oluna bilər. EƏP-lərə qarşı rezistent olan epilepsiya formalarında
daha aşağı İQ qeyd olunur. Bu, arası kəsilmədən və uzunmüddətli
epilepsiya əleyhinə terapiya aparılması zərurətini sübut edir.
Anamnezində epileptik status olan xəstələrdə intellekt səviyyəsi
sağlam insanlarla müqayisədə 15%-dən az olmayaraq aşağı düşə
bilər. Gicgah epilepsiyası zamanı mürəkkəb parsial tutmalar üçün
bu cür qanunauyğunluq mövcud deyil. Belə hallarda defekt və
demensiyanın əmələ gəlməsi üçün tutmaların ümumi sayı deyil,
“zaman pəncərəsi” adlandırılan göstərici – yəni dərk etmə
proseslərinin bərpasının gözlənildiyi müddət – əhəmiyyət kəsb edir.
Bu göstəricinin aşılması zamanı geri dönməyən mnestik-intellektual
dəyişikliklər inkişaf edir. Mürəkkəb parsial tutmalar fasiləsiz olaraq
baş verdiyi halda, həmin dəyişikliklər 5 ildən sonra aşkar olunur.
Əksər digər hallarda bu göstərici 20 ildən az olmur.
Mnestik-intellektual pozuntuların müalicəsi
Ənənəvi EƏP-lərin tədqiqi zamanı müəyyən edilmişdir ki, digər
preparatlara nisbətən fenobarbital daha tez-tez aşkar ifadə olunmuş
koqnitiv pozuntulara gətirib çıxarır. Onun tətbiqi zamanı psixomotor
tormozlanma meydana çıxır, diqqətin cəmlənməsi və yeni materialın
mənimsənilməsi qabiliyyəti azalır, yaddaş pozulur, İQ aşağı düşür.
Fenitoin (difenin), karbamazepin və valproatların da oxşar əlavə
təsirləri vardır, lakin onların ifadə olunma səviyyəsi fenobarbitalın
tətbiqi zamanı meydana çıxanlara nisbətən xeyli aşağıdır. Bu, həmin
preparatlara barbituratlara nisbətən daha çox üstünlük verilməsinə
səbəb olur, lakin sadalanan üç preparatdan hansının əlavə təsirinin ən
az olması aydın deyil.
Yeni EƏP-lərin, o cümlədən felbamat, lamotricin, qabapentin,
tiaqabin, viqabatrin və topiramat kimi preparatların toksikliyi
haqqında nisbətən daha az məlumat mövcuddur. Müəyyən edilmişdir
ki, ümumilikdə yeni nəsil EƏP-lər dərk etmə proseslərinə mənfi təsir
göstərmirlər.
Topiramatın tətbiqi zamanı koqnitiv pozuntular yalnız onun təsiri
ilə izah edilə bilməz, çünki o, əsas EƏP-lərə əlavə vasitə kimi
istifadə olunmuşdur. Belə hallarda tətbiq edilən bütün EƏP-lər
arasındakı farmakokinetik qarşılıqlı təsir də nəzərə alınmalıdır.
27
Topamaksın uzunmüddətli tətbiqi zamanı xəstələrdə mnestik
proseslər normallaşır. Bu, ilk növbədə aydın ifadə olunmuş yaddaş
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
28
pozuntularının xarakterik olduğu gicgah epilepsiyalı (mediotemporal
variant) xəstələrə aiddir. Topamaksdan başqa valproatlar, felbamat,
lamotricin, qabapentin, tiaqabin və viqabatrinin uzunmüddətli tətbiqi
zamanı xəstələrdə mnestik proseslər normallaşır.
Affektiv (əhval-ruhiyyə) pozuntular
Müasir epileptologiyada bütün psixi pozuntuları (depressiyalar,
həyəcanlı pozuntular, psixozlar) tutmalara münasibətdə meydana
çıxma vaxtına görə nəzərdən keçirmək ənənəsi qəbul olunmuşdur.
Bu meyara əsasən periiktal (pre- və postiktal), iktal və interiktal
pozuntular ayırd edilir.
Preiktal psixi pozuntular tutmadan bilavasitə əvvəl meydana çıxır
və faktiki olaraq tutmaya keçir. Postiktal pozuntular tutmalardan
sonra əmələ gəlir. Adətən onlar sonuncu tutmadan 12-120 saat sonra
yaranır; yüksək affektiv gərginlik və davam etmə müddəti ilə (bir
neçə saatdan 3-4 həftəyə qədər) xarakterizə olunur.
İktal psixi pozuntular paroksizmlərin psixi ekvivalenti kimi qəbul
edilir, interiktal psixi pozuntular isə tutmalardan uzun müddət
keçdikdən sonra aydın şüur fonunda meydana çıxır.
Əhval-ruhiyyənin üzvi mənşəli (affektiv) pozuntusu bu və ya digər
affektin üstünlük təşkil etməsi ilə gedən müxtəlif dərəcədə ifadə
olunmuş depressiv pozuntularla xarakterizə edilir. Qüssəli, adinamik,
ipoxondrik, həyəcanlı depressiyalar, həmçinin depersonalizasiya
pozuntuları ilə gedən depressiyalar ayırd edilir.
Qüssəli depressiya və subdepressiyalar əhval-ruhiyyənin davamlı
şəkildə aşağı düşməsi, bir çox hallarda tez hirslənmə ilə müşayiət
olunan həyəcanlı-qüssəli affektlə səciyyələnir. Xəstələr ruhi
diskomfort, döş nahiyəsində ağırlıq hissi olmasını qeyd edirlər. Bəzi
hallarda göstərilən hissiyyatın fiziki nasazlıqla – baş ağrısı, döş
sümüyü arxasında xoşagəlməz hisslər – əlaqəsi müəyyən olunur,
depressiya hərəki (motor) narahatlıq, daha az hallarda isə adinamiya
ilə müşayiət olunur.
Adinamik depressiya və subdepressiyalar adinamiya və
hipobuliyanın olması ilə fərqlənir. Xəstələr uzun müddət yataqdan
qalxmır, özünə qulluqla bağlı sadə funksiyaları çətinliklə yerinə
yetirirlər. Tez yorulma və qıcıqlanma ilə bağlı şikayətlər
xarakterikdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
29
İpoxondrik depressiya və subdepressiyalar daimi fiziki əzginlik,
ürək nahiyəsində ağrılar, həmçinin tutma zamanı qəfil ölüm baş verə
biləcəyi və ya vaxtında yardım göstərilməyəcəyi ilə bağlı qorxularla
xarakterizə olunur. İntrakranial lokalizasiyalı senestopatiyalar,
müxtəlif vestibulyar və vegetativ pozğunluqlar qeyd edilir.
Həyəcanlı depressiya və subdepressiyalar amorf məzmunu ilə
seçilir. Xəstələr çox vaxt həyəcanın səbəbini və ya hər hansı konkret
qorxunun olmasını müəyyən edə bilmir və səbəbini anlamadıqları
qeyri-müəyyən qorxu, yaxud narahatlıq hiss etdiklərini bildirirlər.
Depersonalizasiya pozuntuları ilə gedən depressiyalar öz
bədəninin (autosomatik), fikirlərinin (autopsixi), ətraf mühitin
(allopsixi), zamanın qavranılmasının dəyişilməsi duyğusu, bir çox
hallarda uzaqlaşma hissi ilə səciyyələnir.
Epilepsiyalı xəstələrdə müşahidə edilən çox müxtəlif psixi
pozuntular arasında affektiv pozuntular, demək olar ki, əsas yer tutur;
onlara epilepsiyalı xəstələrdə sağlam insanlara nisbətən 10 dəfə daha
artıq təsadüf olunur.
Affektiv pozuntuların inkişaf etməsinin əsas səbəbləri arasında
həm reaktiv, həm də neyrobioloji amillər ayırd edilir. Belə yanaşma
indi də öz əhəmiyyətini itirməmişdir. Epilepsiyalı xəstələrin
həyatında psixososial amillər əhəmiyyətli rol oynayır. Onların
arasında tez-tez işin və ailənin itirilməsinə gətirib çıxaran
stiqmatizasiya və sosial ayrı-seçkilik amillərini ilk növbədə qeyd
edirlər. Əsasında xəstəliklə bağlı ailəni və ya işi itirmək qorxusunun
dayandığı “öyrədilmiş köməksizlik (bacarıqsızlıq)” mexanizmlərinin
də affektiv simptomatikanın əmələ gəlməsində əhəmiyyəti vardır.
Bu, sosial aktivliyin azalmasına, əmək dezadaptasiyasına və son
nəticədə depressiyanın yaranmasına gətirib çıxarır.
Epilepsiya zamanı depressiv pozuntuların əmələ gəlməsində əsas
rolu psixoreaktiv mexanizmlər deyil, daha çox neyrobioloji
mexanizmlər oynayır. Depressiv simptomatikanın meydana
çıxmasında tutmaların növü (mürəkkəb parsial), epileptik aktivlik
ocağının lokalizasiyası (əsas etibarı ilə baş beynin gicgah paylarının
medial şöbələrində), ocağın laterallaşması (əsas etibarı ilə sol
tərəfdə), tutmaların yüksək tezliyi, xəstəliyin davam etmə müddəti və
erkən yaşda başlaması əhəmiyyət daşıyır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |