Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə1/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
  1   2   3   4   5   6   7   8   9   ...   145


 

Az

ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 

Üzeyir 

Hacıbəyli adına Bakı Musiqi Akademiyası

 

 

 

 

XX ƏSR AZƏRBAYCAN  

MUS

İQİ ELMİNİN  

AB

İDƏLƏRİ 

 

 

Bakı Musiqi Akademiyasının  

100 illiyi münasibətilə



 

 

 

 

 

 


 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

Əfrasiyab Bədəlbəyli  

(1907-1976) 

 

 


 

 

 

 

 

Əfrasiyab Bədəlbəyli  

İZAHLI MONOQRAFİK  

MUSİQİ LÜĞƏTİ 

 

 

 

 

 

 

 

 

Bakı - 2017 

 



 

 

 



 

 

 



 

Redaksiya hey

əti: 

F.B


ədəlbəyli (sədr), G.Abdullazadə,  N.Quliyeva,  A.Məlikov,  R.Zöhrabov, 

Ü.İmanova,  S.Seidova, Ş.Həsənova,  G.Mahmudova,  L.Məmmədova.   

 

İdeya müəllifi və məsul redaktor – Tariyel Məmmədov 



 

R

əyçilər:

 

Aida Tağızadə, Rəna Məmmədova



 

 

Kitab Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisi və 



müasir texnologiyalar" kafedrası tərəfindən çapa hazırlanmışdır.

 

 



Hazırki  tədqiqat Azərbaycan musiqi elminin abidələri  sırasına  daxil  olub,  bötüvlükdə 

Az

ərbaycan mədəniyyətinin musiqi-poetik,  izahlı-terminoloji, folklor-etnoqrafik, tarixi-



antropoloji anlayışların geniş spektrini əhatə edən nadir nəşrlərdəndir.  

Bu ilk leksikoqrafik 

əsərin - “İzahlı monoqrafik musiqi lüğəti”nin müəllifi, 110 illini 2017-

ci  ilin  aprel  ayında  qeyd  etdiyimiz,  görkəmli Azərbaycan bəstəkarı,  şərqşünas-alim, 

etnomusiqişünas, ictimai xadim Əfrasiyab Bədəlbəylidir.   

Təqdim olunan lüğət ilk növbədə orta təhsil məktəblərinin yuxarı sinif şagirdləri, ali məktəb 

tələbələri,  musiqi  məktəblərinin  müəllimləri  və  elm  xadimləri  üçün  nəzərdə  tutulmuşdur. 

Lakin  biz  ümid  edirik  ki,  bu  layihə  təkcə  dinləyici  auditoriyası  tərəfindən  deyil,  həm 

vətənimizdə, həm də onun hüdudlarından kənarda milli musiqimizin təəssübkeşliyini çəkən 

hər bir kəs tərəfindən maraqla qəbul ediləcəkdir. 



 

© 

Əfrasiyab Bədəlbəyli. “İzahlı monoqrafik musiqi lüğəti”, Bakı, 1969 



© 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bakı, 2017 




Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 



 



 

Əfrasiyab Bədəlbəylinin anadan olmasının  

110 illiyin

ə həsr olunur 

 

 



 

 

M



ÜQƏDDİMƏ  

 

 



Əfrasiyab Bədəlbəyli Azərbaycan musiqi mədəniyyətində 

özün


əməxsus  yeri  olan  nadir  şəxsiyyətlərdən biridir. O, bəstəkar, dirijor, 

musiqişünas və ictimai xadim kimi tanınmış və hər bir sahəni öz çoxşaxəli 

f

əaliyyəti və  orijinal  əsərləri ilə  zənginləşdirmişdir. Azərbaycan musiqi 



tarixin

ə Ə.Bədəlbəyli bir çox əlamətdar hadisələrin ilk   təşəbbüskarı kimi 

daxil  olmuşdur.  O,    ilk  Azərbaycan baletinin -  “Qız  qalası”  baletinin 

yaradıcısıdır və həmin balet 1940-cı ildən bu günə kimi Azərbaycan Opera 

v

ə Balet Teatrının səhnəsində oynanılır.  



Ə.Bədəlbəyli görkəmli dirijor kimi uzun illər Opera və  Balet 

Teatrında  fəaliyyət göstərmiş,  Azərbaycan bəstəkarlarının  opera  və  balet 

əsərlərinin musiqi rəhbəri və  ilk  dirijoru  olmuşdur.  Ə.Bədəlbəylinin 

“Nizami”, “Söyüdl

ər  ağlamaz”  operaları  teatrın  səhnəsində  böyük  uğurla 

tamaşaya  qoyulmuş  və  bu  opera  ariyaları  müğənnilərin tədris və  konsert 

repertuarında indiyə kimi səslənir.  

Ə.Bədəlbəylinin fəaliyyət sahələrindən biri də musiqi elmi ilə bağlı 

olmuşdur.  O,  musiqinin  müxtəlif məsələlərinə  həsr  olunmuş  mühazirələri, 

aktual  mövzularla  bağlı  məqalələri, elmi tədqiqatları  ilə  geniş  surətdə 

tanınmış və xalqın rəğbətini qazanmışdır.       

Ə.Bədəlbəylinin  “İzahlı  monoqrafik  musiqi  lüğəti”  (red.:  Əşrəf 

Abbasov)  Az

ərbaycan  musiqişünaslığında öz elmi-təcrübi  əhəmiyyətini 

t

əsdiq  etmiş  qiymətli nəşrlərdən biridir. Bu kitabda ilk dəfə  olaraq, 




Müq

əddimə 


Az

ərbaycan və  xarici musiqi terminləri  toplanmış,  Orta  əsrlər dövrünün 



musiqişünas-alimləri və XIX-XX əsrlərin görkəmli xanəndələri və tarzənləri 

haqqında geniş məlumat verilmişdir. Demək olar ki, Ə.Bədəlbəylinin “İzahlı 

monoqrafik  musiqi  lüğəti” azərbaycanlı  oxuculara  bu  qədər böyük həcmli 

v

ə qiymətli məlumatı çatdıran ilk nüfuzlu mənbədir və musiqi elmində bir 



çox t

ədqiqatlara təkan verməklə  yanaşı,  bu  günə  kimi öz dəyərini 

saxlamışdır.     

Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” 1969-cu ildə çap 

olunmuşdur  və  təbii ki, yeni dövrdə  kitabın  yenidən nəşrinə  ehtiyac 

yaranmışdır. 

Onu  da  qeyd  edim  ki,  Əfrasiyab  Bədəlbəylinin 100 illiyi 

münasib


ətilə  “Musiqi  dünyası”  jurnalın mütəxəssislərin tərəfindən 

hazırlanan  Əfrasiyab  Bədəlbəylinin həyat və  yaradıcılığına  həsr  olunmuş 

sayt  (bax:  http://afrasiyab.musigi-dunya.az/)  v

ə  “İzahlı  monoqrafik  musiqi 

lüğəti”  elektron  kitabı  kimi  (bax:

 

http://lugat.musigi-dunya.az/)  f



əaliyyət-

d

ədir. 



Lakin kitabın çap nəşrinə də böyük tələbat vardır. Bu tələbatı nəzərə 

alaraq,  Üzeyir  Hacıbəyli  adına  Bakı  Musiqi  Akademiyası,  “Azərbaycan 

ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrası tərəfindən Əfrasiyab 

B

ədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti”nin yeni nəşri hazırlanıb.  



Diqq

ətinizə  təqdim olunan yeni nəşrdə  dövrlə  bağlı  olaraq,  ictimai 

v

ə elmi fikrin dəyişməsini nəzərə alaraq, bir sıra redaktə işləri aparılmışdır. 



Kitabın  sovet  dövründə  yazılması  ilə  əlaqədar olaraq, bəzi yerlərdə  sovet 

hökum


əti və  kommunist  partiyasına  yönəlmiş  tərifli fikirlər  aktuallığını 

itirdiyin

ə görə yeni nəşrdən çıxarılmışdır.  

Kitabda  Əfrasiyab  Bədəlbəylinin sovet və  xarici  musiqişünas-

aliml

ərlə yanaşı, erməni tədqiqatçılarına müraciət etməsini o dövr üçün adi 



hal kimi q

əbul etmək olar və  biz erməni müəlliflərinin  adlarını  saxlamağı 

lazım  bildik.  Çünki  Ə.Bədəlbəylinin  kitabı  ilə  tanışlıqdan  görürük  ki,  o, 

erm


əni müəlliflərinə  sadəcə  müraciət etməmiş,  əksinə, onlarla elmi 

polemika  aparmışdır.  Bu  baxımdan  “Müəllifdən” bölməsində  musiqişünas 

X.Kuşnaryovun  ermənilər tərəfindən  muğam  ifa  olunması  fikrinin  elmi 

t

əkzibi diqqətəlayiqdir və bu kimi aktual fikirlər yeni nəşrdə saxlanılmışdır.    




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə