1
Erix Mariya Remark məktəbi bitirdikdən sonra hansı sahədə çalışmışdır?
A) Osnabrükendəki məktəbdə B) Həkimlik etmişdir C) Məktəbdən birbaşa
müharibəyə getmişdir D) Fəhləlik etmişdir E) Mühəndislik etmişdir
2
Remarkın 1929-cu ildə yazdığı “Qərb cəbhəsində təbəddülat yoxdur” romanı hansı
ehtiyacdan meydana çıxmışdır?
A) Müharibədə gördüklərini danışmaq B) Yaşadığı dövr haqqında şikayətlərini
danışmaqC) Öz həyatı haqqında oxuculara məlumat vermək D) Heç biri
E) Müharibədən sonrakı həyatı təsvir etmək
3
“Bu kitab nə etiraf, nə də ittihamnamədir. Mən bu kitabımda hətta sağ qalsalar belə,
müharibənin məhv etdiyi bir nəslin taleyindən danışmağa çalışmışam.”
-Remark bu
sözləri hansı əsər haqqında demişdir? A) “Qayıdış” B) “Qərb cəbhəsində təbəddülat
yoxdur” C) “Üç yoldaş” D) “Zəfər tağı” E) “Ölüm-dirim vaxtı”
4
“Əsərin qəhrəmanı Paul Boymer təkcə öz adından yox bütöv bir məhv olmuş nəslin
adından danışır. Onun yoldaşlarının bir qismi Rusiyanın meşələrində və Fransada
məhv olmuşur. Mərmilərin partlayışından salamat qurtaranlar isə yenə də məhv
edilmiş insanlardır.” -Bu sözlər Erix Mariya Remarkın hansı əsərinə aiddir?
A) “Zəfər tağı” B) “Üç yoldaş” C) “Ölüm-dirim vaxtı”
D) “Qərb cəbhəsində təbəddülat yoxdur” E) “Qayıdış”
5
“Cəbhədə hamı bərabər idi. Orada qorxaq və cəsur var idi. İndi isə arxada qorxaq və
cəsur yoxdur. Yoxsul və kasıb var.Əsərin qəhrəmanlarından
biri Karl Beroer deyir
ki, pulla nə istəsən almaq olar. Söhbət hansı əsərə aiddir?
A) “Qayıdış” romanına B) “Rereza Və Raken” romanına C) )”Yer kürəsi” əsərinə D)
“Nana” əsərinə E)”Qayıdış” əsərinə
6
E.M.Remark neçənci ildə Almaniyadan xaricə qaçmalı olur?
A) 1941-ci ildə B)1942-ci ildə C) 1933-cü ildə D)1934-cü ildə E)1938-ci ildə
7
E.M.Remarkın “Üç yoldaş” romanı neçənci ildə yazılmışdır?
A) 1937-ci ildə B)1933-cü ildə C) 1938-ci ildə D)1942-ci ildə E)1922-ci ildə
8
E.M.Remark mühacirətdə olarkən hansı romanını yazmışdır?
A)”Qayıdış” B) “Öz yaxın adamını sev” romanını C)”Üç yoldaş” D)”Himayədar”
E)”Şeytan”
9
E.M.Remark “Zəfər tağı” romanını neçənci ildə yazmışdır?
A)1944-cü ildə B)1943-cü ildə C) 1946-cı ildə D)1947-ci ildə E)1948-ci ildə
10
Romandakı hadisələr 1938-ci ildə Parisdə cərəyan edir.Əsərin qəhrəmanı alman
mühaciri Ravikdir.Söhbət E.M.Remarkın hansı əsərindən gedir?
A)”Qayıdış” romanından B) “Zəfər tağı” romanı C)”Öz yaxın adamını sev”
romanından D)”Vadidəki zanbaq” əsərindən E)”Hərb və sülh” romanından
11
Almaniyadan mühacirət etmiş Ravik Parisdə “Ss”çi Xaaka rast gəlir.Xaak vaxtilə
ona əzab verən faşistdir.Ravik ondan intiqam alır. Romanda insan həyatının
mənasızlığı özünü göstərir. Bu deyilənlər E.M.Remarkın hansı əsərinə aiddir?
A)”Şahzadə və dilənçi” əsərinə B)”Səndən sonra mən” əsərinə C)”Başsız atlı”
əsərinə D)”Qaçaqlar” əsərinə E) “Zəfər tağı”
12
Romanın qəhrəmanı Qriber müharibənin ilk günündən cəbhədədir. O, artıq başa
düşür ki, Almaniyanın qələbəsi mümkün deyil.Qriber əsərin sonunda əsir alınmış rus
partizanlarını azad etmək qərarına gəlir və bunu edir. Bu deyilənlər E.M.Remarkın
hansı əsərinə aiddir?
A) “Ölüm-dirim vaxtı” romanına B) “Qırmızı gün” romanına C)”Zəfər tağı”
romanına D)”Qayıdış” əsərinə E)”Vadidəki zanbaq” əsərinə
13
E. Zolya yazıçı olaraq hansı xalqı təmsil etməkdədir ?
A) Alman B) Fransız C) İtalyan D) İngilis E) Amerikan
14
Emil Zolya neçənci ildə anadan olmuşdur ?
A) 1848 B) 1830 C) 1840 D) 1838 E) 1850
15
Emil Zolyanın atası milliyyətcə hansı xalqa mənsub idi ?
A) Fransa xalqına B) Alman xalqına C) İngilis xalqına D) İtalya xalqına E)
Amerika xalqına
16
E. Zolyanın uşaqlıq illəri hansı şəhərlərdə keçmişdir ?
A) Ekde şəhərində B) Paris şəhərində C) Lion şəhərində D) Vierzon şəhərində E)
Brunoy şəhərində
17
1858- ci ildə Parisə gələn E. Zolya nə işlə məşğul olmuşdur ?
A) Yorulmadan şeir, poema, məqalə yazmışdır B) Kitab daşımaq, kitabları sarıyıb
ünvanlara göndərməklə C) Ticarətlə məşğul olmuşdur D) Heç bir işlə məşğul
olmamış, tufeyli həyat sürmüşdür E) Uzun müddət Parisdə qala bilməmişdir
18
1862- ci ildə nəşriyyatların birində işə düzələn Emil Zolya hansı vəzifədə işləmişdir
?
A) Kitab nəşr etdirirdi B) Məqalələr nəşr etdirirdi C) Nəşriyyatın müdiri idi
D) Kitab daşımaq, kitabları sarıyıb ünvanlara göndərmək E) Nəşriyyatda tərcüməçi
işləyirdi
19
E. Zolyanın 1864- cü ildə çap olunan “Ninonın nağılları” novellalar kitabı nəyə görə
müvəffəqiyyət qazanmamışdır ?
A) Bu əsərdə müəllif romantikləri təqlid etmişdir B) Əsərdə sadə xalqın rifah halı
düşünülmədiyi üçün C) Yuxarı təbəqənin fikirlərinə önəm verildiyi üçün
D) Süjet xətti oxucuların diqqətini çəkmədiyi üçün E) Dili anlaşıqlı olmadığı üçün
20
E. Zolya “Tereza Raken” romanını neçənci ildə yazmışdır ?
A) 1860- cı ildə B) 1863- cü ildə C) 1867- ci ildə D) 1869- cu ildə
E) 1870- ci ildə
21
“Tereza Raken” romanında Tereza və Rolan nəyə görə bir-birindən qorxur, dəlilik
dərəcəsinə gəlirlər ?
A) Tereza və Rolan birləşərək Terezanın əri Kamilli öldürmüşlər B) Var-dövlət
sahibi olmaq üçün C) Aralarında ədavət olduğu üçün D) Bir-birilərinə nifrət etdiyi
üçün E) Bir-birilərinin nüfuzundan qorxduğu üçün
22
“Tereza Raken” əsərinin sonunda Tereza və Rolanın aqibəti necə sonlanır ?
A) Terezanın ölümü ilə B) Onlar axırda özlərini öldürürlər C) Rolanın ölümü ilə D)
Tereza və Rolanın arasındakı ədavətin sonlanması ilə E) Həyatları öz axarı ilə davam
edir
23
“Tereza Raken” romanında E. Zolya insanların cinayət törətməsini nə ilə izah edir ?
A) Paxıllıqla B) Nifrətlə C) Rəqabətlə D) İrsiyyətlə (əsəb xəstəliyi ilə)
E) İnsan xarakterinin zəifliyi ilə