Əməliyyat-axtarış fəaliyyəti



Yüklə 133,15 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü133,15 Kb.
#12111


"Əməliyyat-axtarış fəaliyyəti" haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

  

Bu qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri 



tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini  müəyyən 

edir. 


 

 

B i r i n c i   f ə s i l



 

 

 



ÜMUMİ MÜDDƏALAR

 

  

M a d d ə   1 .  Əməliyyat-axtarış fəaliyyətinin anlayışı, məqsədləri və vəzifələri

 

I. Əməliyyat-axtarış fəaliyyəti  - müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar 



üsullarla bu qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir. 

II.  Əməliyyat-axtarış  fəaliyyəti  insan  həyatını,  sağlamlığını,  hüquq  və  azadlıqlarını, 

hüquqi  şəxslərin  qanuni  mənafelərini,  dövlət  sirrini,  habelə  milli  təhlükəsizliyi  cinayətkar 

qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir.



[1]

 

III. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır: 



1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; 

2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; 

3) cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; 

4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran 

və ya itkin düşən şəxslərin axtarılması; 

5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi. 

M a d d ə   2 .  Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik

 

I.  Əməliyyat-axtarış  fəaliyyəti  haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının 



Konstitusiyasından,  bu  Qanundan,  Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi 

aktlarından,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən 

ibarətdir. 

II. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar (bundan sonra əməliyyat-axtarış 

fəaliyyətinin  subyektləri  adlanacaq)  öz  səlahiyyətləri  daxilində  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  əməliyyat-axtarış  tədbirlərinin  təşkilini  və  taktikasını 

tənzimləyən normativ hüquqi aktlar qəbul edirlər. 

M a d d ə   3 .  Əməliyyat-axtarış fəaliyyətinin prinsipləri

 

I.  Əməliyyat-axtarış  fəaliyyəti  qanunçuluq,  humanistlik,  insan  hüquq  və  azadlıqlarına 



hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsiplərinə əsaslanır. 

II.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  başqa  hal  nəzərdə  tutulmamışdırsa, 

hər  hansı  şəxsin  vətəndaşlığı,  milliyyəti,  cinsi,  yaşayış  yeri,  sosial  və  əmlak  vəziyyəti,  qulluq 



mövqeyi, ictimai birliklərə mənsubiyyəti, dinə münasibəti və siyasi baxışları əməliyyat-axtarış 

tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz. 

M a d d ə   4 .  İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatları

 

I. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar: 



1) bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan məqsədləri güdmək və ya vəzifələri 

yerinə yetirmək

2)  hər hansı  şəxsin razılığı  olmadan  onun  şəxsi həyatının  toxunulmazlığına,  o  cümlədən 

şəxsi  və  ailə  həyatının  sirrinə,  habelə  onun  şərəf  və  ləyaqətinə  dair  əldə  edilmiş  məlumatları 

yaymaq qadağandır. 

II. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının 

Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin 

qanuni mənafelərini pozmaq qadağandır. Əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan 

və  vətəndaş  hüquq  və  azadlıqlarının  müvəqqəti  məhdudlaşdırılmasına  yalnız  bu  Qanunla 

müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq 

və  ya  təhqiqat  orqanlarından  gizlənən,  cəza  çəkməkdən  boyun  qaçıran  şəxslərin,  itkin 

düşənlərin axtarışı zamanı yol verilə bilər. 

III.  Əməliyyat-axtarış  fəaliyyəti  subyektinin  hər  hansı  bir  siyasi  partiyanın  və  ya  digər 

ictimai  birliklərin  mənafeyi  naminə  hərəkətlər  etməsi,  qanunvericilik  və  ya  məhkəmə 

hakimiyyəti  orqanlarının,  habelə  qanunla  müəyyən  edilmiş  qaydada  qeydiyyatdan  keçmiş 

ictimai birliklərin və dini təşkilatların işində onların qanuni fəaliyyətinə təsir etmək məqsədilə 

məxfi iştirak etməsi qadağandır. 

IV.  Əməliyyat-axtarış  fəaliyyəti  subyektinin  hərəkəti  nəticəsində  hüquq  və  azadlıqları 

pozulmuş  hər  bir  şəxs  həmin  əməliyyat-axtarış  fəaliyyətinin  subyektinin  tabe  olduğu  yuxarı 

orqanının rəhbərinə, prokurora və ya məhkəməyə şikayət etmək hüququna malikdir. 

V.  Belə  şikayətin  mahiyyəti  üzrə  qərar  qəbul  etmək  üçün  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada  müvafiq  olaraq  xidməti  yoxlama  və  ya 

məhkəmə  baxışı  aparılmalıdır.  Onun  hərtərəfliyini  və  dolğunluğunu  təmin etmək  məqsədi  ilə 

əməliyyat-axtarış fəaliyyətinin subyekti məhkəmənin qərarına əsasən dövlət sirrinin və xidməti 

sirrinin yayılması və əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə gizli surətdə yardım göstərən 

şəxslər  haqqında  məlumatlar  istisna  olmaqla,  əməliyyat-qeydiyyat  işinin  məzmunu  ilə 

şikayətçini tanış etməyə borcludur. 

[2]

 

M a d d ə   5 .  Əməliyyat-axtarış fəaliyyətinin subyektləri



 

I.  Əməliyyat-axtarış  fəaliyyətini  Azərbaycan  Respublikasının  cinayət-prosessual 

qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə 

korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir.



[3]

 

II.  Əməliyyat-axtarış  tədbirlərin əməliyyat-axtarış  fəaliyyətinin  hansı  subyekti tərəfindən 



və  hansı  həcmdə  tətbiqinin  mümkünlüyünü  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı müəyyən edir.



 [4]

 

III. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkili olunmuş şəxsləri öz vəzifələrini 



yalnız bu orqanların səlahiyyətləri daxilində həyata keçirirlər. 

[5]

 

IV.  Poçt  göndərişlərinin,  teleqraf  və  digər  məlumatların  yoxlanılması,  mülkiyyət 



formasından  asılı  olmayaraq  rabitə  xidmətləri  göstərən,  rabitə  vasitələri  təqdim  edən  idarə, 


müəssisə  və  təşkilatların,  fiziki  və  hüquqi  şəxslərin  stansiya  avadanlığına  qoşulmaqla  telefon 

danışıqlarının  qulaqasması,  texniki  rabitə  kanallarından  və  digər  texniki  vasitələrdən 

informasiyanın  çıxarılması  ilə  bağlı  əməliyyat-axtarış  tədbirləri  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanları və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış 

prokurorluq orqanıtərəfindən tətbiq edilir.

 [6]

 

V. Korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya 



qarşı  mübarizə  sahəsində  ixtisaslaşmış  prokurorluq  orqanı,  yaxud  həmin  prokurorluq 

orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər.



 [7]

 

M a d d ə   6 .  Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələri



 

Bu  Qanunun  1-ci  maddəsində  göstərilən  məqsədlərə  nail  olmaq  üçün  əməliyyat-axtarış 

fəaliyyəti subyektlərinin aşağıdakı vəzifələri vardır: 

1) insan və vətəndaş hüquq və azadlıqlarının, fiziki və hüquqi şəxslərin qanunla müdafiə 

olunan  mənafelərinin,  ictimai  və  dövlət  təhlükəsizliyinin  qorunması  üçün  öz  səlahiyyətləri 

daxilində bütün qanuni tədbirləri görmək; 

2)  əməliyyat-axtarış  tədbirlərinin  keçirilməsinə  dair  məhkəmə  qərarlarını,  istintaq 

orqanlarının  qərarlarını  və  ya  cinayət  işləri  üzrə  yazılı  tapşırıqlarını,  habelə  əməliyyat-axtarış 

fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirmək

3) əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatları, onların mənbəyini və 

əldə  edilməsi  üsullarını  yaymadan,  konkret  cinayət  işi  üzrə  təhqiqatı  və  ya  istintaqı  aparan 

şəxsə və yaxud məhkəməyə vermək; 

4)  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  əsasən  xarici 

dövlətlərin  hüquq-mühafizə  orqanlarının  və  müvafiq  beynəlxalq  təşkilatlarının  sorğularına 

cavab vermək; 

5)  Azərbaycan  Respublikasının  ərazisində  əməliyyat-axtarış  fəaliyyətinin  digər 

subyektlərinin  səlahiyyətinə  aid  olan  faktların  aşkar  edildiyi  təqdirdə  təxirəsalınmaz  tədbirlər 

keçirməklə onları xəbərdar etmək və lazımi kömək göstərmək; 

6)  əməliyyat-axtarış  fəaliyyətini  həyata  keçirərkən  konspirasiya  qaydalarına  riayət 

edilməsi üçün müvafiq tədbirlər görmək; 

7)  öz  qulluq  mövqeyinə  görə  məxfi  məlumatlara  və  ya  xüsusi  icazə  tələb  edən  işlərə 

buraxılan şəxsləri yoxlamaq; 

8)  öz  əməkdaşlarının,  onların  yaxın  qohumlarının,  əməliyyat-axtarış  fəaliyyəti 

subyektlərinə  kömək  edən  şəxslərin,  onların  yaxın  qohumlarının,  habelə  cinayət  prosesi 

iştirakçılarının,  onların  yaxın  qohumlarının  şəxsi  təhlükəsizliyini  və  əmlakını  hüquqazidd 

qəsdlərdən qorunmasını təmin etmək; 

9) hər hansı şəxslə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək

10) hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu 

aparmaq. 

M a d d ə   7 .  Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqları

 

Əməliyyat-axtarış fəaliyyətinin subyektləri öz səlahiyyətlərini bilavasitə yerinə yetirərkən 



aşağıdakı hüquqlara malikdirlər: 

1)  bu  Qanunun  10-cu  maddəsində  nəzərdə  tutulmuş  qaydada  əməliyyat-axtarış 

tədbirlərini aşkar və gizli üsullarla həyata keçirmək; 



2)  əməliyyat-axtarış  fəaliyyəti  subyektlərinə  məxfilik  əsasında  kömək  etməyə  razılaşan 

şəxslərlə əvəzli və ya əvəzsiz qaydada əməkdaşlıq etmək; 

3) əməliyyat-axtarış fəaliyyətini təmin etmək üçün informasiya sistemi yaratmaq və ondan 

istifadə etmək; 

4)  əməliyyat-axtarış  fəaliyyəti  zamanı  müqavilə  və  ya  şifahi  razılığa  əsasən  fiziki  və 

hüquqi  şəxslərin  yaşayış  və  qeyri-yaşayış  binalarından  və  otaqlarından,  nəqliyyat 

vasitələrindən və digər əmlakından istifadə etmək; 

5)  konspirasiya  məqsədi  ilə  uydurma  idarə,  müəssisə  və  ya  təşkilat  (hüquqi  şəxs) 

yaratmaq, bu məqsədlə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərinin 

şəxsiyyətini, bu orqanların bölmə, təşkilat, bina və nəqliyyat vasitələrinin idarə mənsubiyyətini, 

eləcə  də  bu  orqanlara  məxfilik  əsasında  əməkdaşlıq  edən  vətəndaşların  şəxsiyyətini 

pərdələndirən sənədlərdən istifadə etmək. 

M a d d ə   8 .  Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətlərinin həddi

 

I. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı: 



1)  insanların  həyatını,  sağlamlığını,  əmlakını  və  qanuni  mənafelərini  təhlükə  altına  alan 

hərəkətlərə yol vermək; 

2) hər hansı şəxsi qanun pozuntularına təhrik etmək

3)  zor  işlətmək,  hədələmək  və  şantaj  etmək,  habelə  insan  və  vətəndaşların  hüquq  və 

azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə 

əl atmaq; 

4) səlahiyyətindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur. 

M a d d ə   9 .  Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsi

 

I.  Azərbaycan  Respublikasının  dövlət  və  yerli  özünüidarəetmə  orqanlarının  vəzifəli 



şəxsləri əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərmək borcludurlar. 

II. Azərbaycan Respublikasının ərazisində olan hər bir şəxs əməliyyat-axtarış fəaliyyətinin 

subyektlərinə  onların  səlahiyyətlərinin  yerinə  yetirilməsində  kömək  göstərə  bilər.  Heç  kəs 

əməliyyat-axtarış fəaliyyətində məcburi qaydada iştirak edilməsinə cəlb edilə bilməz. 

III.  Əməliyyat-axtarış  fəaliyyəti  subyektlərinin  vəzifəli  şəxslərinin  qanuni  tələblərinin 

yerinə  yetirilməməsi  və  ya  onlara  maneçilik  törədilməsi  Azərbaycan  Respublikası 

qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyətə səbəb olur. 

 

 



İ k i n c i   f ə s i l

 

 



 

ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

 

 

 

M a d d ə   1 0 .  Əməliyyat-axtarış tədbirləri



 

I.  Əməliyyat-axtarış  fəaliyyətinin  subyektləri  bu  Qanunla  müəyyən  edilmiş  qaydada 

aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 

1) vətəndaşların sorğusu; 

2) soraqlaşma; 

3) telefon danışıqlarına qulaqasma; 




4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 

5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 

6) məhkumların məktublarının yoxlanılması; 

7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 

8)  binalara,  o  cümlədən  yaşayış  binalarına,  habelə  digər  qapalı  tikililərə,  qurğulara  və 

torpaq sahələrinə daxil olma və baxış keçirmə; 

9)  binaların,  o  cümlədən  yaşayış  binaların,  habelə  digər  qapalı  tikililərin,  qurğuların, 

torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 

10) insanların güdülməsi; 

11) şəxsiyyətin eyniləşdirilməsi; 

12) nəzarət qaydasında mal alınması; 

13) əşya və sənədlərin tədqiqi; 

14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 

15) nəzarətli göndəriş; 

16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 

17) hüquqi şəxsin yaradılması; 

18)  əməliyyat  eksperimenti,  yəni  cinayətkar  fəaliyyəti  təqlid  edən  davranış  modelinin 

tətbiqi. 

II.  Bu  maddənin  I  hissəsində  göstərilmiş  əməliyyat-axtarış  tədbirlərin  siyahısı  yalnız 

Qanunla dəyişdirilə bilər. 

III.  Bu  maddənin  I  hissəsinin  3  -  5,  8  və  10-cu  bəndlərində  nəzərdə  tutulmuş  əməliyyat-

axtarış  tədbirləri  bu  Qanunun  1-ci  maddəsində nəzərdə  tutulmuş  məqsədlərə  başqa  yolla nail 

ola bilmədikdə məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilə bilər. 

IV.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  əsaslar  olduğu 

hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 

1)  şəxsiyyət  əleyhinə  ağır  cinayətlərin  və  ya  xüsusi  təhlükəli  dövlət  cinayətlərinin 

qarşısının  alınması  üçün  telefon  danışıqlarına qulaq  asa,  poçt,  teleqraf  və  digər  göndərişlərini 

yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə 

insanları güdə bilərlər

2)  cinayəti  hazırlayan,  törədən,  törətmiş,  cəzaçəkmə  müəssisələrindən  və  ya  həbsdən 

qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən 

və  ya  qəsd  edə  biləcək  halların  aradan  qaldırılması  üçün  binalara,  o  cümlədən  yaşayış 

binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. 

[8]


 

V. Bu maddənin IV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin 

subyektləri  həyata  keçirilmiş  tədbirlər  barəsində  48  saat  ərzində məhkəmə  nəzarətini  həyata 

keçirən  məhkəməyə  və  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurora  əsaslandırılmış qərarı təqdim etməlidirlər. 

[9]


 

VI. Hər hansı bir şəxsə zor işlədilməsi, hədə-qorxu ilə tələb etmə və ya hüquqazidd digər 

hərəkətlər  tətbiq  edilməsi  təhlükəsinin  aradan  qaldırılması  üçün  təxirəsalınmaz  tədbirlər 

görülməsi  zərurəti  olduqda  onların  telefonu  və  ya  digər  danışıq  cihazları  ilə  aparılan 

danışıqlara  həmin  şəxsin  ərizəsi  əsasında  müvafiq  əməliyyat-axtarış  fəaliyyətinin  subyekti 

tərəfindən qulaq asıla bilər. 




VII.  Bu  maddənin  I  hissəsinin  16-cı  və  17-ci  bəndlərində  nəzərdə  tutulmuş  əməliyyat-

axtarış  tədbirlərinin,  həmçinin  narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların 

prekursorlarının  nəzarətli  göndərişinin  tətbiqinə  yalnız  mütəşəkkil  cinayətkar  qurumlar 

tərəfindən  hazırlanan  və  ya  törədilən  ağır  cinayətlərin,  habelə  xüsusi  təhlükəli  dövlət 

cinayətlərin qarşısının alınması, həmin cinayətlərin açılması və onları hazırlayan, törədən və ya 

törətmiş şəxslərin müəyyən edilməsi ilə əlaqədar yol verilir.

[10]

 

VIII.  Bu  Qanunla  müvəkkil  edilməmiş  fiziki  və  hüquqi  şəxslər  tərəfindən  əməliyyat-



axtarış  tədbirlərinin  aparılması,  habelə  gizli  qaydada  informasiya  alınması  üçün  nəzərdə 

tutulmuştexniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli 

yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, 

proqramlaşdırılmış,  təkmilləşdirilmiş  avadanlıqlar,  cihazlar,  qurğular,  ləvazimatlar  və  digər 

texniki vasitələr) istifadə olunması qadağandır.

[11]

 

  IX.  Gizli  qaydada  informasiya  alınması  üçün  nəzərdə  tutulmuş  texniki  vasitələr  mülki 



dövriyyənin  müəyyən  iştirakçılarına  mənsub  ola  bilən  və  dövriyyədə  olmasına  xüsusi  icazə 

əsasında  yol  verilən  (mülki  dövriyyəsi  məhdudlaşdırılmış)  əşyalara  aiddir.  Əməliyyat-axtarış 

fəaliyyətinin  həyata  keçirilməsinə  müvəkkil  edilməmiş  fiziki  və  hüquqi  şəxslər  tərəfindən 

onların  istehsalı,  satışı,  əldə  edilməsi,  ölkəyə  gətirilməsi  və  ölkədən  çıxarılması  yalnız 

qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər.

[12]

 

X. Gizli  qaydada  informasiya  alınması  üçün  nəzərdə  tutulmuş  xüsusi  texniki 



vasitələrin növləri  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir.



[13]

 

M a d d ə   1 1 .  Əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsi  üçün  səbəblər  və 



əsaslar

 

I.  Əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsi  üçün  əməliyyat-axtarış  fəaliyyətinin 



subyektlərində bu maddədə nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır. 

II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır: 

1) fiziki şəxslərin ərizələri; 

2) müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri; 

3) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar; 

4) əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar; 

5) əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin yazılı sorğuları; 

6)  Azərbaycan  Respublikasının  ali  dövlət  hakimiyyəti  orqanlarını  və  xüsusi  obyektlərini 

mühafizə edən orqanlarının yazılı sorğuları; 

7) cinayət işləri üzrə təhqiqatı və ya istintaqı aparan şəxslərin yazılı tapşırıqları; 

8)  xarici  dövlətlərin  hüquq-mühafizə  orqanlarının  və  ya  müvafiq  beynəlxalq 

təşkilatlarının rəsmi sorğuları. 

9) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğuları. 

[14]


 

III. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 

1) məhkəmənin (hakimin) qərarları; 

2) istintaq orqanlarının qərarları; 

3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. 



IV.  Əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsi  barədə  məhkəmənin  (hakimin), 

istintaq  orqanının  və  ya  əməliyyat-axtarış  fəaliyyətinin  səlahiyyətli  subyektinin  qərarı  yalnız 

aşağıdakı hallarda qəbul oluna bilər: 

1) başlanmış cinayət işi mövcud olduqda: 

2) (Çıxarılıb); 

[15]


 

3) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən 

və  ya  törətmiş  şəxs  barəsində  etimad  doğuran,  məlum  və  qərəzsiz  mənbədən  məlumat  daxil 

olduqda; 

4)  dövlət  təhlükəsizliyinə  və  ya  müdafiə  qabiliyyətinə  təhlükə  yaradan  hadisə  baş 

verdikdə, yaxud onun qarşısı alındıqda; 

5)  şəxs  məhkəmə,  istintaq  və  ya  təhqiqat  orqanlarından  gizləndikdə,  cəza  çəkməkdən 

boyun qaçırdıqda, yaxud itkin düşdükdə; 

6) naməlum meyit aşkar edildikdə. 

M a d d ə   1 2 .  Əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsinə  dair  qərarlar, 



yazılı tapşırıqlar və sorğular

 

I. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu 



yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs 

tərəfindən verilə bilər. 

II.  Əməliyyat-axtarış  tədbirinin  keçirilməsi  barədə  qərarda,  yazılı  tapşırıqda  və  ya  rəsmi 

sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır. 

III.  Bu  Qanunun  10-cu  maddəsinin  I  hissəsinin  3  -  5,  8  və  10-cu  bəndlərində  nəzərdə 

tutulmuş  əməliyyat-axtarış  tədbirinin  keçirilməsi  barədə  qərarda  bundan  başqa  aşağıdakılar 

mütləq öz əksini tapmalıdır: 

1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi; 

2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin 

təsviri; 

3)  müdaxilə  xarakterli  üsul  və  vasitələrin  tətbiq  olunması  haqqında  tələbi  əsaslandıran 

faktlar; 

4)  adi  təhqiqat  üsulu  vasitəsi  ilə  zəruri  məlumatın  alınmasının  qeyri-mümkünlüyünün 

əsaslandırılması; 

5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti; 

6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə. 

M a d d ə   1 3 .  Əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri

 

I.  Qanunla  mühafizə  edilən  yazışma,  telefon,  poçt-teleqraf  və  digər  rabitə  üsulları  ilə 



ötürülən  məlumatların  sirrinin  qorunması,  eləcə  də  mənzil  toxunulmazlığı  ilə  əlaqədar 

əməliyyat-axtarış  tədbirlərinin  tətbiqinə  ancaq  cinayət  hazırlayan,  cinayət  törətməyə  sui-qəsd 

edən, cinayət törədən, həmçinin məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza 

çəkməkdən  boyun  qaçıran  şəxslər  barədə  məlumat  toplamaq,  habelə  oğurlanmış  əmlakı 

tapmaq,  dəlillərinin  gizlədilməsinin  və  məhv  edilməsinin  qarşısını  almaq  məqsədi  ilə  tətbiq 

edilən tədbirlər nəticəsində əldə olunmuş məlumatların cinayət işi üzrə sübut ola biləcəyini və 

axtarılan  şəxslərin  tutula  biləcəyini  güman  etmək  üçün  kifayət  qədər  əsas  olduğu  halda  icazə 

verilir. 




II.  Telefon  və  digər  danışıqlara  qulaqasması  və  onların  yazılması,  texniki  rabitə 

kanallarından  və  digər  texniki  vasitələrdən  informasiyanın  çıxarılması,  poçt-teleqraf 

göndərişlərinin  yoxlanılması  və  mənzillərə  baxış  keçirilməsi  ilə  əlaqədar  tətbiq  edilən 

əməliyyat-axtarış  tədbirlərdə  əməliyyat-axtarış  fəaliyyəti  subyektlərinin  müvəkkil  edilmiş 

şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır. 

III.  Şəxs  tərəfindən  cinayətin  törədilməsi  və  ya  hazırlanması  barədəki  kifayət  qədər  əsas 

olduqda  onun  özü  və  əlaqələri  haqqında  məlumat  almaq  məqsədilə  tətbiq  edilən  əməliyyat-

axtarış  tədbirində  insanın  səhhətinə  və  ətraf  mühitə  ziyan  vuran  texniki  vasitə,  psixotrop, 

kimyəvi və digər maddələrdən istifadə edilməsi qadağandır. 

IV.  Əməliyyat-axtarış  tədbirlər  tətbiq  edilərkən  əməliyyat-axtarış  fəaliyyəti  subyektinin 

müvəkkil  edilmiş  şəxsləri,  həmin  tədbirlərin  cinayətkar  qəsdlərin  dövlətin  və  cəmiyyətin 

mənafeyinə  vura  biləcəyi  ziyanın  ictimai  təhlükəsizlik  dərəcəsinə  uyğunluğunu  gözləməyə 

borcludurlar. 

M a d d ə   1 4 .  Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi

 

I.  Əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsi  əməliyyat-axtarış  fəaliyyəti 



subyektinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. 

II.  Əməliyyat-axtarış  fəaliyyəti  subyektinin  müvəkkil  edilmiş  şəxsi  əməliyyat-axtarış 

tədbirinin həyata keçirilməsi zamanı bilavasitə və birbaşa rəisinə tabedir. Rəisindən açıq-aşkar 

qanunsuz  əmr  və  ya  göstəriş  aldıqda  o  qanunu  rəhbər  tutmalı  və  əməliyyat-axtarış  fəaliyyəti 

subyektinin  tabeliyi  üzrə  yuxarı  orqanına  bu  barədə  məlumat  verməlidir.  Əməliyyat-axtarış 

fəaliyyəti  subyektinin  müvəkkil  edilmiş  şəxsi  tərəfindən  rəisinin  əmrini  və  yaxud  göstərişini 

yerinə  yetirdiyi  vaxtda  cinayət  baş  verərsə  və  ya  verəcəyi  ehtimal  olunarsa,  bu  barədə 

əməliyyat-axtarış  fəaliyyəti  subyektinin  tabeliyi  üzrə  yuxarı  orqanına  və  yaxud  məhkəməyə 

şikayət verə bilər. 

III.  Qanunla  birbaşa  buna  müvəkkil  edilmiş  şəxslər  istisna  olmaqla  əməliyyat-axtarış 

fəaliyyəti subyektlərinin və onların vəzifəli şəxslərin qanuni hərəkətlərinə heç kəs müdaxilə edə 

bilməz. 


IV. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sistemlərindən, 

video və səsyazmadan, kino və fotoşəkillərdən, həmçinin vətəndaşların həyatı və sağlamlığına, 

ətraf mühitə zərər vurmayan digər texniki və başqa vasitələrdən istifadə edilə bilər. 

V.  Obyektiv  səbəblərdən  əməliyyat-axtarış  tədbirlərinin  tətbiqini  qeyri-mümkün  edən 

şərait  yarandıqda  (qarşısı  alına  bilməyən  fövqəladə  hadisə  baş  verdikdə  və  ya  qarşısı  alına 

bilməyən  qüvvə  mane  olduqda  və  yaxud  ictimai  təhlükəsizliyə  real  təhlükə  yarandıqda)  belə 

tədbirlərin həyata keçirilməsi dayandırılır. 

VI. Həyata keçirilən əməliyyat-axtarış tədbirlərinə aşağıdakı hallarda son qoyulur: 

1) bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olunduqda; 

2)  haqqında  keçirilən  şəxsin  hərəkətlərində  cinayət  tərkibinin  mövcudluğu  6  ay  ərzində 

müəyyən edilmədikdə. 

VII.  Əməliyyat  tapşırığını  yerinə  yetirərkən  əməliyyat-axtarış  fəaliyyəti  subyektlərinin 

müvəkkil  edilmiş  şəxsin  cinayətkar  qrupların  və  ya  kriminogen  obyektlərin  daxilində  olması, 

habelə bu zaman zəruri özünümüdafiə və ya son zərurət halında onun tərəfindən yol verilmiş 




hərəkətlər  Azərbaycan  Respublikasının  cinayət  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada 

cinayət tərkibini yaratmır. 

VIII. Əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi, habelə əməliyyat-axtarış 

fəaliyyəti  sahəsində  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  məlumatlar  dövlət  sirrinin  bir 

növü kimi müvafiq qanunla müəyyən edilmiş qaydada mühafizə olunur. 

[16]


 

IX.  Əməliyyat-axtarış  fəaliyyətini  həyata  keçirərkən  dövlət  sirri  və  xidməti  sirr  sayılan, 

əməliyyat-axtarış  fəaliyyətinin  təşkilinə,  əməliyyat  məlumatların  mənbəyinə,  üsul  və 

metodlarına,  eləcə  də  vətəndaşların  şəxsi və  ailə həyatına  aid  olan  məlumatlar 

aşkarlanmamalıdır.

[17]

 

X.  Əməliyyat-axtarış  fəaliyyəti  subyektləri  ilə  məxfi  əməkdaşlıq  etmiş  və  edən  şəxslər 



barədə  məlumatlar  yalnız  həmin  şəxslərin  yazılı  razılığı  ilə  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada və hallarda aşkarlana bilərlər. 

[18]

 

M a d d ə   1 4 - 1 . Əks-kəşfiyyat  fəaliyyətində  əməliyyat-axtarış  tədbirlərinin  tətbiq 



edilməsi 

[19]


 

I.  Əks-kəşfiyyat  fəaliyyətində  əməliyyat-axtarış  tədbirlərinin  tətbiq  edilməsi  bu  Qanuna, 

"Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  və 

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq həyata keçirilir. 

II. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün səbəblər və 

əsaslar,  onların  tətbiqi  şərtləri,  həyata  keçirilməsi,  tətbiqinə  nəzarət,  bu  tədbirlərə  dair 

qərarların, yazılı tapşırıqların və sorğuların verilməsi, habelə keçirilən tədbirlərin nəticələrindən 

istifadə edilməsi qaydaları bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir. 

M a d d ə   1 5 .  Əməliyyat-qeydiyyat işi

 

I.  Əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsi  olduqda  bu  qanunun  11-ci 



maddəsinin  III  hissəsində  nəzərdə  tutulmuş  qərarların  əsasında  əməliyyat-qeydiyyat  işi 

başlanılmalı  və  bu  iş  əməliyyat-axtarış  fəaliyyətinin  subyekti  tərəfindən  mütləq  qeydiyyata 

alınmalıdır. 

II.  Əməliyyat-axtarış  fəaliyyətinin  subyektində  məhkəmə,  istintaq  və  ya  təhqiqat 

orqanlarından  gizlənilən,  cəza  çəkməkdən  boyun  qaçıran,  cinayət  törətməkdə  şübhəli  olan  və 

ya  itkin  düşən  şəxslər  haqqında  eyni  hüquqazidd  hərəkətlərə  görə  yalnız  bir  əməliyyat-

qeydiyyat işi aparılmalıdır. 

III.  Əməliyyat-axtarış  tədbirlərinin  nəticələri  əməliyyat-qeydiyyat  işində  əks  edilməli  və 

sistemləşdirilməlidir. 

IV.  Əməliyyat-qeydiyyat  işi  onu  aparan  əməliyyat-axtarış  fəaliyyətinin  subyektində 

saxlanılır. 

V. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla 

müəyyən  olunmuş  qaydada  təqsiri  sübuta  yetirilməyən  şəxs  haqqında  əməliyyat-axtarış 

tədbirləri  nəticəsində  əldə  edilmiş  materiallar  bir  il  müddətində  saxlanılır,  sonra  isə  məhv 

edilir. 

M a d d ə   1 6 .  Əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsi

 



I

. Əməliyyat-axtarış  fəaliyyəti  nəticəsində  əldə  edilmiş  materiallar  bu  qanuna  müvafiq 

əldə  edildikdə  və  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinin  tələblərinə 

uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

 

[20]


 

II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar 

bu  tədbirlərin  məqsədlərinə  uyğun  olmadıqda  onların  aşkar  edilməsi  və  ya  hüquqi  və  fiziki 

şəxslərin əleyhinə istifadə edilməsi qadağandır. 

III. Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin 

şəxs  bu  məlumatın  qanunsuz  əldə  edilməyinə  və  ya  əməliyyat-axtarış  tədbirinin  həyata 

keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina 

və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata 

keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya 

hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir. 

IV.  Bu  qanunun  tələblərinə  riayət  olunmadan  əldə  edilmiş  məlumatlar  dərhal  məhv 

edilməlidir. 

V.  İnsanın  şəxsi və  ailə həyatına,  şərəfinə  və  ya  ləyaqətinə  aid  olan,  lakin  tərkibində 

qanunla  qadağan  edilməmiş  hərəkətlərin  törədilməsindən  xəbər  verən  əməliyyat-axtarış 

tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir.

[21]


 

VI.  Açılmamış  cinayətlər  üzrə  insanların  təhlükəsizliyinə  və  ya  istintaqa  ziyan  vura 

biləcək  əməliyyat-axtarış  tədbirlərin  nəticəsində  əldə  edilmiş  məlumatlarını  yaymaq 

qadağandır. 

VII. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə 

edilmiş  məlumatlarla  tanış  olmaq  hüququ  məlumatların  mənbəyini  aşkarlamamaq  şərti  ilə 

yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. 

 

 



Ü ç ü n c ü   f ə s i l

 

 



 

YEKUN MÜDDƏALAR

 

 

 

M a d d ə   1 7 .  Əməliyyat-axtarış fəaliyyəti  subyektləri ilə əməkdaşlıq  edən  şəxslərin 



hüquqi və sosial müdafiəsi

 

I.  Əməliyyat-axtarış  fəaliyyəti  subyektləri  ilə  əməkdaşlıq  edən  şəxslər  dövlət  tərəfindən 



müdafiə olunurlar. 

II. Əməliyyat-axtarış tədbirlərində şəxslərin könüllü iştirakı bağlanmış müqavilə əsasında 

həyata keçirilə bilər. 

III.  Əməliyyat-axtarış  fəaliyyəti  subyektləri  ilə  əməkdaşlıq  edən  şəxslərin  əmək  haqqı, 

mükafat və digər maddi təminatlar almaq hüququ vardır. 

IV. Əməliyyat-axtarış fəaliyyətində iştirak etmələri ilə əlaqədar şəxslərin, eləcə də onların 

yaxın  qohumlarının  həyatına,  sağlamlığına  və  əmlakına  real  təhlükə  yarandıqda  səlahiyyətli 

orqanlar  onların  mühafizəsi  və  dəymiş  zərərin  ödənilməsi, həmçinin  təqsirləndirilən  şəxslərin 

məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görürlər. 

V. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin pensiya təminatı 

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

[22]

 



VI.  Əməliyyat-axtarış  tədbirlərində  iştirak  edərkən  həlak  olmuş,  yaxud  şikəst  olmuş 

şəxslərin  ailəsinə  müvafiq  olaraq  min  yüz  manat  və  beş  yüz  əlli  manat  birdəfəlik  müavinət 

verilir.  Həmin  şəxslərin  ailəsinə  həmçinin  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

nəzərdə tutulmuş qaydada pensiya təyin edilir.

[23]

 

VII.  Əməliyyat-axtarış  fəaliyyəti  subyektləri  ilə  əməkdaşlıq  edən  şəxslərin  cinayətkar 



qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrini yerinə yetirilməsi 

müddəti və müvafiq surətdə onun maddi təminatı birin üçə nisbəti hesabı ilə hesablanır. 

VIII.  Əməliyyat-axtarış  fəaliyyətinin  subyekti  ilə  əməkdaşlığa  cəlb  olunmuş  və  cinayətin 

açılmasında fəal iştirak etmiş cinayətkar qrupun üzvü, tərkibində cinayət əməlləri olan və ağır 

nəticələrə  səbəb  olmayan  əməllər  törədilibsə  və  vurulmuş  zərəri  ödəyibsə,  Azərbaycan 

Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyətindən azad olunur. 

M a d d ə   1 8 .  Əməliyyat-axtarış  fəaliyyəti  subyektlərinin  maddi-texniki  və  maliyyə 

təminatı

 

I.  Əməliyyat-axtarış  fəaliyyətini  və  avtomatlaşdırılmış  informasiya  sistemlərinin 



qurulmasını,  saxlanılmasını  və  mühafizəsini  bu  qanunun  tələblərinə  uyğun  surətdə  həyata 

keçirilməsi  üçün  əməliyyat-axtarış  fəaliyyətinin  subyektlərinə  zəruri  maliyyə  vəsaitləri  və 

maddi-texniki təminat verilir. 

II.  Əməliyyat-axtarış  fəaliyyətinin  maddi-texniki  və  maliyyə  təminatı  Azərbaycan 

Respublikasının 

dövlət 


büdcəsinin 

vəsaitləri, 

habelə 

Azərbaycan 



Respublikasının 

qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda  digər  mənbələr  hesabına  maliyyələşdirilir.  Bu 

vəsaitlərin  xərclənməsi  qaydalarını  və  normalarını  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı müəyyən edir.

 

[24]


 

III.  Əməliyyat-axtarış  subyektlərinin  maddi-texniki  təminatının  qaydalarını  və 

normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

IV.  Əməliyyat-axtarış  fəaliyyəti  subyektlərinə  ayrılan  maliyyə  vəsaitinin  xərclənməsinə 

həmin subyektlərin rəhbərləri tərəfindən nəzarət edilir. 

M a d d ə   1 9 .  Əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsində  qanunçuluğun 



təminatı

 

Əməliyyat-axtarış  fəaliyyəti  subyektlərinin  rəhbərləri  əməliyyat-axtarış  tədbirlərinin 



təşkili və həyata keçirilməsi zamanı qanunçuluğa əməl olunmasına nəzarət edirlər və buna görə 

fərdi məsuliyyət daşıyırlar. 



 

 

Maddə   19-1.   Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti 



[25]

 

Əməliyyat-axtarış  fəaliyyətinə  məhkəmə  nəzarəti  Azərbaycan  Respublikasının  Cinayət-



Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

M a d d ə   2 0 .  Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarəti



 

I.  Əməliyyat-axtarış  fəaliyyətinin  subyektləri  tərəfindən  qanunların  icrasına  nəzarəti 

Azərbaycan  Respublikasının  baş  prokuroru  və  onun  tərəfindən  müvəkkil  edilmiş  prokurorlar 

həyata  keçirirlər. Korrupsiyaya  qarşı  mübarizə  sahəsində  ixtisaslaşmış  prokurorluq  orqanının 




əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan 

Respublikasının Baş prokuroru həyata keçirir. 



[26]

 

II.  Əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsi  zamanı  qanun  pozuntularına  yol 



verilməsi  barədə  materiallar,  məlumatlar  və  ya  vətəndaşların  yazılı  ərizələri  daxil  olduqda, 

habelə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müəyyən olunmuş qaydalar və 

qəbul olunmuş qərarların qanuniliyi yoxlanıldıqda, prokurorların sorğuları əsasında əməliyyat-

axtarış  fəaliyyəti  subyektlərinin  rəhbərləri  əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirilməsi 

üçün səbəb və əsaslarına dair sənədləri təqdim etməlidirlər. 

III.  Cinayət  məsuliyyətinə  cəlb  olunması halları  istisna edilməklə  cinayətkar qruplara və 

ya kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyat-axtarış subyektlərinin ştatdan kənar 

və  məxfi  əməkdaşlarının  şəxsiyyəti  haqqında  məlumatlar  həmin  şəxslərin  yazılı  razılığı 

olduqda  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və  hallarda prokuror  nəzarətinin 

subyektinə təqdim edilə bilər.



[27]

 

IV.  Əməliyyat-axtarış  tədbirlərinin  təşkili,  taktikası,  üsul  və  vasitələrinə dair  məlumatlar 



(korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış 

tədbirləri ilə bağlı məlumatları istisna olmaqla) prokuror nəzarətinin predmetinə daxil deyil.



[28]

 

V. Əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının baş 



prokuroru  və  onun  tərəfindən  müvəkkil  edilmiş  prokurorlar  onlara  verilən  sənədlərdə  əks 

olunan məlumatların məxfiliyini təmin etməlidirlər. 

M a d d ə  

2 1 .  Əməliyyat-axtarış 



tədbirlərinin 

həyata 

keçirilməsi 

zamanı 

qanunçuluğun pozulmasına görə məsuliyyət

 

I. Əməliyyat-axtarış fəaliyyətinin bu qanunla müəyyən edilmiş məqsədlərə, əsaslara və ya 



şərtlərə əməl edilmədən təşkili və həyata keçirilməsi, onun keçirilməsi üçün etibar olunmuş və 

ya  iş  və  xidmətlə  əlaqədar  belə  məlumatlarla  tanış  olmuş  şəxslər  onları  yaymağa  görə 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  müvafiq  olaraq 

cinayət, inzibati və intizam məsuliyyəti daşıyırlar. 

II. İnsanın hüquq və azadlıqları, hüquqi şəxslərin qanuni mənafeləri pozulduqda, habelə 

haqqında  əməliyyat-axtarış  tədbirləri  keçirilmiş  şəxsin  hüquqpozmaya  aidiyyəti  təsdiq 

olunmadıqda  əməliyyat-axtarış  fəaliyyətinin  subyekti  pozulmuş  hüququ  bərpa  etməyə  və 

vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur. 

III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş 

əməliyyat-axtarış  tədbirlərinin  tətbiqi  istisna  olmaqla,  şəxsin  onun  xəbəri  olmadan  və  ya 

etirazına  baxmayaraq  kütləvi  informasiya  vasitələrinin  nümayəndələri  və  başqa  şəxslər 

tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz 

qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

[29]

 

  



KEÇİD MÜDDƏALARI 

  

I. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. 

II. Hakimlərin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu qanunda 

nəzərdə  tutulmuş  səlahiyyətləri  yeni  cinayət-prosessual  qanunvericiliyi  qəbul  olunduqdan  və 




"Məhkəmələr  və hakimlər  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  əsasən hakimlər 

təyin edildikdən sonra qüvvəyə minir. 

II. Hakimlərin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu qanunda 

nəzərdə  tutulmuş  səlahiyyətləri  qüvvəyə  minənədək,  həmin  səlahiyyətlər  mövcud  cinayət-

prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 

  

Azərbaycan Respublikasının prezidenti HEYDƏR ƏLİYEV 

  

Bakı şəhəri, 28 oktyabr 1999-cu il 



№ 728-IQ 

  

  



 

Yüklə 133,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə