Əmr № socar/15-1000/01/sm-04-000076 socar



Yüklə 34,24 Kb.
tarix18.06.2018
ölçüsü34,24 Kb.
#49538


ƏMR

SOCAR/15-1000/01/SM-04-000076



SOCAR

Neftçilər pr.73

AZ 1000, Azərbaycan,Bakı

Tel: (99412)521 03 32

Faks:(99412)521 03 83

e-mail:info@socar.az



www.socar.az
Bakı, 30Iyul 20
15


Standartın təsdiq və tətbiq edilməsi haqqında

Məsləhətçi şirkət cəlb edilməklə hazırlanmış standart sənəd layihəsinin Baş ofisin aidiyyəti struktur bölmələri ilə razılaşdırılmasını nəzərə alaraq, SOCAR-da korporativ mədəniyyətin təzahürü olan işgüzar geyim formasının tətbiq edilməsi və SOCAR-ın əməkdaşlarının xarici görünüşündə işgüzar imicin formalaşdırılması məqsədilə
əmr edirəm:


  1. SOCARSS-008.2015 – “SOCAR-ın korporativ geyim forması” standartı (Əlavə 1) təsdiq edilsin və 01.08.2015-ci il tarixindən tətbiqi təmin edilsin.

  2. “SOCAR-ın korporativ geyim formalarının nümunəvi təsviri” (Əlavə 2 və 3) təsdiq edilsin.

  3. SOCAR-ın Hüquq İdarəsinə (E. Orucov) tapşırılsın ki, standartın qeydiyyatının aparılması və saxlanılmasını təmin etsin.

  4. SOCAR-ın Baş ofisinin Kadrlar şöbəsinə və strukturuna daxil olan qurumlarının rəhbərlərinə tapşırılsın ki,

    1. SOCARSS-008.2015 standartının eyni qaydada tətbiq edilməsinə nəzarəti,

    2. işçilərin “SOCAR-ın korporativ geyim formalarının nümunəvi təsviri” ilə tanış olmaları üçün şəraitin yaradılmasını təmin etsinlər.

  5. SOCAR-ın İnformasiya texnologiyaları departamentinə (V.Əhmədov) tapşırılsın ki, SOCARSS-008.2015 standartının Azərbaycan dilindəki elektron variantının SOCAR-ın rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

  6. Bu əmrin icrasına nəzarət SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti X.Məmmədova həvalə edilsin.



Prezident

Rövnəq Abdullayev


Əlavə 1

Azərbaycan Respublikasının

Dövlət Neft Şirkətinin

________________ iltarixli,

________________ nömrəli

əmri ilə təsdiq edilmişdir
описание: description: description: description: socar_logo_115


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin

standartlaşma sistemi.

SOCAR-ın korporativ geyim forması

(SOCARSS – 008.2015)


    1. Standartlaşmanın məqsədi - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Baş ofisində və strukturuna daxil olan qurumlarında (bundan sonra -“SOCAR” və ya “Şirkət”) çalışan işçilərin vahid nümunəvi korporativ geyim formalarıının müəyyən edilməsidir.




    1. Standartın tətbiqi sahəsi - bu standart SOCAR-da çalışan işçilərə şamil olunur.




    1. Korporotiv geyim forması - Şirkətin imicinin formalaşdırılmasına xidmət edən, rənngini, kosntruksiyasını, elementlərini, Şirkətin özünəməxsusluğunu (individuallığını) ifadə edən, daşıyıcısının Şirkətə mənsub olduğunu bildirən vahid geyim üslubudur. Korporativ geyim formasına dair tələblər işçilər üçün məcburi xarakter daşıyır.




    1. Korporativ geyim formasının növləri – aşağıda qeyd olunmuş “Rəsmi” və “Xidməti” korporativ geyim formasının növləri fərqləndirilir:

01.4.1.Rəsmi geyim forması – rəsmi görüşlər, iclaslar, danışıqlar, işgüzar səfərlər və xidməti fəaliyyətlə əlaqədar digər tədbirlərdə istifadə olunması nəzərdə tutulan, təzahürü və görünüşünə dair tələbləri bu standartın müvafiq olaraq 01.5. və 01.6 bəndlərində təsbit olunan korporativ geyim formasıdır.


  • Kişi işçilər üçün rəsmi geyim formasının təzahürü:




  • kostyum və ya klassik biçimli şalvar və pencək, solğun və tək tonlu uzun qollu (isti aylar istisna olmaqla) köynəklər, geyimlə uyğun gələn qalstuk.

  • Ətəyi qısa olan şalvarların geyinilməsinə icazə verilmir.




  • Qadın işçilər üçün rəsmi geyim formasının təzahürü:




  • kostyum və ya klassik biçimli şalvar və pencək, şalvar və ya ətəklə uyğun gələn solğun və tək tonlu, dərin kəsiyi olmayan uzun qollu (isti aylar istisna olmaqla) köynək, dizdən yuxarı olmayan don və ya ətək, tək tonlu naxışsız corab.




  • qısa (dizdən yuxarı) ətəyin və ya donun, dərin kəsikli ətəyin və ya donun, dizdən yuxarı qısa şalvarın (brici), maykanın geyinilməsinə icazə verilmir.

01.4.2. Xidməti geyim forması - iş xüsusiyyətindən asılı olaraq müəssisə tərəfindən təchiz olunan işçilərin xüsusi geyim formasıdır (uniforma).



    1. Korporativ geyim formasına dair ümumi tələblər:




  • Təmiz və səliqəli olmalıdır;

  • Əxlaq və iş etikasına,

  • Texniki təhlükəsizlik tələblərinə və

  • İşçinin tutduğu vəzifənin xüsusiyyətlərinə uyğun olmalıdır.

  • Rəngbərəng, cəlbedici və şəffaf materiallardan olan,

  • Sinəsi, kürəyi və qarnı açıq olan,

  • Şort, yubka-şort, mayka və digər idman və çimərlik geyimlərindən istifadə edilməsinə icazə verilmir.



    1. Ayaqqabı, corab, saç düzümü, makiyaj, ətir və aksesuarlara dair tələblər

01.6.1. Ayaqqabı:

  • Təmiz və səliqəli,

  • Örtülü, sadə və klassik formada,

  • Rəngi geyimlə uyğun (qara, boz, qəhvəyi, tünd göy və neytral rənglərə üstünlük verilir) olmalıdırlar.




  • İş vaxtı Şirkət ərazisində idman və çimərlik ayaqqabılarında olmağa icazə verilmir.

01.6.2. Corab:

  • neytral və ya tək tonlu

  • ayaqqabının və ya şalvarın (ətəyin, donun) rənginə uyğun olmalıdır.




  • rəngəbərəng, naxışlı corabların geyinilməsinə, işə corabsız gəlməsinə izazə verilmir.

01.6.3. Saç düzümü, makiyaj və ətir:

  • Kişilər:saçlar səliqəli qırxılmış olmalıdır.

  • Qadınlar:saçlar səliqəli düzümlü, makiyaj sadə,dırnaqlar sadə və qısa olmalıdır.

  • Yüngül və az hiss olunan ətirlərdən istifadə edilməsinə üstünlük verilir.

  • Kəskin qoxulu ətirlərdən istifadəyə icazə verilmir.

01.6.4. Aksesuarlar:

  • Kişilər:

  • nişan/evlilik üzüyün,

  • sadə və klassik formada olan qol saatlarının,

  • qalstuk sancağının taxılmasına icazə verilir.

  • bilərzik, üstən gürünən boyunbağı, qaşlı və ya qaşsız olan iri üzüklərin taxılmasına icazə verilmir.




  • Qadınlar:

  • sadə, işgüzar geyim formasına uyğun gələn bəzək əşyalarından istifadə edilməsinə icazə verilir.




  • rəngli, böyuk sırğaların, qolbağların və boyunbağların taxılmasına icazə verilmir.




    1. Məsuliyyət - korporativ geyim formasına dair tələblərin pozulmasına görə işçilər məsuliyyət daşıyırlar.


İcraçı:SOCAR:00100000 - SOCAR-ın Baş ofisi:20008153 - Aparat:20003151 - Daxili təhqiqatlar şöbəsi, Hüquq məsləhətçisi, Xalid Mikayılov, Tel(Daxili: (012) 521-00-00 (daxili:10-578))



Yüklə 34,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə