Еолош-структурная позиция благороднометальных рудно-магмати



Yüklə 65,36 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü65,36 Kb.
#36944


 

 

84



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                             Təbiət elmləri seriyası                                 2010 

 

 

 

GEOLOGİYA

 

 

MUROVDAĞ FİLİZ RAYONUNDA MAQMATİK KOMPLEKSLƏRİN 

POTENSİAL FİLİZLƏŞMƏSİNDƏ FİLİZTOPLAYICI  

STRUKTURLARIN ROLU 

 

V.M.BABAZADƏ, D.M.ƏHMƏDOV, B.H.QƏLƏNDƏROV, M.N.MƏMMƏDOV, 

N.Ə.İMAMVERDİYEV, A.A.XƏLƏFLİ, M.İ. MANSUROV,  

Z.A.VƏLİYEV, A.İ.HÜSEYNOV 

Bakı Dövlət Universiteti 

Inasim59@hotmail.com 

 

 



Məqalə  Kiçik  Qafqazın  əsas  struktur  vahidlərindən  olan  Murovdağ  filiz  rayonunda 

maqmatik  komplekslərin  potensial  filizləşməsində  filiztoplayıcı  strukturların  roluna  həsr 

olunmuşdur. Müəyyən olunmuşdur ki, filizləşmə rayonun geoloji inkişaf mərhələsində fəalla-

şan  uzun  müddət  yaşayan  dərinlik  qırılması  ilə  dövr  edən  postmaqmatik  məhlullarla  əlaqə-

dardır. Sonrakı dövrlərdə isə filiz toplanmasında dərinlik qırılması ilə yanaşı əhəmiyyətli rolu 

daha  cavan  eninə  qırılmalar  oynamışdır.  Bu  qırılmaların  qovuşduğu  sahələrə  sənaye  tipli 

qızıl-polimetal, mis-kolçedan, mis-porfir filizləşmələri aiddir. 

 

 



M.A.Favorskaya, İ.N.Tomson və başqalarının fikrinə görə [5, 6] filiztoplayıcı 

strukturlar  dərinlik  dislokasiya  sistemləri  ilə  əlaqədardır  və  onların  təsiri  ətraf 

struktur-formasion  zonanın  inkişafını  mürəkkəbləşdirir  və  pozur.  Xüsusilə  də  onun 

təsiri  özünü  endogen  məhsulların  xüsusiyyətlərində  daha  aydın  büruzə  verir.  Ətraf 

fona nisbətən filiz toplayıcı strukturlar həm xətti, həm də maqmatik anomaliyaları əks 

etdirərək bloklar şəklində təzahür edirlər. Bu bloklarda qələvilərlə, uçucularla, qeyri-

kogerent elementlərlə zəngin olan dərinlik və yüksək temperaturlu maqmatik əmələ-

gəlmələr  yerləşirlər.  Yüksək  endogen  fəallıq  filizyerləşdirici  strukturlarla  nəzarət 

olunaraq ştok, dayka, vulkanik örtük və mərkəzlərlə uyğunlaşır. 

 

Birbaşa filiztoplayıcı strukturlarda yerləşən maqmatik assosiyasiyalara Kiçik 



Qafqazın Murovdağ filiz rayonunun timsalında baxacağıq. Bu filiz rayonunda turş və 

zəif  turş  vulkanitlərlə  və  qranitoidlərlə  yanaşı  müxtəlif  yaşlı  pikrit,  pikrobazalt,  ba-

zalt,  bazaltik  andezit,  andezit  tərkibli  vulkanitlər,  vulkanik  brekçiyalar,  tuf  brekçi-

yalar da geniş yayılmışdır [1,2,3 ]. 

 

Aparılan  tədqiqatlar  nəticəsində  Murovdağ  filiz  rayonunda  orta  və  üst  yura 



yaşlı əsasi və turş tərkibli vulkanitlərdə və piroklastlarda mis-kolçedan, kolçedan, qı-

zıl-mis-polimetal,  mis-porfir  filiz  təzahürləri  müəyyən  olunmuşdur  və  onların  əksə-

riyyəti müxtəlif istiqamətli qırılma-pozulmalara və onların qovuşma zonalarına aiddir 

[1, 2]. 


 

Rayon ərazisində intişar tapmış maqmatik əmələgəlmələrin öyrənilməsi gös-

tərir  ki,  eyniyaşlı  və  eyniadlı,  maqmatik  süxurlar  müxtəlif  geoloji  inkişaf  mərhə-



 

 

85



lələrində  birbaşa  və  ya  filiztoplayıcı  dislokasiya  sistemlərinin  nəzarətində  olmuşlar. 

Başqa sözlə desək, maqmatizmin əmələ gəlməsi filizləşmənin mərhələləri ilə uzlaşır. 

Maqmatizmin  xüsusiyyəti  göstərir  ki,  gizli  birbaşa  strukturlar  yeni  əmələ  gəlmiş 

tektonik vahid deyildir və regionun geoloji tarixində bir neçə dəfə endogen fəallığın 

daşıyıcıları olmuşlar.  

 

Filiztoplayıcı strukturlardakı oxşar maqmatizmin xüsusiyyətləri Kiçik Qafqa-



zın digər ərazilərinin analizi zamanı da aşkar olunmuşdur və yer qabığının inkişafında 

onların bir neçə dəfə aktivləşməsinə dəlalət edir (Gədəbəy-Dəlidağ lineament zonası 

və s.) [4]. Murovdağ filiz rayonunda, Kiçik Qafqazın digər ərazilərində olduğu kimi, 

filizləşmənin  maqmatizmlə  əlaqəsini  araşdırarkən,  tədqiqatçılar  əsas  diqqəti  hansı 

maqmatik  kompleksin  hansısa  filizləşmə  tipi  ilə  müşayiət  olunmasına  yönəltmişlər, 

yəni maqmatik komplekslərin filizlərə ixtisaslaşması filizləşmənin miqyasından asılı 

olmayaraq öyrənilmişdir. 

 

Hazırda qeyd edilən filiz rayonunda kompleks geoloji-geokimyəvi-geofiziki-



aerokosmik  nişanələrə  görə  filizdaşıyıcı  bir  çox  maqmatik  komplekslər  aşkar  olun-

muşdur.  Müəyyən  olunmuşdur  ki,  Murovdağ  filiz  rayonunda  kifayət  qədər  sahəni 

əhatə  edən  orta-üst  yura  və  təbaşir  vulkanizmin  məhsulları  yüksək  perspektivliyə 

malikdir. 

 

Yura  və  üst  təbaşir  yaşlı  ardıcıl  diferensiallaşmış  bazalt-andezit-dasit-riolit, 



qabbro-diorit-qranosiyenit-qranodiorit, qabbro-ultraəsasi formasiyalar kolçedan, mis, 

mis-qızıl-polimetal, qızıl-mis-porfir, civə, xromit tip filizləşmələrə perspektivli oldu-

ğu  müəyyən  edilmişdir.  Belə  təzahürlərdən  Daşaqıl-Qaraqaya-Qızılqaya,  Göy-göl-

Sarısu,  Çıraxlı-Tulallar-Şorsu,  Alaxalçanlı,  Zivlənçay,  Şahkərəm,  Qoşqardağ  və  s. 

göstərmək olar. Bu təzahürlərdən bir çoxu praktiki əhəmiyyət kəsb edir. 

 

Qoşqarçay yatağının faydalı komponentlərinə mis, həmçinin molibden, qızıl, 



gümüş və kobaltı aid etmək olar. 

 

Damar-möhtəvi tipli filizləşmə pirit, xalkopirit, qalenit və maqnetitdən ibarət-



dir.  Filizli  zonanın  eni 100-150 m  olmaqla  uzunluğu 1 km-ə  çatır  və  qabbro-diorit 

intruzivinin  ekzokontakt  hissəsinə  aiddir.  Filiz  zonasında  misin  miqdarı 200  q/t, 

sinkin – 4000 q/t, qurğuşunun miqdarı 1000 q/t-a çatır. Kobaltın miqdarı 50-250 q/t 

təşkil  edir.  Qoşqarçay  yatağını  bu  elementlərə  perspektivli  hesab  etmək  olar.  Bu 

onunla  izah  edilir  ki,  Qoşqardağ  polifasial  intruzivinin  endo-  və  ekzokontakt  zona-

sında  filizləşmənin  toplanması  üçün  əlverişli  şərait  yaranmışdır.  Bunu  təstiq  edən 

faktorlara intruzivin kosmik şəkillərin deşifrələnməsi nəticəsində dairəvi struktur kimi 

ayrılması,  maqmatik  süxurların  hidrotermal  metasomatitlərə – kvars-serisit,  kvars-

kaolinit süxurlarına və törəmə kvarsitlərə çevrilməsi, habelə digər litoloji və struktur 

əlamətlər aid ola bilər. 

 

Kompleks filizlərə perspektivli təzahürlərdən biri də Meydanyal sahəsi hesab 



olunur. Çıraqdərəsi yatağından 3,0 km qərbdə Toğanalı çayının yuxarısında yerləşən 

bu təzahürdə misin, qızılın və civənin yüksək miqdarı müəyyən edilmişdir. Filizyanı 

süxurlar  kimmeric  yaşlı  andezitlərdir.  Təzahür  ümumqafqaz  və  eninə  istiqamətli 

qırılmaların qovuşuğunda yerləşir və kosmik şəkillər vasitəsilə deşifrə olunmuş qırıl-

ma  strukturları  ilə  təstiq  olunur.  Burada  mis  minerallaşması  olan 4 zona  müəyyən 

edilmişdir və onlarda misin miqdarı 1,2-5,2%-ə çatır. Digər elementlərdən Pb - 2000-

3000 q/t, Zn – 100 q/t, Au-0,4-0,42 q/t, Ag-13,4 q/t təyin edilmişdir. 

 

Təzahür  sahəsində  qırılma  strukturunun  deşifrə  olunmuş  dairəvi  strukturun 




 

 

86



sahəcə  hidrotermal  dəyişmiş  süxurların  geniş  yayılması  ilə  yanaşı  digər  maqmatik, 

struktur  və  litoloji  faktorların  olması  filiz  zonalarının  daha  dərinliyə  nüfuz  etməsini 

güman etməyə imkan verir və perspektivli sayıla bilər. 

 

Murovdağ filiz rayonunda son vaxtlar mikrobazaltlarda platin filizləşməsinin 



də müəyyən edilməsi rayona olan marağı daha da artırır [3]. 

Beləliklə, filiz rayonunda sənaye əhəmiyyəti daşıyan filizləşmələr konkret bu 

və  ya  başqa  maqmatik  komplekslərlə  əlaqədardır  və  ona  görə  də  filiz  rayonu 

bütövlükdə  müxtəlif  tip  filizlərə  perspektivli  sayıla  bilər.  Lakin  sənaye  perspektivli 

filizləşmələr olan maqmatik komplekslər birbaşa fliztoplayıcı strukturlarda yerləşir və 

digər  maqmatik  komplekslərdən  quruluşuna,  tərkibinə  və  başqa  əlamətlərinə  görə 

fərqlənirlər.  Bu  əlamətlərə  qranitoid  intruzivlərilə  sahəcə  əsasi  tərkibli  maqmatik 

komplekslərinin  olması,  maqmanın  ilkin  olaraq  filiz  komponentləri  ilə,  uçucu  ele-

mentlərlə  zəngin  olması  və  bunun  nəticəsində  dərinlik  diferensiasiyasının  hesabına 

geniş süxur assosiasiyasının, hidrotermal dəyişmiş zonaların əmələ gəlməsi misal ola 

bilər (şəkil 1). 

 

 



 

 

 



  

Şək. 1. Murovdağ qalxmasında filiztoplayıcı struktur elementlərin yerləşmə sxemi: 

1-qabbro-kvars-diorit-qranodioritlər; 2- qırılma  pozulmaları; 3- iri  tektonik  bloklar  sərhədin-

dəki  regional  qırılmalar; 4-submeridional  istiqamətli  maqma-filiz  nəzarətedici  regional 

qırılmalar; 5-maqma-filiz  nəzarətedici  relyef  forması  ilə  əks  olunmuş  şimal-şərq  istiqamətli 

lineamentlər; 6-bloklar  və  strukturlar  daxilində  lokal  qırılmalara  uğun  olan  lineamentlər; 7- 

kosmiki  şəkillər  üzrə  ayrılmış  həlqəvi  və  ya  oval  strukturlar:  a)  intruziyanın  eroziyası  ilə 

açılmış vulkano-plutonik; b) kalderalar; 8-geоfiziki işlərələ ayrılmış dərinlik qırılmaları; 9-alp 

kompleksinin  alt  hissəsindəki  və  örtüklərindəki  qırılmalar; 10-alp  kompleksinin  alt  hissəsin-

dəki blokdaxili qırılmalar. 

 

 



Bu  əlamətlər  filiztoplayıcı  strukturlarda  maqmatik  əmələgəlmələrin  filizləş-

mələrə  perspektivli  olmasını  göstərir  və  müxtəlif  tip  filiz  təzahürlərinin  əmələ 




 

 

87



gəlməsinə dəlalət edir. Başqa sözlə desək, filiztoplayıcı strukturlarda müxtəlif yaşlı və 

müxtəlif  tipli  filizdaşıyıcı  maqmatik  əmələgəlmələri  digər  maqmatik  süxurlardan 

fərqləndirir.  Maqmatizmin  uzun  zaman  əmələ  gəlməsi,  maqmatik  fazaların  tezliliyi, 

bir  çox  elementlərin,  uçucuların  yüksək  miqdarı,  əsasi  tərkibli  maqmatik  süxurların 

təzahür etməsi, ancaq filizləşməsi olan qranitoidlərdə deyil, həm də filizəqədərki və 

filizdən sonrakı andezitlərdə, andezit-dasitdə, riolitlərdə və onların törəmələrində də 

qeyd olunur. 

 

Birbaşa strukturların maqmatik süxurlarında və filiz qovuşuqlarında geokim-



yəvi anomaliyalar qeyri-bərabər paylanmışdır. Ən çox maraq doğuran Elbəkdaş təza-

hüründə müəyyən olunmuş anomaliyadır. Misin miqdarına görə burada 2,5 km  mə-

safəyə uzanan və oksford-kimmeric və qismən bat çöküntülərini əhatə edən geokim-

yəvi  anomaliya  ayrılır  və  bütövlükdə  Elbəkdaş  təzahürünü  örtür.  Burada  misin 

miqdarı 0,1%-ə çatır [ 2 ]. 

 

Analoji  geokimyəvi  anomaliyalar  Murovdağ  filiz  qovşağının  müxtəlif  sahə-



lərində də qeyd edilmişdir. Bu anomaliyaların analizi göstərir ki, onlar həm filizləş-

məyə  qədər  olan  süxurlarda,  həm  filizləşmədən  sonrakı  filizlərdə,  həmçinin  filiz 

cisimlərinin yaxınlığında və ondan bir neçə kilometr uzaqlıqda da qeyd olunur. Belə 

mülahizə  yürütmək  olar  ki,  bu  anomaliyalar  mürəkkəb  yol  keçmişdir  və  filiz 

elementləri ilə və mineralizatorla zəngin olan flüidlər təkrarən maqmatik ocaqlara və 

cisimlərə nüfuz etmişdir.  

Beləliklə, Murovdağ filiz rayonunun filizdaşıyıcı maqmatik komplekslərinin 

spesifik  tərkibi  və  diferensiasiyası  tək  onların  formasiya  mənsubiyyəti  ilə  deyil, 

əsasən onların birbaşa filiztoplayıcı strukturlarda əmələ gəlməsi, endogen proseslərin 

ərintinin  tərkibinə  və  diferensiasiyasına  təsirilə  təyin  edilir.  Ən  əvvəl  bu  substratın 

filiz  elementləri  və  mineralizatorlarla  zənginləşməsi,  həmçinin  ərimə  ocaqlarına  və 

maqmanın  əmələ  gəldiyi  ocaqlara  flüdlərin  gətirilməsilə  tənzimlənir.  Bir  çox  nişa-

nələrinə  görə  birbaşa  filiztoplayıcı  strukturlar  dərinlik  dislokasiya  sistemlərinin 

proeksiyası  olaraq,  onlarla  yuvenil  elementlərin  gətirilməsi  hesabına  lokal  metaso-

matik  dəyişmə  baş  verir  və  dövri  olaraq  əsasi-ultraəsasi  ərintilərin  generasiyası  baş 

verir.  Məhz  belə  bir  struktur  şəraitlərdə  maqmatik  komplekslərin  (xüsusilə  də 

qranitoidlərin) potensial filizliliyi reallaşır. 

 

Murovdağ  filiz  rayonunda  qeyd  olunan  filizləşmənin  toplanması  üçün  əlavə 



olaraq  aşağıdakı  faktorları  qeyd  etmək  olar:  Murovdağ  filiz  rayonu  üçün  tipomorf 

olan kolçedan, qızıldaşıyan mis-porfir, mis və qızıl-polimetal filizləşməsi ən intensiv 

orta- və üst yura maqmatizmi ilə əlaqədardır və yüksək stratiqrafik səviyyələrdə qızıl 

və gümüşün miqdarı artaraq müstəqil qızıl-polimetal tipli filizləşmə, üst təbaşirdə isə 

civə  təzahürünü  (Meydançay)  əmələ  gətirir.  Endogen  filizəmələgəlmədə  maqmatik 

əmələgəlmələrin  rolu  daha  böyük  olur.  Rayon  ərazisində  intişar  tapmış  müxtəlif  tip 

filizlər,  onların  yataq  və  təzahürləri,  minerallaşma  nöqtələri  məhz  müxtəlif  yaşlı  və 

tərkibli maqmatik komplekslərlə əlaqədardır. 

 

Geoloji-struktur,  petroloji-geokimyəvi  məlumatların  əsasında  müəyyən  olu-



nur  ki,  Murovdağ  antiklinorisinin  Turaqaçay,  Ağdərə,  Ağcakənd,  Daşkəsən  çökək-

likləri ilə qovuşduğu zonalarda, xüsusilə də sərhəd zolağında kimmeriy mərhələsinin 

filizləşməsinin

  üstünə  məxsusi  alp  mərhələsinin  filizləşməsi  yığılır.  Bu  isə  əvvəllər 

yaranmış  qırılmaların  (lineamentlərin–birbaşa  filiztoplayıcı  strukturların)  tektonik 

fəallaşması,  şimal-qərb  və  şimal-şərq  istiqamətli  yeni  qırılma  və  çatların  əmələ  gəl-




 

 

88



məsi ilə əlaqədardır. 

 

Bu nöqteyi-nəzərdən kosmik şəkillərlə deşifrə olunan iri birbaşa struktur olan 



Gədəbəy-Dəlidağ  lineamentinin  Murovdağ  üstəgəlməsi,  rayon  ərazisində  deşifrə 

nəticəsində müəyyən olunmuş dairəvi və xətti qırılma strukturları ilə qovuşma zona-

ları ən perspektivli sayıla bilər. Bu tip strukturlar boyu sahəcə və genetik olaraq yan 

süxurların  hidrotermal  metasomatik  dəyişməsi  müşahidə  edilir  və  filizləşmənin  ən 

intensiv  konsentrasiyası  turş  vulkanitlərin  və  qranitoidlərin  postmaqmatik  fəaliyyəti 

olan mərkəz tipli solfator-fumoral sahələrlə əlaqədardır. 

 

Filizləşmə  əsasən  müxtəlif  tipli  vulkanik  qurğular  olan  (vulkan-günbəzlər, 



ekstruziyalar,  vulkanizmlə  sinxron  olan  subvulkanik  sistemlər)  ibarət  olan  lokal  tağ 

qalxmalarına aiddirlər. Onlar kosmik şəkillərdə dairəvi, yarımdairəvi strukturlar kimi 

ifadə  olunurlar.  Bununla  əlaqədar  olaraq,  lokal  tağ  qalxmaları - dairəvi  strukturlar 

konkret  filiz  sahələri  kimi  ayrıla  bilər.  Belə  yüksək  perspektivli  sahələrə  Tulallar-

Şorsu, Daşaqıl-Qaraqaya-Qızılqaya, Göygöl, Alaxançanlı, Şahkərəm və s. aid etmək 

olar. 


 

Əsas  filiznəzarətedici  qırılmalar  maqmadaşıyıcı  kanallarla  sahəcə  üst-üstə 

düşür və bu zaman maksimal hidrotermal dəyişmə vulkanik qurğuların boğaz (jerlo) 

fasiyasının hüdudlarında nümayiş edilir. 

 

Beləliklə,  Murovdağ  filiz  rayonunda  bir  sıra  perspektivli  lokal  sahələr  ayır-



maq olar ki, onlarda qızıl-polimetal, kolçedan, qızıl saxlayan mis-porfir tipli filizləş-

mələrinin  ixtisaslaşmasını  proqnozlaşdırmaq  olar.  Bu  sahələr  geokimyəvi,  geofiziki 

anomaliyalar  vasitəsilə  təsdiqlənir  və  adətən  kosmik  şəkillərdə  dairəvi  strukturlarla 

ifadə  olunan  orta  və  turş  tərkibli  effuziv-piroklastik  və  intruziv  sistemlərlə  təmsil 

olunmuşlar. Perspektivli sahələrdə şimal-şərq, cənub-şərq, dairəvi xırda qırılma və çat 

sistemi geoloji və kosmik şəkillərlə dəqiq ayrılır. Filiz minerallaşmaları adətən məhz 

belə kiçik qırılma zonalarında müşahidə edilir və şimal-şərq, dairəvi qırılmalar hidro-

termal  məhlulların  qalxması,  filiz  minerallaşmasının  toplanması  üçün  ən  əlverişli 

vahidlər olmuşlar. 

Yuxarıda  qeyd  olunanları  yekunlaşdıraraq  belə  nəticəyə  gəlirik  ki,  Kiçik 

Qafqazın  əsas  metallogenik  vahidlərindən  biri  olan  Murovdağ  filiz  rayonunda 

filizləşmə,  rayonun  geoloji  inkişaf  mərhələlərində  fəallaşan  uzunmüddətli  dərinlik 

qırılmaları ilə - filiztoplayıcı strukturlarla dövr edən postmaqmatik məhlullarla əlaqə-

dardır. Əgər alp qırışıqlıq tsiklin birinci mərhələsində hidrotermlərin dövrünə ümum-

qafqaz  istiqamətli  dərinlik  qırılmaları  xidmət  etmişdisə,  sonrakı  dövrlərdə  dərinlik 

qırılmaların əhəmiyyətli rolu daha cavan eninə, dairəvi qırılmalar, çatlar oynamışdır. 

Buna  uyğun  olaraq,  daha  dəqiq  hidrotermal  dəyişmələr  müxtəlif  yaşlı  pozulmaların 

qovuşma  sahəsinə  aiddir.  Məhz  bu  qovuşmalara  sənaye  əhəmiyyətli  qızıl-polimetal, 

mis-kolçedan, qızıl saxlayan mis-porfir filizləşmələri aiddir. 

 

 



ƏDƏBİYYAT 

1.

 



Абдуллаев Р.Н., Мустафаев Г.В., Мустафаев М.А. и др. Мезозойские магматические 

формации Малого Кавказа и связанное с ними эндогенное оруденение. Баку: Элм, 

1988, 160 с. 

2.

 



Геология Азербайджана. Полезные ископаемые, Баку: Нафта-Пресс, 2003, т. 4, 574 с. 

3.

 



Баба-заде В.М., Мамедов М.Н., Рамазанов В.Г., Имамвердиев Н.А. и др. Петролого-

геохимические  особенности  формирования  пикритов  и  пикробазальтов  Муровдаг-




 

 

89



ского  антиклинория  (Малый  Кавказ). //Вестник  Бакинского  Университета. 2008, 

№1, с.105-116. 

4.

 

Минерально-сырьевые ресурсы Азербайджана (условия формирования, закономер-



ности  размещения,  научные  основы  прогнозирования,  ответ.  Редак.  Баба-заде 

В.М.). Баку: Озан, 2005, 807 с.  

5.

 

Сквозные рудоконцентрирующие структуры. М.: Наука, 1989, 222 с. 



6.

 

Томсон  И.Н.,  Фаворская  М.А.  Рудоконцентрирующие  структуры  и  принципы  ло-



кального  прогнозирования  эндогенного  оруденения. // Советская  геология. 1968, 

№10, с.6-20. 

 

 

РОЛЬ РУДОКОНЦЕНТРИРУЮЩИХ СТРУКТУР В ПОТЕНЦИАЛЬНОЙ  



РУДОНОСНОСТИ МАГМАТИЧЕСКИХ ОБРАЗОВАНИЙ  

МУРОВДАГСКОГО РУДНОГО РАЙОНА (МАЛЫЙ КАВКАЗ) 

 

В.М.БАБА-ЗАДЕ, Д.М.АХМЕДОВ, Б.Г.КАЛАНДАРОВ, М.Н.МАМЕДОВ, 



Н.А.ИМАМВЕРДИЕВ. А.А.ХАЛАФЛЫ, М.И.МАНСУРОВ,  

З.А.ВЕЛИЕВ, А.И.ГУСЕЙНОВ 

 

РЕЗЮМЕ 

 

 



Статья  посвящена  роли  рудоконцентрирующих  структур  в  потенциальной  ру-

доносности  магматических  образований  Муровдагского  рудного  района.  Установлено, 

что в пределах Муровдагского рудного района формирование рудных залежей связано с 

постмагматическими растворами, циркулирующими по долгоживущим глубинным раз-

ломам на всех стадиях эволюции последних. При этом в последующий период, наряду с 

глубинными  разломами  важная  роль  принадлежит  и  более  молодым  поперечным  раз-

рывам.  К  узлам  пересечения  этих  разновозрастных  нарушений  приурочено  промыш-

ленное оруденение золото-полиметаллических, медно-колчеданных, медно-порфировых 

руд. 

 

THE ROLE OF THE ORE CONCENTRATING STRUCTURES IN THE POTENTIAL 



ORE MAGMATIC FORMATIONS OF MUROVDAGH ORE DISTRICT  

(LESSER CAUCASUS) 

 

V.M.BABAZADEH, D.M.AHMADOV, B.H.GALANDAROV, M.N.MAMMADOV, 

N.A.IMAMVERDIYEV. A.A.KHALAFLI, M.I.MANSUROV,  

Z.A.VALIYEV, A.I.HUSEYNOV 

 

SUMMARY  

 

The article deals with the ore concentrating structures in the potential ore magmatic 



formations of the Murovdagh ore region. It is found out that within the ore district of Mu-

rovdagh, the formation of ore deposits is associated with post-magmatic fluids circulating in 

the long-lived deep faults at all stages of the evolution of the latter. Thereafter, along with 

deep faults the younger transverse fractures were of great importance. The nodes of in-

tersection of these different age violations include industrial mineralization of gold-poly-

metallic and copper-pyrite, copper-porphyry ores as well. 



 

Document Outline

  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • РОЛЬ РУДОКОНЦЕНТРИРУЮЩИХ СТРУКТУР В ПОТЕНЦИАЛЬНОЙ 
  • РУДОНОСНОСТИ МАГМАТИЧЕСКИХ ОБРАЗОВАНИЙ 
  • МУРОВДАГСКОГО РУДНОГО РАЙОНА (МАЛЫЙ КАВКАЗ)

Yüklə 65,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə