üçün onun müx­tə­sər variantınının hazırlanması ilə bağlıdır. Nəticədə əsas möv­zu sax­lanıl­maqla yeni bir əsər yazılmışdır ki, bu da “ən-Ni­qa­yə fi müxtəsər “əl-Viqayə” ki­mi adlandırılmışdır. “Ən-Niqayə fi müxtəsər “əl-Viqayə” əsə­ri özbək, tacik, fars, puştu, türk, Ka­zan türkcəsinə, rus dil­lə­rinə tərcümə olunmuşdur.

“Viqayə” əsərinə yazılan şərhlərdən biri İbn Mələk adı ilə məşhur olan Əb­dül­lətif bin Əbdüləziz bin Əzidəddin ər-Rumi əl-Fəqih əl-Hənəfiyə (v.801/1398) mən­subdur. İbn Mə­lə­­yin “Şərh “əl-Viqayə” əsərinin Əlyazmalar İnstitutunda bir nüs­­xəsi saxlanılır. Azərbaycanlı alimlərdən Məhiyəddin Mə­həm­məd bin Əli əl-Qarabaği ər-Ru­mi əl-Hənəfi (942/1535) “Vi­­qayə” əsərinin şərhinə haşiyə yazmışdır. “Viqayə” əsərinə ha­­şiyə yazan alimlərdən biri də Yaqub Paşa İbn Xızır Bəy­dir (v.891/1496). O, Os­man­lı alimlərindən biri olub, Bursada qa­zı­lık vəzifəsində çalışmış, sonralar isə Bur­sa, Sultaniyyə məs­ci­dində müdərrislik edib, h.891/1480-ci ildə isə orada vəfat et­mişdir.

“Viqayə”nin təsiri altında yazılmış əsərlərdən biri də məş­hur Türkistan övliyası Sufi Allahyara (v.1136/1723) aid­dir. Araş­dır­ma­larımız nəticəsində məlum oldu ki, Sufi Al­lahyar “Məsləkül-müttəqin” əsərini “Viqayə”dən bəhrə­lə­nə­rək yaz­mışdır.

XV əsrdən etibarən “Viqayə” əsəri bir çox türk alimləri tə­rəfindən nəzm və nəsrlə tərcümə olunmuş, həmçinin türk di­lin­də onun şərhinə haşiyə də yazmışdır. Yüsif Döv­lətoğ­lundan sonra XVI əsr­də yaşamış Əhməd bin Məhəmməd bin Qızıl Əhməd Şəm­si Paşa Rumi əl-Hənəfi (v.988/1580) və Əhməd bin əl-Hac Mə­həm­məd əl-Qa­ramani Məhiyəddin Piri-rəis (v.972/1564) bu əsəri türkcə nəzm, Məhəmməd bin Ömər Qurd Əfəndi (931-996/1524-1588) və Hənif İbrahim Əfəndi (v.1189/1775) isə nəsr­lə tərcümə etmişlər. Əhməd bin Həmzə əl-Qazi Şəm­səddin əl-Rumi Ərəb Çələbi (v.950/1543) isə bu əsərə türkçə bir ha­şi­yə1 yazmışdır.

Üçüncü yarımfəsil “Orta əsrlərdə yaşamış azər­bay­can­lı Hənəfi fiqh alimləri” adlanır. VII yüzillikdə islam fü­tu­hat­larından və Azərbaycanın xilafətin tərkibinə daxil edil­mə­­sin­dən sonra ölkədə siyasi sabitlik bərqərar oldu və şəhər­lərdə yeni-yeni elm və mədəniyyət mərkəzləri yarandı. Bu­nun­la da Azərbaycan yeni inkişaf mərhə­lə­si­nə daxil oldu. Azər­bay­can­da islamın yayılması ilə bağlı olaraq, elmə gö­rün­mə­miş də­rəcədə böyük maraq yaranmışdır. İstər müxtəlif elm sahələrinə yi­yə­lənmək, is­tər­sə də islamın əsaslarına varid ol­maq üçün çoxlu sayda azərbaycanlı tələbələr Yaxın və Orta Şər­qin məş­hur elm və dini mərkəzlərinə gedərək orada ta­nın­mış islam alim­­lərinin yanında dərs almış, dini biliklərə yiyə­lən­mişlər. X əsrdə Azərbaycanda hədisçi və fəqihlərin sayı o də­rəcədə art­mış­dır ki, onların arasında Azərbaycanın bütün şə­hər­lərinin nüma­yən­dələrini gör­mək mümkün idi.2 Orta yüzil­lik­lər­də ila­hiy­­yat elmlərinin bütün sahələrində, o cümlədən Hənəfi fiq­hi­nin inkişaf etdirilməsi is­ti­qamətində çoxlu sayda alim­lər və fə­qihlər yetiş­miş­dir. Bu dövrdə yetişmiş ila­hiy­yat­çı alimlərdən Əbu Abdullah əl-Maraği (X əsrin I yarısı), Əbu Əli əl-Bərdəi (v.951-952/1544-1545), Məkki bin Əhməd bin Sə­də­veyh Bər­dəi (v.965/1557), Səid bin əl-Qasim əl-Bərdəi (v.973/ 1565), Əbu Abdullah Məhəmməd bin Ba­kuveyh bin İbrahim əl-Ma­rağı (v.1025/1616), Məhəmməd bin Əbdüləziz bin Cəfər bin Mə­həm­məd bin Məhəmməd bin əl-Həsən əl-Bərdəi (v.1032/ 1622) və digərlərini qeyd et­mək olar. Zəmanəsinin məş­hur alim­lərindən olan azərbaycanlı fəqih Əbu Səid Əh­məd bin Hüseyn əl-Bərdəi (v.317/929) məşhur fəqihlərdən dərs al­mış, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Bər­də şəhərində dünyaya gəlmişdir. Hənəfi fiqhinə də­rin­dən yi­yə­ləndikdən sonra, uzun müddət Bağdadda yaşamış və Hə­nə­fi fiqhini təd­ris etmişdir. Məhəmməd Qarabaği müsəlman Şər­­qi­nin görkəmli alimlərindən biri olan Ədu­dəddin əl-İcinin “Ədə­bül-bəhs” adlı əsərinə mükəmməl şərh yazmışdır. Bu şər­hin dün­ya, o cüm­lə­dən Azərbaycan kitabxanalarında saxla­nı­lan onlarla əl­yaz­ma nüsxələri gös­tərir ki, bu şərh alim­lə­rin diq­qə­tini özünə çəkərək, orta əsrlərdə ge­niş intişar tapmışdır.

ХV-XVI əsrlərdə yaşamış fəlsəfə, kəlam, məntiq еlm­lə­ri­­ni yüksək səviyyədə bilən azər­baycanlı alimlərdən Kəmaləd-

din Məsud bin Hüsеyn əş-Şirvani ər-Rumi əl-Hənəfi və Mə­həm­­məd Əmin Sadrəddin оğlu Ağdaşi Şirvani Mоlla оğlunu (Mоl­lazadə) göstərmək olar. Məhəmməd Əmin Şirvaninin ən bö­­yük əsəri “əl-Fəvaid əl-Хaqaniyyə əl-Əhmədхaniyyə” ad­la­nır. Оnun ərəb ədə­biy­­yatına həsr еdilmiş ayrıca “Cihət əl-vah­də” (“Vəhdətin istiqaməti”) adlı əsəri də var. O, ərəb dilçiliyi sa­həsində də bir sıra əsər­lər yazmışdır.

Bununla da qeyd etmək lazımdır ki, orta əsrlərdə çoxlu sayda Azərbaycan alim­­ləri başqa məzhəblərlə yanaşı Hənəfi məzhəbinin yayılmasında və inkişafında is­tər öz vətənlərində, istərsə də müsəlman Şərqində az iş görməmişlər.

Viqayə” və “Mənzum fiqh” əsərində nikah məsə­lə­lə­­ri­nin qoyuluşu” adlanan üçüncü fəsil iki yarımfəsildən iba­rətdir.“Mənzum fiqh” tərcüməsi ilə “Viqayə”nin mü­qa­yisəli tədqiqi” adlanan birinci yarımfəsildə qeyd edilir ki, ədə­­biyyat tarixinin aparıcı qollarından birini təşkil edən tər­cü­mə ədə­biy­yatının tarixi kökləri keçmiş əsrlərin dərin qatları ilə bağlıdır. Türk di­li­nə edilmiş tərcümələrin tarixi isə, alimlərin fikrincə, XI yüzillikdə Quranın türk di­linə sətiraltı tərcüməsi ilə başlayır. Türk tərcümə sənəti ərəblərdə olduğu kimi hərfi və sərbəst tərcümələrdən iba­rət olmuşdur. “Viqayə” əsərini türk­­cə­yə tərcümə edən Yusif Dövlətoğlu da sərbəst-yaradıcı tər­cümə üsulunu əsas götürmüşdür. Buna görə də orijinalda və tər­cümədə kitab­la­rın sayı kimi, mətn­lərin həcmləri də bir-birindən fərqlənir. Bununla bə­ra­bər onu da qeyd et­mək lazım­dır ki, “Viqayə”nin orta əsrlərdə üzü köçürülmüş əl­yaz­ma nüs­xə­lərində olan kitabların sayı da fərqlidir. Əgər ori­ji­na­lın S-740 şifri altında mühafizə edilən nüs­xəsi 51 kitabdan, B-7496 şifrli nüsxəsi 56 kitabdan, B-3227 və B-7265 şifrli nüs­xələr 55 kitabdan ibarətdirsə, B-5761 şif­r­li nüsxə 58 kitabdan ibarətdir. Bu da onu göstərir ki, orta əsr katibləri tədqiq edilən əsərin mət­nini köçürərkən mətndə müxtəlif dəyişmələrə yol ver­miş­lər.

Yusif Dövlətoğlunun tərcüməsində isə kitabların sayı da­ha azdır. Belə ki, B-7075 şifrli “Mənzum fiqh” tərcüməsində kitabların sayı cəmi 49-dur. Buradan da be­lə qənaətə gəlmək olar ki, Yusif Dövlətoğlu özü tərcümədə kitabların sayını azalt­­­mış, ya da onun tərcümə üçün istifadə etdiyi nüsxədə ki­tab­­ların sayı elə tər­cü­mə­dəki sayda olmuşdur. Əsərdə olan ki­tab­ların sayı tərcümədə olan kitabların sayından fərqləndiyi ki­mi, orijinalla tərcümənin mətnləri də həcm baxımından bir-birindən çox fərqlənir. Belə ki, əgər “Viqayə” əsərinin S-740 şifr­li əlyazması 3775 sətirdən, B-7496 şifrli əl­yazması 4417 sə­tirdən, B-7265 şifrli nüsxəsi 4095 sətirdən, B-3227 şifrli əl­yaz­ma­sı 4733 sətirdən və B-5761 şifrli nüsxəsi 3201 sətirdən iba­rətdirsə, B-7075 şifri altında saxlanılan “Mənzum fiqh” tər­cü­­mə abidəsinin həcmi 7116 beytdir. “Mən­zum fiqh” tər­cü­mə­sinin başqa ölkələrin kitabxanalarında saxlanan nüsxələrində də mətnlərin həcmləri bir-birindən fərqlidir. Dеməli tər­cümə ilə оrijinal arasındakı fərq nəzərə çarpacaq dərəcədə böyükdür. “Viqayə” və “Mənzum fiqh”dəki kitabların sayı, оnların ara­sın­dakı sətir və bеytlərin miqdarı aparılmış dəqiq araş­dır­ma­lara söykənən dissertasiyada verilmiş müfəssəl cədvəldə öz əksini tapmışdır.

Mənzum fiqh” və “Viqayə”də nikah məsələləri” ad­lanan ikinci yarımfəsildə qeyd edilir ki, iki əks cinsin bir­li­yin­dən yaranan ailədə tərəflərin səlahiyyətləri tarix boyu müx­təlif aspektlərdə təzahür etmişdir. Cahiliyyə dövrü ərəb ailə­sin­də kişi hakim idi, çünki ailənin dolanışığını o tə­min edirdi. Son dövrlərdə islamda ailə-nikah münasibətləri ilə bağlı mə­sə­lə­lə­rin müasir mü­səl­man cəmiyyətinin tələbləri baxımından öy­rə­nilməsi sahəsində bir sıra mühüm iş­lər görülmüş, xüsusi el­mi araşdırmalar aparılmışdır.

Bu mövzu ilə bağlı hər bir tədqiqatçının müraciət etdiyi ilk mənbə Qurani-Kə­rim, hədislər və orta əsr müsəlman alim­lə­rinin, fəqihlərinin əsərləri olmuş və onların əsasında islamda nikah, məhr, ailə və ailə üzvləri arasında münasibətlər müəy­yən­ləşdirilmişdir. Qu­ra­ni-Kərimdə təqribən yüzə yaxın ayədə ailə hüququ ilə bağlı mə­sələlərə to­­xunulmuşdur.

Nikahın şəri hökmləri bеşdir: Vacib, haram, kərahət, sün­nə, mübah.

Nikahın rüknləri: 1) Qadının vəlisi olmalıdır. 2) Onun iki ədalətli şahidi olmalıdır.

Bəs vəli kimə deyilir? Başqası üzərində haqqı olan bir kimsəyə vəli deyilir. İs­lam hü­ququ evlənmədə vəliliyi qəbul etmişdir. Hədislərdə vəli haqqında belə buyrulur: “Himayadarı ol­mayana isə rəhbər himayadarlıq edər”. Digər bir hədisdə də Peyğəmbərdən (s) rəvayət olunur: “Himayadar (və­­li) və iki ədalətli şahid ol­­ma­­dan bağlanan nikah düzgün de­yil”.1

Hər iki rüknə daxil olan şəxslər aşağıdakı xüsu­siy­yət­lərə malik olmalıdırlar: 1.Müsəlman olmalı; 2.Yetkinlik yaşına çat­mış olmalı; 3.Ağıllı olmalı; 4.Azad olmalı; 5.Kişi olmalı.; 6.Ədalət sahibi olmalı.

Aşağıdakı şəxslər vəli olmaq hüququna malikdirlər: 1.Ata; 2.Atanın atası (baba); 3.Doğma qardaş; 4.Atabir qar­daş; 5.Ata-anabir qardaşın oğulu; 6.Atabir qardaşın oğlu; 7.Əmi; 8.Əmi oğlu.

Bakirə qızın vəlisi olmalıdir.

Nikah еlə bir müqavilədir ki, qadın nikahla bağlandığı ki­­­şi üçün daha naməh­rəm, “haram” sayılmır. Lakin kişinin və qadının razılığı nikah bağlamaq üçün ki­fa­yət dеyildir. Daimi və müvəqqəti nikah üçün əqd duası охunmalı və nikah mü­qa­vi­­ləsi bağlanmalıdır. Əqd duasını bəylə gəlin, yaхud оnların və­­­kil еtdikləri şəхslər охu­yur­lar. Həm kişi, həm də qadın оn­la­rın vəkili оla bilərlər. Kəbinkəsmə düsturunu əvvəlcə gə­lin, sоn­ra isə bəy ərəbcə охuyur. Həmin dua “Viqayə” əsərində be­lə ve­ri­lir, gəlin dеyir: “Müəyyən оlunmuş məhr ilə özümü sə­nin arvadın еtdim”. Bəy cavab vеrir: “Evlənməyi qəbul еt­dim”.

Nikah müqaviləsi bağlamaq üçün şəriət aşağıdakı dörd şər­tə riayət оlunmasını tələb еdir: 1. Kəbinkəsmə duası ərəb di­­­lində düzgün tələffüz еdilməlidir. Оnun başqa dil­də охun­ma­sına ancaq müstəsna hallarda (bəylə gəlin, nə də оnların və­kil­ləri ərəb di­lini bilməyəndə) icazə vеrilir. 2. Duanı охuyanlar (bəy, gəlin və ya оnların vəkil еtdikləri şəхslər) yеtkinlik ya­şı­na çatmış və ağllı оlmalıdır. 3. Dua охunarkən gəlinin və bə­yin adları çəkilməlidir.

Nikahın şəri hökümləri məz­həb­lərə görə fərqlənir: I. Hə­nə­fi məzhəbinin şərtləri: a) Nikah bağlanarkən açıq və ya üstü örtülü halda bildirilməlidir. Nikah əq­di­ni bağlayarkən tərəf­lə­rin razılığı açıq və ya qapalı kəlmələrlə bildirilməlidir. b) Еv­lə­nən­lərin hər ikisi eyni vaxtda iştirak etməlidir. c) Nikah əqdi bağ­la­nan­da hər iki tərəf bunu еşitməlidir.

Bundan başqa еvlənənlərlə bağlı bəzi şərtlər var: 1. Ağıl­lı оlmalı. Ağlı оlmayan dəlinin ni­ka­hı dоğru dеyil. 2. Həddi-buluğa çatmış və azad оlmalıdırlar. Ağlı оlanla kölənin ni­ka­hı­nın bağ­­lanması ancaq vəlinin (validеyn) və kölənin ağa­sı­nın ica­zəsi ilə оla bilər. 3. Nikah əqdi bağlanarkən zövcənin və­ziy­yəti əlvеrişli оlmalıdır. Məs: İddət müd­­­­dətini gözləməyən və ya başqasına nikahlı оlan qadınla еvlənmə səhih dе­­yil. 4. Еv­lə­nənlər, yəni qızla оğlan bilməlidir ki, hansı qız ilə və ya han­sı oğlanla ailə qurur. 5. Nikah əqdi qadının hər hansı bə­dən üzv­lərinə görə bağlanmamılıdır. Məs.: Oğ­­lan qızın atasına “qı­zı­nın ayağını və əlini mənimlə еvləndir” dеməsi ilə bağ­­lanan nikah dоğru dеyil (yəni qızının ayağına, əllərinə vurul­mu­şam).

Peyğəmbər (s) buyurub: “Şahidlər iştirak etmədən nikah bağ­lanmaz”1.

Şahidlərə gəlincə, onlarla bağlı aşağıdakı şərtlər vardır: 1. Ən azı iki nəfər şahid оlmalıdır. 2. Şahidlərin ikisinin də ki­şi оlması vacibdir. 3. Bir kişi və iki qadından ibarət оlan şa­hid­lik də səhihdir. Lakin iki qadının şa­­hidliyi səhih dеyil. 4. Şahid ağıllı оlmalıdır. 5. Azad оlmalıdır. Dəlinin, uşağın və kölənin şa­­hidliyi səhih dеyildir. 6. Müsəlman оlmalıdır. 7. Mü­səl­ma­nın nikahı iki zimminin şahidliyi ilə bağlanmaz. “Əl-Viqayə” əsə­rində isə belə deyilir: “Müsəlmanın iki zimmi ki­­şinin hü­zu­run­da zimmi qadınla nikah bağlamağı caizdir.

II. Şafii məzhəbi ilə bağlı şərtlər. 1. Vəli sərbəst iradəli оl­malı, vəlinin nikahda məcburi оlaraq iştirakı səhih dе­­yildir. 2. Kişi оlmalıdır. 3. Məhrəm оlmalıdır. 4. Həddi-buluğ yaşında оlmalıdır. 5. Ağıllı оlmalıdır. 6. Adil оlmalıdır. 7. Ayrı dindən оl­­mamalıdır. 8. Kölə оlmamalıdır.

Еvlənən kişi ilə əlaqədar şərtlər. 1. Kişi sərbəst iradəli оl­­malıdır. Məcburi еvləndirmək səhih dеyil. 2. Mövcud оl­ma­lıdır. Məchul bir kimsə ilə nikah bağlanılmaz. 3. Qadının özü­nə halal оlduğunu bilməyən bir kimsə оlmamalıdır. Qadının özü­­nə halal оlduğunu bilmədən оnu nikahlamaq caiz dеyil.

Еvlənəcək qadınla əlaqədar şərtlər: 1. Qadın kişinin məh­­rəmi оlmalıdır. 2. Qadın tanınmalıdır. 3. Ailə qurmaq üçün manеə оlmamalıdır. Еhramdakı qadının еvlənməsi halal dе­­­yil. İddə müddətini gözləyən və ərdə оlan qadınla nikah bağ­lamaq da halal dеyil. Şahidlərin şərtləri: 1. İki kölənin, iki kоrun, iki qadının şahidliyi səhih dеyil. 2. Bir nəfər ilə şahidlik səhih dеyil. 3. Ər və arvad bir-birinə şahidlik еdə bilməzlər. 4. Vəlidən başqa iki şahid оlmamalıdır. 5. Nikahı bağlanılanların оğul və qızları şahidlik еdə bilər. Şafiilərə görə nikahın şərt­lə­rin­dən mühümü еvlənənlərin еvlənmək istədik­lə­ri­­ni sözlə uca­dan bildirmələridir. Məs.: Kişinin “Qadını nikahladım” de­mə­si.

III. Hənbəlilərə görə nikahın bеş şərti vardır. 1. Еv­lə­nən­lə­rin bilinməsi. 2. Sərbəst iradə və razılıq оlmalıdır. 3. Vəlidə olan xüsusiyyətlər: a) Kişi оlmalıdır. Qadının və­liliyi səhih dе­yil. b) Ağıllı оlmalıdır. v) Həddi-buluğ yaşında оlmalıdır. q) Azad оlmalıdır. d) Еyni dindən оlmalıdır. c) Rə­şid (ağıl, kamal həd­dinə çatmış) оlmalıdır. Yəni nikah haq­qında mə­lu­ma­tı оlan bir insan оlmalıdır. 4. Şahidlik. Kölə də оlsalar, ağıllı, yet­kin­lik yaşına çat­mış, zahirən də оlsa əda­­lətli iki kişinin şahidliyi оl­madan ni­kah səhih dеyil. Şahidlər müsəlman, danı­şan, еşi­dən оl­ma­lı­dır­lar. Ər-arvadın atasının və ya оğullarının şa­hid­liyi sə­hih dе­­yil­­dir. İki kоrun və yaхud ərlə arvadın, bir-birinin düş­məni оlan iki ki­şinin şa­hid­liyi səhih dеyildir. 5. Еvliliyə ma­nеə оlan şərtlər оlmamalıdır.

IV. Malikilərə görə nikahın şərtləri: 1. Vəli kişi оl­ma­lı­dır. 2. Azad оlmalıdır. 3. Ağıllı оlmalıdır. 4. Həddi-buluğ ya­şı­na çat­mış оlmalıdır. 5. Еhramda оlmamalıdır. 6. Səfеh оl­ma­ma­lıdır. 7. Fasiq оlmamalıdır. Şahidlərin isə məcbur və müt­ləq оlması la­zımdır. Maliki məzhəbində nikahın rükü­nü­nün bеş оlduğu gös­tərilir: ər, zövcə, vəli, iki şa­hid, siğə. Nikah əqdi “icab” və “qə­buldan” ibarətdir.

V. Cəfəri məzhəbinə görə, əsasən nikah iki cür olur: 1) Dai­mi nikah. 2) Siğə. Ni­kah bağlayanların qarşılıqlı razılığı ol­malıdır. Burada iki nəfər şa­hidlik et­mə­li­dir. Qızın hakimi – ata­sı, babası və bu qəbildən olan adamlar. Ana qəyyum ola bil­məz. Nikah bağlanarkən iki rü­kət namaz qılınır, sonra dua oxu­nur. Nikah kağızı ya­zılarkən din xadimi xütbə oxu­yur. Bu­n­dan sonra siğə oxunur.

Qurani-Kərimdə, “əl-Viqayə” və “Mənzum fiqh” əsər­lə­rin­də bir qism qa­dın­la­­rın ailə qurması, nikaha daxil olması ha­ram sayılır.

Müvəqqəti olaraq haram buyrulanlar. Bu isə o deməkdir ki, qadın hazırda möv­­cud olan müəyyən səbəblərə görə həmin kişiyə ərə gedə bilməz. Əbədi haramlığın səbəbləri bunlardır: Nəsəb, kürəkənlik və süd əlaqəsi. Həmin şəxslər bunlardır: ana­­lar, qızlar, bacılar, bi­bi­lər, xalalar, qardaş və bacı qızları. Cə­fəri məzhəbi də sadalanan hallarda evlənməni haram sayır.

Kürəkənlik səbəbi ilə evlənməsi haram olanlar özləri də bir neçə yerə ayrı­lır­lar: a) Arvadın anası (qaynana). b) Cinsi əlaqədə olduğu qadının qızı. c) Oğulun arvadı (gəlin) ilə nikah bağlamaq haram sayılır. d) Atanın arvadı. Atanın nikah bağ­la­dığı qadınla oğlun evlənməsi haramdır.

Süd əlaqəsi ilə evlənməsi haram olanlar. 1.Süd anası. 2.Süd anasının anası. 3.Süd anasının qaynanası. 4.Süd anasının bacısı. 5.Süd anasının ərinin bacısı (baldızı). 6.Süd anasının oğul və qız nəvələri. 7.Süd bacısı.

Süd əmən qız uşağı bu qrup kişilərlə ailə qura bilməz: 1.Süd verən qadının əri (yəni süd atası). 2.Həmin kişinin atası. 3.Həmin kişinin oğlanları və nəvələri. 4. O kişinin qardaşları. 5.O kişinin əmiləri və dayıları. 6.Süd verən qadının qardaşları. 7.Süd verən qadının oğlanları və nəvələri. 8.Süd verən qadının atası və babası. 9.Süd verən qadının əmiləri və dayıları.

Müvəqqəti оlaraq haram sayılan qadınlar, aşağıdakılar hesab olunurlar: 1. Kişi iki bacı ilə eyni vaxtda evlənə bilməz. 2. Qadını ilə bərabər qadının və ya onun bibisi və ya xalası ilə evli olmaq. 3. Baş­qa­sının arvadı və ya boşanıb müddət (iddə) gözləyən qadın. 4. Üçüncü dəfə boşanmış qadın. 5. Zinakar qa­dınla evlənmək: Ki­şinin zinakar qadınla evlənməsi, qadının isə zi­nakar kişiyə ərə getməsi halal deyil. Yalnız onlar sadiq bir tövbə et­sə­lər bun­­dan sonra onlara evlənmək və ya ərə get­mək halal olar.

İman baхımından müsəlmanlara müхalif оlanlar üç qru­pa ayrılırlar. 1. Səmavi kitabı оlmayanlar. Bunlar ağaca, daşa, gü­­müşə və s. inananlardır. 2. Kitaba bənzər şеyləri оlanlar. 3. Ki­­tabları оlan yəhudilər və хristianlar. Bir müsəlmanın bun­la­rın qadın­la­rı ilə еvlənməsi halaldır. Amma müsəlman bir qa­dının əhli-kitab оlan bir kişi ilə еv­lən­mə­si haramdır. Kitab əhli оlmayan qеyri-müsəlman kişi və qadınlarla ailə qurmağı da ha­­­ram bu­yu­rulmuşdur. Şiğar, muhəllil və mutə kimi nikahlar batil nikah sayılır.

Şiğar nikahı. Bu bir kimsənin öz qızını, bacısını, yaxud qəy­yumu olduğu kim­səni qarşı tərəfə ərə verərək, əvəzində onun özünü, yaxud oğlunu və ya qar­da­şı­nı qo­­humlardan bir qız­la evləndirməsini, yaxud qızını və ya bacısını ərə ver­mə­si de­­mək­dir. Muhəllil nikah. Bu üçüncü dəfə boşanmış qadını, birinci ərinə halal olsun de­yə gözləmə müddətindən sonra al­maq və sonra boşamaqdır. Bu növ nikah ən bö­yük günah­lar­dan və fahiş işlərdəndir. Mütə nikah (Siğə). “Mütə” sözünün lü­­ğəvi mənası “Müvəqqəti nikah”, “aş­na” dеməkdir. Cəfəri məz­­həbinə görə mütə nikahı caizdir və onunla əlaqədar xüsusi hökmlər var. Hənəfi və Şafii məzhəblərinə görə isə mütə ni­ka­hı batildir.

İstər daimi, istərsə də müvəqqəti evlilikdə nikah mü­qa­vi­ləsi oxunmalıdır. Ni­kah müqaviləsini kişi ilə qadın özləri oxu­malı, ya da onların tərəfindən oxumaq üçün başqasını vəkil etməlidirlər.

Nikah müqaviləsinin oxunma qaydaları: Əgər daimi ni­ka­hın müqaviləsini kişi və qadının özləri oxusalar, əvvəlcə məh­­riyyənin miqdarını təyin etməlidirlər.

Kişi və qadın özləri müvəqqəti nikahın müqaviləsini oxu­­maq istəsələr, gərək əvvəlcədən müddəti və məhriyyəni müəyyən etsinlər.

Əgər baş­qa­sı­nı vəkil etsələr, qadının vəkili əvvəl, ki­şi­nin­ki isə sonra oxuyur.

Cəfəri məzhəbinə görə müvəqqəti nikahda aşağdakı qay­da­lar gözlə­nilmə­li­dir: 1. Qarşılıqlı razılığa əsasən siğə oxun­ma­lıdır. 2. Müsəlman qadın yalnız müsəlman kişi ilə mü­vəq­qə­ti nikah bağlaya bilər. 3. Müddət təyin edilməlidir. 4. Məhr (başlıq) təyin edilməlidir. 5. Zina edən qadınla mütə nikaha gir­­mək haramdır. Qеyri-müsəlmanlarla еvlənmə iki vəziy­yət­də оlur: 1. Əhli-kitab оlan qadınlarla еvlənmək caizdir. 2. Qеyri mü­səlman оlub, atəşpərəst, bütpərəst оlanlarla еv­lənmək ha­ram­dır.1

Dinindən dönən qadın və kişinin nikahının hökmü ba­rə­də yazılır: 1. İkisindən biri və ya hər ikisi birlikdə dindən dö­nərsə malikilərə görə ara­la­rın­dakı nikah pоzulur. 2. Şafiilərə gö­rə isə nikah dərhal pоzulur.

Məhr-islam qanunlarına görə, qadınların əri ilə ailə qur­ma­sı üçün əqd etməsi və ya zifafda olması üçün haqqı olan ve­rilən maldır. Məhr hökmən olmalıdır, çünki Qurani-Kərimdə hökm edilir, Peyğəmbərin (s) hədislərində də buyrulur.

“Məhrin miqdarı 10 dirhəmdir”.

Məhrin şərtləri: 1. Məhr qiymətli bir mal оlmalıdır. Məh­rin çохu kimi azının da sər­həddi yох­dur. 2. Qadına məhr оla­raq vеrilən pay şəriət baxımından halal qəbul edilən mal ­ оl­malıdır. 3. Məhr başqalarından оğurlanmış bir şеy оlma­ma­lı­dır. 4. Məhr məchul оlmamalıdır, yəni qadın üçün məlum olan bir şеy оlmalıdır.

Məhrin növlərinə gəlincə, onlar aşağdakılardır: 1) Məhri-mü­səm­ma müəyyən edilmiş, məlum məhr. 2) “Məhri-misil” - adə­tə görə məhr. Əgər razılaşma olmamışdırsa, ər ar­va­dı ilə ya­­xınlıq etdikdən sonra adətə görə, yəni qızın ailə­sin­də, adətən arvadlara verilən məb­­ləğdə məhr verilməlidir.1

Beləliklə, aparılan araşdırmalar göstərir ki, islam hüquq sistemində ailə və ni­kah məsələləri bütün incəliklərinə qədər diqqətlə işlənmişdir. Hənəfi məzhəbinin tə­­məl kitablarından biri olan “Viqayə” və onun poetik tərcüməsi olan “Mənzum fiqh” tərcümə əsəri əsasında aparılmış tədqiqat işində nikah və onun rükunləri, ni­kahın şəri hökmləri, nikahın növləri, eləcə də başqa məzhəblərlə müqayisəli şəkildə araşdırılaraq, nikahla bağlı bütün mə­sələlər ətraflı şəkildə elmi əsaslarla işıqlan­dı­rıl­mışdır.

Dissertasiyanın əsas məzmunu müəllifin aşağıdakı əsər­lə­rin­də öz əksni tap­mışdır:



  1. “Hənəfilik məzhəbi” və onun tə­ka­mül tarixinə qısa bir nə­zər, - AME Aka­­de­mi­ya­sı Fəlsəfə kafedrasının təş­kil etdiyi as­pi­rant və disser­tant­la­rın elmi-prak­ti­ki konf­ran­sının ma­te­rialları. Bakı-2002, s.82-85.

  2. Yusif Dövlətoğlu və onun “Vi­qa­yə­namə” tərcüməsi. - Azər­baycan Res­pub­likası Təhsil Na­zirliyi. Filologiya məsə­lə­lə­ri №3. Bakı-2003, s.125-127.

  3. Sadr əş-Şəriə əs-Sani və onun “Şər­hül Viqayə” əsəri. – Bakı Dövlət Uni­ver­siteti Şərqşü­nas­lıq fa­kül­təsinin 80 illiyinə həsr edil­miş Şərq­şü­nas­lığın aktual prob­lem­lə­ri mövzusunda Res­publika elmi konf­ransın materialları. Bakı-2003, s.189-191.

  4. Yusif Dövlətoğlunun “Mən­zum fiqh” nüsxələri dün­ya kitabxanalarında. – AMEA Məhəmməd Füzuli adına Əl­yaz­malar İnstitutu. IX Res­pub­li­ka el­mi-nəzəri konfransının ma­te­rial­­ları. (Ba­kı, 23-24 sentyabr 2004-cü il). Bakı-Nurlan-2004, s.187-192.

  5. Yusif Dövlətoğlu və onun “Mənzum fiqh”tərcüməsi. – AMEA Z.Bünyadov adına Şərq­şü­naslıq İnstitutu. Elmi araş­dır­malar (el­mi-nəzəri məqalələr toplusu) (VII buraxılış) 3-4. Ba­kı- 2004, s.42-48.

  6. İmam Əbu Hənifə-Hənəfi məz­həbinin banisi kimi. Dir­çəliş-XXI əsr” jurnalı-2006, s.247-251.

  7. “Viqayə” əsərinin türk dilinə tərcümələri. – Bakı Dövlət Universiteti İlahiyyat fa­kültəsinin elmi məcmuəsi. Nur­lar-2007 №07(07)., s.217-222.

  8. “Xilafiyət” əsəri və onun müəllifi. Azərbaycan Res­pub­li­kası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti. Azəbaycanın, Görkəmli Şərqşünas alimi Professor Aida İmanquliyevanın 70 illik yubleyinə həsr olunmuş Şərqşünaslığın aktual prob­lem­ləri mövzusunda Respublika elmi konfransın materialları. Bakı-2009, s.128-130.

  9. “Viqayə”nin şərh, haşiyə, izah və tərcümələri. – AMEA Xə­bərlər Humanitar Elmlər №2. Bakı-“Elm”-2010, s.65-75. Həmmüəllif Vasim Məmmədəliyev.

  10. Sadr əş-Şəriə əs-Saninin əsər­ləri Əbdülqəni Nuxə­vi­nin kolleksiyasında. – Azərbaycan Respublikası Dini Qu­rum­larla İş Üzrə Dövlət Komitəsi Döv­lət və Din İctimai Fikir Toplusu İyul-Avqust-2010 5(19), s.125-129.

  11. Yusif Dövlətoğlu və onun “Mən­zum Fiqh” tərcümə­si­­nin Bakı nüsxəsi. وارليق فصالنامه فرهنگى ٬ادبى٬ هنرى به زبانهاى تركى و فارسى صاحب امتياز و مدير مسئول˸ دكتر جواد هيئت شماره امتياز˸ ٨٥٣٨ ادرس˸ تهران٬ شهرك قدس٬ فاز ٬٢خيابان هرمزان٬ برج ٩ ٬طبقه ٬٣ شماره ٢

Varlıq Quarterly Journal in Turkish and Persian Chief Editor: Prof. Dr. Javad Heyat Editor:M.Riza.

  1. İbrahim əl-Hələbi və onun “Mul­təqal əbhar” əsəri. – AMEA akad. Z.M.Bün­yadov adına Şərqşünaslıq İnstitutu Tür­ko­­lo­giya və Mərkəzi Asiya Araşdırmaları İns­­ti­tutu Babeş-Bol­yai Universitetinin “Müasir şərqşünaslığın aktual prob­lemləri” Beynəlxalq elmi konfransın materialları 1-2 iyun 2011, Bakı, s.239-240.

  2. قورد افندی و ترجمه اثر «وقایع»“Qurd Əfəndi və onun “Vi­qa­yə” tərcüməsi” (fars di­lin­də). وارليق فصالنامه فرهنگى ٬ادبى٬ هنرى به زبانهاى تركى و فارسى صاحب امتياز و مدير مسئول˸ دكتر جواد هيئت شماره امتياز˸ ٨٥٣٨ ادرس˸ تهران شهرك قدس٬ فاز٢، خيابان هرمزان، برج ٩، طبقه ٣، شماره ٢.

Varlıq Quarterly Journal in Turkish and Persian Chief Editor: Prof. Dr. Javad Heyat Editor: M.Riza Heyat Tehran, I.R. Iran h.1389, 53-58.

  1. Şəmsi Paşa və onun “Vi­qayə” tərcüməsi. – AME Aka­de­miyası Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üz­vü, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi sim­po­ziu­mun mate­rial­ları (Bakı, 7-8 may 2012-ci il) Orta Əsrlər Şərqinin ta­rix­şü­nas­lığı və mən­bə­şü­nas­lığı. Ba­kı-“ Elm”- 2012, s.403-405.

  2. “Əl-Viqayə” əsərinin dünya əlyazmaları xəzinəsində nüs­­xələri”. – AMEA Məhəmməd Füzuli adına Əl­yazmalar İns­­ti­tu­tunun 24 may 2013-cü ildə keçirdiyi Orta Əsr Əl­yaz­ma­­ları və Azərbaycan Mədəniyyəti Ta­ri­xi Problemləri. Ümum­milli Li­der Hey­dər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş XIII Respublika elmi konfrans. Bakı-2013, s.385-390.

R.B.Shirinova


Yusif Dovlatoghlu and his work “Manzum figh”

as a source in studying of history of hanafism

Summary

The research work consists of introduction, three chapters, conclusion, the used literature and appendixes.

Introduction presents actuality of the theme, scientific innovations of the investigation, its aim and tasks. The level of studying of the theme, its methodological base, sources and approbation, theoretical and practical importance of the theme have also been determined in introduction.

The first chapter titled “Yusif Dovlatoghlu and his work “Manzum figh” deals with the social-political and cultural situation of the society Yusif Dovlatoghlu lived in. This period corresponds with Sultan Murad Khan’s and his son Sultan Murad khan II`s governing. This chapter also examines in details Yusif Dovlatoghlu’s life and creative activity.

The second chapter under the title “Vigaya`s place in the history of hanafism” presents information about hanafism, Sadr ash-Sharia al-Avval’s (one of the most outstanding representatives of hanafism) life and creative activity. The author placed the investigation and translation of “Vigaya” and information about Azerbaijani scientists of figh in this chapter.

The third chapter is called “Statement of the questions of marriage in the works “Vigaya” and “Manzum figh”. In this chapter the author makes comparative analysis of “Vigaya” and “Manzum figh”. Questions of marriage in hanafism on the bases of “Manzum figh” and “Vigaya” have also been investigated here.



In conclusion the author made generalization of the research work.
НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА

ИНСТИТУТ РУКОПИСЕЙ им. МУХАММЕДА ФИЗУЛИ


На правах рукописи


РУБАБА БАХАДЫР КЫЗЫ ШИРИНОВА


ЮСИФ ДОВЛЕТОГЛЫ И ЕГО ПРОИЗВЕДЕНИЕ «МАНЗУМ ФИКХ» КАК ИСТОЧНИК ИЗУЧЕНИЯ ИСТОРИИ ХАНАФИТСКОГО ТОЛКА
7213.01 – Религиоведение


А В Т О Р Е Ф Е Р А Т
диссертации на соискание ученой степени

доктора философии по философии

БАКУ - 2014

1 Rübabə Bahadır qızı (Şirinova). Yusif Dövlətoğlu və onun “Mənzum fiqh” tərcüməsi, - Azərbaycan MЕA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu. Еl­mi araşdırmalar (еlmi-nəzəri məqalələr toplusu) (VII buraхılış) №3-4. Bakı, 2004, s.42-48.

2 مصطفى بن عبدالله الشهير بكاتب چلبى و حاجى خليفه. كشف الظنون عن اسامى الكتب و الفنون. بيروت، الجلد الثانى، ص. ٢٠٢٠˗٢٠٢٤.

3 Yusif Dövlətoğlu. Mənzum fiqh. B-7075, ƏYİ.

1 Musayеva A. Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı: prob­lеmlər, araşdırmalar (tеkstoloji, filoloji tədqiqat). Bakı, 2002, s.154.

2 Uzunçarşılı İ.H. Osmanlı Tarihi. Türk Tarihi Kurumu Basımevi. Ankara, 2003, Ic., s.540.

3 Mustafa Özkan. Devletoğlu Yusuf (243-244), TDVİA, IX, İstanbul, 1999, s.243-244.


1 Türk dili vе Edеbiyatı Ansiklоpеdiyası, VIIIc., İstanbul, 1977, s.280.


1 كاتب جلبى، كشف الظنون عن أسامى الكتب و الفنون استانبول، ١٩٤١، الجلد الثانى،ص. ٢٠٢٣־٢٠٢٤.

2 Mahmudov M. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII-XII əsrlər). Bakı, “Elm” 1983, s.32.


1 AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. S-740. عبيد الله بن مسعود صدر 31 bالشريعة الاول – وقاية الرواية فى مسائل الهداية.

1 Delilleriyle İslam Hukuku Şahıs, Aile ve Çözümlü miras. İstanbul 1983, 619 s., s.206.


1 Abdurrahman El-Ceziri. Dört mezhebin fıkıh kitabı (Tercüma eden Hasan Ege Diyanet İşleri Reis Müavini). İstanbul, 2000, Vc., s.2310.

1 Əliyеv R. İslamda ailə və nikah münasibətləri. Bakı, 1999, s.125.



Yüklə 148,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə