Energetika haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 214,53 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix08.10.2017
ölçüsü214,53 Kb.
#4052
  1   2   3   4   5   6   7


Energetika haqqında 

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU 

I   f ə s i l  

ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .      Əsas anlayışlar

 

Bu qanunda işlədilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 



energetika  sahəsində fəaliyyət —  energetika  materiallarının  və  məhsullarının  (enerji 

resursları)  kəşfiyyatı,  işlənməsi,  hasilatı,  istehsalı,  emalı,  saxlanılması,  nəqli,  paylanması  və 

istifadəsi üzrə fəaliyyət növləri

energetika  sahəsində kəşfiyyat  (və ya  kəşfiyyat) —  işlənmə  ilə  eyni  məqsədlər  üçün 

qabaqcadan  aparılan  maqnitometrik,  qravimetrik,  seysmik,  geokimyəvi,  istilik  və 

radiometrik üsullar və sınaq qazma işləri vasitəsilə həyata keçirilən fəaliyyət

işlənmə — qazma işləri vasitəsilə enerji materialları yataqlarının və ya yeraltı anbarların 

aşkar edilməsinə və qiymətləndirilməsinə yönəlmiş fəaliyyət



enerjinin  paylanması (və ya  paylanma) —  xam  neftin  və  neft  məhsullarının,  qazın, 

elektrik və istilik enerjisinin tədarükü və enerji istehlakçılarına paylanması; 



enerji  paylayıcısı (və ya  paylayıcı) —  enerjinin  paylanması  fəaliyyətini  həyata  keçirən 

hər hansı bir müəssisə



enerji  qurğusu —  energetika  ilə  bağlı  fəaliyyət  növlərində  istifadə  olunan  və  ya  bu 

fəaliyyət  növlərinin  lazımi  səviyyədə  həyata  keçirilməsi  üçün,  zəruri  energetika 

materiallarının və məhsullarının saxlanması üçün hər hansı bir stasionar və ya səyyar qurğu 

(əhatə etdiyi torpaq sahələri də daxil olmaqla); 



baş enerji  nəqletmə sistemləri —  dəmir  yolu,  avtomobil  və  su  yolları,  habelə  əlaqə 

siqnallarının ötürülməsinə xidmət edən qurğular istisna olmaqla, energetika materiallarının 

və məhsullarının nəql edilməsini və ya ötürülməsini həyata keçirən nəqletmə vasitəsi (boru 

kəməri, elektrik verilişi xətti və s.) və ya onun bir hissəsi



müqavilə və ya  energetika  müqaviləsi —  tərəflər  arasında  bağlanılmış  və  energetika 

sahəsində fəaliyyət növlərinin həyata keçirilməsi üçün şərtləri müəyyən edən yazılı saziş; 



bərpa  olunan  enerji  mənbələri —  ətraf  mühitdə  daim  mövcud  olan,  yaxud  mütəmadi 

yaranan enerji  mənbələri  (günəş,  külək,  yerin  istilik axınları, biokütlə,  dəniz,  su  axınları  və 

s.); 

bərpa  işləri —  əhalinin  mənafeyi  naminə  energetika  fəaliyyətində  istifadə  olunan 

sahələrin bərpa olunması və onların ətraf mühitə uyğunlaşdırılması. 

M a d d ə   2 .      Qanunun əhatə dairəsi

 

1.   Bu Qanun aşağıdakı sahələri əhatə edir: 

energetika  sahəsində fəaliyyət  növlərini  (1  və 2  saylı Əlavədə göstərilən  energetika 

materialları və məhsulları üzrə); 

bu  fəaliyyətlərin  həyata  keçirilməsi üçün  qurğuların  yerləşdirilməsini,  tikintisini 

və istismarını; 

enerjinin  qorunması və səmərəli  istifadəsi,  habelə energetika  sahəsində fəaliyyətin ətraf 

mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə tədbirləri. 




2.   Bu  Qanun  energetikanın  neft,  qaz  və elektroenergetika  sahələrinin  dövlət 

tənzimlənməsinin ən ümumi 

hüquqi əsaslarını özündə birləşdirir. 

Ayrı-


ayrı sahələr üzrə qəbul edilmiş digər qanunlarda xüsusi qaydalar nəzərdə tutula bilər. 

I I   f ə s i l  



DÖVLƏT ENERGETİKA SİYASƏTİ 

M a d d ə   3 .      Dövlət energetika siyasətinin məqsədləri



 

Dövlət  energetika  məqsədləri  siyasətinin  aşağıdakıları təmin  və tənzim  etməkdən 

ibarətdir: 

1.   Energetika  materiallarının  və məhsullarının  səmərəli  hasilatı,  istehsalı,  nəqli, 

paylanması, saxlanılması, istifadəsi və təhlükəsizliyinin təminatı. 

2.   Aşağıdakıları nəzərə alaraq  bütün  tələbatçıları enerji  ilə səmərəli  və etibarlı təchiz 

edəcək infrastrukturun və yeni iş yerlərinin yaradılması: 

energetika  sahəsində fəaliyyət  növləri üzrə rəqabət  və minimal  inhisar şəraitinin 

yaradılması; 

energetika 

sahəsində fəaliyyətlərin 

müxtəlif 

mülkiyyət 

növləri, 

uzunmüddətli 

müqavilələr və xüsusi icazələr əsasında qurulması; 

yüksək  keyfiyyətli  məhsullar  istehsal  edən  yerli  müəssisələrə əlverişli şəraitin 

yaradılması; 

səmərəli  və ekoloji  cəhətdən  təhlükəsiz  texnologiyaların  tətbiqi üçün əlverişli şəraitin 

yaradılması. 

3.   Enerji  resurslarının  konservasiyası,  tullantıların  səviyyəsinin  aşağı salınması, 

enerjinin səmərəli istifadəsi və bərpa olunan enerji mənbələrindən istifadə. 

4.   Ətraf mühitə mənfi təsirin azaldılması. 

5.   Enerji çatışmazlığı şəraiti  yarandıqda,  energetikanın  səmərəliliyini  artırmaq üçün 

istehsalçı və istehlakçılara dotasiyaların verilməsi. 

6.   İnvestisiyalar üçün əlverişli hüquqi və iqtisadi şəraitin yaradılması. 

7.   Dövlət energetika proqramlarının tərtib edilməsi. 

M a d d ə   4 .      Dövlət energetika proqramları



 

1.   Bu  Qanunda  müəyyən  edilmiş məqsədlərə uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti 

orqanı müntəzəm  olaraq  energetikanın  təşkili  və inkişafı üzrə uzunmüddətli  dövlət 

proqramları tərtib edir. 

2.   Energetikanın inkişaf proqramları Azərbaycan Respublikasının dövlət büdcəsi, enerji 

resurslarından  səmərəli  istifadə fondu,  hüquqi  və fiziki şəxslərin  vəsaitləri,  o  cümlədən 

xarici investisiyalar hesabına maliyyələşdirilir. 

3.   Bu proqramlar 5 ildən bir müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəqiqləşdirilir 

və dövlət  energetika  strategiyasının  vacib  tərkib  hissəsi  kimi  qanunvericiliklə müəyyən 

edilmiş qaydada təsdiq olunur. 

I I I   f ə s i l  

ENERGETİKA SAHƏSİNDƏ MÜSTƏSNA HÜQUQLAR VƏ NƏZARƏT 

M a d d ə   5 .      Energetika sahəsində dövlətin müstəsna hüquqları

 



Yüklə 214,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə