Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü



Yüklə 229,69 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü229,69 Kb.
#67132


Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı  davam  edən təcavüzü 

nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması 

I Önəmli faktlar 

1.

 



Məlumdur  ki,  1987-ci  ilin  sonlarından  etibarən  Ermənistan:  açıq  şəkildə 

Azərbaycanın  Dağlıq  Qarabağ  regionu  ərazilərinə  iddia  etmişdir;  həm 

Ermənistan,  həm  də  Dağlıq  Qarabağ  regionunun  erməni  icması  tərəfindən 

regionun Azərbaycandan birtərəfli əsasda ayrılmasının təmin edilməsi məqsədilə 

bir neçə  qeyri-qanuni  qərarlar  qəbul  edilmişdir;  Ermənistan hakimiyyətinin 

təlimatları  və  “xeyir-duası”  ilə  230 minə  qədər azərbaycanlı  Ermənistandakı 

evlərindən  zorla  çıxardılmışdır;  Azərbaycanlıların  deportasiyası  prosesi  qətlə 

yetirilmə,  xüsusi  amansızlıq,  Ermənistan  boyunca  yerləşən  mülkiyyətin 

dağıdılması, soyğunçuluq və talanla müşayiət olunmuşdur; bu fəaliyyət sistemli 

və  geniş  əsasda  həyata  keçirilmişdir;  1987-1989-cu illər  ərzində Ermənistanda, 

qadın, uşaq və ahıllar da daxil olmaqla, 216 azərbaycanlı öldürülmüşdür. 

 

2.



 

1991-ci  ilin  sonlarında  Sovet  İttifaqının  süqutundan  və  Ermənistan  və 

Azərbaycanın  beynəlxalq  aləmdə  müstəqilliyinin  tanınmasından  az  sonra 

Ermənistan tərəfindən  Azərbaycana  qarşı  hərbi  əməliyyatlar  və  hücumlar  daha 

da  intensiv  xarakter  aldı.  Ermənistan Azərbaycana  qarşı  müharibəni  başlamış, 

güc tətbiq etməklə Dağlıq Qarabağ və ona bitişik yeddi rayon da daxil olmaqla, 

əraziləri işğal etmiş, bir milyona qədər insanı öz dədə-baba yurdlarından didərgin 

salmaqla  işğal  edilmiş  ərazilərdə  etnik  təmizləmə  siyasəti həyata  keçirmiş

münaqişə dövründə digər ciddi cinayətlər törətmiş və Azərbaycanın işğal edilmiş 

ərazilərində etnik xarakterli tabe separat qurum yaratmışdır.  

3.

 

Beynəlxalq  ictimaiyyət Azərbaycana  qarşı  hərbi  gücdən  istifadə  və  Azərbaycan 



torpaqlarının işğalını davamlı olaraq pisləmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik 

 




Şurası  Azərbaycana  qarşı  güc  tətbiqini  və  ərazilərinin  işğalını  pisləyən  və 

Azərbaycanın  suverenliyi  və  ərazi  bütövlüyü,  həmçinin beynəlxalq  səviyyədə 

tanınmış  sərhədlərinin  toxunulumazlığını  bir  daha  təsdiq  edən  822  (1993),  853 

(1993),  874  (1993)  və  884  (1993)  saylı  qətnamələr  qəbul  edilmişdir. 

Qətnamələrdə  Təhlükəsizlik  Şurası  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkib 

hissəsi  kimi  yenidən təsdiq  etmiş  və  işğalçı  qoşunların  Azərbaycanın  işğal 

edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb 

etmişdir. BMT-nin  Baş  Məclisi  münaqişəyə  dair  3  qətnamə  (48/114,  20  dekabr 

1993;  60/285,  7  sentyabr  2006;  62/243  14  mart  )  qəbul  etmiş,  eləcə  də 

müntəzəm  iclasların  gündəliyinə  “Azərbaycanın  işğal  edilmiş  ərazilərində 

vəziyyət” başlıqlı xüsusi bənd daxil etmişdir. Digər beynəlxalq təşkilatlar da oxşar 

mövqe nümayiş etdirmişdir.  

 

4.

 



BMT Baş Məclisi 14 mart 2008-ci il tarixli, 62/243 saylı qətnaməsində beynəlxalq 

səviyyədə  tanınmış  sərhədləri  çərçivəsində  Azərbaycanın  suverenliyi  və  ərazi 

bütövlüyünə davamlı hörmət və dəstək bir daha təsdiq edilir, Ermənistan silahlı 

qüvvələrinin  işğal  olunmuş  bütün  Azərbaycan  torpaqlarından  tamamilə,  qeyd-

şərtsiz  və  dərhal  çıxarılması  tələb  edilir,  işğal  olunmuş  ərazilərdən  didərgin 

salınmış  azərbaycanlı  əhalinin  öz  evlərinə  qayıtmaq  hüququnu  bir  daha  təsdiq 

edilir və münaqişə nəticəsində zərər görmüş ərazilərin kompleks bərpası da daxil 

olmaqla,  məcburi  köçkünlərin  öz  evlərinə  qayitması  üçün  lazımi  şəraitin 

yaradılmasınının zəruriliyi vurğulanır. 

5.

 



Beynəlxalq təşkilatların sənədlərində də münaqişə zamanı beynəlxalq humanitar 

və  insan  hüquqlarının  ciddi  şəkildə  pozulması  haqqında  aydın  qeydlər  edilir. 

Yuxarıda  qeyd  olunan  qətnamələrdə  BMT Təhlükəsizlik  Şurası  Azərbaycanın 

daxilində mülki şəxslərə hücum və əhalinin məskunlaşdığı əraziləri bombardman 

edilməsini  qınadı  və  bununla  əlaqədar  çox  sayda  mülki  əhalinin  didərgin 

 




salınması  ilə  bağlı  ciddi  narahatçılığını  ifadə  etdi.  BMT  Baş  Assambleyası  20 

dekabr  1993-cü  il,  48\114  saylı  qətnaməsində  qeyd  edilir  ki,  “Azərbaycanda 

qaçqın  və  məcburi  köçkünlərin  sayı  bir  milyonu  ötüb".  Ermənistan  və 

Azərbaycanın üzv olduğu Avropa Şurası Parlament Assambleyasının 25 yanvar 

2005-ci  il  tarixli,  1416  saylı  qətnaməsində  böyüksaylı  etnik azərbaycanlı  mülki 

əhalinin  sürgünü  və  mono-etnik  ərazilərin  yaradılması  etnik  təmizləmənin 

təhlükəli  konsepsiyasını  xatırlatdığı  vurğulanmışdır.  Bir  qədər  sonra  İnsan 

hüquqları üzrə Avropa Məhkəməsi dinc azərbaycanlılara qarşı işğalçı Ermənistan 

qoşunlarının  törətdikləri  əməllərin  müharibə  cinayətləri  və  ya  insanlığa  qarşı 

cinayət olduğu barəsində mühüm nəticəyə gəlmişdir.  

 

6.

 



Ermənistan tərəfindən  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  yaradılmış 

separatçı  qurumun  qeyri-qanuniliyi  beynəlxalq  səviyyədə  dəfələrlə  bəyan 

edilmişdir.  Bu  qurum  heç  bir  dövlət tərəfindən  tanınmamışdır;  Separatçı  qurum 

Ermənistanın idarəçiliyi və nəzarəti altındadır. 

 

7.

 



Ermənistan beynəlxalq  hüququn  ümumi  qəbul  edilmiş  norma  və  prinsiplərini 

kobud  şəkildə  pozaraq  və  yuxarıda  qeyd  olunan  BMT  Təhlükəsizlik  Şurası  və 

Baş  Assambleyasının  qətnamələrinin  tələbləri  və  digər beynəlxalq  təşkilatların 

qərarlarına  məhəl  qoymayaraq,  Dağlıq  Qarabağ  regionu  və  ona  bitişik  yeddi 

rayon  da  daxil  olmaqla,  Azərbaycan  ərazisinin  demək  olar  ki,  beşdə  birinin 

işğalını davam etdirir.  

 

 

8.



 

Ərazi iddialarının reallaşmasına hərbi yolla  nail olan Ermənistan gücdən qeyri-

qanuni  istifadənin  nəticələrinin  möhkəmləndirilməsi  üçün  səylərini  əsirgəmir  və 

siyasi işğalçı niyyətlərini təbliğ edir. Bu məqsədlə, Ermənistan Azərbaycanın işğal 

 



olunmuş  ərazilərinin  demoqrafik,  mədəni  və  fiziki  xarakterini  qeyri-qanuni  yolla 

dəyişdirmək  üçün  tədbirlər  görür  və  bununla  da  BMT-nin  müvafiq  qətnamələri,  

1949-cu il Cenevrə Konvensiyaları və humanitar hüququn digər müvafiq norma 

və  prinsiplərini  pozur.  Münaqişə  başlayandan  keçən  dövr  ərzində  azərbaycanlı 

əhalinin didərgin salındığı işğal edilmiş ərazilərə on minlərlə mühacir köçürülüb. 

Azərbaycanın  işğal  olunmuş  ərazilərində  qeyri-qanuni  fəaliyyətlərə  həmçinin 

əmlak,  təbii sərvətlər  və  digər  sərvət  növlərinin  istismarı,  talanı  və  qanunsuz 

ticarəti, kənd təsərrüfatı və su ehtiyatlarının, arxeoloji qazıntıların geniş istismarı 

və  qədim  dövrlərə  aid  maddi-mədəniyyət  nümunələrinin  özününküləşdirilməsi 

daxildir. 

 

9.

 



2005  və  2010-cu  ildə  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  ATƏT-in fakt 

araşdırıcı  və  qiymətləndirmə  missiyalarının  ardınca,  mandatı  münaqişənin  sülh 

yolu  ilə  həlli  istiqamətində  danışıqlar  üçün  forumun  təşkili  olan  ATƏT-in Minsk 

Qrupunun həmsədrləri  həmin  ərazilərin  demoqrafik,  sosial  və  ya mədəni 

xüsusiyyətlərini  dəyişdirəcək,  status-kvonun  dəyişdirilməsi  və  sülh  yolu  ilə 

nizamlanmaya  nail  olunmasını  qeyri-mümkün  edəcək  hərəkətlərdən çəkinməyə 

çağırmışdır. Lakin, bu missiyaların tövsiyələri hələ də kağız üzərində qalıb. 

 

10.



 

  Üstəlik,  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  qeyri-qanuni  fəaliyyətinin 

artması  və  genişləndirilməsi  barədə  hesabatlar  Ermənistanın  Azərbaycan 

torpaqlarının  mənimsənilməsinə  yönəlmiş  məqsədli  siyasətinə  başqa  bir 

sübutdur.  Bu  qeyri-qanuni  fəaliyyətin  əsas elementləri Azərbaycanın  işğal 

olunmuş ərazilərinin azad edilməsi və məcburi köçkünlərin öz evlərinə qayıtmaq 

hüququnun təmin edilməsi olan danışıqlar yolu ilə həll variantına ciddi maneədir. 

 




II  Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin mədəni mühitinə müdaxilə 

11. Azərbaycan zəngin  tarixi  keçmişə  və  müxtəlif mədəni irsə  malik  ən  qədim  insan 

məskənlərindən  biridir.  Müxtəlif  qaya  rəsmləri,  memarlıq  abidələri,  incəsənət  və 

sənətkarlıq  nümunələri,  eləcə  də  arxeoloji  qazıntılar  nəticəsində  əldə  olunmuş  çoxlu 

sayda tapıntılar ölkənin uzaq keçmişə və geniş mədəni irsə malik olduğuna dəlalət edir. 

Azərbaycan torpaqlarının işğalı ölkənin mədəni irsi üçün həm işğal olunmuş ərazilərdə, 

həm də Ermənistanda faciəvi nəticələr doğurmuşdur.  

12.  Dağlıq  Qarabağ  regionu  və  ona  bitişik  yeddi  rayonun  (Kəlbəcər,  Laçın,  Qubadlı, 

Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam), eləcə də Dağlıq Qarabağ regionundan uzaqda, 

Ermənistanla sərhəddə  yerləşən  Qazax  rayonunun  yeddi  kəndi  və  Naxçıvanın  Kərki 

kəndinin 738 tarixi abidə, 83500-dən çox eksponatla 28 muzey, 4 şəkil qalereyası, 14 

xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resursla  işğal 

olunması Azərbaycan üçün böyük mədəni itkiyə gətirib çıxarmışdır. 

13. Həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrə VI əsrin Alban Ağoğlan 

monastırı, Laçında XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras 

monastırı və əhəmiyyətli sayda Alban məbədləri, XVIII əsrin Əsgəran qalası, Xocalıda 

XIV əsrin türbələri və tarixi Orta Əsrlərə gedib çıxan bir sıra Alban məbədləri, VI əsrin 

Alban Müqəddəs Yakob və XIII əsrin Alban Xatirəvəng monastırları, Kəlbəcərdə XIII-XIV 

əsrlərin Lek qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin 

Mirəli türbəsi və XVII əsrin karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII 

əsrin məscid kompleksi, Şuşada XVII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhərağa və Saatlı 

məscidləri,  karvansarayları  və  evləri,  Ağdamda  XIX  əsrin məscidi,  Qaraköpəktəpə, 

Xantəpə,  Günəştəpə,  Uzuntəpə,  Meynətəpə  və  Zərgərtəpə  kimi  arxeoloji  yerləri, 

Füzulidə Neolit və Bürünc dövrlərinin yaşayış əraziləri, Bürünc dövrünün Çıraqtəpə və 

Qaraqhacı  kimi  yaşayış  əraziləri,  Ağdamda  Orta  dövrün  Gavurqala  yaşayış  ərazisi, 

 




Cəbrayılda  Bürünc  dövrünün  İmanqazantəpə  və  Qışlaq  qum  təpələri,  Kəlbəcərdə 

Bürünc dövrünün qaya rəsmləri, Xocalıda Bürünc və Dəmir dövrlərinin daş nekropolu, 

Sədərəkdə  Bürünc  dövrünün  yaşayış  sahəsi  və  nekropolu,  Laçında  Bürünc  və  Dəmir 

dövrlərinin qum təpələri, Daş dövrünün mağarası, Şuşada  Bürünc və Dəmir dövrlərinin 

qum və daş qəbiristanlıqları, Zəngilanda XIII-XIV əsrlərin yaşayış ərazisi daxildir.  

14. Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta 

əsrlərə  aid  11  və  15  tağlı  Xudafərin  körpüləri  və  Tunc  dövrünə  aid  Niftalı  kurqanları, 

Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid 

Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə 

Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid 

kurqanlar daxildir.  

15.  Arxitektur  zənginlikləri,  arxeoloji  abidələri  və  mənzərəli təbiəti ilə  yanaşı, Qarabağ 

həmçinin yalnız Azərbaycanın deyil, dünyanın mədəni irsinə böyük töhfələrini vermiş və 

beynəlxalq  səviyyədə  tanınmış  Vaqif,  Natavan,  Nəvvab,  Hacıbəyov,  Bülbül  kimi 

istedadlar diyarıdır. 

16.  Hərbi  işğalın  davamı  olaraq,  bu  irsin  bilərəkdən  dağıdılması  siyasəti həm 

Azərbaycan mədəniyyətinə,  həm  də  dünya  sivilizasiyasına  sarsıdıcı  zərbə  olub  və 

olmaqda  da  davam  edir.  Şuşa  və  Qarabağın  digər  şəhər  və  kəndlərinin mədəni 

görünüşünün  bilərəkdən  dəyişdirilməsi,  arxeoloji  xüsusiyyətlərin  dəyişdirilməsi  və 

“arxeloji”  qazıntılar  aparılması  halları  Ermənistanın  bu  ərazilərin  və  abidələrin 

Azərbaycana məxsusluğunun  carçısı  olan  əlamətlərin  aradan  qaldırılması  kimi  uzaq 

məqsədli bir siyasət yürütdüyünə əyani sübutdur.  

17. 1994-cü ildən imzalanmış atəşkəsdən keçən 20 il müddətin təhlili göstərir ki, hərbi 

əməliyyatlar belə erməni tərəfi qədər Azərbaycan abidələrinə ziyan vurmamışdır. 

 



18. Hərbi əməliyyatların dərhal ardınca Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və 

Aşağı Gövhərağa  məscidi,  Vaqif  Mavzoleyi, Natavanın evi,  karvansaray  kimi  arxeoloji 

abidələr  dağıdılmış,  yandırılmış  və  talan  edilmişdir;  son  dövrlər  sübut  edir  ki,  erməni 

vandalizmi  daha  da  intensiv  xarakter  almış  və  demək  olar  ki,  dağıntı  və  ya zədəyə 

məruz qalmayan Azərbaycan abidəsi qalmamışdır. 

19.  Digər  şəhərlər  üzrə,  Ağdamın  Əbdal  və  Gülablı  kəndlərində  “Pənah  xan  İmarəti” 

məscidlər kompleksi, Ağdam rayonunda Uğurlu bəy məzarlığı və Qurban Pirimovun ev-

muzeyi,  Xocalıda  XIV  əsrə  aid  kurqanlar,  Başlıbel  və  Otaqlı  kəndlərində  məscidlər, 

Kəlbəcərin  Moz,  Keşdağ  və  Yuxarı  Ayrım  kəndlərində  qədim  məzarlıqlar,  Zəngilanın 

Qıraq  Muşlan,  Malatkeşin,  Babaylı  və  İkinci  Ağalı  kəndlərində  məscidlər,  Zəngilanın 

Babaylı və Şərifan, Cahangirbəyli kəndlərində orta əsr məzarlıqları, Qubadlı rayonunda 

Qayalı  və  Məmər kəndlərində  qədim  məzarlıqlar  və  məscid,  Laçının  Qarıqışlaq 

kəndində  məscid  və  Zabux  kəndində  qədim  məzarlıq,  Cəbrayılın  Çələbilər kəndində 

məscid kompleksi və Xubyarlı kəndində qədim məzarlıq, Füzuli şəhərində məscidlər və 

Qoçəhmədli,  Mərdmli,  Qarğabazar  kəndlərində,  Xocavəndin  məzarlıqları,  Ağhullu, 

Kuropatkina,  Düdükçü  və  Salakatin  kəndləri  və  Xocavəndin  Tuğ  kəndində  qədim 

məzarlıq,  Tərtərin  Ümüdlü  kəndində  qədim  hamamlar,  Sədərəkin Kərki kəndində 

məzarlıq dağıdılmış, yandırılmış və talan edilmişdir. 

20. Kəlbəcər  rayonunda  qədim  sikkələr,  qızıl  və  gümüş  işləmələr,  nadir  və  qiymətsiz 

daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix Muzeyi, Şuşa 

muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix və Qida Muzeyi dağıdılmış, talan edilmiş və 

sərgi nümunələri digər dövlətlərdə satışa çıxarılmışdır. Şairə Natəvan, bəstəkar Üzeyir 

Hacıbəyovun və ifaçı Bülbülün tunc heykəlləri Azərbaycan hökumətinin onları 500 min 

dollar  qiymətinə  almayacağı  təqdirdə,  Gürcüstanda  metal  parçası  kimi  satılacaqdı. 

Həmçinin Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s 

auksionunda 80 min dollara satılmışdır.  

 



21.  Bu  kimi  vandalizm  aktları  işğal  edilmiş  ərazilərin Azərbaycana məxsus  mədəni 

görünüşünü  dəyişmək  üçün  müxtəlif  metodlarla  müşayiət  olunmuşdur.  Buna misal 

olaraq,  Laçın  şəhərində  erməni kilsəsinin  tikintisi,  uşaq  musiqi  məktəbi,  kitabxana, 

dərnək  və  infrastruktur  vasitələrin  dağıdılması  ilə  Xocalı  hava  limanındakı  uçuş 

zolağının  genişləndirilməsini  göstərmək  olar.  Digər  istifadə  olunan təcrübə  müxtəlif 

abidələrin  arxitektur  detallarının  dəyişdirilməsidir,  məsələn,  Şuşa  şəhərində  Saatlı 

məscid  və  Xanlıq  Muxtar  karvansaraları,  abidələrin Azərbaycan-İslam    elementləri  və 

ərəb dilində yazıların erməni xaçı və yazısı ilə əvəzlənməsi buna misaldır. 

22. Ermənistan işğal edilmiş Xocavənd rayonunda Azıx mağarasında 2003-cü ildən və 

işğal  edilmiş  Ağdam  şəhərinə  yaxın  ərazilərdə  2005-ci  ilin  martından  “arxeoloji 

qazıntılar” həyata keçirir. 

23.  Azərbaycanın  işğal  edilmiş  ərazilərində  qəbirlərin  qarət  edilməsi,  məzarlıq  və 

qəbirlərin mədəniyyət  nümunələrinin  və  ya  dəyərli  əşyaların  oğurlanması  məqsədilə 

üstünün açılması təcrübəsi haqqında geniş hesabatlar mövcuddur.  

24. Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti 

yaşayır. Azərbaycanın  orta  əsr  şəhərlərindən  biri  İrəvandakı  (hazırda  Yerevan) 

Dəmirbulaq  məscidi  yer  üzündən  silinmişdir,  Göy  məscid  isə  orijinal  xüsusiyyətlərinin 

dəyişdiriməsi məqsədilə  “yenidən təmir edilmişdir”.  Dağıdılmış  arxitektur  abidələri 

arasında  XVIII  əsrin  ikinci  yarısında  Qara  Seyid  tərəfindən  İrəvanda  tikilmiş  Hacı 

Novruzəli bəy məscidi və Səfəvi və Qacar dövrünün qiymətli saray arxitektura nümunəsi  

olan “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksidir. İrəvanın Sərdar məscidi 

(bəzən Abbas Mirzə məscidi adlandırılır) də sistemli dağıntıya məruz qalmış və 2014-cü 

ildə  tamamilə  məhv  edilmişdir.  Ermənistanda  Cəfərabad  (ad  Argavand  adı  ilə 

dəyişdirlimşidir)  kəndində  1413-cü  ildə  tikilmiş  Əmir  Saad  mavzoleyi  də  dağıdılmış 

abidələr  sırasındadır.  Mavzoleyin  Azərbaycana məxsusluğu  əlamətinin  aradan 

 




qaldırılması üçün  üzərində ərəb dilində yazılmış “Pir Budaq xanın hakimiyyəti dövründə 

Əmir Pir Hüseynin əmri ilə tikilmişdir” sözləri silinərək, abidənin adı “Türkmən Əmirləri 

ailəsinin  mavzoleyi”  adlandırılmışdır.  Həmçinin,  Ermənistanda  olan  qədim  və  yeni 

Azərbaycana məxsus  qəbirstanlıqlar  məhv  edilmişdir.  İşğal  edilmiş  ərazilərdə  olduğu 

kimi,  Ermənistanda  olan  Azərbaycanın  tarixi  yerlərində  toponimlər  orijinal  xarakterinin 

dəyişdirilməsi məqsədilə dəyişdirilmişdir.  

III. Müvafiq beynəlxalq hüquq və bundan irəli gələn öhdəliklər 

25.  Mülki  obyektlərə  aid  olan  mədəni  mülkiyyət  xüsusi  qorunur.  1907-ci  il  Haaqa 

Nizamnamələri mədəni  mülkiyyətin  dağıdılmasının  qarşısının  alınması  üçün  dəqiq 

qaydalar təsbit edir və işğal edilmiş ərazilərdə mədəni və dini təsisatların qorunmasının 

geniş  əhatəsini  müəyyən  edir.  1949-cu  il  IV  Cenevrə  Konvensiyası  isə  silahli 

münaqişələr dövründə mədəni mülkiyyətin qorunması üçün yetərli istiqamət vermirdi.  

26. 1954-cü il Haaqa və ya “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına 

dair Konvensiya” müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk 

beynəlxalq müqavilədir. Öncəki müqavilələrdən fərqli olaraq, bu Konvensiyaya əsasən, 

hücum  edən  tərəfin  mədəni  mülkiyyətə  hörmət  edib  qorumaqla  yanaşı,  həm  də  işğal 

edilmiş  ərazilərdə  bu  mülkiyyətin  oğurlanmasının  qarşısının  alınması  istiqamətində 

konstruktiv addımlar atma öhdəliyi var. Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə 

qarşı  yönəlmiş  vandalizm  aktlarını  qadağan  etmək,  qarşısını  almaq  və  zərurət 

yaranarsa,  mədəni  mülkiyyətə  qarşı  yönəlmiş  oğurluq,  qarət  və  qanunsuz 

mənimsənilmənin  istənilən  formasına  son  qoymaq” barəsində  razılığa  gəlmişdir. 

İşğalçılardan  həmçinin “mədəni  mülkiyyətin  qorunub-saxlanılması  üzrə  tədbirlər 

görülməsi” tələb  olunur,  hətta bu məqsədin  yerinə  yetirilməsi  üçün  milli  hakimiyyətlə 

yaxından işləmək tələb olunur. 

 



27.  1954-cü  il  Haaqa  Konvensiyasına  İkinci  Protokol  1999-cu  ildə  qəbul  edildi  və 

bununla da silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsi daha da 

genişləndi.  Xüsusilə  Ermənistanın  Azərbaycan  torpaqlarını  işğalı  kontekstində, 

Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” 

mədəni  mülkiyyətin,  istənilən arxeoloji  qazıntı  nümunəsinin  qanunsuz  ticarəti,  bu 

ərazilərdən  çıxarılması,  abidələrin mədəni,  tarixi  və  ya  elmi  sübut  xüsusiyyətinin 

dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını  (“qadağan 

edəcək və qarşısını alacaq”) təsbit edir.  

28. Yuxarıda qeyd olunan sənədlərə əlavə olaraq, bir sıra digər müqavilələr də mədəni 

mülkiyyətin qorunması üçün önəmli hüquqi çərçivə yaradır. 

29. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı aktlar beynəlxalq 

cinayət hüququ ilə müharibə cinayəti hesab olunur. Bundan əlavə, mədəni mülkiyyətin 

qorunmasının  əsasını  təşkil  edən  humanitar  və  insan  hüquqları  mülahizələrinin 

beynəlxalq  cinayət  hüququnun  digər  müddəaları,  xüsusilə  də  insanlıq  əleyhinə 

cinayətlər kateqoriyası vasitəsilə daha yaxşı irəlilədilə biləcəyini nəzərə alaraq, mədəni 

irsin insan ölçüsünün əhəmiyyəti azaldılmamalıdır.  

30. Bundan  başqa,  Azərbaycana  qarşı  təcavüz  siyasəti  və  Azərbaycan  ərazilərininn 

işğalının davam etməsinə görə Ermənistan beynəlxalq hüququn pozulmasına görə tam 

məsuliyyət  daşıyır.  Ermənistanın  beynəlxalq  hüquqpozmalarından  yaranan  bu 

məsuliyyət bu hərəkətlərə  son  qoymaq,  onların  yenidən təkrar  olunmayacağına  dair 

müvafiq vəd və təminatlar təklif etmək, birlikdə və ya ayrılıqda restitusiya, kompensasiya 

və satisfaksiya formasında zərərə görə tam təzminat təmin etmək öhdəliyində təzahür 

edən hüquqi nəticələrə səbəb olur.  

 

 



10 

 

Yüklə 229,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə