Ənənə və müasirlik



Yüklə 23,36 Kb.
tarix05.10.2017
ölçüsü23,36 Kb.
#3370
növüDərs

Ənənə və müasirlik:

Müasir dərs,onun bəzi xüsusiyyətləri haqqında

Bədiyev Sədrəddin Rəhim oğlu, AMİ-nin Şəki filialının kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru

Açar sözlər: dərs,ənənə, müasirlik, prinsip,yexnologiya, problem, pedosentizm.

Ключевые слова: урок, традиция, модернизм, принцип, технология, проблема, педоцентризм.

Keywords: Lesson, tradition, contemporaneity, principle, technology, problem, egocentrism.

Pedaqoqlar dərsin səmərəli və keyfiyyətli təşkili, maraqlı, dərketmənin yaxşılaşdırılması üçün illərlə, elə indi də tədqiqatlar aparmış və aparırlar.

İnteraktiv təlim metodlarının dərslərdə tətbiqi dərketmənin səviyyəsinin yüksəlməsinə, şagirdlərin məktəbə marağının artmasına səbəb olmuşdur. Bu o demək deyildir ki, ənənəvi dərsə verilən tələblərdən, metodlardan imtina edilir.

İstər ənənəvi, istərsə də müasir dərsin başlıca məqsədi şagirdlərə bilik, bacarıq və vərdişlər vermək , onları həyata hazırlamaqdır.

İnteraktiv metodlarla keçirilən dərsin bəzi xüsusiyyətləri vardır ki, bunlar təlim – tərbiyə prosesində nəzərə alınmalıdır.

Bəzi pedaqoqlar bu xüsusiyyətləri iki yerə ayırırlar: 1. Fəal dərsdə görünən ,nəzər-diqqəti cəlb edən xüsusiyyətlərə , 2. Görünməyən, diqqətdən kənar xüsusiyyətlərə.

İnteraktiv təlimə aid dərsin görünən, yəni üzdə olan cəhətləri aşağıdakılardır:

- Təlim prosesində istifadə olunan qanunauyğunluqlar;

- Təlim prinsipləri;

- Təlimin məzmunu və məzmun standartları ;

- Təlim prosesində istifadə edilən metodlar;

- Şagird-şagird,şagirdin-müəllim-şagird ünsiyyət formaları;

- Tapşırıqlar;

- Nəzarət;

- Qiymətləndirmə formaları (2,s. 23).

İnteraktiv dərsdə nəzərə o qədərdə çarpmayan,”pərdə arxası”,lakin dərsin səmərə və keyfiyyətinə təsir edən, təlim prosesində nəzərə alınmalı xüsusiyyətlər də vardır.

Belə xüssusiyyətlər nəzərə almaq müəllimdən böyük ustalıq və təşkilatlılıq bacarığı tələb edir:

- Əsasən şagirdlərdə, bəzi hallarda müəllimdə meydana çıxan qorxu,hiss-həyacan,

- Şagirdlərin müəllimə,sinif yoldaşlarına olan simpatiyası və ya antipatiyası.

- Müəllim və şagirdlərdə olmalı xeyirxahlıq, inam,etibar.

- Dərs prosesində şagirdlərin dözümlülük,iradə göstərməməsi,

- Təhlükəsizliyin təmini.

- İnamsızlıq (2, s. 24).

Şagirdlərdə müşahidə edilən xoşagəlməz atmosferi aradan qaldırmaq, dərsin keyfiyyətini yaxşılaşdırmaq üçün müəllim sosial – psixoloji dəstəyə xüsusi diqqət yetirməli olur. Bunun üçün aşağıdakılara diqqət yetirmək lazımdır:

- Müəlim dərsin əvvəlində şagirdləri məqsədlərlə (nəticəyönümlü təlim ) tanış etməli;

-Şagirdləri dərsdə istifadə ediləcək metod və ya interaktiv təlim metodu ilə tanış və texnologiyanın həyata keçirmə alqoritmini şərh etməli;

- Dərsin əvəlində “kimin sualı var?”- deyə sinifə müraciət etməli;

- Şagirdlərdən soruşulacaq mövzuya istiqamət və aydınlıq gətirmək üçün sual – cavab təşkil etməli (3-5 dəqiqə kifayətdir);

- Sinif şagirdlərin bir-birini,o cümlədən müəllimin onları tanıması, şagirdlərin maraq dünyasının öyrənilməsi üçün “tanışlıq” adlanan dərs mərlhələsindən istifadə etməli; “Tanışlıq” adlanan mərhələdən tədris ilinin əvvəlində, tətillərdən sonra istifadə etmək olar.

- İnteraktiv dərslər üçün müəyyənləşdirilmiş davranış qaydaları ilə şagirdlərin tanış edilməsi, yeri gəldikcə bu qaydaların onlara xatırladılması;

- Müəllimin öz fəaliyyətini şagirdlərin emosiya və hisslərini duyaraq ona uyğun qurması,

- Dərsdə aşkarlığın hökm sürməsinə nail olunması və s.

Ədəbiyyat


  1. Bağırov Ə. Azərbaycan məktəbi: reallıq və yeniləşmə imkanları. Lənkəran,2008.

  2. Pometin E. İnteraktiv təlim ensiklopediyası. Kiyev. 2007

  3. Cumapob B.A. Дидактика Москва,«Академа», 2002

  4. Veysova Z.İnteraktiv təlim. Unicef, 2008.

Резюме

Бедиев С.Р.

Традиция и модернизм: О некоторых особенностях современного урока.

Соответствуя требованиям общества и его развитию, урок - как основная форма организации обучения также развивается. Форма организации урока, ее методы и в некоторых случаях ее содержание меняется. Современный урок развивается спиралеобразно ( по спирали). В процессе своего развития современный урок приобретает некоторые особенности.

В этой статье последуются такие особенности урока.

Summary


Beadiev S.R.

Tradition and contemporaneity:

Summary about some characteristics of the modern lesson. According to the development and the necessity of the education the lesson is developed, too what is the main organization form of the education.The organization form, methods, context of the lesson are changed sometimes.

The modern lesson is developed spirally.The modern lesson eons some characteristics during the developing. Such characteristics are researched.

Azərbaycan Müəllimlər İnstitutunda 19-21 noyabr 2013-cü il tarixində keçiriləcək “Müəllim hazırlığının müasir problemləri: informasiya, texnologiyalar, təhsilin inkişafı” mövzusunda III Beynəlxalq Elmi konfransda iştirak üçün

MÜRACİƏT FORMASI

Soyadı,adı,atasının adı:_Bədiyev Sədrəddin Rəhim___________________________________

Ölkə, şəhər:____Şəki şəhəri_____________________________________________________

Elmi dərəcə:__pedaqogika üzrə fəlsəfə_doktoru_____________________________________

İxtisas:__pedaqoq,orta məktəbdə fizika müəllimi_____________________________________ ____________________________________________________________________________

Təmsil etdiyi müəssisə:____AMİ-nin Şəki filialı_____________________________________

____________________________________________________________________________

Vəzifə:_____Kafedra müdiri_____________________________________________________

Məruzənin mövzusu:__Ənənə və müasirlik:Müasir dərs,onun bəzi xüsusiyyətləri haqqında____

____________________________________________________________________________

Məruzənin dili:_____Azərbaycan dili______________________________________________

Məruzənin təqdim olunduğu bölmə:_İlkin müəllim hazırlığında müasir təlim texnologiyalarının və ənənəvi metodların funksiyaları_________________________________________________

Təqdimat üçün zəruru avadanlıq:__-________________________________________________

Ünvan:___Şəki şəhəri , A.Çexov küçəsi ev 27_________________________________________

Telefon:İş:___(24) -4-58-79_ mobil:(050)_ 412-46-84__________________faks:_()__________



E-mail:__sedreddin.bediyev @mail.ru_______________________________________________

Doldurulma tarixi:_____21.10.2013_________________________________________________
Yüklə 23,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə