ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
  1   2   3   4   5   6   7   8   9   ...   14


ƏMİRƏL-MÖ’MİNİN ƏLİ İBN ƏBUTALİB 

ƏLEYHİSSƏLAMIN HƏYATI 

 

http://ehliwie-samux.com



 

 

 



 

 

*Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) qucağında 



İlk müsəlman olmuş şəxs 

Böyük bir şücaət 

Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi 

İki əsas yol ayrıcı 

Üç cəbhədə mübarizə 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa 

mə’lumat 

Həzrət  Əli  (əleyhissəlam)  «Amul-fil»-in  (fil  ilinin)  otuzuncu  ilində  (hicrətdən 

iyirmi  üç  il  əvvəl)  rəcəb  ayının  on  üçü  Kə’bə  evində  dünyaya  göz  açmışdır.

1

  Atası 



Əbutalib

2



 anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi 

birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir. 



Həzrət Əli əleyhissəlamin həyatinin

 

bölmələri

 

Həzrət  Əli  əleyhissəlamın  be’sətdən  (Məhəmməd  (səlləllahu  əleyhi  və  alih) 

peyğəmbərliyə  seçilməzdən)  on  il  qabaq  dünyaya  gəlməsini

  İslami  hadisələrdə 



Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından 

sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək 

ömrünü aşağıdakı beş hissəyə bölmək olar: 

1)

Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədər; 



2)

Be’sətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək; 



                                                      

1

 Mürucuz-zəhəb (Məs`udi), 21965, 2, səh. 349; Təzkirətül-xəvas, səh. 10; Nurul-əbsar... (Mö`min 



Şəblənci) səh. 76. 

2

 Əli (ə)-ın atasının adının İmran və kunyəsinin Əbu Talib olması və ya müstəsna olaraq adının elə 



kunyəsi olması yaxud, onun Əbdümənaf olması barədə nəzər müxtəlifliyi vardır. Şiə alimləri arasında 

“rical”  katiblərindən  olan  Cəmaləddin  Əhməd  ibn  Ənbə  (təv.  828  hicri)  üçüncü  nəzəri  səhih  hesab 

etmişdir. (“Ümdətüt-talib fi mənaqibi Ali Əbi Talib”, səh. 20-21) 



3)

Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək; 



4)

Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  vəfatından  Əli  əleyhissəlamın  xəlifə 



olmasına qədər; 

5)

Həzrət Əli əleyhissəlamın xəlifəlik dövrü (şəhadətinə qədər). 



1. Əli əleyhissəlamın dünyaya gəlməsindən Həzrət Məhəmmədin 

(səlləllahu əleyhi və alih) be’sətinə (peyğəmbərliyə seçilməsinə) qədər 

Yuxarıda qeyd etdik ki

 əgər Əli əleyhissəlamın ömrünü beş hissəyə bölsək birinci 



hissə  o  Həzrətin  təvəllüdündən  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  be’sətinə 

qədərki dövrü əhatə edəcək. Əli əleyhissəlamın ömrünün bu hissəsi on ildən çox deyil. 

Çünki  Həzrət  Əli  (əleyhissəlam)  doğulanda  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih) 

artıq otuz yaşı var idi və o

  peyğəmbərliyə  qırx  yaşında  olarkən  yetişmişdir.  Deməli



 

Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilərkən Əli əleyhissəlamın cəmi 



on yaşı var idi. 

Əli (əleyhissəlam) Peyğəmbər qucağında 

Əli  (əleyhissəlam)  ömrünün  həssas  olan  ruhi  və  fiziki  cəhətdən  formalaşma 

dövrünü  Məhəmməd  (səlləllahu  əleyhi  və  alih)  peyğəmbərin  evində  və  onun  tə’lim-

tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar: 

«Bir  il  Məkkədə  aclıq  üz  vermişdi.Bu  zaman  peyğəmbərin  əmisi  Əbutalib  böyük 

bir  ailəyə  başçılıq  edirdi.  Onları  çox  çətinliklə  dolandırırdı.  Peyğəmbər  (səlləllahu 

əleyhi və alih) Bəni–Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi 

ki



  Əbutalibin  dolanışığına  kömək  etmək  məqsədilə  gedib  hərəmiz  onun  bir  uşağını 

götürüb  öz  evimizdə  saxlayaq.  Abbas  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  bu 

təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cə’fəri

 Peyğəmbər (səlləllahu əleyhi və alih) 



isə  Əli  əleyhissəlamı  öz  öhdəsinə  götürüb  öz  evlərinə  apardılar.  Əli  (əleyhissəlam) 

Məhəmməd  (səlləllahu  əleyhi  və  alih)  Peyğəmbər  seçilənədək  onun  evində  qaldı. 

Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  peyğəmbərliyə  seçildikdən  dərhal  sonra  Əli 

(əleyhissəlam) onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu.

3

» 

Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  Əli  əleyhissəlamı  öz  öhdəsinə  götürərkən 



buyurmuşdur: «O kəsi seçdim ki

 Allah –taala da onu mənim üçün seçmişdir.



4

» 

Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  öz  uşaqlıq  illərini  babası  Əbdül  Mütəllibin 



vəfatından  sonra  əmisi  Əbutalibin  evində  keçirtdiyinə  görə  istəyirdi  ki

  böyüdükdən 



sonra  Əbutalibin  uşaqlarından  birini  öz  öhdəliyinə  götürsün.  Beləliklə  də,  əmisi 

Əbutalibin və Fatimə Əsəd qızının onun  üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın. 

Əbutalibin uşaqları arasında Əli əleyhissəlamı Peyğəmbərin (səlləllahu əleyhi və alih) 

gözü tutmuşdu. 

Əli  (əleyhissəlam)  öz  xəlifəlik  dövründə  «Qasiə»  xütbəsində  uşaqlıq  illərinin 

tərbiyəsinə  işarə  edərək  buyurmuşdur:  «Siz  (peyğəmbərlərin  səhabələri)  mənim 

peyğəmbərlə  yaxın  qohumluğumu  və  mənim  onunla  olan  xas  mövqeyimi  yaxşı 

bilirsiniz. Bilirsiniz ki

 mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni 



öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki

 mən onun 



bədəninə yapışaraq onun iyini hiss edərdim. O

 mənə yemək yedizdirərdi. 



                                                      

3

 İbn Əsir: Əl-Kamilu fit-tarix .c.2



 s-58; İbn Hişam: Əs-sirətün-nəbəviyyə, Təhqiqi-Mustəfas-Siqa; 

Təbəri:  Tarixül-üməm  vəl-mülük;  Darul-qamusul-hədis,  c.2

  səh.213;  İbn  Əbil-Hədid:  Şərhi  Nəhcül-



bəlağə, c.13

 səh.119. 



4

 Əbul-Fərəc İsfahani, Məqatilut-talibin, səh.15. 




Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə