Эмин джалилов



Yüklə 116,64 Kb.
Pdf görüntüsü
tarix20.01.2018
ölçüsü116,64 Kb.
#21643


Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

282 

 IRADƏ AVŞAROVA  

Bakı Dövlət Universiteti Tarix fakültəsi 

Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti  

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

“HƏYAT AĞACI” SİMVOLU AZƏRBAYCANIN TUNC DÖVRÜ 



MADDİ-MƏDƏNİYYƏT NÜMUNƏLƏRİNDƏ 

 

  



 

Açar sözlər: tayfalar, tunc dövrü, həyat ağacı, mifologiya, incəsənət 

Ключевые слова: племена, бронзовый век, древо жизни, мифология, искусство 

Key words: tribes, the bronze age, trek of life, mythology, art 

 

Tunc dövrü ibtidai dini təsəvvürlər sisteminin bir çox sahələri, o cümlədən, ağacla bağlı 



ayinlər  dünya  xalqlarının  fəlsəfi  düşüncələrinin  məhsulu  olmaqla  yanaşı,  özündə  dövrün 

tayfalarının  tarixi,  bədii  ənənələrini  də  qoruyub  saxlayır.  Belə  ki,  dünyanın  bir  çox  xalqları 

ağacları  tanrı  və  ruh  məskənləri  hesab  etməklə  yanaşı,  ibtidai  allahların  ağac  formasında 

doğulduğunu, dirildikdə ağac şəklində diriləcəyini və əjdadlarının məhz ağac olduğunu iddia 

edirlər  [19,  s.13].  Azərbaycan  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar  zamanı  əldə  olunan 

maddi mədəniyyət nümunələri içərisində «ağac» ayini ilə bağlı zəngin materiallar toplanmış-

dır. Ağacla bağlı olan təsvirlər maddi mədəniyyət nümunələri üzərində əsasən, sxematik, stili-

zə  olunmuş  tərzdə  və  realizm  üslubunda  verilmişdir.  Bu  səpkili  təsvirlər  maddi  mədəniyyət 

abidələrində  əsasən  qaya  təsvirlərində,  keramika  və  metal  məmulatları  üzəridə  rast  gəlinir. 

Qədim  ibtidai  dini  təsəvvürlər  sistemində  mövcud  olan  bir  çox  sahələr,  o  cümlədən  «həyat 

ağacı» ayini Azərbaycan ərazisində yaşamış tunc dövrü tayfalarının da fəlsəfi düşüncələrində 

özünə geniş yer almışdır.  

Azərbaycanın tunc dövrü incəsənət nümunələri üçün xas olan həmin təsvir, genealoji-

semantik məna kəsb edən və «dünya məhvərinin» mövcudluğu təsəvvürlərini özündə əks etdi-

rən «həyat ağacı» simvoludur. Bu təsvir Azərbaycan maddi-mədəniyyət nümunələri üzərində, 

əsasən kompozisiyaların mərkəz hissəsində verilir və kompozisiyaların əsas süjet xəttini təşkil 

edir.  “Həyat  ağacı”  simvolu  mifaloji  xüsusiyyətlərə  görə  məcazi  olaraq  qəbul  edilsə  də, 

maddi-mədəniyyət  nümunələri  üzərində  obrazlı  və  semantik  şəkildə  bir-biri  ilə  bağlanılır. 

Aparılan  tədqiqatlar  bu  təsvirlərin  ən  qədimlərinin  tunc  düvü  maddi-mədəniyyət  nümunələri 

üzərində  təsadüf  olunduğunu  göstərir.  Azərbaycanın  həmin  dövrə  aid  arxeoloji  abidələrində 

təsadüf olunan hər bir təsvir dərin məzmun və mənaya malikdir. Belə ki, tunc dövrü tayfala-

rının  həyat  tərzini,  dini  dünyagörüşlərini  müxtəlif  çeşidli  maddi-mədəniyyət  nümunələri 

üzərində təsvir edən ibtidai rəssamlar, bu simvolu müxtəlif tərzdə işləyərək, Azərbaycan tay-

falarının dekorativ tətbiqi sənətini zənginləşdirmiş və maddi- mədəniyyətlərinə yeni bir ahəng 

qatmışlar.“Həyat ağacı” anlayışı və mənşəyi məsələsinə gəldikdəsə, bunu qeyd etmək lazımdır 

ki,  təsvir  ilk  tunc  dövrü  tayfalarının  dini  təsəvvürləri  ilə  bilavasitə  bağlı  olmuşdur.  Həmin 

inanc,  Azərbaycanın  bir  çox  bölgələri,  o  cümlədən  qərb  bölgəsində  öz  ilkin  mahiyyətini  bir 

qədər itirsədə, onların adət-ənənələrində, əsasən islamdan sonrakı dini düşüncələrdə formala-

şaraq, bir atribut kimi toy mərasimlərində hələ də qalmaqdadır. Bunu da qeyd etmək lazımdır 

ki,  bu  gün  də,  bu  simvoldan  müxtəlif  sənət  nümunələrinin  bəzədilməsində  istifadə  olunur 

Fəlsəfi- mifaloji düşüncəyə görə, başlanğıcı olmayan hər bir mifin sonu da yoxdur. Mifologi-

yanın  qanunauyğunluqlarına  görə,  hər  bir  semantik  təsviri  və  obrazı  izah  etmək  üçün  ilk 




Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

283 

növbədə  onun  mənşəyi izah  olunmalıdır. Mifaloji düşüncə  üçün  baş verən  hadisə  yox, onun 

mənşəyinin  meydana  çıxması və  dəyişmə  şəraiti əsasdır [ 6,  s.13-15]. Məsələn:  “Dədə  Qor-

qud” dastanında, dastanın əsas qəhrəmanlarından, onların soy köklərinin kimə məxsus olduğu-

nu soruşduqda ilk növbədə-Qurd, Qağan Aslan, Qaba ağac kimi əcdadlarının adlarını çəkirlər 

[7,s.33-37]. Belə ki, həmin təsvirin arxeoloji qazıntılar zamanı əldə olunan maddi mədəniyyət 

nümunələri üzərində rast gəlinməsi, qədim mifaloyi dünyagörüşlərlə bağlı yaradımış və qədim 

tayfaların  dini  dünyagörüşlərində  çox  dərin  kök  salmış  bu  sənət  əsərləri  qədim  türk  tayfala-

rının fəlsəfi təfəkkürünün nəticəsidir. Bitki mənşəli bu simvola gəldikdəsə, ounu qeyd etmək 

yerinə düşərdi ki, “Həyat ağacı” inaclarını özündə cəmləşdirən həmin simvol erkən tunc döv-

ründə  əsasən  qayalar  üzərində  təsvir  olunmuşdur.  Sonrakı  dövrlərdə  ona  keramika  və  metal 

məmulatları  üzərində  də  rast  gəlinir.  Bəzı  dünya  xalqlarının  təsəvvürlərində  “həyat  ağacı” 

simvolu,“dünya ağacı” simvolu kimi də təqdim olunur. L.Y. Şternberqə görə, Sibirdə yaşayan 

türk  xalqları  ağacı  həyatlarının  əsas  amili  hesab  edir  və  şamanizmdə  olan  dini  atributların 

içərisində ağac və ağacla bağlı inaclar aparıcı yerlərdən birini tutur. Belə ki, şamanlar ağacla 

bağlı  ayinləri  ağac  məbədlər  ətrafında  həyata  keçirirlər  [15,s.212].  Ön  Asiyanın  e.ə.III  min-

illiyə  aid  maddi-mədəniyyət  nümunələri  üzərində  həyat  ağacı  təsvirlərinə  tez-tez  rast  gəlinir 

[12,  s.49].“Həyat  ağacı”simvolunun  ilk  nümunələri  ağac  obrazında  e.ə.III  minillikdə  Şumer 

incəsənət nümunələri üzərində təsadüf olunmuşdur. Haqqında danışdığımız simvol şumerlərin 

dini təsəvvürlərində həyatın rəmzi hesab olunurdu. Həyat ağacı simvolu ilə bəzədilmiş möhür 

Suz şəhər yerində tapılmışdır. Möhürün üzərində verilən küpün yanında iki insanın təsviri ve-

rilmişdir. Küpün içərisində bitən qamışın isə tökülən yarpaqları sanki , suyun axınını göstərir. 

Urukdan  tapılmış  möhürün  üzərində  çərçivə  formasında  verilən  bitkinin  yanında  iki  qoyun 

təsvir  edilmişdir.Möhür  üzərində  olan  təsvirlər  demək  olar  ki,  təkrarlanır.  Belə  ki,  möhür 

üzərində  təsvir  olunan  kompozisiyanın  hər  ikisində  simvol  məzmuna  görə,  digər  obrazlarla 

birləşdirilir [1]. Qədim Misirlilərin mifaloji təsəvvürlərinə görə isə, bir çox tanrılar mifik ağac 

obrazında  yaranmışlar [16,385]. Slavyan xalqlarının mifalogiyasına əsasən dünyanın mərkəz 

hissəsində  başı  göyə,  kökləri  isə  yerə  çatan  bir  ağac  vardır.  Bu  ağac  vasitəsi  ilə  tanrılar  bir 

dünyadan o birinə keçirlər.Slavyan xalqlarının nəzərində də dünyanı müvazinətdə saxlayan bu 

ağac  çox  böyük palıd  ağacı  olmuşdur [9,  s.73].  Bir çox  inanclarda  Müqəddəs  «həyat ağacı» 

təbiətin çiçəklənən qüvvələrinin ümumi fikrini, artım ideyasını təmsil edir. O, su kimi həyat 

enerjisinə malik olub, bar verən həyat mənbəyi təsəvvürünü yaradır [2, s.68]. «Dünya ağacı» 

dünyanın mərkəzində bitir, onun mərkəzində iki ağac və üç dünya dağı yerləşir [6, s.399].Elə 

bu səbəbdən də bu simvol bəzən maddi mədəniyyət nümunələri üzərində üçbucaq təsvirləri ilə 

təmsil  olunur.  Həmin  ağac  şaquli  vəziyyətdə  dayananda  üç  hissədən  ibarət  olaraq  seçilir. 

Birinci olaraq ağacın kökləri, ikinci gövdəsi,üçüncü isə ağacın yuxaı hissəsində olan budaqları 

seçilir.  Dünya  ağacının  köməkliyi  ilə  kainatın  müxtəlif  sahələri,o  cümlədən  yuxarı-göylərin 

şahlığı, orta- yer, aşağı-yer altı dünyanın şahlığı müəyyən olunur. Bəzən həmin təsvir özündə 

genlərlə bağlı təsəvvürləri simvollaşdırır-əcdadlar, hal-hazırkı nəsil və gələcək nəsil. Bu təsəv-

vürlərlə  bağl  təsvirlərə  Azərbaycanda  toxunan  qədim  xalçalar  üzərində  rast  gəlinir  [2,399]. 

Qədim folklor nümunələrində rast gəlinən «Həyat ağacı» simvolu, bəzən onun ilan obrazında 

verilən mərhəmətli qorucusundan ayrılmır [13,s.87]. Həyat ağacı obrazının Azərbaycan mad-

di-mədəniyyət  nümunələri  üzərindəki  təsvirlərinə  gəldikdə,  onların  fraqmentləri  dairəciklər-

dən,  şaquli  istiqamətdə  verilmiş  romblardan  ibarət  zəncirlərdən,  üçbucaqlardan,  sünbülvari 

naxışlardan  və  s.  əmələ  gəlmiş  çiçəklərdən  ibarətdir.  Həmin  təsvirin  daxili  küncündə  qədim 

tayfalar  tərəfindən  ilahiləşdirilmiş  mifik  bir  obraz  gizlənir.  Onun  əsas  məqsədi-ölməzlik, 

əbədilik, nəsil artımı inamı və əkinçiliklə bağlıdır. Göründüyü kimi qədim türk tayfalarına da 



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

284 

məxsus olan bu obraz, arxeoloji abidələrdən əldə olunan maddi-mədəniyyət nümunələri üzə-

rində əbədilik, ölməzlik və nəsilartımı inamını simvollaşdırır. Bəzən o, qədim türk tayfalarının 

mifaloji  düşüncələrində  əcdad  kultu  kimi  çıxış  edir.  Müqəddəs  «həyat  ağacı»  Azərbaycan 

ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi -mədəniyyət nümunələrinin 

o cümlədən, keramika məmulatlarının üzərlərini bəzəyən təsvir və naxışlarda xüsusilə diqqəti 

cəlb edir. Tədqiqatçı alim M.Hüseynova Xocalı-Gədəbəy mədəniyyətinin keramika məmulat-

larına həsr etdiyi monaqrafiyasında bu təsvirə geniş yer vermişdi [10,s.80]. Bəzi tədqiqatçılar 

«həyat  ağacı»  simvolunun  ən  qədim  nümunəsinə  Cənubi  Qafqaz  ərazisində  Trialeti  kurqa-

nında (e.ə.II minillik) rast gəlindiyini iddia edirlər [10,s.78].  Lakin aparılan tədqiqatlar, Cə-

nubi Qafqazda “həyat ağacı” simvolun ən qədim nümunəsinin Azərbaycanın e.ə. IV minilliyə 

aid Qobustan qaya təsvirində olduğunu göstərdi [17,s.147-151] . Bu bir daha onu sübut edir 

ki, bu təsvirin ilk yarandığı ərazi Cənubi Qafqazda qədim Azərbaycan olmuşdur. Böyük daş, 

yuxarı  terras  45-ci  daş  üzərində  qeydə  alınan  21  saylı  həmin  təsvir,  paralel  xətlər  içərisində 

şaquli vəziyyətdə, bir-birinə zəncirvari şəkildə keçən romblarla verilmiş, ətrafında yeddi insan 

və çox sayda at, öküz, keçi, it rəsimləri çəkilmişdir. İnsanlardan üçü qollarını yana açıb rəqs 

edən  vəziyyətdə,  digərləri isə ox-yayla  təsvir olunmuşlar.  Göründüyü  kimi kompozisiyadakı 

insanlar  «həyat  ağacı»  ilə  bağlı  hansısa  ayini  yerinə  yetirirlər  [17,  162-164].  Həmin  ağac 

təsvirin yaxın analogiyasına biz Lüləli kurqanından tapılmış qabın üzərində rast gəlirik (tablo 

II,şək.7). Büyük daş 29-cu qayanın üzərində olan 6,12,14 saylı təsvirlərdə ‘’həyat ağaçı’’ bir-

birinin daxilində verilən, şaquli istiqamətli zəncirvari üç romb, rombların üzərində isə ziqzaq 

şəkilində  çəkilən  axar  su,  ox  yayla  silahlanmış  çox  sayda  insan  və  maral  təsviri  ilə  əhatə 

olunmuşdur.. Kompozisiyada rast gəlinən su təsviri ‘’həyat ağacı’’ nın üzərində bir neçə sıra 

əmələ  gətirən  ziqzaqlarla  təmsil  olunur  və  sanki  axar  suyu  özündə  simvollaşdırır  (e.ə.I-

IIminillik), [17, s.147, şək.6, 12, 14], (tablo II, şək.5). Qədim təsəvvürlərdə üç rombun birləş-

məsi qadın həyat və nəsil artımı elementi sayılır. Böyükdaş 9-cu qayanın üzərində olan təsvir-

də isə şaquli vəziyyətdə dayanan «həyat ağacı»nın ətrafında keçi,öküz və yallı gedən çox say-

da  insan  təsviri  vardır.  Bu  müqəddəs  ağac  iki  paralel  xəttin  içərisində  bir-birinə  zəncirvari 

şəkildə keçən rombların yüxarı və aşağıdan bağlanaraq birləşməsi ilə verilmişdir. Bu da ona 

xüsusi bir forma verir. Ağacın baş hissəsində dairə əmələ  gətirmiş formanın üzərindəki  yar-

paqları  xatırladan  kiçik  budaqlar  onu  daha  baxımlı  edir.  Kompozisiyaın  gedişinə  əsasən 

demək  olar  ki,  qədim  tayfalar  «müqəddəs  həyat  ağacı»  ətrafında  «həyat  ağacı»  simvolu  ilə 

bağlı  olan  ayini  yerinə  yetirirlər  (e.ə.II  minillik)  [17,  s.263].  Belə  bir  təsvir  Gəncəçay 

rayonunun 21saylı kurqanında olan saxsı qab üzərində də təsadüf edilmişdir ( tablo II, şək.8). 

Gəmiqayanın  son  tunc-ilk  dəmir  dövrü  qaya  təsvirlərindən  bir  qrupunu  şaquli  vəziyyətdə 

dayananmış  «həyat  ağacı»  simvolları  təşkil  edir.  Həmin  təsvirlərdə  şaxəli  qol-budaqlarla 

verilmiş, «həyat ağacı» öz əksini tapmışdır. (33, 143, 166, 219, 226, 238 və s.saylı daşlar) [18, 

s.62].  Cəmiqaya  qaya  təsvirlərində  izlənilən  «həyat  ağacı»’təsvirləri  tərz  baxımından  daha 

bəsit və realist üslübda verilmişdir. Bu təsvirin analogiyasına biz Kilikdağ kurqanından  əldə 

olunmuş  qabın  üzərində  də  rast  gəlirik  [tablo  II,  şək.I].  Şəmkirin  rayonunun  Qaracəmirli 

kurqanında təsadüf olunmuş qara cilalı qabın üzərindəki təsvir isə daha çox öz orjinallığı ilə 

seçilir. İki ana haşiyədən ibarət olan bu kompozisiyada üçbucaq formalı «həyat ağacı», təkər 

modeli  ğünəş  təsvirləri,  çərxifələk  nişanı,həmin  ağacın  atributlarından  olan  maral,  keçi 

rəsimləri  ağ  anqobla  inkrustasiya  olunmuşdur.Qara  ilə  ağın  təzadı  kompzisiyanı  daha  da 

baxımlı  edir  (tablo  I,  şək.1).  Bu  təvirin  yaxın  analogiyasını  Gədəbəydən  tapılmış  tunc  disk 

üzərində  görürük  (tablo  III,  şək.5).  Həmin  təsvirin  bir  çox  müxtəlif  səpgidə  işlənmiş  nümu-

nələrinə  Mingəçevirdən  əldə  olunmuş  tunc  kəmərin,  Göy-göldən  tapılmış  tunc  tacın,  Lüləli, 



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

285 

Göy-göl, Gəncəçay və s. ərazilərdə tədqiq olunmuş kurqan tipli qəbirlərdən əldə olunan saxsı 

qablar  üzərində  rast  gəlirik  (tablo  I,  şək.2-6,  tablo  II,  şək.3-4,  6).  Göründüyü  kimi,tədqiq 

olunan  maddi  mədəniyyət  nümunələri  üzərindəki  kompozisiyalarda  olan,  ağac  təsvirləri  və 

ağacla  bağlı  keçirilən  ayinlər,  dövrün  insanlarının  bədii  estetik  zövqünün  məhsulu  olmaqla 

yanaşı ,özündə tarixi ənənələri də yaşadır. «Həyat ağacı» rəmzi Assuriya incəsənət nümunə-

lərində üzərində də geniş yayılmışdır. Bu ərazilərdə həyat ağacının ənənəvi formalarına tez-tez 

rast  gəlinir.  Assuriya  incəsənəti  üçün  şaqulı  vəziyyətdə  dayanan  və  hər  iki  tərəfdə  şaxəli 

budaqlarla təmsil olunan, üzərində  meyvələri yuxarı qalxmış  «həyat ağacı» və həmin ağaçın 

başı üzərındə tac kimi verilən günəş simvolu geniş yayılmışdır. Azərbaycan maddi-mədəniy-

yət nümunələrində kompozisiyanın həllindən asılı olaraq, həyat ağacı simvolu müxtəlif səpki-

də-bitki, gül , ağac, romb, ziqzaq, üçbugaq şəklində  maddi-mədəniyyət nümunələri üzərində 

öz əksini tapır və insan, heyvan və əcaib məxluqlarla təmsil olunur. Bəzən bu təsvirlər şərtı və 

stilizə olunmuş şəkildə verilir. Ona görə də, onların mənşəyini müəyyən etmək çox vaxt çətin-

lik törədir. Buna əsasən də, belə nəticəyə gəlmək olar ki, qədim sənətkarların məqsədi, bu sim-

volun hansı ağaca məxsus olduğunu göstərmək olmamışdır. Əsas məqsəd, bu simvolu insan-

lara  şərti  də  olsa,  çatdırmaqdan  ibarət  olmuşdur.  Göründüyü  kimi,  bu  simvol  şərti  və  stilizə 

olunmuş şəkildə də öz mahiyyətini itirməmiş və sonrakı dövrlərin sənətkarlıq nümunələrində 

daha realist obrazda təqdim olunmuşdur.Məlumdur ki, inanclar estetik funksiyanın daşıyıcıları 

sayılmırlar.  Onlar  birbaşa  ibtidai  dini  təsəvvürlərlə  bağlıdırlar.  Ağacla  bağlı  inaclar  dünya 

mifalogiyası sistemində əsasən türk dilli xalqlar arasında geniş  yayılmışdı. Məsələn;  «dünya 

ağacı» türk xalqlarının dini dünyagörüşləri üçün xarakterikdir. bu simvol həyat ağacı, mərkəz 

ağac, nəsil artımı ağacı, yaranış ağacı, kainat ağacı, şamanların ağacı, yüksəliş ağacı və s. kimi 

çıxış edir. Onun ən nadir variantları; dirlik ağacı, ölüm ağacı, qəddarlıq ağacı, axirət dünyası-

nın - yeraltı dünyanın ağacı, yer kürəsinin oxu, yer kürəsinin sütunu, yer kürəsi dağı, taxt, nər-

divan, çərxifələk, zəncir və əkinçiliklə bağlanır. Bütün bunların hamısı fikir ayrılığına gətitib 

çıxarsa da, ümumilikdə, dünyanın bir cox parametrlərinin izahını verir [3, 398]. Qədim türk 

miflərindən birində,Ali tanrı Tenqridən bəhs olunur.Tenqri göyün yüxarı qatlarına məxsusdur. 

O,  əcayib  əjdaha  obrazındadır.  Bəzən  o,başqa  tanrılarla  birlikdə  dünyada  olan  hər  bir  şeyi 

yerləşdrməklə yanaşı, insanların talelərini də müəyyən edir. Onun şərəfinə hündür ağaclar həsr 

edib,  at  qurban  kəsirdilər  [2,  s.537].  Qədim  yakutlar  isə  ölmüş  əсdadlarının  ruhunu  vəhşi 

heyvan, balıq və bitki-ağac obrazında təqdim edirlər. Şübhəsiz ki,bu ibtidai dini təsəvvürlər də 

əcdad kultu ilə bağlı yaranmışdır [2, s.540]. Göründüyü kimi,qədim türk mifalogiyası ayrı-ayrı 

türk dilli xalqlarının mifaloji dünya görüşlərini özündə birləşdirir. Həmin mifologiyanın bər-

pası, miflərin əlaqəli şəkildə öyrənilməsi ilə bağlı olan ən aktual məsələlərdən biridir. Qədim 

təsəvvürlərə görə, həmin ağacla bağlı olan maddi-mədəniyyət nümunələrinin üzərindəki kom-

pozisiyalarda  bu  simvol  özünə  məxsus  tərzdə,  şaquli  istiqamətdə  təsvir  olunmuşdur.  Ümu-

miyyətlə,  həmin  təsvirə  dünya  incəsənət  nümunələri  üzərində  həmişə  şaquli  vəziyyətdə 

kosmoqonik düşüncələrlə bağlı üç əsas təsəvvürdə rast gəlinir. «Dünya ağacı» dünya haqqında 

mifik fikirlər, o cümlədən kosmoqonik düşüncələr və obrazlarda, müxtəlif janırlı mətinlərdə, 

dekorativ tətbiqi sənət nümunələri üzərində qeydə alınmış və bir çox xalqların adət-ənənələ-

rində öz əksini tapmışdır. İlk zamanlar «həyat ağacı» simvolu Azərbaycanın tunc dövrü maddi 

mədəniyyət  nümunələri  üzərində  stilizə  olunmuş  şəkildə,  bir  neçə  həndəsi  xətlərin  şaquli 

istiqamətdə,  budaqlar  əlavə  olunmaqla  verilməsi  ilə  öz  əksini  tapmışdır.  Sonrakı  dövrlərin 

mifoloji baxışlarında simvolun müxtəlif tip həndəsiləşmiş formalarına da rast gəlinir. Anado-

lunun qədim ayin və miflərinin mətinlərində özünə diqqət çəkən məqmlardan birin də şaquli 

vəziyyətdə  dayanan  kosmosun  quruluşunda  dörd  canlının  nümayəndəsi  qartal,  arı,  ilan  təs-



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

286 

virləri və insan təsvirləri  yer alır [14, s.92]. Məsələn: Göy-göl rayonunun Gəncə çayının  sol 

sahilində yerləşən kurqanlardan birindən əldə olunmuş kiçik ölçülü küpə tipli qabın üzərində 

həyat  ağacının  bütün  atributları  o  cümlədən,  svastika-çərxifələk,  keçi  və  quş  təsvirləri  yer 

almışdır [10, şək31].  Bu simvol əsasən Azərbaycanın  maddi-mədəniyyət nümunələrində  çox 

təsadüf olunan keçi, maral, at, canavar, quşlar və s. təsvirləri ilə təmsil olunur. Keçi təsvirləri 

Azərbaycanın  maddi-mədəniyyət  nümunələri  üzərində  əhatəli  şəkildə  yayılmışlar.  Daha  bir 

heyvan  obrazı  –  maral  Azərbaycanın  maddi-mədəniyyət  nümunələrində  geniş  yayılmış 

obrazlardandır.  Bildiyimiz  kimi,  maral  və  keçi  təsvirləri  də  «həyat  ağacı»nın  atributlarından 

sayılır. Maral qədim mifaooji təsəvvürlərdə özündə nəsil artımı inamını simvollaşdırır. Çərxi-

fələk  nişanı  tunc  dövründə  yaşamış  insanların  mifoloji  təsəvvürlərində  günəşi  simvollaşdır-

mışdır.  Bu  dövrdə,  Qafqaz  ərazisində  günəş  ayini  geniş  yayılmışdır.  Son  tunc  və  ilk  dəmir 

dövründə onun simvolları ,o cümlədən onu  yer üzündə təmsil edən-simvollaşdıran quşlar  və 

nişanlar,  heyvanların  bədən  hissələrində  və  başları  üzərində  verilmişdir.  Qobustanda 

Böyükdaş  217  saylı  qayanın  üzərində  qeydə  alınan,  2  saylı  təsvirdə  keçinin  buynuzları 

üzərində quş təsvir olunmuşdur (e.ə.III-IIminillik), [17, s.274]. Qobustanda Böyükdaş (aşağı 

terras) 151 ci qayanın üzərində 1 saylı təsvirdəverilmiş maralın buynüzları yarpaq şəkli alaraq 

özündə müqəddəs ağacı simvollaşdırır (e.ə.III minillik) [17, s.270]. Böyükdaş (yuxarı terras) 

33  cu  qayada  olan  49  saylı  təsvirində  verilən  «həyat  ağacı»  simvolu  daha  fərqlidir.  Həmin 

təsvir keçinin gövdə hissəsində şaquli vəziyyətdə olub, daxili romblarla işlənmişdir (e.ə.IV-III 

minillik) (şək.5). Böyükdaş 33-cü qayanın üzərində olan təsvirdə də insan və heyvanların ağac 

ətrafında toplaşdığını və ağacla bağlı hansısa ayini yerinə yetirdiyini izləyirik [17, s.155]. Bu 

dövründə  ağacın  ətrafında  verilən  quş  təsvirləri,  ibtidai  dini  təsəvvürlərdə  günəşi 

simvollaşdırmışlar.  Gəncənin  84  saylı  kurqanından  əldə  olunan  qşabın  üzərində  «həyat 

ağacı»nın  atributuları  olan  at  və  keçi  təsviri  öz  əksini  tapmışdır.  At  təsvirləri  də  qədim 

dövrlərin  mifoloji  düşüncələrində  günəşi  simvollaşdırmışdır.  At  təsvirləri  bəzən  qədim 

incəsənət nümunələri  üzərındə günəşın atributu kimi verilmlşdir.  Qədim inaclara görə günəş 

tanrısı  ata  minib  dünyanı  dolaşırmış.  Həyat  ağacı  təsviri  Azərbaycan  incəsənət  nümunələri 

üzərində  əsasən  şaquli  vəziyyətdə  dayanan  kosmos,  beş  heyvan  cinsinin  nümayəndəsinin 

təsvirləri; qartal, maral, keçi,canavar və ilan kimi canlılarla təmsil olunur. Bu dövrün maddi-

mədəniyyət  nümunələri  üzərində  həyat  ağacı  təsvirlərinin  verilməsində  bir-birinə  keçən 

zəncirvari  romblardan  da  istifadə  olunmudur.  Bir  –birinə  zəncirvari  şəkildə  keçən  «həyat 

ağacı»  təsvirindən  biri  Göy-Göl  rayonu  (Xanlar  rayonu)  2  saylı  kurqanından  əldə  olunmuş 

qabın gövdə hissəsində verilmişdir [4, s.136]. Öyrənilən qabların üzərindəki ağac təsvirlərinə 

nəzər  saldıqda  (XIII  əsrin  sonu  XII  əsrin  əvvəlləri),  belə  qənaətə  gəlmək  olur  ki,  son  tunc 

dövrü  qabların  üzərində  təsadüf  olunan  insan  təsvirləri  bir  qayda  olaraq  stilizə  olunmuş 

şəkildə olub, bədən və baş nahiyyələri bir neçə üçbucaqla verilmişdir. Üçbucaqların daxili isə 

bir-birinə  paralel  şəkildə,  əyri  döymə  xətlərlə  ştrixlənmişdir.  Əl  və  ayaqlar  bir-birinə  oxşar 

şəkildə,  sınıq  və  maili  xətlərlə  dinamik  hərəkət  formasında  cızılmışdır.  «Həyat  ağacı»nın 

həndəsiləşmiş təsvirlərinə Sibirdə yaşayan türk xalqları arasında rast gəlinir və bu günümüzə 

qədər  bu  simvol  öz  mahiyyətini  itirmir  və  əsasən  şamanizmdə  bu  simvoldan  geniş  istifadə 

olunur. E.ə. I  minilliyin birinci  yarısında isə  həmin simvola Urartu  və Skif tayfalarının bədii 

incəsənət  nümunələri  üzərində  rast  gəlinir.Həyat  ağacının  həndəsiləşmiş  və  nəbati  formalı 

təsvirləri  Urartu  və  Skif  incəsənətinin  stilistikasına  da  daxil  olmuşdur.  «Müqəddəs  ağac» 

Urartu  abidələrində  çox  vaxt  stilizə  və  diqqətdən  yayınmış  şəkildə  rast  ğəlinir.  Bəzən  bu 

simvol maddi mədəniyyət nümunələri üzərində nizə ucluğu şəklində verilir. Bu nizələr Urartu 

allahı Haldinin hərbi gücünü xarakterizə edir. Təsvirlərdə verilən müqəddəs həyat ağacı hərbi 



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

287 

simvolların qarşısında yox, məhz nəsil artımı simvolu qarşısında əyilir [4,s.96]. Belə ki,qədim 

türk  xalqlarında,  xüsusilə  də  onların  şaman  inaclarında  dünya  ağacına  mühüm  əhəmiyyət 

verilirdi.  Bunun  üçün  ən  hündür  ağaclar  seçilir  və  belə  düşünülürdü  ki,  bu  ağac  vasitəsi  ilə 

Göy tanrısı ilə əlaqə yaratmaq mümkündür.Ağacın kökləri isə yeraltı dünya ilə əlaqələndirilir-

di. Moisey Kalankatuqlunun məlumatına əsasən «Şimali Qafqazda məskunlaşmış hun tayfaları 

bol  yarpaqlı  hündür palıd ağacını  Tanrı-xanın adı ilə bağlayır»  və  bu ağaca  at qurban kəsir, 

onun  qanını  ağacın  yarpaqlarına  çiləyir,  kəlləsini  və  dərisini  budaqlardan  asırdılar,  bu  palıd 

ağacı  bütün  başqa  ağacların  «anası»  sayılırdı.  «Həyat  ağacı»  vasitəsilə,  hunlar  xəstəlikləri 

sağaldar, onlardan istədiklərini alır, yağış yağdırır və ya lehsan kəsdirir, göy gurultusunu və ya 

ildırımı sakitləşdirirdilər. «Dünya ağacı»na aid edilən sehrli xüsusiyyətlərin səbəblərindən biri 

də  budur  ki,  o,  bir  qayda  olaraq,  müqəddəs  yerdə,  kosmosun  mərkəzində  bitir  və  böyüyür]. 

Onun altında-kölgəsində tanrılar və digər mifik obrazlar doğulur və ölürlər [9, s.73]. 

Uyğurların  qədim  miflərinə  görə,  oların  soy  kökləri  müqəddəs  ağaclardan  törəmişdir 

[2]. Sonrakı dövrlərdə də Kiçik və Ön Asiyanın maddi-mədəniyyət nümunələri üzərində «mü-

qəddəs  ağac»  təsvirlərinə  rast  cəlinir.  Həmin  təsvirlər  Urartu  abidələrində  çox  vaxt  stilizə 

olunmuş və diqqətdən kənar-yayınmış şəkildə verilir. Bu mədəniyyətə aid abidələrdə çox vaxt 

həmin  simvol  nizə  ucluğu  şəklində  təqdim  olunur.  Həmin  təsvirlər  Urartu  allahı  Haldini  də 

xarekterizə edir. Müqəddəs «həyat ağacı» hərbi simvolların qarşısında yox, məhz nəsilartımı 

qarşısında  əyilir  [4,  96].  “Oğuz-namə”  əsərində  (tiürk  dilli  qəbilələrin  mifik  təfəkkürünə 

əsasən) Oğuzun ikinci dəfə ağac-bitki ilahəsi ilə evlənməsi öz əksini tapır. Qədim oğuzların 

mifaloji düşüncələrinə görə bu qadın ağac, bitki və su inamını ifadə edirdi [11, s.60]. Oğuzun 

su,ağac-bitki  ilahəsi-Dünya  ağacının  insaniləşdirilmiş  qızla  izdivacıydan  doğulan  üç  oğlan 

uşağı Göy, Tağ (Dağ), Teniz (Dəniz)  müqəddəs üç başlanğıcın mifikləşmiş obrazlarıdır [11, 

s.59-60].  Belə  ki,  «həyat  ağacı»  özündə  qadın  obrazını  və  nəsil  artımı  ideyasını  da  simvol-

laşdırır. Göründüyü kimi tədqiqata cəlb olunan bütün maddi mədəniyyət nümunələri üzərində 

olan mərkəzi element eyni fikrə və düşüncəyə qulluq edərək, kompozisiyaları tamamlayaraq, 

nəsil artımı inamını - bitki, heyvan və insan obrazları vasitəsi ilə özündə canlandirır. Heyvan 

təsvirlərinin  kompozisiyalar  üzərində  ikinci  dərəcəli  element  olmalarına  baxmayaraq,  onlar 

əsasən tanri və totemlərə inamı özündə təmsil edir. Buradan da belə nəticəyə gəlmək olar ki, 

qədim  tayfalar  nəsil  artımının  inkişafında  allahların  və  totemlərin  qüvvəsinə  inanır  və  ona 

ümüd  bəsləyirdilər.  Şübhəsiz  ki,  bu  simvol  maddi-mədəniyyət  nümunələri  üzərində  kortəbii 

şəkildə  verilməmişdir.  İbtidai  sənətkarlar  onun  əsas  mahiyyətini  dərk  edərək,  mifik  təfək-

kürlərinin-düşüncələrinin köməkliyi ilə dərin məna kəsb edən, gözəl sənət əsərləri yaratmağa 

nail olmuşlar. «Müqəddəs ağac» motivləri Azərbaycan incəsənət nümunələri üzərində sonrakı 

dövrlərində də başqa bir janrında, nəsil artımı və əbədilik kimi simvollari özündə əks etdirərək 

əsasən, xalçaçılıq sənət nümunələri üzərində geniş yayılmışdır. Bu simvol tunc dövründə hə-

yat ağacı təsəvvürü ilə bağlı inacları özündə birləşdirmişdir. Çox ehtimal ki,onun ilk variant-

ları da birbaşa nəsil artımı inamı ilə bağlı olmuşdur. Çox maraqlıdır ki, bu fikir qədim mifoloıi 

dünyagörüşlərində də özünə məxsus yer almışdır. Azərbaycan xalqlarının folklor ənənələrində 

«Dünya  ağacı»  kosmik aləmlə birbaşa  bağlanır. Məsələn: Dünya ağacıinacları  ilə  bağlı olan 

«Nar  qızın»  nağılında  nar  ağacının  barı  olan,  narlarının  içindən  çıxaraq-  uçub  gedən  huri-

lərdən  bəhs  olunr.  Lerik  rayonu  ərazisində  «Gəlin  daşı»  ziyarətgahı  barədə  belə  bir  rəvayət 

mövcuddur: ... Uca bir zirvədə keçirilən toy mərasimi zamanı əcdaha camaata hücum edir. Əj-

dahaya  yem  olmaq  istəməyən  insanlar  Allahdan  onları  daşa-ağaca  döndərməyi  xahiş  edirlər. 

Elə bu səbəbdən də Allah,onların arzusunu nəzərə alıb, gəlini gözəl bir ağaca, bəyi və digər 

toy iştirakçılarını isə həmin ağacın ətrafına səpələnmiş daşlara döndərir [14, s.82-83].  



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

288 

İbtidai xalq təsəvvürlərinə görə tək ağac - tənha ağac fenomeni xüsusi maraq doğurur. 

Bu  ağaclar  özlərində  müxtəlif  mifoloji  xüsusiyyətləri  birləşdirir.  Bəzən  həmin  obrazı  şər 

qüvvələrlə  də  bağlayırlar.  Məsələn;  Azərbaycanın  qədim  dövrə  aid  inaclarında  tənha  ağacın 

vaxtıilə insan olduğu bildirilir. Əfsanəyə görə bəy oğlunun bir qıza gözü düşür. Lakin qızın öz 

istəklisi olur. Bir gün o, istədiyi oğlanla bağda ğəzəndə sel gəlir və daşqın baş verir. Sevgililər 

qayıdıb  kəndə  gələ  bilmirlər.  Bəy  oğlu  isə  istəyirdi  ki,  qızı  qaçırsın  və  bu  məqsədlə  onları 

təqib edir. O, oğlanı oxla vurub öldürür. İşi belə görən qız isə Allaha  yalvarır ki, onu ağaca 

döndərsin. Allahda da onu ağaca döndərir. İndi həmin ağaca tənha ağac deyirlər [14, s.109]. 

Qədim  inaclara  görə,  tənha  ağacı  kəsmək  günah  sayılır.  Ümumiyyətlə,  ağaca  pərəstiş 

Azərbaycanın bir çox bölğələrində geniş yayılmışdır. Qoz, tut, əncir, palıd ,nar və s. ağaclar 

bu  gün  də  özündə  qədim  inacları  qoruyub  saxlayır  və  müqəddəs  sayılırlar  [14,  s.104].  İran 

mifologiyasına  görə,  xom-xaoma  ağacında  bütün  bitkilərin  toxumları  qorunur.  O,  gölün 

ortasında bitir və kara balığının köməkliyi ilə qurbağa və həşəratlardan qorunur. Həmin ağacın 

daxilində  olan  bütün  toxumlar  bəzən  dünya  ağacı  Xaomu  göldə  yaşayan,  quşların  sahı  olan 

Seynmurv əvəz edir. O,ağacda olan minlərlə budaqları sirkələyərək toxumları ətrafa səpələyir. 

Başqa bir quş isə toxumları yağış yağdıran ulduz Tiştriya-Siriyusun su içdiyi bulağa aparır. O 

da yağış vasitəsi ilə toxumları torpağa qaytarır [6, s.562]. Göründüyü kimi,dünya ağacı özündə 

əkinçiliklə  bağlı inanclari  birləşdirməklə  yanaşı, əkinçiliklə bağlı ayinlərin  icra  olunmasında 

da  önəmli  yer  tutmuşdur.  Bildiyimiz  kimi  animizmin  ilk  müqəddəslik  rüşeymləri  insan 

cəmiyyətinin formalaşmağa başladığı dövrlərə aid edilir. Bu günkü inanglar da məhz özündə 

nəsildən-nəslə  keçərək  qədim  dövrlərin  mifoloji  düşüncələrini  əfsanə  və  rəvayətlər  şəklində 

tam olmasa da qoruyub saxlaya bilir. Y.М.Лотмана görə «kim əcdadlarının adını çəkə bilirsə, 

o millət siyasi cəhətdən mövcuddur» [8].. Azərbaycannın qədim inanclarında özünə geniş yer 

almış  əcdad  kultlarına  əsasən  demək  olar  ki,  qədim  Azərbaycan  tayfaları  hələ  ilk  tunc 

dövründə  özlərinin  yaranışını  heyvanlar  və  bitkilərlə  o  cümlədən-öküz,  maral,  keçi,  qurd  və 

ağaclarla bağlamış, onlara bir totem kimi sitaiş etmişlər. Belə ki, arxeoloji abidələrdələrimizdə 

təsadüf olunan həyat ağacı təsvirləri Azərbaycan incəsənətinin qədim dövr inciləri sayıla bilər. 

Abidələrdən  əldə  olunan  hər  bir  təsvir  qədim  tayfaların  dekorativ  tətbiqi  sənətini  və  dini 

dünyagörüşlərinin köklərini elmi cəhətdən sübuta yetirən dəyərli mənbələrdir. Əgər bir təsvir, 

bir xalqın maddi-mədəniyyət nümunələri üzərində minilliklər boyu davam edirsə və o, sənətdə 

müxtəlif inanclarla bağlı təmsil olunursa, şübhəsiz ki, onun daşıyıcıları həmin ərazidə yaşayan 

xalqların nümayəndələri olmuşlar. Göründüyü kimi, maddi-mədəniyyət nümunələri üzərindəki 

kompozisiyaların hamısı kortəbii yox,düşünülmüş şəkildə bir-biri ilə bağlanır. Şübhəsiz ki, biz 

Yaxın Şərqdə yaşayan tayfaların bir-birinə yaxın olan mifik baxışlarının nəticəsi, qonşuluqda 

yaşamaqlaı ilə yanaşı, iqtisadi, mədəni və qohumluq əlaqələri ilə də bağlanılır. Biz bu ərazidə 

yaşamış qədim tayfaların dini dünyagörüşləri haqda arxeoloji maddi mədəniyyət nümunələri 

üzərindəki təsvirlər vasitəsi ilə müəyyən dərəcə məlumat alır və onların mənəvi dünyalarının 

xüsusiyyətləri  ilə  yaxından  tanış  oluruq.  Nəticəyə  gəldikdəisə  ,bunu  demək  olar  ki,  təsvirlə 

bağlı  çıxarılan  nəticələrin  hamısı  kompozisiyaların  daxili  aləminə  qulluq  edtməklə  yanaşı, 

qədim türk tayfaların ilk tunc dövrü inaclarında da özü əks etdirir.  

 

ƏDƏBİYYAT 

 

1.Amiet P. La gluptique Mesopotamienne arshique.P.,1961.  



2.Mифы народов мира.Энциклопедия т.II. Советская Энциклопедия , Москва, 1992, 719 

стр.  



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

289 

3.Кляшторный  С.Г.Древнетюркские  рунические  памятники  как  источник  по  истории 

Средней Азии. Москва,1964, 214 cтр.  

4.Пиотровскйй Б. Б. Ванское царства ( Урарту).М.,1959, 341-cтр.  

5.Минаввар Гусейнова. Из истории Южного Кавказа. Ходжалы- Kедабекская культура 

Азербайджана  (ХVI-IX  вв.до  н.  э.)  Национальная  Академия  Наук  Азербайджана 

Институт Археологии и Этнографии. Баку, 2011, 192s.  

6.Mифы народов мира.Эциклопедия .т.1.,-Москва,1991, 671 стр.  

7.M.Seyidov.”Qızıl  döyüşçünün”  soy-etnik  taleyi  haqqında.”Ulduz”  jurnalı,  1981,  №  3,  33-

37s.  


8.Ю.М.Лотман. О моделирующем значении понятий'' конца ” и”начала“ в художествен-

ных текстах. // Тезисы док. Во второйСтатьи по типологии культуры, Летний школе по 

вторичным моделирующим системам 16-26 август. вып.1.,Тарту,1966,стр.69-74. 

9.Kamil  Hüseyinoğlu.  Mifin  mənşəyi,  mahiyyəti  və  tipologiyası.,Azərbaycan  Milli  Elmlər 

akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi.,” Elm və təhsil” ,Bakı- 2010,s179.  

10.Гусейнова  М.  А.Керамика  Восточного  Закавказия  эпохи  поздней  бронзы  и  раннего 

железа.XIV-IX вв.до н.э. Баку, Элм, 1973,126 стр.  

11.Щербак  Александр  Михайлович.  Огуз-наме.  Мухаббат-наме.  (Памятники  древней 

уйгур  и  староузбекской  письменности)./  Институт  Языкознания  АН  СССР,  Москва: 

Издательство восточной литературы, 1959 ,172 стр.  

12.Колороци  Г.К.  К  семантике  древа  в  искусстве  древнего  Двуречья.  //  В  сб.  Древний 

Восток и мировая культура. Москва:, Наука,m1981,49 стр.  

13.İradə  Avşarova.  Xocalı-Gədəbəy  mədəniyyəti  tayfalarının  bədii  tunc  məmulatı(  e.ə.XIV-

VII əsrlər).Bakı-“Nurlan”-2007, 190 s.  

14. M A.Bəxtiyarova. Azərbaycanda müqəddəslərə pərəstişin qalıqları. Tarix elmləri namizədi 

dissertasiyası. Bakı, 1969,24 s.  

15.Штернберг Л. Л. Первобытная религия в свете этнографии. Москва-Ленинград, 1936, 

552 с.  


16. Таксил Лео. Забавная Библия. Москва, Госполитздат, 1965,448 стр.  

17. İ. M. Cəfərzadə. Qobustan. Qayaüstü rəsimlər.Bakı -Elm,1973, 347s.  

18.Nəcəf Müseyibli. Gəmiqaya. Bakı-Çaşıoğlu, 2004, 316 s. 

19.M.A.Bəxtiyarova.Azərbaycanda ağac ayini.Bakı,’’Araz’’2002,s.117. 



 

 


Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

290 

 

Şəkil 1: 1-Qaracəmirli (Şəmkir); 2,4-6- Gəmcəçay  





  4


  4 

 

 



5

  4 


 


Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

291 

 

Şəkil 1-Kilikdağ, 2-3 Göygöl, 4-7 Lüləli, 8-Gəncəçay  


Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

292 

 

Şəkil 3: 1-3 Gəmiqaya, 4-Mingəçevir, 5-Gədəbəy, 6-Göygöl, 7-Qobustan 


Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

293 

 

Şəkil 4: 1-2 Qobustan, (Böyük daş) 



 

 






Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

294 

 

 

 

 

 



Şəkil 5. Qobustan Böyükdaş daş 33 


Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

295 

ИРАДА АВШАРОВА 

 

СИМВОЛ "ДРЕВО ЖИЗНИ" 



В МАТЕРИАЛЬНО-КУЛЬТУРНЫХ ОБРАЗЦАХ БРОНЗОВОГО ВЕКА 

 

Проблема  соотношения  изобразительного  искусства  с  мифологией  в  бронзовом 



веке,  охватывает  широкий  круг  вопросов,  связанных  как  генезисом,  так  и  знаковых 

средств,  а  также  с  его  ролью  как  главного  источника  информации  о  мифологическом 

сознании. 

Древо  жизни  и  древо  мировое  в  древнем  Азербайджане  обозначали  образ,  вопло-

щающий  универсальную  концепцию  мира.  Образ  древа  в  бронзовом  веке  в  древних 

мышлениях обозначал "ось мира", "древо познания" и.т. далее.  

В культурном развитии человечества  древо жизни оставило  в себе  следы в много-

численных  космологических  представлениях,  отражённых  в  словесных  текстах  и  в 

поэтических образах, в древнем изобразительном искусстве Азербайджана. 

Ряд  фактов  свидетельствует  о  том,  что  образ  древо  соотнесён  к  общей  модели 

брачных отношений и преемственно связан с генеалогией рода.  

 

 



IRADA AVSHAROVA 

 

"TREE OF LİFE" SYMBOL 



İN SAMPLES OF MATERİAL CULTURE İN THE BRONZE AGE 

 

 



The problem of correlation of fine arts and mythology in the Bronze Age comprehends 

a wide range of issues related to both the genesis and symbolic means, as well as its role as the 

main source of information about the mythological consciousness.  

 

 The  tree  of  life  and  the  tree  of  the  world  in  ancient  Azerbaijan  denote  the  image 



embodying  the  universal  concept  of  the  world.  The  image  of  the  tree  in  the  Bronze  Age  in 

ancient thinking means "axis of the world", "tree of knowledge" and so on.  

 

In the cultural development of mankind the tree of life left traces in many cosmological 



views, reflected in verbal texts and poetry samples, in the ancient fine arts of Azerbaijan.  

 

The series of evidence suggest that the image of the tree correlated to a general model 



of the marital relationship and successively associated with the kind of genealogy. 

 

 



 

Rəyçilər: t.ü.f.d. Q.Pirquliyeva, t.e.d. Q.İsmayılzadə 

 

BDU-nun Tarix fakültəsi Arxeologiya və  Etnoqrafiya  kafedrasının 17 noyabr 2014-

cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №3). 

 

 



Yüklə 116,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə