Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün



Yüklə 21,95 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü21,95 Kb.
#23000


Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün 

əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə 

ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının 

müəyyən edilməsi haqqında 

 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq 

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:  

 

1. Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin 



attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan 

işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən 

asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:  

 

əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:  



 

aşağı səviyyəsində  - 1,04 

 

orta səviyyəsində -    1,08 



 

yuxarı səviyyəsində - 1,12 

 

əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və 



zərərliliyinin: 

 

aşağı səviyyəsində  - 1,16 



 

orta səviyyəsində   - 1,20 

 

yuxarı səviyyəsində - 1,24 



 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş 

yerlərinin attestasiyasının  nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliliyinin 

qiymətləndirilməsi metodikasını hazırlayıb təsdiq etsin.  

 

2. Nazirliklər, dövlət komitələri və baş idarələr Azərbaycan Respublikasının 



Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 

razılaşdırılmaqla bu qərarın 1-ci bəndində uyğun olaraq tabeliklərindəki büdcədən 

maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, 

xüsusilə ağır və zərərli olan iş yerlərində peşə və vəzifələrin siyahısını müvafiq 

artım əmsalları göstərilməklə təsdiq etsinlər.  

 

3. Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su 



mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda 


və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum 

miqdarı 1,2 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 

1,4 məbləğində müəyyən edilsin.  

 

4. Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına 



sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı 

kimi müəyyən edilsin:  

 

sahillə quru yol əlaqəsi olduqda - 1,4 



 

quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:  

 

0,5 km-ə qədər - 1,5 



 

0,5 km-dən 70 km-ə qədər 1,65 

 

70- km-dən artıq 1,75 



 

5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən 

müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında 

hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum 

miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum 

miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 

1,3 məbləğində müəyyən edilsin. 

 

6. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 



1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış 

məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. 

 

7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan 



Respublikasının susuz ərazilərini müəyyən etsin və Azərbaycan Respublikasının 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə həmin ərazilərin xəritəsini 

hazırlasın.  

 

8. Müəssisə, idarə və təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su 



mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına artım 

əmsallarını tətbiq edərkən iş yerləri ilə içməli su mənbəyi arasındakı məsafələri hər 

il şəhər (rayon) icra hakimiyyəti orqanı ilə dəqiqləşdirərək razılaşdırsınlar.  

 

9. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar respublikanın susuz 



ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan 

işçilərin əmək haqqına artım əmsallarını bu qərarın 8-ci bəndində göstərilən 

qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla tətbiq etsinlər.  

 



10. Bu qərarın 3-cü, 5-ci bəndlərində göstərilən artım əmsalları işəgötürən 

tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əmək haqqına, 

qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və "Məzuniyyət 

vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan 

ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının 

əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarının 1 nömrəli 

əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilsin.  

 

11. "Əmək haqqının təşkilinin təkmilləşdirilməsi və xalq təsərrüfatının sənaye 



sahələrinin işçilərinin yeni tarif və vəzifə maaşlarının tətbiq edilməsi haqqında" 

Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və AHİŞ-in 1986-cı 

il 27 noyabr tarixli, 390 nömrəli qərarının 7-ci bəndi və 14-cü bəndinin ikinci 

abzası, "Azərbaycan SSR dağ yerlərində yerləşən müəssisə və təşkilat işçilərinə 

əmək haqqı üzrə güzəştlərin verilməsi qaydası haqqında" Azərbaycan SSR 

Nazirlər Sovetinin 1990-cı il 16 noyabr tarixli 526 nömrəli qərarı qüvvədən 

düşmüş hesab edilsin.  

 

12. Bu qərar imzalandığı gündən qüvvəyə minir.  



 

 

 



 

Bakı şəhəri, 22 avqust 2002-ci il             Azərbaycan Respublikasının Baş naziri 

                    № 137                                                            A. RASİZADƏ 



 

 

Yüklə 21,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə