Embassy of the United States of America



Yüklə 312,57 Kb.
Pdf görüntüsü
tarix15.08.2018
ölçüsü312,57 Kb.
#62658

background image
Embassy of the United States of America 

          Office of Public Affairs            

                Baku, Azerbaijan 

 

111, Azadlıq Prospekti 

 

 

 



Phone: +(99412) 498 03 35 

AZ1007  Bakı, Azərbaycan    

 

 

Fax:  +(99412) 498 93 12  



URL: 

http://azerbaijan.usembassy.gov/

  

 

Email: 



seyidovaG@state.gov

 

 



MƏTBUAT ÜÇÜN AÇIQLAMA 

1 mart 2014-cü il 

ABŞ səfiri Göygöldə baytarlıq laboratoriyasının 

açılışında iştirak etmişdir  

 

 



ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Respublikasının kənd təsərrüfatı 

naziri Heydər Əsədov ilə birgə ABŞ hökumətinin maliyyə dəstəyi ilə təmir edilmiş Göygöl Zona 

Baytarlıq Laboratoriyasının açılış mərasiminə qatılmışdır.   

 

ABŞ-ın Təhlükəsizliyin Azaldılması üzrə Müdafiə Agentliyi (DTRA) Azərbaycan Respublikası 



Kənd Təsərrüfatı Nazirliyininın Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq çərçivəsində Göygöl 

laboratoriyasını təmir edilməsi və ən son baytarlıq xəstəliklərinin aşkarlanması və müalicəsi 

avadanlıqları ilə təmin edilməsinə təxminən bir milyon dollar vəsait xərcləmişdir. DTRA Qax

Quba, Sabirabad və Bərdədə bu kimi baytarlıq laboratoriyalarının yenilənməsini 

maliyyələşdirmişdir.         

 

Ötən on il ərzində DTRA Azərbaycanda təxminən 100 milyon dollar vəsait xərcləmişdir. Bu 



vəsait radar sistemlərinin qurulması və gəmi bazalarının tikintisi, gəmilərin təmiri, habelə 

Azərbaycanın laboratoriya şəbəkəsinin inkişafına yönəldilmişdir. Bu fəaliyyətlər ABŞ 

hökumətinin azərbaycanlııların təhlükəsizliyi və rifahının yaxşılaşdırılması üçün Azərbaycanlı 

tərəfdaşlarla birgə işinin bir hissəsidir.  

 

“İnanıram ki, bu əməkdaşlıq Azərbaycan və həmin bölgənin əhalisinin sağlamlıq və 



təhlükəsizliyini təmin etmək  baxımından önəmli olmuşdur. Buradakı fəaliyyətimiz 

iqtisadiyyatın şaxələndirilməsi və kənd təsərrüfatı sektorunun inkişafı üzrə Azərbaycanın öz 

məqsədlərinə nail olmaq sahəsində ortaq marağımıza xidmət edir”, deyə səfir Morninqstar 

bildirib.       



 

DTRA-nın fəaliyyəti Birləşmiş Ştatlar hökumətinin Azərbaycanın gələcəyinə qoyduğu 



investisiyanın bir hissəsidir.    

Yüklə 312,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə