«Xəbərlər. AMEA Naxçıvan bölməsi».-2013.-№1. -S.30-39.
ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN YAXIN GƏLƏCƏYİ
(TƏHLİL YƏ MÜLAHİZƏLƏR)
EMİN ŞIXƏLİYEV
AMEA Naxçıvan Bölməsi
E-mail:
emin.amea@yahoo.com
Dağlıq Qarabağ problemi Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində ərı
böyük maneələrdən biridir. Üzərindən 20 il keçməsinə baxmayaraq öz həllini tapmayan Ermənistan-Azərbaycan
münaqişəsinin gələcəyi ilə bağlı qeyri-müəyyən bir vəziyyət yaranmışdır. Azərbaycan torpaqlarının 20%-inin
Ermənistan tərəfindən işğalının davam etməsi müharibə ehtimalını artırmaqdadır. Ermənistan-Azərbaycan
münaqişəsinin nəticəsi və yaxın gələcəyi necə olacaq? Sülh, atəşkəs, yoxsa müharibə? Məqalədə bu məsələlər təhlil
edilmiş, analitik süzgəcdən keçirilmişdir.
Açar sözlər: sülh, atəşkəs, müharibə, Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ermənistan,
Azərbaycan.
Üzərindən təxminən 20 il keçməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi öz siyasi və hüquqi
həllini hələ də tapmamışdır. Atəşkəs haqqında razılığın əldə edildiyi 1994-cü il tarixdən etibarən hər iki ölkədə bir-
birinə münasibətdə düşmən obrazı möhkəm yer almış və tərəflər arasında “nə sülh, nə də müharibə” kimi
qeyri-müəyyən vəziyyət yaranmışdır. Hər iki variantın da nizama salınması mümkün olmadığına görə, problemin
beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb edilməkdədir. Dünyanın aparıcı dövlətləri bu münaqişəyə
münasibətdə müxtəlif mövqelərdə dayandıqlarından bu variant da real nəticə verməməkdədir.
Ermənistan ilə Azərbaycan arasında “sülh” variantı real görünmür. Hər şeydən əvvəl ona görə ki, bu
variantın reallaşması tərəflərin qarşılıqlı anlaşması ilə mümkün ola bilər. Lakin Ermənistan problemin real həllinə
yanaşmaq istəmir. Həll məsələsində maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar münaqişə tərəflərinin qarşılıqlı
güzəştə getmələrini məqsədəuyğun hesab edərək, bunu da xüsusi olaraq vurğulayırlar ki, konfliktin həllində qalib
tərəf ola bilməz və əgər problemin tənzimlənməsinə beynəlxalq hüquq normaları şamil olunmursa, onda tərəflər dil
tapıb barışmalıdırlar. Şübhəsiz ki, Ermənistanın bu torpaqlardan xoşluqla çıxacağı məntiqə uyğun deyil.
Azərbaycan tərəfi də torpaqlarının heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə
keçirilən görüşlərdə bəyan etmişdir. Bu baxımdan Ermənistatı-Azərbaycan münaqişəsinin yaxın gələcəyində ‘ sülh”
variantının yeri yoxdur. Eyni zamanda qeyd etmək lazımdır ki, hər iki tərəf Dağlıq Qarabağa digər tərəfdən əvvəl
gəldiyini və bu torpaqlar üzərində öz varlığının qanunu olduğunu iddia edirlər. Halbuki tarixi materiallar
ermənilərin bölgəyə 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinin XV maddəsinə uyğun olaraq ruslar
tərəfindən köçürüldüklərini sübut edir. Bu barədə rus müəllifi Nikolay Şavrov yazır: XIX əsrin əvvəllərində Cənubi
Qafqazda saylan 1,3 milyon olan ermənilərin 1 milyondan çoxu bölgənin yerli əhalisi olmayıb, bizim tərəfimizdən
yerləşdirilənlərdir...” (22, s. 64).
Hətta erməni tarixçisi M.G.Nersisyan da Türkmənçay müqaviləsindən sonra Qarabağ və İrəvan bölgəsinə
İran və Türkiyədən ermənilərin köçürülməsi gerçəyini təsdiqləyir: “XIX əsrin 20-ci illərinin sonunda bu bölgələrə
İrandan 40.000-dən çox, Türkiyədən isə 90.000 erməni köçürülmüşdür...” (18, s. 227).
Köçürülmə siyasəti ilə bağlı məlumatlar İ.K.Yenikolopovun (10, s. 137), S.V.Şostakoviçin (24, s. 154),
Ç.P.Ağayanın (2, s. 220) və s. əsərlərində də yer almaqdadır.
Məsələyə tarixi reallıqlar prizmasından baxılarsa, ermənilərin Dağlıq Qarabağa azərbaycanlıların onlardan
sonra gəldiklərini və bu torpaqlar üzərində mövcudiyyətinin qanuni olduğunu iddia etmələrinin heç bir əsası
olmadığı ortaya çıxar. Lakin problemin tarixi həqiqətlər əsasında həlli heç bir vəchlə reallığı əks etdirməz. Heç
təsadüfi deyildir ki, Ermənistan prezidenti Serj Sarkisyan özündən əvvəlki rəhbərlər kimi Dağlıq Qarabağı heç vaxt
Azərbaycanın idarəsinə verməyəcəyini qəti şəkildə bildirmişdir (6).
Belə bir vəziyyətdə Ermənistan ilə Azərbaycan arasında “sülh” variantının yeri görünmür və nəticədə
münaqişənin yaxın gələcəyini müəyyənləşdirmək çətinləşir. Ermənistan-Azərbaycan münasibətlərində ortaya çıxan
bu qeyri-müəyyən və qarışıq vəziyyəti analiz edən erməni politoloq Artem Vartanyan münaqişəni “tədricən yanan,
közərən problem” (тлеющий конфликт — smouldering conflict) olaraq dəyərləndirmiş və problemin uzun müddət
həll edilməyəcəyini göstərmişdir. Lakin Vartanyan problemin həlli üçün ilkin mərhələdə Qarabağın müvəqqəti
olaraq Rusiyanın mandatlığı altına verilməsini, bu mandatlığın 20 il və ya daha uzunmüddətli davamını tövsiyə
etməkdə, gələcəkdə isə bölgədə referendumun keçirilməsi ilə Dağlıq Qarabağ probleminin öz real həllinə
qovuşacağının mumkün ola biləcəyini qeyd etmişdir (5). Dolayı olaraq Vartanyan Ermənistan-Azərbaycan
münaqişəsinin Rusiyanın inhisarında qalmasını ən real və məqbul variant olaraq dəyərləndirir.
Azərbaycanlı politoloqlardan Samir Həmidov problemi “labirint” olaraq dəyərləndirmiş (13, s. 156),
xarici məsələlər üzrə ekspert Zaur Şiriyev isə “Fələstin sindromu”na bənzətmişdir (23, s. 112).
Həqiqətən də labirintin girişi olsa da çıxışı çətin və yolları qarmaqarışıqdır. Labirintə daxil olub müəyyən
məsafə qət etdikdən sonra düzgün yolu tapa bilmədikdə giriş və çıxışın statusu bərabərləşir. Beləliklə, çıxış yolu
tapmaq ümidi ilə yorulanadək ortada dolaşmaqdan başqa bir yol qalmır. Bu mənada Ermənistan-Azərbaycan
münaqişəsinin “labirint”ə bənzədilməsində doğruluq payı yüksəkdir. Sülh danışıqlarının inkişaf mərhələlərinə nəzər
salsaq görərik ki, problemin hər dəfə nizamlanması istiqamətində durğunluq yarananda və Azərbaycan alternativ
həll yolları axtarmağa başladığı zaman qarşı tərəf və ya ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni təkliflər irəli
sürərək Azərbaycanın danışıqlara olan inamını bərpa etməyə çalışırlar. Danışıqlar həlledici mərhələyə çatdıqda
Ermənistan tərəfinin geri çəkilməsi nəticəsində bütün proses yenidən durğunluq vəziyyətinə qayıdır. Atəşkəs
haqqında razılığın əldə edildiyi 1994-cü ildən günümüzə qədər etibarən eyni durğunluq davam edir. Problemin daha
uzun müddət bu ssenari çərçivəsində davam etməsi ehtimalı olduqca yüksəkdir. Münaqişənin həlli yolunda
ATƏT-in Minsk Qrupu nəzdində heç bir irəliləyişin olmaması və hər dəfə yenidən durğunluq vəziyyətinə
qayıtması, dolayısı ilə “Fələstin sindromu” və ya Kəşmir sindromu”na çevrilməsi problemin daha uzun illər davam
etməsi və ya “ani müharibə”nin baş verməsi istiqamətində şübhələr oyandırmaqdadır. Lakin müharibə Azərbaycana
hansı perspektivlər vəd edir? Ermənistanın Rusiya ilə ittifaq yaradaraq Türkiyə və Azərbaycana qarşı regionda təsis
etməyə çalışdığı güc balansı Azərbaycanı hərbi əməliyyatlara baş vurma xüsusunda daha diqqətli davranmağa
məcbur edir (12).
Bəzi siyasi şərhçilərə görə, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün əvvəla Rusiyanın
tərəfsizliyinin təmin edilməsi vacibdir. Bunun üçün rəsmi Moskvaya siyasi, hərbi və ya iqtisadi sahədə güzəştlər
verilməli, enerjinin nəqli və ya müxtəlif iayihələr barəsində Rusiya ilə məsləhətləşməli, Azərbaycan torpaqlarında
Rusiyanın hərbi bazaları yerləşdirilməli, nəhayət Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv
qəbul edilməlidir (3, s. 6).
Azərbaycanın torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistanın bu təşkilatda yer alması diqqətə
alınarsa, Azərbaycanın da eyni təşkilata üzv olması nə dərəcədə doğru olar? Ermənistan Kollektiv Təhlükəsizlik
Müqaviləsi təşkilatına üzv olmaqla özünü Türkiyə və Azərbaycandan qorumaqda, həm də Dağlıq Qarabağın
təhlükəsizliyinin təminatçısı olaraq görməkdədir (20, s. 19- 20). Bəs, Azərbaycan bu təşkilata üzv olmaqla özünü
kimdən qoruyacaq? Ermənistan və Rusiyadanmı? Digər bir tərəfdən, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə
daxil olması, Qəbələ Radiolokasiya Stansiyasının Rusiya tərəfindən icarəyə götürülməsi və rəsmi Moskva ilə
inkişaf etdirilən enerji sahəsindəki əməkdaşlıq Dağlıq Qarabağ problemində Rusiyanın mövqeyində heç bir
dəyişiklik yaratmamışdır. Lakin Azərbaycan yuxarıda sadalanan güzəştlərə getsə, Rusiyanın tərəfsizliyinin təmin
edilməsinə nəinki ehtiyac qalmayacaq, Azərbaycan eyni Ermənistan kimi asılı bir dövlətə çevriləcəkdir.
Bəzi şərhçilərə görə isə Azərbaycan ordusu işğal altındakı torpaqlarını qaytarmaq üçün genişmiqyaslı
hərbi əməliyyatlar gerçəkləşdirə biiəcək gücə malik deyildir (7, s. 7). Əslində Azərbaycan inkişaf edən iqtisadiyyatı
və artan hərbi gücü ilə Ermənistan qarşısında müqayisə edilməyəcək bir üstünlüyə sahibdir. Azərbaycan ordusu
erməni hərbi birliklərini işğal altındakı torpaqlardan çıxara biləcək bir gücə malikdir. Lakin kənar müdaxilələrin
təsir gücünü də diqqətdən qaçırmamaq lazımdır. Xüsusilə burada Rusiyanın Ermənistana təxminən bir milyard
dollarlıq qanunsuz silah verməsi və müxtəlif müqavilələr əsasında öz hərbi bazalarının müddətini hər dəfə uzatması
faktlarını da xatırlatmaq kifayətdir. Heç təsadüfi deyildir ki, Rusiyanın Ermənistanda mövcud olan hərbi bazalarının
müddətini 2044-cü ilə qədər uzatması ilə bağlı 20 avqust 2010-cu il tarixli müqaviləyə əsasən Rusiya öz bazalarını
daha da yeni silahlarla təchiz edəcək və Ermənistanın təhlükəsizliyini qoruyacaq (8). Həmin müqavilənin
imzalanmasından çıxarılan nəticəyə görə, Azərbaycanın öz qanuni hüquqlarından istifadə edərək işğal altındakı
torpaqlarını geri qaytarmağa təşəbbüs göstərməsi istər-istəməz Rusiyanın silahlı müdaxiləsinə səbəb olacaq. Çünki
Ermənistanın təhlükəsizliyi Rusiyanın təminatı altındadır.
Kənardan hərbi, siyasi dəstək almaq da real və məntiqli görünmür. Münaqişənin nizama salınması
istiqamətində ATƏT-in Minsk Qrupunun qətiyyətsizliyi, Qərbin aparıcı dövlətlərinin ikili standartlar mövqeyindən
çıxış etmələri səbəbilə onsuz da Qərbə inam sarsılmış vəziyyətdədir. Azərbaycan bunun ən bariz nümunəsini
Rusiyanın Gürcüstana hücumunda da gördü. 2008-ci ilin avqust ayında Rusiya Gürcüstana hücum etməklə özünün
nə qədər sərt və ciddi olduğunu Cənubi Qafqaz da daxil keçmiş Sovetlər İttifaqının bütün dövlətlərinə və dünyanın
aparıcı güclərinə göstərmiş oldu. Məlum olduğu kimi, rus ordusu 1990-cı illərdə çökmüşdü və belə bir vəziyyətdə
Rusiya öz ordusunun artıq əvvəlki gücündə olmadığı fikrini bütün hafızələrdən silməliydi. Eyni zamanda bütün
postsovet ölkələrinə, o cümlədən Cənubi Qafqaz dövlətlərinə ABŞ-ın “dostluğu’nun, təminatlarının və vədlərinin
heç bir dəyəri olmadığını da sübut etmək istəyirdi. Rusiyanın Gürcüstana hərbi müdaxiləsi böyük bir dövlətin kiçik
bir dövlətə qarşı kiçik hücumu olaraq xarakterizə oluna bilər, ancaq bu müdaxilə ABŞ-a daha çox meyl edən bir
dövlətə qarşı hücum və eyni zamanda regionun digər dövlətlərinə, o cümlədən Azərbaycana qarşı açıq xəbərdarlıq
idi. Bu müdaxilə qarşısında ABŞ-ın elə də ciddi sayılmayan reaksiyası və Avropanın laqeydliyi öz növbəsində
region dövlətlərini də olduqca təəccübləndirdi. ABŞ və Avropa sadəcə diplomatik notalarla və bəyanatlarla
kifayətlənmək məcburiyyətində qaldılar. Təsadüfi deyildir ki, Rusiya bu addımı heç şübhəsiz ABŞ-ın həyati
maraqlarının Cənubi Qafqazda deyil, əsas olaraq Yaxın Şərqdə olduğunu nəzərə alaraq atmışdır (11, s. 169-170).
Milli təhlükəsizlik, geosiyasət və kəşfiyyata dair yazılmış çox sayda məqalələrin və analitik
monoqrafiyaların müəllifi, “Stratfor” analitik-araşdırma şirkətinin təsisçisi, amerikalı politoloq Corc Fridman
ABŞ-ın Gürcüstana böyük vədlər verməsini mənasız olaraq dəyərləndirmişdir. Fridmana görə Gürcüstan ABŞ üçün
az qazanc gətirən bir yükdür. Yəni ABŞ-ın Gürcüstandakı strategiyası ortadan qalxmalıdır. Bu, amerikalıların bu
cür mövqelərin risksiz və məsrəfsiz olduğunu düşündükləri bir dövrdən qalma strategiyadır. Risklərin və
məsrəflərin yüksəldiyi bir dövrdə ABŞ xərclərini daha diqqətli gözdən keçirməli və Gürcüstanın mənafedən çox itki
olduğunu qəbul etməlidir (11, s. 182). Dolayısı ilə Corc Fridman risk və məsrəfləri nəzərə alaraq Cənubi Qafqazın
ABŞ-ın maraqlarına zidd olduğu mesajını vermişdir.
Gürcüstana tuta bilməyəcəyi sözlər verən başda ABŞ olmaqla, Qərb dövlətlərinə Azərbaycanın onsuz da
əvvəlcədən etibarı sarsılmışdır. Azərbaycan bunun ən açıq nümunəsini 14 mart 2008-ci il tarixində BMT-nin Dağlıq
Qarabağ haqqında qəbul etdiyi qətnamə ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münasibətində
müşahidə etdi. Həmin tarixdə BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində keçirilən növbəti iclasında
“Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamənin ikinci bəndində göstərilir: “Baş Assambleya
tələb edir: bütün erməni qüvvələri dərhal, qeyd-şərtsiz və tam tərkibdə işğal olunmuş Azərbaycan ərazilərini tərk
etsin” (14).
Bu bənd yerinə yetirilmiş olsa, münaqişə demək olar ki, həll edilmiş olacaq. Ancaq BMT Baş
Assambleyasında adı çəkilən məsələ səsə qoyularkən bu qətnamənin qəbul edilməsinin əleyhinə səs verən 7
dövlətdən 3-ü məhz ATƏT-in Minsk qrupuna həmsədr oian ölkələr, yəni ABŞ, Rusiya və Fransa oldular.
Həmsədrlərin iddialarına görə, guya qətnamədə səslənən fıkirlər birtərəflidir və hər iki tərəfın mövqeyini əks
etdirmir. Eyni zamanda iki ölkə arasında aparılan danışıqlarda tərəflər razılaşdırlmış siyasət yeritməlidirlər.
Vasitəçilərin sözlərindən belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqların müzakirə obyekti olub
və onların mənsub olduqları ölkələr bu məsələni Ermənistanla “razılaşdırılmadan” BMT Baş Assambleyasında
müzakirəyə çıxara bilməzmiş. Həmsədrlərin verdiyi bəyanatda belə bir ifadə də öz əksini tapır ki, guya qətnamə
balanslaşdırılmış ərazi bütövlüyü təkliflərini nəzərə almır (17). Halbuki beynəlxalq hüquqda balanslaşdırılmış ərazi
bütövlüyü termini yoxdur. Bütün bunlar onu göstərir ki, vasitəçilik missiyasını həyata keçirən dövlətlər BMT
BA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzkarı öz adı ilə çağıran qətnamənin qəbulunun
əleyhinə səs verməklə təcavüzkar və işğalçı Ermənistanı açıq şəkildə dəs- təkləməkdədirlər. Bu isə əslində
vasitəçilərin təxminən 20 il ərzində pərdə arxasında oynadıqları oyunların ifşası deməkdir.
Buradan aydın görünür ki, böyük dövlətlər də hərbi əməliyyatların gedişinə asanlıqla təsir edə və güc
balansını istədikləri şəkildə dəyişdirə bilərlər. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi
əməliyyatlara başlayacağı halda “demokratiya quruculuğu” təşəbbüsləri ilə çıxış edən Qərbin aparıcı dövlətləri və
beynəlxalq strukturları ilə əməkdaşlıq, eyni zamanda bu strukturlara inteqrasiya prosesində ciddi maneələr yarana
bilər. Çünki həm Qərb dövlətləri, həm də Azərbaycanın əməkdaşlıq etdiyi və üzvü olduğu bütün bey- nəlxalq
təşkilatlar münaqişənin müharibə yolu ilə həllini əsla qəbul etmirlər. Bütün bunlara baxmayaraq, ehtimali müharibə
reallaşarsa, bunun Azərbaycan baxımından nəticələri necə ola bilər? Bu variantla bağlı müxtəlif ehtimallar
mövcuddur:
*Azərbaycan öz qanuni hüquqlarından istifadə edərək işğal altındakı torpaqlarını geri qaytarmağa
təşəbbüs göstərərsə, həm ikili müqavilələr çərçivəsində, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
üzvü kimi Rusiyanın hərbi müdaxiləsi ilə üzləşə bilər;
*Rusiya bilavasitə hərbi müdaxilə etməsə belə ən azından vasitəçilik missiyasını öhdəsinə götürərək yeni
bir status-kvo yaratmağa çalışa bilər (19, s. 21);
*Rusiyanın da hərbi müdaxiləsi ehtimalı nəzərə alınarsa, müharibə çox sayda insan həyatına və növbəti
torpaq itkilərinə yol aça bilər (4, s. 2);
*Belə bir vəziyyətdə Azərbaycan 1990-cı illərin əvvəllərində olduğu kimi, yenidən etnik problemlərlə
qarşılaşa bilər, ölkənin müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altına düşə bilər;
*Ehtimali bir müharibə Azərbaycanın beynəlxalq arenadakı sülhsevər imicinə və dünya enerji
bazarlarındakı mövqeyinə ciddi təsir göstərə bilər (19, s. 14);
*Hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycanın beynəlxalq təşkilatlarda üzvlüyün dondurulması
və hətta çıxarılması mümkündür (13, s. 155);
*Azərbaycan beynəlxalq aləmdə təklənər, iqtisadi və siyasi sanksiyalara məruz qala bilər.
Bu ehtimalların əksəriyyəti bir çox məşhur strateqlərin mülahizələridir. Şübhəsiz ki, önə sürülən bu
mülahizələrdə müəyyən haqlılıq payı vardır. Lakin münaqişənin hüquqi müstəvidə həlli məhdudlaşdığına görə
“hərbi gücdən istifadə”dən başqa geriyə yoi qalmır. Düzdür, müasir geosiyasi şəraitə əsaslanaraq orta müddətli
perspektivdə münaqişənin “atəşkəs” ssenarisinə uyğun olaraq davam edəcəyini proqnozlaşdırmaq mümkündür.
Mövcud şəraitdə “Zaman”ın Ermənistanın lehinə olduğunu düşünənlər ola bilər. Ermənistan bu prosesdə işğa- lın
uzunmüddətli ola biləcəyini hesablayır. Bu bir həqiqətdir ki, “Zaman” Ermənistana işğal etdiyi Azərbaycan
torpaqlarında güclənmək imkanını yaratmış, Rusiyadan və digər dövlətlərdən alınan silahlarla militarist bir dövlətə
çevrilmişdir. Lakin Ermənistan hərbi gücünü getdikcə artırmaq niyyətində olsa da, iqtisadi olaraq geriləmiş və
çökmüş vəziyyətdədir. İqtisadi çöküşlə birlikdə demoqrafık tənəzzül də nəzərə alınarsa, “Zaman” qətiyyən
Ermənistanın lehinə işləmir. Bu dövlət Azərbaycan torpaqlarını işğal etsə də, heç bir şəkildə qalib sayılmaz. Çünki
ermənilərin faktiki olaraq özlərinə məxsus olmayan əraziləri ələ keçirməsi onlara bədbəxtlikdən başqa heç nə
qazandırmayıb. Heç təsadüfı deyildir ki, “ikili standartlar siyasəti”ndən Ermənistan da öz nəsibini almışdır. Bunun
ən açıq isbatı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tam olaraq mənimsəyə bilməməsi və zaman
keçdikcə işğal etdiyi bölgələrin əsirinə çevrilməsidir. Həqiqət budur ki, onlar yad ideyaların qurbanlarıdır. Normal
dövlət olmaq üçün ermənilər “Böyük Ermənistan” ideologiyasının yad ideya olduğunu dərk etməlidirlər. Məhz
bunun nəticəsidir ki, Ermənistan uzun illərdir özünü inteqrasiya proseslərindən və enerji layihələrindən kənarda
tutmuşdur.Azərbaycan isə torpaqlarının Ermənistanın işğalı altında olmasına baxmayaraq iqtisadi baximdan xeyli
inkişaf etmiş, regional iqtisadi liderə çevrilmişdir.
Məlumdur ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı getdikcə artır və bu asılılığın artması rəsmi
Moskvanın Ermənistanın digər dövlətlərlə münasibətlərindəki inkişaf tempini istədiyi kimi idarə etməsinə imkan
yaratmışdır. Xüsusilə 2003-cü ildə Rusiyanın Ermənistandan borclarını ödəməsini tələb etməsi nəticəsində
iqtisadiyyatının strateji əhəmiyyətli obyektlərini borc müqabilində bu ölkəyə verməsi, yaxud ucuz qiymətə satmasi
nəticəsində Ermənistan iqtisadiyyatının əsas sahələri Rusiyanin nəzarətinə keçmişdir.
Digər bir tərəfdən, Ermənistana iqtisadi baxımdan nəfəs verdirən yeganə dovlətin İran oldugu da bir
gerçəkdir. Ermənistan prezidenti Serj Sarkisyanın İranın rəsmi Erevan üçün əhəmiyyətini açıqlayan aşağıdakı fikri
münasibətlərə aydınlıq gətirir: “İran Ermənistan üçün çox vacib ölkədir, ona görə yox ki, biz bir çox əsrlərdir qonşu
olmuşuq və indi də qonşuyuq.Bunun başqa səbəbləri də var. Faktiki olaraq İran bizim xarici aləmlə ünsiyyət
qurduğumuz iki ölkədən biridir. İranın problemlərə məruz qalması Ermənistanın nəfəs aldığı borunun getdikcə
daralması deməkdir” (25)
Lakin uranın zənginləşdirilməsi istiqamətində tədqiqatlarını daha da artıran, qlobal güclərə meydan
oxuyan dövlətlərdən biri olaraq İranla səmimi münasibətlər içərisində olmasına baxmayaraq, Ermənistan bu
səbəblərdən dolayı İranın ABŞ-ın ehtimalı hücumuna məruz qaldığı təqdirdə ölkə iqtisadiyyatının böyük zərbə
altında qalacağının da fərqindədir. İran ətrafında yaranan beynəlxalq təzyiqlər və İran-Qərb münasibətlərində
müşahidə olunan gərginliklər Ermənistanın gələcəyini təhlükə altında qoymaqdadır. Sıxışmış bir vəziyyətdə olan
Ermənistan Azərbaycan ilə münasibətlərini gözdən keçirmək məcburiyyətindədir. Ermənistan işğal altında tutduğu
Azərbaycan torpaqlarından çıxmalı, ərazi iddialarından əl çəkməlidir. Yalnız bu şəkildə iqtisadi tənəzzüldən qurtula
bilər, eyni zamanda inteqrasiya prosesində və enerji layihələrində yer ala bilər. Əks təqdirdə Ermənistan iqtisadi
baxımdan Azərbaycanın təzyiqlərinə müqavimət göstərmək məcburiyyətində qalacaq. Bu vəziyyət əslində
Ermənistanın bəzi siyasi xadimləri tərəfindən təsbit edilmişdir, amma mövcud vəziyyəti öz lehlərinə dəyişdirə
biləcək gücü özlərində tapa bilmirlər. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan “Müharibə, yoxsa sülh?
Qərar vermək zamanı” adlı məşhur məqaləsində müharibənin “qalibiyyət havası”na qapılan Ermənistan baxımından
dağıdıcı nəticələr doğuracağını bildirərək problemin “qeyri-həlli”nin Ermənistanı fəlakətə aparacağını, bu
baxımdan uzlaşmağın vacib şərt olduğunu önə sürmüşdür (21). Lakin Ermənistan problemin öz real həllinə heç bir
şəkildə yanaşmamaqda, Rusiyanın və Qərb dövlətlərinin siyasi oyunları davam etdiyi müddət içərisində “Böyük
Ermənistan” ideologiyasını reallaşdırmaq düşüncəsindədir.
Müəyyən təhlükələrlə üzləşdiyinin onsuzda fərqində olan Azərbaycan konfliktin dinc yollarla
nizamlanması kursunu ardıcıl səbirlə davam etdirməklə birlikdə öz imkanları ilə Ermənistana qarşı təzyiq
vasitələrini də artırır. Yuxarıda da qeyd etdiyimiz kimi, son mərhələdə hərb varianti istisna edilməməlidir. Heç
təsadüfi deyildir ki, Azərbaycan hərbi güc tətbiq etməkdən belə çəkinməyəcəyini xüsusi olaraq vurğulamaqdadır.
Xüsusi ilə son dövrlərdə Azərbaycanın hərbi doktrinasının müdafiə xərclərinin ordunun taktiki və strateji
tutumunun istifadəsinə yönləndirilməsi və Dağlıq Qarabağ probleminin həllinin milli prioritet məsələ kimi
müəyyənləşdirilməsi beynəlxalq miqyasda əks-səda doğurmuşdur. Azərbaycanın hərbi büdcəsini artırması
Ermənistan tərəfindən siyasi manevr olaraq qəbul edilsə də, 8 iyun 2010-cu ildə Hərbi Doktrinanın qəbulu
Azərbaycanın bu məsələdə son dərəcə ciddi olduğunu ortaya qoymuşdur (bu barədə geniş məlumat üçün bax: 1).
Doktrinada beynəlxalq hüququn Azərbaycana tanıdığı haqlar çərçivəsində hərbi güc tətbiq edərək işğal altında olan
torpaqların qaytarılması təsbit edilmiş və bu məsələ dəfələrlə təkrarlanmışdır.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Hərbi Doktrinası. Azərbaycan Respublikasının Milli Məclisi, 08 iyun
2010-cu il.
http://meclis.gov.az/?/az/law/183#comment
.
2. Агаян Ц.П Роль Росии в исторических судьбах армянского народа / К 150-летию
присоединения Восточной Армении к Росии. Москва: Наука, 1978, 311с
3. Jarociewicz A., Strachota K. Nagorno-Karabakh-conflict unfreezing, Center for Eastern
Studies,http://www.osw.waw.pl/en/publikacje/osw-commentary/2011-10-26/nagornokarabakh-conflic
t-unfreezing.
4. Paul
A.
Nagorno-Karabakh
–
A
taking
time
bomb.
European
Policy
Center,
http://www.epc.eu/documents/uploads/pub_1148_nagorno-karabakh.pdf
5. Вартанян А. Проблема урегулирования конфликта в Нагорном Карабахе и роль
международных организаций. Москва, 2011, тема диссертации и автореферата по ВАК
23.00.04,
http://www.dissercat.com/content/problema-uregulirovaniya-konflikta-v-nagornom-karabakhe-i-rol-m
ezhdunarodnykh-organizatsii
6. Azerbaijan and Armenia: Peace prospects. Military Realities&the role of the Armenian Diaspora //
Caspian
Information
Center,
2011,
№
16,
pp.
1-2,
http://www.caspianinfo.com/wp-con-tent/uploads/2011/10/Op-No-16-Armenia-and-Azerbaijan-Peace-
Prospects-Military-Realities-and-the-Role-of-the-Armenian-Diaspora.pdf
.
7. Blandy C.W. Azerbaijan: Is War Over Nagorny Karabakh a Realistic Option? / Advanced Research
and Assessment Group. Caucasus series 08/17. United Kingdom: Defence Academy of the United
Kingdom, 2008, 23 p.
8. Şahinoğlu E. Rusya-Ermenistan askeri işbirliğine karşı Türkiye-Azerbaycan İşbirliği, http://
www.21yyte.org/tr/yazi.aspx?ID=5350&kat1=1
9. Danielyan E.Russia Tightens Grip on Armenia with Debt Agreements //
Headlines
I
Eurasianet.
org.,
2003,
6
May.
Web.
09
Nov.
2010,
http://www.eurasianet.org/departments/business/articles/eav050703.shtml
.
10. Ениколопов И.К. Грибоедов и Восток. Ереван: Айпетрат, 1954,196 с.
11. Friedman G. Gelecek 10 yil. Istanbul: Pegasus yayınları, 2011, 317 s.
12. Novikova G. Implications of the Russian-Georgian War in the Nagorno- Karabakh Conflict: Limited
Maneuverability.
Caucasus
Edition,
http://caucasusedition.net/analysis/implications-of-the-russian-georgian-
war-in-the-nagomo-karabakh-conflict-limited-maneuerability
13. Həmidov S. Dağlıq Qarabağ münaqişəsi 2020-ci ildə: sülh, yoxsa müharibə? // Dirçəliş-XXI əsr,
2011, № 153-154, s. 146-159.
14.
http://www.azerbaijan.az/News/newse.html?lang=en&did=2008-03-l
5
15. Huntington S.P. Medeniyetler çatışması ve dünya düzeninin yeniden kurulması. Istanbul: Okuyan Us
yayınlan, 2005, 536 s.
16. Quluzadə V. Gələcəyin üfuqləri (Azərbaycan Respublikasının xarici siyasəti barədə mülahizələr,
müsahibələr, şərhlər). Bakı: Azərbaycan nəşriyyatı, 1999, 288 s.
17. Əziz M. Vasitəçilərdən növbəti riyakarlıq. “Zaman” qəz., Bakı, 2008,19 mart.
18. Нерсисян М.Г. Из истории русско-армянских отношений. Книга I, Ере ван: изд-во АН
Армянской ССР, 1956,405 с.
19. Sapmaz A., Sarı G. Dağlık Karabağ sorununda Azerbaycan tarafından kuvvet kullanım olasılığının
analizi // Güvenlik Stratejileri Dergisi, 2012, № 15, s. 1-31.
20. Smigielski R. Prospects for Nagorno-Karabakh Settlement Following the Russia-Georgia Conflict //
Bulletin Polish Institute of International Affairs, 2009, 16 February, № 10 (10), p. 19-20.
21. Тер-Петросян JI. Война или мир? Время призадуматься. Газ. «Респуб лика Армения», 1997, 5
ноября, № 209 (1534).
22. Шавров Н. Новая угроза русскому делу в Закавказье: предоставление рас порядка Мугани
инородцам. Баку: Элм, 1990,156 с.
23. Şiriyev Z. Azerbaycan’ın Karabağ politikası ve stratejik vizyonu // Orta Asya ve Kafkasya
Araştırmaları Dergisi, 2011, с. 6, № 12, s. 88-117.
24. Шостакович C.B. Дипломатическая деятельность А.С.Грибоедова. Моск ва: Изд-во
социально-экономической литературы, 1960,294 с.
25. Эхо Москвы/Передачи/Интервью/Четверг, 27.01.2011: Серж Саргсян, президент Армении,
http://www.echo.msk.ru/programs/beseda/744902- echo.phtml
.
Эмин Шихалиев
БЛИЖАЙШИЕ ПЕРСПЕКТИВЫ АРМЯНО АЗЕРБАЙДЖАНСКОГО КОНФЛИКТА
(АНАЛИЗ И СООБРАЖЕНИЯ)
Нагорно-Карабахская проблема является одним из самых больших препятствий в вопросе
обеспечения безопасности и стабильности на Южном Кавказе. Несмотря на то, что с начала конфликта
прошло уже более 20 лет, в вопросе будущего нерешаемого конфликта между Арменией и Азербайджаном
возникла неопределенная ситуация. Продолжающаяся оккупация 20% земель Азербайджана со стороны
Армении увеличивает шансы возгорания новой войны. Каково будет ближайшее будущее, результаты
армяно-азербайджанского конфликта? Мир, война или перемирие? В статье эти проблемы рассмотрены
сквозь призму аналитического взгляда.
Ключевые слова: мир, перемирие, война, Россия, Организация Договора о коллективной
безопасности, Армения, Азербайджан.
Emin Shikhaliyev
SHORT-RANGE PROSPECTS OF ARMENIAN-AZERBAIJAN CONFLICT (ANALYSIS AND
OPINION)
Nagorno-Karabakh problem is one of the greatest obstacles in the question of safety and stability on
Southern Caucasus. In spite of the fact that from the conflict beginning has passed already more than 20 years, in
the problem of the future of not solved conflict between Armenia and Azerbaijan an ambiguous situation exists.
Proceeding occupation of 20% of the Azerbaijan territo ry by Armenia increases chances of new war ignition. What
near future, results of the Armenian-Azerbaijan conflict will be? The world, war or the armistice? These problems
are considered through the prism of the analytical sight in this paper.
Key words: world, armistice, war, Russia, Organization of Collective Security Pact, Armenia,
Azerbaijan.
(Akademik LM.Haciyev tərəfındən təqdim edilmişdir)
Dostları ilə paylaş: |