Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
  1   2   3   4   5   6   7   8   9   ...   24


 

AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL  NAZİRLİYİ 



AZƏRBAYCAN  DÖVLƏT  İQTİSAD  UNİVERSİTETİ 

                                                                                         Əlyazması  hüququnda 

 

 

Məmmədov   Fuad  Fikrət  oğlu 



     (Magistrantın  A,S,A )    

       



 

“Azərbaycan  milli iqtisadi  inkişaf  modeli”  mövzusunda  

 

MAGİSTR   DİSSERTASİYASI 



 

İxtisasın  şifri və adı :                                İqtisadiyyat 

 

İxtisaslaşma:                                              İqtisadi  nəzəriyyə 

 

 

Elmi  rəhbər :                                                    Babayev  Ə. P. 

Magistr  proqramının rəhbəri:                        Babayev  Ə. P. 

Kafedra  müdiri:                                               Babayev  Ə. P. 

 

 



 

B  A  K  I  -  2  0  1  5 


 

                                                 



                                                     

Mündəricat 

Giriş.....................................................................................................................s.3-6 

                        

 Fəsil 1  .Milli iqtisadiyyatın sistem xarakteri...............................................s.7-25 

1.1 İqtisadi sistem və onun parametrləri ...........................................................s.7-14 

1.2 İqtisadi sitemin milli xarakteri. İqtisadiyyatın müxtəlif mill modelləri ...s.14-20 

1.3 Milli iqtisadiyyatın spesifik amilləri və məqsədləri..................................s.20-26 

                                 

Fəsil  2  Azərbaycan iqtisadi modelinin formalaşması...............................s.27-72 

 

2.1 Azərbaycan iqtisadiyyatında transformasiya prosesləri ...........................s.27-43 

2.2 Dəyişikliklərin strukturu və modelləri.......................................................s.44-62 

2.3 Azərbaycanda mülkiyyətin özəlləşməsinin modelləri və mərhələri..........s.62-72 

                                     

Nəticə və təkliflər...........................................................................................s.73-76 

İstifadə edilmiş ədəbiyyat..............................................................................s.77-78 

 

 



 


 

Referat 



Mövzunun  aktuallığı.    Son  zamanlarda  dünya  iqtisadiyyatında  baş  vermiş  dərin 

geosiyasi  və  sosial-iqtisadi  dəyişikliklər  milli  iqtisadiyyatın  inkişaf  modeli 

probleminə  marağı  artırmışdır.Baş  vermiş  dəyişikliklər  iqtisadiyyatların  bazar 

istiqamətli  formalaşmasında  köklü  islahatlarla  da  əlaqədardır.  Milli  model  milli 

təsərrüfatın bütövlüyünü formlaşdıran elementlərin məcmusu olub yerli xüsusiyyətlər 

sırasında xalqların tarixi ənənələrini ,genetik köklərini əks etdirir.Milli iqtisadi inkişaf 

modeli-iqtisadiyyatın  mövcud  strukturuna,dünya  təcrübəsi  və  milli  ənənələrə 

əsaslanan,  milli  iqtisadiyyatın  sabit,dinamik  inkişafını,təkrar  istehsalı  təmin  edən  

modeldir..İqtisadiyyatın milli modelinin mühüm cəhəti onun xüsusiyyətlərinin ,başqa 

sözlə  desək,özünəməxsusluğunun  səciyyələndirməsidir.Müasir  bazar  iqtisadiyyatının 

milli  modelləri  bazar  mexanizmi  və  dövlət  tənzimlənməsinin  ,xüsusi  sahibkarlıq  və 

sosial  təminatların  sintezinin    milli  əmsalları  fərqləndirilən  modellərdir.Əsas 

meyarlardan  çıxış  edərək  bazar  iqtisadiyyatının  bir  sıra  səciyyəvi  modelləri 

(liberal,sosial  yönümlü  bazar  təsərrüfatı,sosial  demokratik,tənzimlənənn  kapitalizm 

və.s)    mövcuddur  ki  ,  bunlar  da  ölkə  iqtisadiyyatlarının  birinin  digərindən 

fərqlənməsini şərtləndirir. 

Azərbaycanın  inkişaf  etmiş  ölkələrin  iqtisadi    modellərinə    müraciəti  ilkin  şəraitin 

(elmi-texniki  baza,iş  qüvvəsinin  yüksək  keyfiyyəti  və.s)    mövcudluğu  ,ölkənin 

dünyanın 

inkişafının 

qabaqcıl 

meyllərinə 

inteqrasiyasının 

zəruriliyi 

ilə 

şərləndirilir.Məhz  bu  cəhətləri  nəzərə  alaraq    Azərbaycan  milli  iqtisadi  inkişaf 



modelinin formalaşmasında innovativ  inkişaf strategiyasının həyata keçirilməsi,elmi 

-  texniki,texnoloji  ,insan  potensialından  səmərəli  istifadə  olunması,iqtisadiyyatın 

strukturunun  modernləşməsi    və  davamlı  inkişafın  təmin  olunması    kimi  məsələlər 

aktualdır. 



        Tədqiqatın predmet və obyekti .  Müasir iqtisadi modellərin təhlili göstərir ki, 

Azərbaycanda ümumdünya prosesləri ilə uzlaşan , xarici ölkələrin təcrübəsini nəzərə 

alaraq  onları  yerli  şəraitlə  uyğunlaşdıran  inkişaf  strategiyası  formalaşmışdır.Ulu 



 

öndər Heydər Əliyevin  böyük uzaqgörənliklə müəyyənləşdirdiyi bu strategiya alman 



modelinə-sosial  yönümlü  bazar  iqtisadiyyatına  daha  çox  yaxındır.  Azərbaycan  milli 

iqtisadi  inkişaf    modelinin  səciyyəvi  cəhətlərini  xüsusi  qeyd  etmək  olar: 

Birincisi,həqiqətən  Azərbaycanda  müxtəlif  mülkiyyət  və  təsərrüfat  formalarına 

əsaslanan  qarışıq  iqtisadiyyatın  formalaşması  prosesi  gedir  və  dövlət  mülkiyyətinin 

formalarının 

səmərəli 

fəaliyyəti 

üçün 


bərabər 

təsərrüfatçılıq 

mühiti 

yaradılmışdır.İkincisi,  “standard”  bazar  iqtisadiyyatı  ölkələri  ilə  müqayisədə 



Azərbaycanda  bu  gün  iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsi  prosesinin  çox 

güclü  olması  ,ilk  növbədə  ,keçid  mərhələsinin  ilk  illərində  iqtisadiyyatın  böhran 

vəziyyətindən  çıxarılması,iqtisadi  artımın  təmin  edilməsi  ,iqtisadiyyatda  struktur 

dəyişikliklərinin  həyata  keçirilməsi  və  həm  daxili,həm  də  xarici  bazarda  rəqabət 

qabiliyyətli  olması  üçün  əlverişli  şərait  yaratmışdır.Üçüncü  tənzimlənmə  nəinki 

makroiqtisadi səviyyədə,həm də mikroiqtisadi səviyyədə həyata keçirilmişdir. 

Dördüncüsü  ,  Azərbaycan  milli  iqtisadi  inkişaf  modelinə    iqtisadiyyatın  yüksək 

dərəcədə  sosialyönümlüyü,xalqımızın  mentaliteti    ,tarixən  ictimai  ənənələrin  güclü 

olması, bir çox sosial problemlərin dövlət tərəfindən həll edilməsi xasdır. 

Azərbaycan  milli  iqtisadi  inkişaf  modeli  sosialyönümlü  mahiyyət  daşıyır.  İqtisadi 

siyasətin  sosialyönümlü  səciyyə  daşıması  bir  tərəfdən  insan  amilinə  ,digər  tərəfdən 

bazar  iqtisadiyyatı  yolu  ilə  inkişaf  etmiş  qabaqcıl  dünya  dövlətlərinin  təcrübəsinə 

əsaslanır.Eyni zamanda iqtisadiyyatın innovativ inkişafı,modernləşmə strategiyasının 

həyata  keçirilməsi  də  Azərbaycan  milli  iqtisadi  inkişaf  modelində  prioritet 

məslələrdəndir.Məhz  bütün  bunlara  əsasən  deyə  bilərik  ki,sosial  yönümlü  iqtisadi 

sistemin  yaradılması,  milli    iqtisadiyyatın  inkişafına  təsir  edən  spesifik  amillərin 

öyrənilməsi  və.s  aktual  məsələlər    Azərbaycan  milli  iqtisadi  inkişaf  modeli  üzrə 

tədqiqatın  predmetini  təşkil  edir  .İqtisadi  sistem,insan  kapitalı  ,iqtisadiyyatın  ayrı  –

ayrı sahələri və.s isə milli iqtisadi inkişaf modeli üzrə tədqiqatın obyektinə aid edilir. 

       Tədqiqatın  məqsəd  və  vəzifələri.          Azərbaycan  milli  iqtisadi  inkişaf  modeli 

vahid iqtisadi siyasətin fundamental prinsiplərinə əsaslanır.Ölkəmizin iqtisadi modeli 

iqtisadi mahiyyətinə görə həm də sosiallığı ilə seçilir.Məhz bunu nəzərə alaraq tədqiq 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə