Ərəstü Həbibbəyli



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə1/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
  1   2   3   4   5   6   7   8   9   ...   77


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 
1
 
 
Ərəstü Həbibbəyli 
 
 
 
 
 
 
SİVİLİZASİYALARIN 
KƏSİŞMƏSİNDƏ  
TÜRK DÜNYASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Elm və təhsil» 
Bakı - 2011


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 
2
 
 
 
 
 
 
Elmi redaktor:  
 fəlsəfə elmləri doktoru, 
professor Məmməd Rzayev 
 
 
 
 
Ərəstü Həbibbəyli: Sivilizasiyaların kəsişməsində türk dünyası. 
Bakı, “Elm və təhsil”, 2011 – 264 səh. 
 
Kitabda bəşər sivilizasiyaları arasında özünəməxsus 
xüsusiyyətləri ilə seçilən Türk sivilizasiyası, onun qədim tarixi,  
eləcə  də digər sivilizasiyalarla əlaqələri və seçkinliyi kimi 
problemlərdən bəhs olunur. 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 
3
 
 
 SİVİLİZASİYA – BƏŞƏRİYYƏTİ BİRLƏŞDİRƏN,  
YOXSA AYIRAN ANLAYIŞ KİMİ 
 
Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır 
və dünya xalqları içərisində  fərqlənir. Bu 
xüsusiyyətlərdən  ən yüksəyi,  ən böyüyü 
mədəniyyətdir. 
Heydər Əliyev 
 
Sivilizasiya-mədəniyyətin özidentifikasiysında  
çatdığı elə bir hüduddur ki, burada o
ümumbəşəri və ya qlobal sivilizasiya ola bilər.      
 
Arnold Toynbi 
 
eçən  əsrdən başlayaraq ictimai fikir tarixində  ən 
aktual məsələlərdən biri bəşər cəmiyyətinin min 
illərdir qarşılaşdığı müxtəlif sivilizasiyalar arasındakı 
münasibətlər olmuşdur. Təsadüfi deyildir ki, fəlsəfə və 
geopolitikada, hətta iqtisadiyyat və ədəbiyyatda belə bu mövzu əsas 
oriyentir kimi götürülməyə başlanmışdır. Ümumilikdə, son dövrlər 
elmi dairələrdə  bəşər cəmiyyətinin müxtəlif sahələrdə qarşılaşdığı 
problemlərin və ya qarşıdurmaların başlıca səbəbinin fərqli 
sivilizasiya daşıyıcılarının uyğunsuzluğu ilə əlaqələndirilməsi daha 
çox müzakirə olunur. İctimai həyatın bir çox sahələrində - istər 
dövlətlərarası, istər xalqlar arasında olsun, cəmiyyətin subyektləri 
arasında  əlaqələrdə müsbət və  mənfi məqamları ilə  məhz fərqli 
sivilizasiyaların özünəməxsus xüsusiyyətləri  əsas səbəb olaraq 
görülməkdədir. Bir sıra alimlər sivil dünyanın yaranmasını, 
inkişafını və hətta dünyanın sonunu da sivilizasiyaların dialoqu və 
K


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 
4
ya qarşıdurması ilə  əlaqələndirirlər. Xüsusi diqqət çəkən məqam 
ondan ibarətdir ki, geosiyasətin  əsas istiqamətverici meyarlarının 
müəyyənləşdiriləsində  də yeni yanaşma müşahidə olunmaqdadır. 
Belə ki, geopolitika anlayışının yarandığı dövrdən indiyədək uzun 
müddət  əsas münasibətlər milli dövlətlərin və ya ideologiyaların 
maraqları üzərində qurulduğu halda, qloballaşmanın getdikcə 
dərinləşdiyi müasir dövrümüzdə artıq geopolitikada belə  əsas 
proseslərin sivilizasiyaların maraqları hesabına formalaşması fikri 
ortaya atılmışdır. Məşhur sivilizoloqlar Samuel Hantinqton, Arnold 
Toynbi, Fernan Brodel, Kristofer Dauson və başqaları qlobal 
siyasətdə  əsas yeri sivilizasiyalararası münasibətlərin tutduğunu 
iddia edir və bu mülahizəni  əsaslandırmağa çalışırlar. Bu mənada 
tarixən müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan 
üçün də qeyd olunan münasibətlər təmsil olunduğu sivilizasiyanın 
daşıyıcısı olaraq mühüm geosiyasi əhəmiyyət kəsb edir. 
 
Sivilizasiya anlayışı və onun əsasında dayanan dəyərlər 
İlk növbədə sivilizasiya məfhumu altında nəyin nəzərdə 
tutulduğuna diqqət yetirmək istərdik.  Əksər  ədəbiyyatlarda 
“sivilizasiya” - cəmiyyətin tarixi inkişafının müəyyən mərhələsini 
əks etdirən maddi və mənəvi dəyərlərin məcmusu və ya maddi və 
mənəvi mədəniyyətin yüksək inkişaf mərhələsi kimi nəzərdən 
keçirilir. Yəni, başlanğıc olaraq sivilizasiya özünəməxsus 
xüsusiyyətlərə malik olmaqla sadə (ibtidai) cəmiyyətdən 
fərqləndirilir. Belə olan halda isə sivilizasiyaların yaranmasını 
bəşəriyyətin yaranış dövründən deyil, onun müəyyən nailiyyətlərə 
çatdıqdan sonrakı mərhələsi hesab edirlər. Belə ki, sivilizasiya üçün 
xarakterik xüsusiyyətlər olaraq sadalanan - dəmir istehsalı ilə 
başlayan yeni dövrün meydana gəlməsi, yazı  mədəniyyəti,  şəhər 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 
5
mədəniyyəti, müəyyən davranış normaları kodeksinin formalaşması 
və s. bəşər cəmiyyətinin müəyyən inkişaf mərhələlərini 
keçməsindən xəbər verir. Beləliklə, sivilizasiyanın qeyd olunan 
sadalanan sistem yaradıcı elementləri onu ibtidai cəmiyyətdən 
fərqləndirir. Bununla belə, dünya elmi fikrində erkən, yaxud ilkin 
sivilizasiya anlayışı da vardır ki, bu da ümumdünya tufanı, yaxud 
Nuh peyğəmbərin  əfsanəvi gəmisinin hərəkəti ilə bağlı hadisələri 
və ya mifologiyanı özündə  əks etdirir. Bu mülahizənin 
tərəfdarlarına görə  bəşəriyyətin ümumdünya tufanından xilas 
olması, yaxud da yer üzündə həyatın yenidən yaranması əsl mənada 
sivilizasiyadır və ya növbəti sivilizasiyanın başlanğıcıdır. Buna 
bəzən arxaik sivilizasiya da deyirlər. Qeyd etməliyik, hazırkı 
tədqiqatda biz sivilizasiyaya Yer kürəsində  həyatın yaranmağa 
başladığı  məkan olaraq deyil, cəmiyyətin yüksək inkişaf 
mərhələsini əks etdirən məfhum kimi baxırıq.  
Beləliklə, cəmiyyətin yüksək inkişaf pilləsini  əks etdirən 
sivilizasiyaların  əsasında hansı  dəyərlərin dayanması ilə bağlı 
müxtəlif mülahizələrə rast gəlmək mümkündür. Misal üçün məşhur 
fransız sosioloqu Gustav le Bon (1841-1931) sivilizasiyanı  təşkil 
edən elementlərin onları yaratmış xalqın ruhunu ifadə etməsi 
qənatində olmuşdur. Onun fikrincə, “Sivilizasiyanı  əmələ  gətirən 
müxtəlif elementlərə: dilə, təsisata, ideyaya, etiqada, incəsənətə, 
ədəbiyyata onları yaratmış insanların ruhunun təzahürü kimi 
baxılmalıdır. Lakin dövrdən və irqlərdən asılı olaraq bu 
elementlərin hər hansı bir xalqın ruhunun ifadəsi kimi əhəmiyyəti 
çox müxtəlifdir.  Əgər hər bir xalqın sivilizasiyasının yalnız onun 
bir elementini nəzərə almaqla tarixini yazmaq lazım gəlsəydi, bu 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə